Soyuq bir həqiqət İntihar...

Yaşam və ölüm bir-birinə ziddir. Ölümü bir son olarak görürük. Lakin insan ağlı əbədi yaşamaq arzusundadır. Qurmaq, yaratmaq, yaşamaq, sevmək... Necə olur ki, həyatına öz əlləri ilə son verir və bu yolu seçir. İntihar bəşəriyyət tarixini hər zaman düşündürən problemlərdən biri olmuşdur. Zaman-zaman bir insanın canına necə qıydığı hər kəsi təəccübləndirmişdir. Tarix boyu intihar edənlərə "ruhi xəstə"adı ilə baxılmışdır. Dinlər də intihara qarşı olmuş və böyük bir günah saymışlardı.

İntihar nədir? İntiharın mənasını fərqli şəkildə vermək olar. İntihar ərəbcədən qurban "nahr" sözündən meydana gəlmişdir. Psikoloqlar, sosyoloqlar intiharla baglı fərqli fikirlər irəli sürmüşdür.

Altavillanın "intihar özünü istəyərək öldürmək"cizahını, Faruk Erəm də qəbul etmişdir. Bu izaha görə alkol, siqaret, uyuşdurucu maddə istifadə edənlər də intihar etmiş sayılır.

Malapert isə "intihar eqoizimin məhsuludur" demişdir.

Litteyə görə "intihar özünü öldürən insanın hərəkatıdır." Bu izaha görə qəza ilə bilmədən zəhər içən insanın ölümü də intihardır.

İntiharı mövzusunu geniş araştıran Durkheim isə, Litterin fikirlərini qəbul etməyərək,"intiharın bir insanın sonunu bildiyi halda özünü öldürmə şəklidir demişdir.” Durkheim intiharı cəmiyyətə bağlı olan bir problem kimi görür. Ona görə intihar insan ilə cəmiyyət arasındakı münasibətlər pozulduğuna  baş verən çatışmalardan meydana çıxır. Cəmiyyətə, kütləyə bağlılıq səviyyəsi yüksək olan insanlarda intihar hallarının, kütləyə qarışmamış insanların səviyyəsinə görə daha aşağı olduğunu, intihar səviyyəsinin evlənməmiş ya da boşanmış insanlarda evli olanlardan, dindar olmayanlarda dininə bağlı olan insanlardan daha yüksək olduğunu acıklamışdır.

İntihar inkişaf etmiş ölkələrdə ölüm hallarının en birinci səbəblərindən biridir. Dünyada hər gün təxminən 1000 insanın intihar etdiyi təxmin edilir.

Hər gün sosyal medyada, xəbərlərdə qarşımıza çıxan intihar xəbərləri həqiqətən tük ürpədicidir. 2017-ci ilin ilk aylarında 36 nəfər intihar edib, 11 nəfər isə intihara cəhd etsə də qarşısı alınıb. İntihar edənlər arasında 12 yaşlı məktəbli də var. En son eşitdiyimiz psikoloğun intiharı isə sözün əsil mənasında cəmiyyəti silkələdi. Və insanların kimə inanaq?! Bir psikoloq özünü öldürürsə, o insanlara necə yardım edə bilər kimi düşüncələri ilə hamımız sosyal mediya və informasiya vasitələrində qarşılaşdıq. Təkrar yenə insanın nədən və niyə intihar etdiyi sualı ilə qarşılaşdıq.

İntiharın yaşı olmaz. Eyni zaman da hansı peşənin sahibi olman, harda yaşaman, təhsilin bunların heç biri intihar edən insanı intihardan çəkindirən amillər deyildir. Bəs niyə deyildir?

İntihar, insanın öz istəyi ilə yaşamına son verməsidir. Həyatı boyu insan problemlərlə mücadilə içərisindədir. Hər zaman problemləri həll etməyə çalışan insan, bəzən üst-üstə gələn problemlər qarşısında aciz qalar və divara qısılmış kimi carəsiz, ümüdsüz olar. Və bu hal yaşadığımız müddətcə hamımızın qarşılaşdığı haldır. Bəzi insanlar özünə güvənli bir şəkildə fərqli yollar axtararaq, problemlərinin həlli yollarını tapır. Bəzi insanlarsa, bir müddət sonra özünü dəyərsiz, yalnız, bir işə yaramayan və yaşamağın mənasız olduğunu düşünərək depresyona girər. Bəzən depresyondan intihara bir addimlıq yol qalar. Özünə qarşı sonsuz hirs və əsəb yaranar. Sonunda da intihar edərək həm özünü, həm də ətrafındakı insanları cəzalandırmış olduğunu düşünər.

Əslində, bu insanlar həyatlarına deyil, çəkdikləri aciya, əziyyətə son vermək istəyir.

İntihar edən insanın keçmişi, uşaqlıq illəri araşdırıldığında çox problemin ordan qaynaqlandığı ortaya çıxır. Ata-anasız böyüyən uşaqlar, anasız böyüyən uşaqlar, sevgi qıtlığı çəkən uşaqlar, atasız böyüyən uşaqlar, güvən hissi çox zəif olan uşaqlarda intihar etmə riski daha yüksəkdir. Və yeniyetməlik dövrünə çatdığında bədənsəl və ruhsal dəyişikliklərin baş verdiyi bir mərhələdə ailənin ona qarşı yalnış davranışları intiharı alovlandırır.

12 yaşlı bir uşağın intihar etmə səbəbi nə ola bilər? Yaxınlarına, ətrafına soruşsan heç bir problemi yox idi. Uşaqdı sakit sessiz! Bəlkə də problem səssizliyində olub. Yeniyetməlik dövründə intihara yol açan səbəblərə baxacaq olursaq:

1. Yeniyetməlik dövründə ailənin gəncin sərbəstliyinə, göz açmasına icazə verilməməsi və ailənin sərt davranışları,

2. Ata-ananın gəncin çiyninə çəkə bildiyindən artıq yük qoyması,

3. Cəmiyyətdə, kollektivdə dost qrupu tuta bilməmə ya da o çevrəyə yaxın buraxılmamaqla ortaya çıxan yalnızlıq duygusu,

4. Ata-ana sevgisinin uşaqlarda fərqli paylanması,

5. İnsanın ata-anasından ya da özünə yaxın olan bir insan tərəfindən rədd edilməsi və bu duygularla mübarizə apara bilməməsi,

6. Sevilən dəyər verilən bir insanı itirmək,

7. Seyr edilən filimdə sevilən, dəyər verilən qəhrəmamının carəsizliyi kimi gəncin özünü bu yaşantılarda tapması və bənzətməsi,

8. Ailənin gözlədiyi dərs ugurunun aşagı olması,

9. Ailədə şiddət, boşanma, anlaşılmamazlık ailə içi ayrılıqları.ailədə birliyin olmaması

10. Duygusal münasıbətinin olduğu birindən ayrılma,

11. Cinsəl zorakılığa məruz qalma,

12. Ailənin maddi vəziyyətinin aşağı olması səbəbi ilə gəncin ehtiyaclarının qarşılanmaması,

13. Tərk edilmənin əvəzini almaq istəyi,

Bütün bunlar yeniyetmələrdə  intiharı alovlandıran səbəblərdir.

Sosyal medyadan tez-tez ürəkağrıdıcı intihar xəbərlərini oxuyuruq. Sosyal medya profilimizin kimliyimizin bir parçası olduğu bu dönəmdə intihar videoları, fotoğrafları, sözləri məktubları açıq-aşkar verilə bilirmi? Bu gün eşitdiyimiz bir intihar hadisəsini həyəcanla qarşılayacağıqmı? Yoxsa intihar edən insanın bu hərəkətinin arxasında böyük bir hekayənin olduğunumu düşünəcəyik? Bəlkə də çoxu intihar edənə haqq verəcək “canını qurtardı,” “mənasız həyatdı” deyib, özünə fərqli bir yol seçəcək. Bəzisi də intihar videosunu ya da fotorafını gördükdən sonra tük ürpədici mənzrə qarşısında intihar etməkdən vaz kecəcəkdir.

Sosyal medyada paylaşılan hər şey oxuduqlarımız, gördüklərimiz gözümüzün önündə canlanır. Canlanması da normaldı. Bəzimiz qınayar, bəzimiz də can şirindi, necə qıyıb deyə düşünərik.

Bəs bütün bu videoların paylaşılması və sürətlə yayılması bəzən doğru bəzən yalnış paylaşımlar intihara meyilli insanların bu davranışa meyil etməsinə təsir edərmi?

Əlbəttə təsir edər. Çünki, sıxıntıları olan çıxış yolu axtaran və  ya axtarmaqdan bezən və həlli yolunu görmədiyi üçün rahatlıqla intihar yolunu seçə bilər. Bəlkə də son zamanlarda artan intihar hadisələrinin səbəbi bu paylaşimlardır. Bir dəfə intihara cəhd etmiş və intihar baş tutmamışsa, bu onun bir daha intihar etməyəcəyi anlamına gəlməz. Bir dəfə intihara cəhd edən insan yenə bunu təkrarlayacaq. Statistkada 11 insanın intihar etməsinin qarşisinin alındığını gördük. Bunun yanında psikolojik yardım alması təkrarlama riskinin qarşısını alacaqdır.

Əgər, bir insan əvvəllər intihar düşünmüşsə  ya da intihara cəhd etmiş, yarıdan dönmüşsə izlədiyi video ona bir qığılcım ola bilər. Bütün bu davranışlar insanın xarakterinə, necə özgüvənə bağlı olduğunadan da aslı ola bilər. İntihara cəhd edən insan videonu izləyib, qorxar və yaşamaq üçün mücadilə edər. Bu anlamda insanların həssaslığını nəzərə alıb problemi daha fərqli şəkildə catdırmaq lazımdır.

İntihara cəhd edən insana qarşi:

1. İnsanda depresyon əlaməti varsa, tədavi edilməlidir,

2. Bu mərhələdə insan yalnız buraxılmamalıdır,

3. Həmin insanın bir işlə məşğul olmasını təmin etmək lazımdır,

4. Dostlara sıx münasibətdə olmasını təmin etmək lazımdır,

5. Ailədə qərarı veriləcək hər bir işdə onun fikrini nəzərə almaq lazımdır,

6. Həmin insanı cəsarətləndirərək özü haqqında fərqli düşünəcəyi yönəltəcək sözlər söyləməli, balaca hədiyyələrlə sevildiyini göstərmək lazımdır.

Bir sözlə özünü yalnız, bədbəxt, bir işə yaramayan, dünyanın boş və yaşamağa dəyər yer olmadığı kimi düşüncələrdən yayındıraraq, həyatını hər gününü dolu yaşamasını təmin etmək lazımdır.

“Yaşamaq mənə əzab verir” Yaponiyada tanınmış bir yazar olan Ryunosuke Akutagawa intihar etmədən evvəl belə yazdı. Amma, bu aciqlamasına belə başlamışdı: “Elbəttə, ölmək istəmirəm, fəqət... İntihar edən hər insan həyatdan yaşamaqdan bezməz, həyatın içində olan və həll edə bilməyəcəyi qarşısında gücsüz olduğu problemlərdən qaçış yolunu ölümdə görər.”

Azadə Tahirova


 

LOGİN

 Email
 Parol
Qeydiyyat