Qadın gücü

\"\\"\\\\"www.pcc.az\\\\"\\"\"Deyirlər Napalyon təkcə imtahandan qorxurmuş. Lakin onun qeydlərini oxuyanlar belə düşünmürlər.

Bir gün Napalyon müharibə öncəsi hərbi şuranı toplayır. Hərbiçiləri ilə uzun-uzadı söbətlərdən sonra onlara əmr və tövsiyyələrini verir. Onun silahdaşlarına verdiyi tapşırıqların “hansındasa” belə bir fikir olur: “Yer üzərindəki bütün qadınlar fahişədir, bircə mənim anamdan başqa”. Daha sonra ətrafdakılara diqqətlə baxaraq əlavə edir- “Amma nəzərə alın ki, mənim anamda qadındır”.

Napalyonun bu fikri əsgərlərini qorumaq üçün idi. Bəzi mənbələrdə sözügedən toplantının indiki İtaliyanın Niapol şəhərinə yürüş öncəsi olduğu göstərilir. Əgər mənbələr doğrudursa Napalyonun bu fikrinin məğzi bir az aydınlaşmış olur. Həmin dövrdə Fransa ordusu çox güclü olduğundan İmperator narahat idi. Napalyon qələbə qazanacağından əmin deyildi. Düşünürdü ki, Niapolda məğlub edilə bilər. Əlbəttə ki, o vuruşacağı ordudan qorxmurdu. Hərbi şurada səsləndirdiyi fikirdən aydın olur ki, İmperator Niapollu qadınlardan ehtiyat edirdi. Bəlkə də gülməli görünür. Amma həqiqət məhz belə idi. O, qadınların qarşısında aciz idi. Qadın gücü əzəmətli imperiyaya başçılıq edən sərkərdə üçün ən böyük təhlükə idi. Buna görə onu qınamaq olmaz. Çünki, Napalyon tək deyil. Təxəyyülü olan hər bir kişi bu və digər şəkildə qadından çəkinir. Çünki, əyləncə təxəyyül ilə başlayır yaxud da, təxəyyülün bitdiyi yerdə bitir. Yəqin ki, heç kim qadınsız kişi təxəyyülünü təsəvvür edə bilməz.

Əgər kimsə boş vaxtlarında futbol oynayırsa, mütləq onun oyununu (ONU) izləyən bir qadının olmasını arzulayır. Və əgər onu izləyən bir qadın varsa nədənsə “beyzbol ağacı” daha məharətli olur.

Bu mövzuya toxunub yazıçılardan yan keçmək mümkün deyil. Axı onlar təxəyyül istehsalı ilə məşğuldur. Demək olar ki, bütün romanlarda qadın və onun sehrli gücü qabardılır. Bəzən müharibə mövzusunda yazılmış romanlar qadın obrazı və ya qadına sevgi olmadığından oxucular tərəfindən tənqid olunur və uğursuz roman hesab edilir. Yadımdadır Aqil Abbasın “Dolu” romanına oxucular məhz bu cür yanaşmışdılar. Yazıçının tənqidlərə cavabı belə oldu: Müharibə o qədər qızğın və qəddar idi ki, kişilər ancaq vuruşmaq haqqında düşünürdülər, onların sevməyə vaxtları yox idi.

-Bəs görəsən oxucular buna inandımı? Oxucular nədən narahat idilər, sevginin olmadığındanmı?

Axı burda vətənə sonsuz sevgi var!

Nədir qadın gücü? Onun gözəlliyimi, ağlımı, bacarığımı?

-Kim bilir bəlkədə hamısı, bəlkədə heç biri. Amma siz bilirsiniz. Özünüzə sual verin. Sizi öz qadınınıza tabe edən nədir?

Cavabınız onun gücüdür, sizə qarşı onun ən böyük silahıdır. Əmin olun ki, sizində belə bir silahınız var. Amma zəifsiniz. Bunun yeganə səbəbi: Siz özünüzü güclü, qadınları zəif hesab edirsiniz.

Düşünürəm ki, bütün olanlara baxmayaraq təxəyyülünüzdən zövq almaq gözəldir. Bəlkədə təxəyyülünüzü lənətləməlisiniz. Kim bilir!?

 

\"\\"\\\\"www.pcc.az\\\\"\\"\"Ruhəngiz Mehmanqızı,

Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu,

Psixologiya üzrə fəlsəfə doktoru 


 

LOGİN

 Email
 Parol
Qeydiyyat