LAWRENCE KOLBERQ (1927-1987) MƏNƏVİ DİLEMMA

Lawrence Kolberq 1927-ci il oktyabrın 25-də Amerikanın Bronksvill şəhərində varlı bir ailədə anadan olmuşdur. İkinci Dünya müharibəsinin əvvəllərindən etibarən, o, donanma dənizçiləri siyahısına alınmışdı. Bu qərar, onun gələcək taleyini müəyyənləşdirmiş və sonradan eyni zamanda psixologiyanın elm kimi inkişafına da dolayı yolla təsir göstərmişdir.

Kolberq Avropadan yəhudi qaçqınlarını Fələstinə aparan yük gəmisində getdiyi zaman bir çox müşahidələr aparmışdır. Həmin müşahidələrdən sonra əxlaq probleminin tədqiqinə maraq yaranmış və kibbutzimdə (kollektivçilik prinsipləri əsasında qurulan kənd təsərrüfatı icmalarında) uşaqların mənəvi inkişafı mövzusunu hərtərəfli araşdırmaq üçün şəhərə qayıtmışdır (Hazırda İsrail adlandırılan şəhər həmin şəhərdir)

Müharibədən sonra psixologiyanı araşdırmaq üçün Kolberq Çikaqo universitetinə daxil oldu. Qəbul imtahanında yüksək bal topladığı üçün bir çox məcburi dərslərdən sərbəst buraxıldı və bir il sonra psixologiya üzrə bakalavr dərəcəsini aldı. 1958-ci ildə alimlik dərəcəsini aldı və 1967-ci ildə Harvard Universitetində pedaqogika və sosial psixologiya kafedrasının professoru oldu və əxlaq inkişaf nəzəriyyəsinin yaradıcısı kimi həmkarlarının ətrafında şöhrət qazandı.

1971-ci ildə Belize şəhərində işləyərkən, Kolberq parazitar infeksiyaya yoluxdu və bu qorxunc xəstəlik səbəbindən həyatının növbəti on altı illini depressiya və ağrılarla davamlı mübarizə şəklində keçirdi. 19 yanvar 1987-ci ildə, müalicə gördüyü xəstəxanadan bir gün icazə aldı və özünü Boston çayına ataraq intihar etdi. Alim, bu zaman 59 yaşında idi.

Əxlaqi inkişaf mərhələləri

Kolberqin əxlaqi inkişaf nəzəriyyəsi məşhur İsveçrə psixoloqu Jean Piagetin nəzəriyyəsinə əsaslanır. Piaget, bu prosesi iki mərhələyə bölür, Kolberg isə altı mərhələ və üç səviyyəyə ayırır. Onun fikrincə, insanın əxlaqi inkişafı bütün həyatı boyu davam edir. Bu mərhələləri müəyyənləşdirmək və təsvir etmək üçün Kolberq müxtəlif yaşda olan bir qrup uşağa çətin əxlaqi dilemmalar verir. Onların seçimlərini araşdırır və bu arqumentlərin kiçik respondentlərin yaşlarıyla nə dərəcədə əlaqəli olduğunu müəyyənləşdirir.

“Heyntsin Dilemması”

Kolberq, eksperimenti xərçəng xəstəliyinin nadir hallarda rast gəlinən növündən əziyyət çəkən qadın üzərində apardı. Yə yalnız bir şey kömək edə bilər. Bu, qadının yaşadığı ərazidə əczaçı tərəfindən hazırlanan radiumun xüsusi formalarından biri idi. Dərmanın istehsal qiyməti baha olsa da əczaçı qarşılığında 10 qat daha çox məbləğ tələb edirdi. Əczaçı, radium maddəsi üçün 200 dollar ödədiyi halda, dərmanın kiçik bir dozası üçün 2000 dollar pul istəyirdi. Xəstə qadının həyat yoldaşı Heynts, bütün tanışlarından borc pul almağa çalışdı, ancaq 1000 dolları, yəni tələb olunan qiymətin yalnız yarısını toplaya bildi. Heynts əczaçıya həyat yoldaşının ölüm döşəyində olduğunu söylədi, dərmanı daha ucuz satmağı və ya ən azı pulun qalanını sonra ödəməsini istədi. Ancaq əczaçının cavabı: “Xeyr, mən bu dərmanı kəşf etdim və bundan pul qazanacam” oldu. Çarəsizlikdən Heynts gecə yarısı aptekə girdi və həyat yoldaşı üçün dərmanı oğurladı. Sizcə, Heynts doğru etdi?

Lakin, artıq qeyd olunduğu kimi, Kolberq üçün əsas uşaqların cavabları yox, qərar vermələrinə səbəb olan fikirləri idi. Tədqiqatların nəticələrinə əsasən, psixoloq uşaqların reaksiyasını təsnifatlaşdırarkən, əxlaq inkişafın üç səviyyəsini və altı mərhələsini qeyd etdi.

Səviyyə 1. Əxlaq öncəsi səviyyə

• Mərhələ 1. İtaət və cəza.

Bu mərhələdə uşaqlar qaydaları mütləq həqiqət kimi qəbul edirlər; qaydalara əmək etmək cəzadan qaçmaq deməkdir. Əxlaqi inkişafın bu mərhələsi az yaşlı uşaqlar üçün xarakterik olsa da, bəzən böyüklər də bu cür arqumentasiyaya qaçırlar.

Mərhələ 2. İndividualizm və mübadilə.

Bu mərhələdə uşaq yalnız öz istəklərinə uyğun fəaliyyətləri və davranışları qəbul edir. Məsələn, Heynts dilemması ilə əlaqədar, uşaqlar xəstə qadının ərinin hərəkətini yaxşı hesab etdilər, belə düşünürdülər ki, həmin anda vəziyyətdən çıxmaq üçün belə edib.

Səviyyə 2. Konvensional (ümumi) əxlaq

     •   Mərhələ 3. Şəxslərarası münasibətlər.

Bu mərhələdə uşaqlar öz fəaliyyətlərini cəmiyyətin və ətrafdakıların gözləntilərinə uyğunlaşdırır və onlar tərəfindən dəstəklənməsini gözləyir. Onlar üçün yaxşı insan olmaq və məşhurlaşmaq vacibdir. Başqa sözlə, yaxşı oğlan ya da qız olmağa çalışırlar.

  • Mərhələ 4. İctimai təhlükəsizliyin qorunması.

Bu mərhələdə uşaq bütövlükdə cəmiyyətə yönəlir. O, qaydalara əməl etmək və ictimai təhlükəsizliyin qorunmasına istiqamətlənir, avtoritetə və səlahiyyətə,eyni zamanda və əvvəlcədən qəbul edilmiş vəzifələrin yerinə yetirilməsinə hörmətlə yanaşır.

Səviyyə 3. Əxlaq sonrası mərhələ

  • Mərhələ 5. Sosial müqavilə və fərdi hüquqlar.

Bu mərhələdə uşağa aydın olur ki, bütün insanların müxtəlif inancları, fikirləri və dəyərləri var. Bu qaydalar və qanunlar cəmiyyətin qorunub saxlanması üçün cəmiyyətin hər bir üzvü ilə razılaşdırılmış standartlara əsaslanmalıdır.

         • Mərhələ 6. Universal əxlaq prinsipləri və əxlaq normaları.

Son mərhələ, cəmiyyətin qaydalarına və qanunlarına zidd olan daxili ədalət və əxlaq prinsiplərinə söykənir.

Kolberqin sözlərinə görə, bu mərhələlər yalnız yuxarıda təsvir edilmiş şəkildə, ciddi qaydada başa çatdırıla bilər və hər insan əxlaqi cəhətdən tamamilə inkişaf etmir.

Əxlaqi inkişaf nəzəriyyəsinin tənqidi

Kolberqin təklif etdiyi əxlaqi inkişaf mərhələsinin modeli, şübhəsiz ki, psixologiyanın inkişafına böyük təsir göstərmişdir, eyni zamanda kəskin tənqidlərə məruz qalmışdır. Tənqidçilər, elm adamının fikirlərinin kişilərı qarşı lütf olduğunu vurğulayır (məsələn, oğlanların çoxu 4-cü mərhələdə, qızlar isə 3-cü mərhələdədir); alim yalnız qayğıkeşlik və şəfqət kimi anlayışları nəzərə almır, məhz ədalətə köklənir.

Psixoloqun təcrübə apardığı istiqamət də müəmmalıdır: çünki o yalnız daha dəqiq nəticələr verəcək eyni yaşdakı uşaqlarla deyil, müxtəlif yaş qrupundakı uşaqlarla danışıb. Bütün bu çatışmazlıqlara baxmayaraq, Kolberqin əxlaqi inkişaf nəzəriyyəsi və bu sahədəki şləri son dərəcə əhəmiyyətli və dəyərlidir. Təklif etdiyi ideyalar uşaq psixologiyasını və uşaq davranışlarını daha yaxşı başa düşmək üçün müəllimlər tərəfindən universal şəkildə istifadə olunur.

Psixologiya Elmi-Tədqiqat İnstitutu


 

LOGİN

 Email
 Parol
Qeydiyyat