Nevroza meyilliliyin diaqnostikası (K.Xeka və X.Xessa)
Təşvişli-nevrotik pozuntu nevrotik xəstəliklər qrupuna daxildir. Bu qrupdan olan xəstəliklərdə təşviş, həyəcan, gərginlik, dəli olma hissi, ölüm qorxusu, yadlaşma hissi kimi psixoloji, tərləmə, titrəmə, xroniki baş ağrıları, qarın və sinə nahiyəsində ağrı, boğazda düyün hissi, təngnəfəslik, ürək döyüntülərinin artması, təzyiqin yüksəlməsi və ya enməsi kimi fizoloji reaksiyalar müşahidə olunur. Adətən ağırlıq dərəcəsinə əsasən aşağı,orta və yüksək səviyyələrə bölünür. Bu narahatlığın Sizdə hansı səviyyədə olmasını yoxlamaq istəyirsinizsə aşağıdakı linkə daxil olun. Psixi sağlamlıq və təhlükəsizlik arzu ilə E.N.M Psixologiya və Konsultasiya Mərkəzi