Məşhur bir fikirdə belə deyilir:xoşbəxt o adamdır ki, evdən işə işdən evə tələssin. Demək ki,insanların həyatda ən böyük arzusu gözəl ailəyə sahib olmaqdır. Təəssüflər olsun ki,bəzi insanlar evləndikdən bir müddət sonra seçiminin düzgün olmadığını anlayır. Sizə təqdim olunan bu testin köməyi ilə nigahınızın nə dərəcədə uğurlu olduğunu öyrənə biləcəksiniz. Oxuyun, fıkirləri «bəli», «xeyr» cavabları ilə qiymətləndirin.