Adamlar tez-tez beyinlərini daha yaxşı işləməyə məcbur etmək, diqqəti və yaddaşı yaxşılaşdırmaq üçün hər şeyə can atsalar da, təbiətin verdiyindən daha çox inkişaf edə bilmir.Təəssüflənməyin,bəzən pis yaddaş və zəif diqqət bizi xilas edir.Təsəvvür edin ki, əgər biz hər şeyi xatırlasaydıq, həyatımız nə qədər çətin olardı. Deməli, keçmişdə baş vermiş xoşagəlməz hadisələr daim gözlərimiz önündə canlanar və onlar bizim sakit yaşamağımıza imkan verməzdi. Yaddaşınız və diqqətinizin hansı səviyyədə olduğunu aşağıdakı testin köməyi ilə müəyyən edə bilərsiniz.