Posttravmatik stress pozuntusu, yaşanmış travmatik stressdən sonra bir neçə simptomun ortaya çıxması ilə müşahidə olunan pozuntudur. Bu simptomlara hədsiz qorxu, çarəsizlik və ya dəhşətli anı yenidən yaşama aid edilir. Diaqnozun qoyulması üçün əlamətlər ən azı 1 ay müddətində intensiv şəkildə müşahidə olunmalı və klinik baxımdan bəlli narahatlığa və ya sosial, peşə keyfiyyətlərinə, funksionallığa və digər vacib sahələrdə problemlərin yaranmasına gətirib çıxarmalıdır. Posttravmatik stressin olub-olmamasını yoxlamaq istəyirsinizsə, aşağıdakı testə daxil olun.
Hər birinizə psixi sağlamlıq və təhlükəsizlik arzusu ilə
E.N.M Psixologiya və Konsultasiya Mərkəzi