Sizə təqdim etdiyimiz test ailə xoşbəxtliyi axtaranlar üçündür. Həm evliliyini rəsmiləşdirənlərə, həm bu addımı atmağa hazırlaşanlara, hətta yaxın vaxtlarda evlilik planlaşdırmayanlara da bu test yararlıdır. Bəzilərini bu suallar nəyinsə üzərində düşünməyə vadar edəcək, digərlərini yəqin ki, düşünülməmiş addımlardan qoruyacaq, bəzilərini də narahatçılıqdan xilas edəcək. Bir qərara gələ bilməsəniz, narahat olmayın, çünki bu teorem deyil, yetərincə ciddi dəlillərə söykənən əyləncəli oyundur.
Bu testin təsiri altında bir günlük də olsa, xoşbəxt olmağa dəyər.