Öz temperament tipinizi öyrənin.

İnsanları xarakterinə görə 4 temperament tipinə bölürlər. Xalerik, Sanqvinik, Fleqmatik, Melankonik. Hər bir insan bu temperament tiplərindən biri ilə doğulur elə həmin tiplədə ömrünü başa vurur. Yəni heç bir insanın temperament tipi heç vaxt dəyişmir. Amma xarakter dəyişir. Əgər bütün həyatı boyu öz xarakterimizi bu temperament tiplərinin biri ilə uzlaşdırırıqsa onda bu tipi mütləq müəyyən etməliyik. Onu da qeyd edim ki, pis temperament tipi yoxdur, pis xarakter var. Öz temperament tipinizi öyrənin. Aşağıdakı 4 temperament tipini oxuyun. Sizdə olan xüsusiyyətlərin sayını qeyd edin. Hansı tipə aid daha çox xüsusiyyət qeyd etsəz, bu sizin temperament tipinizdir. Əgər iki müxtəlif tipdə təxminən eyni sayda xüsusiyyət aşkarladızsa onda siz hər iki tipə aid ola bilərsiz. Xolerik. 1. Narahat,bir yerdə qərar tutmayan. 2. Hövsələsiz, səbirsiz. 3. Təşəbbüskar, qətiyyətli 4. Qaba, kobud, inadkar 5. Mübahisə zamanı hazırcavab 6. Həmişə deyil arabir işləməyən 7. Riskə meylli 8. Kin küsü saxlamayan 9. Sürətli qarışıq nitqə malik olmaq 10. Müvazinatsız və qızışmağa meylli 11. Çatışmamazlığa qüsurlara dözməyən 12. Davakar 13. Ifadəli mimikanın olması 14. Yorulmadan yeniliyə çəhd göstərən 15. Hər bir işi öhdəsinə götürüb dərhal onu həll etməyə qabillik 16. Yorulmadan yeniliyə cəhd göstərən 17. Qarşısına qoyduğu məqsədə nail olmaq üçün ciddi inad göstərən. 18. Əhvalının kəskin dəyişməsinə meyl. Sanqvinik Şən və həyatsevər; gümrah və işgüzar; çox vaxt başladığı işi axıra kimi yerinə yetirməyən; özünü həddindən artıq yüksək qiymətləndirməyə meylli;yeniliyi tez tutmağa qabillik; maraq və meyllərin sabit olmaması; uğursuzluqdan pis xəbərdən tez təsirlənən; yeni, müxtəlif şəraitə asanlıqla alışan; hər bir yeni işə həvəslə başlayan; iş onu maraqlandırmadıqda ondan asanlıqla soyuyan; yeknəsək ağır işdən sıxılan bezar olan; ünsiyyətli və həssas; dözümlü və işgüzar; sürətli, hündür, aydın, canlı jest və ifadəli mimika ilə müşayiət edilən nitqə malik olması; gözlənilməyən mürəkkəb şəraitdə özünə sahib olmaq; daima gümrah əhval ruhiyyəyə malik olmaq; dərhal yuxuya getmək və ayılmaq, müəyyən məsələləri həll edərkən tələskənlik; bəzən üzdən hərəkət etməyə və fikrinin yayınmağa meylli olması. Fleqmatik Sakitlik və soyuqqnlılıq; işdə ardıcıllıq və təmkinlilik; ehtiyatli və ağıllı hərəkət edən; Gözləməyi bacaran; qaradinməz və boş-boşuna danışmağı sevməmək; sakit, rəvan, eyni zamanda kəskin emosiya, jest və mimikasız nitqə malik olmaq; təmkinli və səbirli; başladığı işi axıra çatdıran; boş yerə öz gücünü sərf etməyən; gün rejiminə, iş sisteminə ciddi əməl edən; öz həyacanının qarşısını asanlıqla ala bilmək; rəğbətləndirmə və cəzaya o qədər əhəmiyyət verməyən; kinsiz xoşxasiyyət; öz münasibət və maraqlarında sabitlik; işə geç başlamaq bir işdən o birisinə geç keçmək, hamıya eyni çür münasibət bəsləyən; Hər şeydə səliqəlilik və intizamı sevmək; yeni şəraitə çətinliklə alışmaq; Özünü ələ ala bilmək; İnsanları daha çox işgüzarlığına görə qiymətləndirməyə meyllik. Melanxolik Utancaq; Yeni şəraitdə özünü itirmək; yeni adamlarla ünsiyyətə girməkdə çətinlik çəkmək; öz güçünə inanmamaq; tənhalığı asanlıqla keçirə bilmək; uğursuzluq zamanı məyusluqvə ya özünü itirmək; özünə qapılmağa meyllilik; tez yorulmaq;zəif, yavaş nitqə malik olmaq; Göz yaşı tökməyə qədər həsas; şübhələnməyə meyllik, çox həsas və hər şeyi ürəyinə salan; qapalı və ünsiyyətsiz, öz fikrini heç kəslə bölüçməyən; hədsiz küsəyən; az fəal və qorxaq; asanlıqla təsir altına düşməyən; ətrafdakılardan onun halına yanmağı və köməklik göstərməyi gözləmək.
 
Elnur Rüstəmov: “Bəzən uşaq psixoloqu həm uşaq, həm də böyüklərlə çalışır”
“Bizdə praktik psixologiya hələ ki zəif inkişaf edib”“Psixologiyada konkret istiqamətlər üzrə kadrların azlığı problemi var”Son dövrlərdə cəmiyyətimizdə psixoloqlara müraciət halları olduqca artıb. Bununla belə, insanlar kimin yanına getdiklərini çox vaxtlar özləri də bilmirlər. Belə ki, psixoloqlara müraciətin artması bu sahədə işbazların da ortaya çıxmasına səbəb olub. Bu isə “psixoloq” adı altında fəaliyyət göstərən həmin işbazlara müraciətin əslində fayda əvəzinə zərərlə nəticələnməsinə səbəb olur. Bu kimi məsələlərlə bağlı müsahibimiz Psixologiya və konsultasiya mərkəzinin psixoloqu Elnur Rüstəmovdur.
Mövsümi depresiyalar.
Tətildən sonra qadınlar artıq çəkidən azad olmaq, kişilər isə siqareti tərgitmək istəyirlər. İşi və ya məktəbi ilə bağlı bir sıra problemlər yaşayanlar bu mühitdən uzaqlaşdıqları üçün qısa müddətlik də olsa problemləri unudurlar. Amma uzun və yaxşı bir tətildən sonra sıxıldıqları həmin məkana qayıtmaq onlara işgəncə kimi görünəcəkdir. İşini və ya məktəbini sevməyənlər depressiyanı daha şiddətli şəkildə yaşayırlar. 
Ailədə bacı və qardaş qısqanclığı
Qısqanclıq gözlənilən maraq, diqqət, sevgi və şəfqət əksikliyinə verilən təbii bir cavab reaksiyasıdır. Uşaqların həyatında  öz kiçik qardaş və ya bacılarını qisqanma, onlara qarşı kobud davrama qısqanclığın ən bariz nümunəsidir. Qısqanc uşaq, daha çox diqqət görən kiçik uşaqla əlaqələrində özünü narahat hiss edir və bu kiçik uşağın sevgisi qarşısında öz statusunu itirəcəyindən qorxur.
Ailələrdə boşanma və onun səbəbləri
Bildiyimiz kimi müasir dövrdə boşanmaların sayı artmaqda davam edir. Bu prosesi və boşanmaya gətirib çıxaran səbəbləri aydınlaşdırmaq üçün tədqiqatçıların araşdırmalarına nəzər salaq. Tədqiqatçılar boşanmalara və ailənin dağılmasına gətirib çıxaran səbəbləri 3 qrupa ayırmağı məqsədəuyğun hesab edirlər:1) Maddi – məişət problemləri;2) Şəxsi münaqişələr;3) Xarici təsirlər.

LOGİN

 Email
 Parol
Qeydiyyat