Depressiya insanda ətraf mühitin və ya fizioloji dəyişikliklərin nəticəsində özünü büruzə verən ruhi anomaliyadır. Depressiya, xüsusilə bir itki, ya da xəyal qırıqlığı yaşandıqdan sonra qısa bir müddətə davam etdikdə, normal bir hal olaraq qəbul edilə bilər. Lakin insan uzun müddət özünü fiziki və mənəvi cəhətdən lazımsız hiss edirsə, ruh düşkünlüyü yaşayırsa, bu depressiya halıdır və zamanında aradan qaldırmaq üçün tədbir görülməsi vacibdi. Depressiyada olan adamı yemək-içmək maraqlandırmır. Günəşin çıxması, yağışın yağması, ümumiyyətlə, heç nə ona sevinc gətirmir. Bu vəziyyətdə insan qəlb sızıntısı, məyusluq, pərişanlıq hiss edir. Depressiya illərlə içimizdə yığılan hiss və narahatlıqlarımızın, sona qədər yaşanmamış fikir və düşüncələrimizin nəticəsidir. Mütəxəssislərin fikrincə, depressiya çox zaman təşvişli-nevrotik pozuntunun fonunda başlayır. Depressiyanı müəyyən etmək üçün xüsusi testlərdən istifadə olunur ki, onların işərisində ən etibarlısı ZANQ depressiya testidir. Depressiv vəziyyətinizin hansı səviyyədə olduğunu müəyyən etmək üçün aşağıdakı suallara cavab verməyiniz kifayətdi.
Hər birinizə psixi sağlamlıq və təhlükəsizlik arzusu ilə
E.N.M Psixologiya və Konsultasiya Mərkəzi