Dinləməyi bacarırsınızmı?

İnsanın ən üstün cəhətlərindən biri də həmsöhbətini dinləmək bacarığıdır. Ünsiyyət zamanı həmsöhbətini dinləmək-qarşılıqlı anlaşmanın əsas ünsürüdür.Uğurlu ünsiyyət üçün qarşıdakı insan danışanda fikrini tamamlamağa imkan vermək lazımdır. Siz belə etdikdə insana sizinlə ünsiyyət qurmaq xoş təsir bağışlayacaq. Unutmayın ki,ünsiyyət zamanı diqqət özünüzə deyil, qarşı tərəfə yönəldilməlidir.Dinləmək bacarığınızın hansı səviyyədə olduğunu aşağıdakı testin köməyi ilə müəyyənləşdirin.
 
Elnur Rüstəmov: “Bəzən uşaq psixoloqu həm uşaq, həm də böyüklərlə çalışır”
“Bizdə praktik psixologiya hələ ki zəif inkişaf edib”“Psixologiyada konkret istiqamətlər üzrə kadrların azlığı problemi var”Son dövrlərdə cəmiyyətimizdə psixoloqlara müraciət halları olduqca artıb. Bununla belə, insanlar kimin yanına getdiklərini çox vaxtlar özləri də bilmirlər. Belə ki, psixoloqlara müraciətin artması bu sahədə işbazların da ortaya çıxmasına səbəb olub. Bu isə “psixoloq” adı altında fəaliyyət göstərən həmin işbazlara müraciətin əslində fayda əvəzinə zərərlə nəticələnməsinə səbəb olur. Bu kimi məsələlərlə bağlı müsahibimiz Psixologiya və konsultasiya mərkəzinin psixoloqu Elnur Rüstəmovdur.
Mövsümi depresiyalar.
Tətildən sonra qadınlar artıq çəkidən azad olmaq, kişilər isə siqareti tərgitmək istəyirlər. İşi və ya məktəbi ilə bağlı bir sıra problemlər yaşayanlar bu mühitdən uzaqlaşdıqları üçün qısa müddətlik də olsa problemləri unudurlar. Amma uzun və yaxşı bir tətildən sonra sıxıldıqları həmin məkana qayıtmaq onlara işgəncə kimi görünəcəkdir. İşini və ya məktəbini sevməyənlər depressiyanı daha şiddətli şəkildə yaşayırlar. 
Ailədə bacı və qardaş qısqanclığı
Qısqanclıq gözlənilən maraq, diqqət, sevgi və şəfqət əksikliyinə verilən təbii bir cavab reaksiyasıdır. Uşaqların həyatında  öz kiçik qardaş və ya bacılarını qisqanma, onlara qarşı kobud davrama qısqanclığın ən bariz nümunəsidir. Qısqanc uşaq, daha çox diqqət görən kiçik uşaqla əlaqələrində özünü narahat hiss edir və bu kiçik uşağın sevgisi qarşısında öz statusunu itirəcəyindən qorxur.
Ailələrdə boşanma və onun səbəbləri
Bildiyimiz kimi müasir dövrdə boşanmaların sayı artmaqda davam edir. Bu prosesi və boşanmaya gətirib çıxaran səbəbləri aydınlaşdırmaq üçün tədqiqatçıların araşdırmalarına nəzər salaq. Tədqiqatçılar boşanmalara və ailənin dağılmasına gətirib çıxaran səbəbləri 3 qrupa ayırmağı məqsədəuyğun hesab edirlər:1) Maddi – məişət problemləri;2) Şəxsi münaqişələr;3) Xarici təsirlər.

LOGİN

 Email
 Parol
Qeydiyyat