Sevənlər bir-birinə qovuşanda bütün dünya onların gözündə nağıl kimi olur.
Onlar bir-birini çox sevirlər.Sevgi dolu günlər həyatlarını günəş kimi isidir,işıqlandırır. Bu sevginin sonsuzacan davam edəcəyinə əmin olan cütlük get gedə bir-birinə olan ixtiyarı diqqət və qayğısını azaldır, onunla az maraqlanır, az ünsiyyətə girir, bir sözlə məişət problemləri sanki sevgini arxa plana keçirir. Əziz kişilər unutmayın ki, qadınların sizin pulunuzdan çox xoş sözlərinizə ehtiyacı var. Sevginizi qorumaq istəyirsinizsə onunla ünsiyyətə çox vaxt ayırmaqla yanaşı, bu işdə çox diqqətli olacaqsınız. Bir qadına gözəl olduğunu söyləməkdənsə, heç bir qadının onun kimi olamadığını söyləsəniz bu sözlər sevginizin təminatı ola bilər. Sevginizi nə dərəcədə qoruduğunuzu aşağıdakı testin köməyi ilə öyrənə bilərsiniz.