Özünəinam hər bir insanda mütləq olması gərəkən bir hissdir. Özünə inanan insan həmişə hissləri, arzuları və tələbləri barədə açıq danışır, imtina etməyi, əlaqə qurmağı bacarır, söhbəti başlayır və tamamlayır. İlk növbədə belə insan öz imkanlarını yüksək qiymətləndirir. Hesab edir ki, onun gücü qarşısına qoyduğu istənilən məqsədin öhdəsindən gəlməyə yetərlidir. O, qarşısına yeni məqsədlər qoymaqdan çəkinmir və onları şövqlə reallaşdırır. Bəs siz necə özünüzə inanırsınızmı?