Sevə bilməyirəm məni sevəni, mənim sevdiyimsə sevməyir məni. Bu məşhur misrada söylənən qarşılıqsız məhəbbəti hər kəs yaşayıb. Sevmək çətindir, yoxsa sevilmək? Bəlkə “görəsən sevirmi” deyə düşünmək? Yəqin sevir yoxsa sevmir deyə çobanyastığı çiçəklərini də yolmusuz. Nəticəyə gah sevinib, gah da kədərlənmisiz. Hər bir insanın sevmək və sevilməyə olan tələbatı onun davranışına da təsir edir. Biri tərəfindən dəlicəsinə sevilmək insana güc, birini dəlicəsinə sevmək isə cəsarət verər.Bəs siz necə, sevirsiniz yoxsa sevilirsiniz?