Uğurlu insanların silahı, maraq duyğusu...

Maraq, hər zaman içimizdə olan və beynimizi durmadan yeni bir şeylərə istiqamətləndirən bir duyğudur. İnsanın təməl duyğularından biri olmaqla yanaşı, yeni məlumatlar əldə etmək üçün də böyük bir vasitədir.

Qadınlarda maraq duyğusunun kişilərdən daha çox olduğu düşünülsə də, bu hər bir insanın şəxsiyyətindən asılı olaraq dəyişir. Həmçinin qadın və kişinin maraq sahələri tamamilə fərqli olduğundan, yenə də biz onlar arasında bir ayrıcalıq qoya bilmərik. Sadəcə olaraq qadınlar daha çox detallara varıcı olduğu üçün, etdikləri hər bir işdə və yaxud hər hansı bir şey satın aldıqları zaman bunu ətraflı araşdırıb edirlər. Kişilər isə daha çox standart yaşamağa üstünlük verirlər.

Əslində maraq duyğusu doğru formada və doğru istiqamətlərə yönələrsə çox faydalıdır. Daim bizdə yeni sualların yaranması yeni addımlar atmağımıza və həyatımızın daha da rənglənməsinə səbəb olur.

Ancaq maraqsızlıq insanın həyatını rəngsizləşdirir və onu sıradan biri edir.

Həmçinin nəyəsə qarşı olan maraq nəticəsində edilən davranışları beyin bir mükafat kimi qəbul edir və dopamin ifraz edir. Bu da insanın özünü daha yaxşı hiss etməsinə kömək olur.

İnsan həmişə maraqlandığı mövzuları özü üçün dəyərləndirməyi də bacarmalıdır. Bu maraq mənimlə nə dərəcə də əlaqəlidir, sonda mənə nələr qatacaq, sadəcə tətmin duyğusu mu verəcək və s.

Bir gün bir adam Sokrata deyir: "Dostun haqqında nə eşitdiyimi bilirsənmi?"

Sokrat: "Bir dəqiqə gözləyin" deyə cavab verir və davam edir: "Mənə bir şey söyləməzdən əvvəl kiçik bir testdən keçməyinizi istəyirəm.Buna Üçlü Filtr Testi deyilir. Dostum haqqda danışmazdan əvvəl bunu etməyim, doğru bir düşüncə yaradacaq. İlk filtr HƏQİQƏTdir. Birazdan mənə deyəcəyin şeyin tam olaraq gerçək olduğuna əminsənmi?”

"Xeyr, sadəcə bunu eşitdim."

“Yaxşı, belə ki, həqiqətən doğru olub olmadığını bilmirsən... İndi ikinci filtrə keçək, yəni YAXŞILIQ . Dostum haqqında mənə danışmaq istədiyin yaxşı bir şeydir ? " Sokrat soruşur.

"Xeyr, əksinə."

Sokrat: "Yəni onun haqqında mənə pis bir şey söyləmək istəyirsən və bunun doğru olduğundan əmin belə deyilsən.

Ancaq yenə də testdən keçə bilərsən, çünki daha bir filtr qaldı,FAYDALILLIQ. Dostum haqqında danışmaq istədiyin şey mənə faydalıdır? "

Adam çaşdı: "Xeyr! Həqiqətən deyil! "

Sokrat:" Yaxşı. Əgər mənə demək istədiyin şey nə doğru, nə yaxşı, nə də faydalı deyilsə, niyə mənə deyəsənki ? " 

İnsanların ailə daxili problemləri, evlənib-boşanmaları, yeni bir ev, maşın almaları və bunun kimi bir çox məqamlara toxunan maraqlar əlbəttə ki insanı heç vaxt irəliyə addımlada bilməz. Başqa insanların həyatlarına, şəxsi münasibətlərinə qarşı bu cür maraqlı olan insanlar öyrəndikləri ilə sadəcə anlıq zövqlər yaşayarlar. Şəxsi həyatlarında uzun müddətli uğurlara yer verməz, yalnız xəyali və vizual görüntüyə dayanan kiçik uğurlar əldə etmək istəyində olarlar.

Unutmayın, maraqlarınızın içində həqiqət, yaxşılıq, faydalılıq və kontrol olduğu təqdirdə bu sizə real birşeylər verəcəkdir.

Qədəmli İsmayılova

Klinik psixoloq

 


 

LOGİN

 Email
 Parol
Qeydiyyat