Beyin yaşınızı bilirsinizmi?

Özünüzü gedərək yaşlanır kimi hiss etdiyiniz anlar ola bilər. Ancaq bu bəzən gerçək yaşınızdan çox beyin yaşınızla əlaqədardır. Yəni zehni fikri yaşlanma bəzən fiziki yaşlanmadan daha ağır gələ bilər. Siz də aşağıdakı testi cavablayaraq beyin yaşınızı hesablaya bilərsiniz: psixotest.az 1- Dostlarınıza tez-tez neçə yaşınızda olduğunuzdan bəhs edirsinizmi? * Bəli * Xeyr 2- Dəyişmə üçün (görünüş) çox yaşlı olduğunuzamı inanırsınız? * Bəli * Xeyr 3- Daha əvvəl edə bildiyiniz zehni inkişaf etdirən işləri artıq buraxdınızmı? * Bəli * Xeyr 4- Yaşınızdan ötəri özünüzü müəyyən fəaliyyətlərin (yeni bir məşğələ ya da yeni bir iş tapmaq kimi) xaricində tutursunuzmu? * Bəli * Xeyr 5- Tez-tez yaşınızı düşünüb narahatlıq keçirirsinizmi? * Bəli * Xeyr 6- Yaddaşınızdan şikayətçisinizmi? * Bəli * Xeyr 7- Yerə əyilərkən bədəninizdə ağrı olurmu? * Bəli * Xeyr 8- Hərdən kürəyinizi əyərək yeridiyinizi hiss edirsinizmi? * Bəli * Xeyr 9- Çox bəyənmənizə baxmayaraq \"gənc işi\" deyərək bəzi geyimləri almadığınız olurmu? * Bəli * Xeyr 10- Həyatın bütün yenilik və həyəcanlarının geridə qaldığını və bundan sonra həyatınızın yalnız təkrarlanan bir zərurət olaraq keçəcəyini düşünürsünüzmü? * Bəli * Xeyr QİYMƏTLƏNDİRMƏ Hər \"BƏLİ\" cavabı üçün özünüzə 1 bal verərək beyin yaşınızı ölçün: 7-10: Beyin yaşı hesabınız yüksəkdir. Yəni olduğunuzdan daha yaşlı hiss edirsiniz. Bunun yanında - bəlkə də şüursuz bir şəkildə - özünüzü çölə yaşlı hətta yaşlının da kənarında bir insan olaraq əks etdirmə meylindəsiniz. Hər hansı bir xəstəliyiniz olmadığını fərz edərək bu davranış formanız davamlı yaşınızla əlaqədar şikayətlənmək kimi mənfi vərdişlərinizlə əlaqədar ola bilər. Bunları kəşf edib ortadan qaldırmağa çalışın 4-6: Özünüzü yaşlı kimi görmə meylinə sahibsiniz. Yaşınızın tipik xüsusiyyəti olan müəyyən düşüncə qəlibləri və vərdişlər beyninizdə meydana gəlməyə başlayıb. Bunları təsbit edib onlardan xilas olun. 0-3: Özünüzü gənc hiss etmə meylindəsiniz. Ancaq yaşınızla doğru mütənasib olaraq gələcək təcrübələri və yetkinliyi lazım olduğu kimi yaşaya bilməsəniz bu dəfə də uşağınızın evdən ayrılması ya da işdən çıxarılmaq kimi bir vəziyyət sizdə şok təsiri yarada bilər. Bunun nəticəsində düşüncə quruluşunuz tamamilə dəyişmək məcburiyyətində qalar.
 
Elnur Rüstəmov: “Bəzən uşaq psixoloqu həm uşaq, həm də böyüklərlə çalışır”
“Bizdə praktik psixologiya hələ ki zəif inkişaf edib”“Psixologiyada konkret istiqamətlər üzrə kadrların azlığı problemi var”Son dövrlərdə cəmiyyətimizdə psixoloqlara müraciət halları olduqca artıb. Bununla belə, insanlar kimin yanına getdiklərini çox vaxtlar özləri də bilmirlər. Belə ki, psixoloqlara müraciətin artması bu sahədə işbazların da ortaya çıxmasına səbəb olub. Bu isə “psixoloq” adı altında fəaliyyət göstərən həmin işbazlara müraciətin əslində fayda əvəzinə zərərlə nəticələnməsinə səbəb olur. Bu kimi məsələlərlə bağlı müsahibimiz Psixologiya və konsultasiya mərkəzinin psixoloqu Elnur Rüstəmovdur.
Mövsümi depresiyalar.
Tətildən sonra qadınlar artıq çəkidən azad olmaq, kişilər isə siqareti tərgitmək istəyirlər. İşi və ya məktəbi ilə bağlı bir sıra problemlər yaşayanlar bu mühitdən uzaqlaşdıqları üçün qısa müddətlik də olsa problemləri unudurlar. Amma uzun və yaxşı bir tətildən sonra sıxıldıqları həmin məkana qayıtmaq onlara işgəncə kimi görünəcəkdir. İşini və ya məktəbini sevməyənlər depressiyanı daha şiddətli şəkildə yaşayırlar. 
Ailədə bacı və qardaş qısqanclığı
Qısqanclıq gözlənilən maraq, diqqət, sevgi və şəfqət əksikliyinə verilən təbii bir cavab reaksiyasıdır. Uşaqların həyatında  öz kiçik qardaş və ya bacılarını qisqanma, onlara qarşı kobud davrama qısqanclığın ən bariz nümunəsidir. Qısqanc uşaq, daha çox diqqət görən kiçik uşaqla əlaqələrində özünü narahat hiss edir və bu kiçik uşağın sevgisi qarşısında öz statusunu itirəcəyindən qorxur.
Ailələrdə boşanma və onun səbəbləri
Bildiyimiz kimi müasir dövrdə boşanmaların sayı artmaqda davam edir. Bu prosesi və boşanmaya gətirib çıxaran səbəbləri aydınlaşdırmaq üçün tədqiqatçıların araşdırmalarına nəzər salaq. Tədqiqatçılar boşanmalara və ailənin dağılmasına gətirib çıxaran səbəbləri 3 qrupa ayırmağı məqsədəuyğun hesab edirlər:1) Maddi – məişət problemləri;2) Şəxsi münaqişələr;3) Xarici təsirlər.

YAZARLAR

LOGİN

 Email
 Parol
Qeydiyyat