Paltarınızı necə soyunursunuz?

Axşam yorğun-arğın evə gəldiniz... Soyunub istirahət etməyi hədəfləyirsiniz... Ancaq diqqət; soyunuş tərziniz sizi ələ verə bilər... Təsadüfi soyunanlar:Əgər soyunarkən çıxardıqlarınızı təsadüfi evinizin hər hansı bir tərəfinə atanlardansınızsa, yoldaş canlı birisiniz. Həyatı bir party kimi görürsünüz. Düşüncələrinizdə rahat və açıq fikirlisiniz. Başqalarının sizin haqqınızda nə düşündüyü isə heç vecinizə deyil. Vasvası soyunanlar:Əgər çıxardıqlarınızı düz bir şəkildə bir yerə qoyursunuzsa ciddi birisiniz və sakit yaşamağı seçirsiniz. Həyatdakı problemlərin öhdəsindən gəlmənin ən yaxşı yolunun onlardan uzaq olmaq lazım olduğuna inanırsınız. (Bunlar çirkliləri ayırdıqdan sonra pencəkləri dərhal ventilyasiyaya aparar, asılacaq bir şey varsa da asarlar. Onsuz da çox şeyi yuyulmaga atarlar. Əvvəlcə ayaqqabı və corablarını çıxaranlar:Mükəmməl, utancaq birisiniz. Bir qərar vermədən əvvəl yaxşıca düşünərsiniz. Etibarlı birisiniz. Nələrə nə qədər diqqət yetirilməsi lazım olduğunu yaxşı bilirsiniz. Üzərinizə düşənləri metodik şəkildə təhlil edirsiniz. Yavaş soyunanlar:Əgər koynəyi çıxardıqdan sonra şalvarınızı on dəqiqə sonra çıxaranlardansınızsa, özünə güvənən, intellektual, dərin düşünən və çox çətinlik çıxardılmasını istəməyən biriniz. Ayrıca özünüzə çox zaman ayırmağı və başqa sözlə təkliyi sevirsiniz. Sürətli soyunanlar: Əgər paltarlarınızı ola bildiyincə tez çıxaranlardansınızsa başqalarına əhəmiyyət verən biriniz. Digər insanların sizdən gözlədikləri çox əhəmiyyətlidir. Öz ehtiyaclarınız baxımından da narahatsınız. Əksəriyyətlə işi gücü bol olan və ailə düşkünü biriniz. Əvvəl aksesuarlarınızı çıxarırsıznızsa:Əgər ilk olaraq uzuk-sırğa, aksesuarlarınızı və hətta saatınızı çıxarırsınızsa isti, düşüncəli, romantik, həssas birisiniz (Saatınızı çıxardaraq evdə zaman mövhumunuzun olmadığını göstərərək qarşınızdakını çox xoşbəxt edirsiniz. Amma xahiş toy üzüyünüzü orada burada buraxmayın. Başqasının evində soyunmağa da çalısmayın Hər səfərində fərqli isə:Şübhəçi və maraqlı biri olduğunuzu söyləyə bilərik. Risk almağı və macəranı sevərsiniz. O günkü əhvalınıza görə nə edəcəyiniz dəyişə bilər. Heç cür soyuna bilmirsinizsə:Bir də evə girib soyunmadan, bütün gün gəzdiyi o paltarla ortada dolanan tiplər vardır ki onlardan uzaq durun. Məktəbdən gəlmiş uşağınıza soyunmağı öyrətmək kimi ona da bunun əhəmiyyətini və faydasını oyrətmək lazımdır.
 
Elnur Rüstəmov: “Bəzən uşaq psixoloqu həm uşaq, həm də böyüklərlə çalışır”
“Bizdə praktik psixologiya hələ ki zəif inkişaf edib”“Psixologiyada konkret istiqamətlər üzrə kadrların azlığı problemi var”Son dövrlərdə cəmiyyətimizdə psixoloqlara müraciət halları olduqca artıb. Bununla belə, insanlar kimin yanına getdiklərini çox vaxtlar özləri də bilmirlər. Belə ki, psixoloqlara müraciətin artması bu sahədə işbazların da ortaya çıxmasına səbəb olub. Bu isə “psixoloq” adı altında fəaliyyət göstərən həmin işbazlara müraciətin əslində fayda əvəzinə zərərlə nəticələnməsinə səbəb olur. Bu kimi məsələlərlə bağlı müsahibimiz Psixologiya və konsultasiya mərkəzinin psixoloqu Elnur Rüstəmovdur.
Mövsümi depresiyalar.
Tətildən sonra qadınlar artıq çəkidən azad olmaq, kişilər isə siqareti tərgitmək istəyirlər. İşi və ya məktəbi ilə bağlı bir sıra problemlər yaşayanlar bu mühitdən uzaqlaşdıqları üçün qısa müddətlik də olsa problemləri unudurlar. Amma uzun və yaxşı bir tətildən sonra sıxıldıqları həmin məkana qayıtmaq onlara işgəncə kimi görünəcəkdir. İşini və ya məktəbini sevməyənlər depressiyanı daha şiddətli şəkildə yaşayırlar. 
Ailədə bacı və qardaş qısqanclığı
Qısqanclıq gözlənilən maraq, diqqət, sevgi və şəfqət əksikliyinə verilən təbii bir cavab reaksiyasıdır. Uşaqların həyatında  öz kiçik qardaş və ya bacılarını qisqanma, onlara qarşı kobud davrama qısqanclığın ən bariz nümunəsidir. Qısqanc uşaq, daha çox diqqət görən kiçik uşaqla əlaqələrində özünü narahat hiss edir və bu kiçik uşağın sevgisi qarşısında öz statusunu itirəcəyindən qorxur.
Ailələrdə boşanma və onun səbəbləri
Bildiyimiz kimi müasir dövrdə boşanmaların sayı artmaqda davam edir. Bu prosesi və boşanmaya gətirib çıxaran səbəbləri aydınlaşdırmaq üçün tədqiqatçıların araşdırmalarına nəzər salaq. Tədqiqatçılar boşanmalara və ailənin dağılmasına gətirib çıxaran səbəbləri 3 qrupa ayırmağı məqsədəuyğun hesab edirlər:1) Maddi – məişət problemləri;2) Şəxsi münaqişələr;3) Xarici təsirlər.

YAZARLAR

LOGİN

 Email
 Parol
Qeydiyyat

XÜSUSİ TƏKLİFLƏR