Depressiya testi (ZANQ)

Depressiya insanda ətraf mühitin və ya fizioloji dəyişikliklərin nəticəsində özünü büruzə verən ruhi anomaliyadır. Depressiya, xüsusilə bir itki, ya da xəyal qırıqlığı yaşandıqdan sonra qısa bir müddətə davam etdikdə, normal bir hal olaraq qəbul edilə bilər. Lakin insan uzun müddət özünü fiziki və mənəvi cəhətdən lazımsız hiss edirsə, ruh düşkünlüyü yaşayırsa, bu depressiya halıdır və zamanında aradan qaldırmaq üçün tədbir görülməsi vacibdi. Depressiyada olan adamı yemək-içmək maraqlandırmır. Günəşin çıxması, yağışın yağması, ümumiyyətlə, heç nə ona sevinc gətirmir. Bu vəziyyətdə insan qəlb sızıntısı, məyusluq, pərişanlıq hiss edir. Depressiya illərlə içimizdə yığılan hiss və narahatlıqlarımızın, sona qədər yaşanmamış fikir və düşüncələrimizin nəticəsidir. Mütəxəssislərin fikrincə, depressiya çox zaman təşvişli-nevrotik pozuntunun fonunda başlayır. Depressiyanı müəyyən etmək üçün xüsusi testlərdən istifadə olunur ki, onların işərisində ən etibarlısı ZANQ depressiya testidir. Depressiv vəziyyətinizin hansı səviyyədə olduğunu müəyyən etmək üçün aşağıdakı suallara cavab verməyiniz kifayətdi. Hər birinizə psixi sağlamlıq və təhlükəsizlik arzusu ilə E.N.M Psixologiya və Konsultasiya Mərkəzi
 
Elnur Rüstəmov: “Bəzən uşaq psixoloqu həm uşaq, həm də böyüklərlə çalışır”
“Bizdə praktik psixologiya hələ ki zəif inkişaf edib”“Psixologiyada konkret istiqamətlər üzrə kadrların azlığı problemi var”Son dövrlərdə cəmiyyətimizdə psixoloqlara müraciət halları olduqca artıb. Bununla belə, insanlar kimin yanına getdiklərini çox vaxtlar özləri də bilmirlər. Belə ki, psixoloqlara müraciətin artması bu sahədə işbazların da ortaya çıxmasına səbəb olub. Bu isə “psixoloq” adı altında fəaliyyət göstərən həmin işbazlara müraciətin əslində fayda əvəzinə zərərlə nəticələnməsinə səbəb olur. Bu kimi məsələlərlə bağlı müsahibimiz Psixologiya və konsultasiya mərkəzinin psixoloqu Elnur Rüstəmovdur.
Mövsümi depresiyalar.
Tətildən sonra qadınlar artıq çəkidən azad olmaq, kişilər isə siqareti tərgitmək istəyirlər. İşi və ya məktəbi ilə bağlı bir sıra problemlər yaşayanlar bu mühitdən uzaqlaşdıqları üçün qısa müddətlik də olsa problemləri unudurlar. Amma uzun və yaxşı bir tətildən sonra sıxıldıqları həmin məkana qayıtmaq onlara işgəncə kimi görünəcəkdir. İşini və ya məktəbini sevməyənlər depressiyanı daha şiddətli şəkildə yaşayırlar. 
Ailədə bacı və qardaş qısqanclığı
Qısqanclıq gözlənilən maraq, diqqət, sevgi və şəfqət əksikliyinə verilən təbii bir cavab reaksiyasıdır. Uşaqların həyatında  öz kiçik qardaş və ya bacılarını qisqanma, onlara qarşı kobud davrama qısqanclığın ən bariz nümunəsidir. Qısqanc uşaq, daha çox diqqət görən kiçik uşaqla əlaqələrində özünü narahat hiss edir və bu kiçik uşağın sevgisi qarşısında öz statusunu itirəcəyindən qorxur.
Ailələrdə boşanma və onun səbəbləri
Bildiyimiz kimi müasir dövrdə boşanmaların sayı artmaqda davam edir. Bu prosesi və boşanmaya gətirib çıxaran səbəbləri aydınlaşdırmaq üçün tədqiqatçıların araşdırmalarına nəzər salaq. Tədqiqatçılar boşanmalara və ailənin dağılmasına gətirib çıxaran səbəbləri 3 qrupa ayırmağı məqsədəuyğun hesab edirlər:1) Maddi – məişət problemləri;2) Şəxsi münaqişələr;3) Xarici təsirlər.

YAZARLAR

LOGİN

 Email
 Parol
Qeydiyyat