Stress orqanizmdə əsəb sistemlərinin normal vəziyyətdən kənara çıxmasıdır.Gündəlik həyatımızda istər-istəməz fərqli əhvali-ruhiyyələr yaşamalı oluruq. İnformasiya dövrü adlanan günümüzdə zamanla ayaqlaşa bilmək üçün ayıqlıq, xüsusi qabiliyyət və yüksək analiz qabiliyyəti tələb olunur.Bütün bu problemlərin təməlində dəhşətli bir xəstəlik dayanır: stress.Stress, sadəcə, bu günün meydana çıxardığı bəla deyil, hər zaman olub, amma bugünkü stress heç zaman olmayıb.