İnsan təbiəti gərəyi itirməkdən və uduzmaqdan xoşlanan bir varlıq deyil. Lakin hər birimiz həyatımızda saysız dəfə itirmənin verdiyi ağrını yaşamışıq . Əlbəttə mərcə girməkdən itirməklə qızıl kəmər boks matçında itirmənin arasında bir fərq vardır. Bir saat ərzində zərbə yedikdən sonra ünvanınızı da itirirsiniz üstəlik düşünməsi belə pis. Söz mövzusu şahmat olduğunda itirmək heç də öhdəsindən asan gəlinə biləcək bir iş deyil .Bir şahmat matçında taxtada döyüşən atlar və ya qalalar deyil çox vaxt. Oyunçuların eqoları , iradələri və zəkaları da toqquşar bir-biriylə . Bu üzdəndir ki təcrübəsiz oyunçular itirdikləri bir matçdan sonra özlərini yıxılmış hiss edərlər : eqoları sarsılmış , zəka və yaradıcılıqları sinifdə qalmışdır. Həqiqətdə , bir şahmat oyununda itirməyə zəmin meydana gətirən onlarla faktor sayıla bilər ; təcrübə , bilik , konsentrasiya , gərginlik , yuxusuzluq , xəstəlik , yorğunluq , psixoloji ünsürlər vs. Psixoloji ünsürlərin böyük usta səviyyəsində belə nə qədər əhəmiyyətli olduğunu görürük.