Gulnar2013-02-16 Salam mende her seye qarsi hedsiz stress ve qorxu olur her sozden asli olmayaraq eseblesirem deyilen sozu sakit qarsilaya bilmirem o soz mende qiciq yaradir hara gediremse mene heyacan gelir adi bir telefon zenginden bele ve qapi doyulende dehset heyacan yaranir men neylemeliyem xais edirem bir meslehet verin Cavab:
Salam Gulnar xanım.Siz də panik atak simptomlarına bənzər reaksiyalar var. Bunun müalicəsi mütəxəssislə ola bilər. Həyatınızda son zamanlar nələr olub? Özünüzü analiz edərək nə üçün əsəbi olduğunuzu aydınlaşdırmağa çalışın.Həyatınızdaki hadisələr istədiyiniz kimi gedir? Bunları aydınlaşdırmaq lazımdır.PCC psixoloqu Mələk Kərimova
Afa Aliyeva2013-02-13 Salam.Bele bir saytın olmasına çox sevindim. Men sizin merkezde olmuşam.Sizin hekimleriniz demek olar ki meni yeniden heyata qaytardılar. Çox sağ olun.Lakin bir problemim var. Çox qısqancam. Buna göre ailede problemler yaradıram.Sizin meslehetinize ehtiyacım var. Evvelceden size minnetdarlığımı bildirirem. Cavab:
Salam Afa xanım. Qısqanclıq üçün əsaslı səbəbləriniz,yaxud yaşadığınız hər hansı bir hadisə varmı? Bunu aydınlaşdırın.Siz sizə dəyər verən və dəyər verdiyiniz insanları özünüzdən uzaqlaşdırmamağa çalışın.Həyat nə özünüz üçün,nə də ətrafınızdakılar üçün çətin olmamalıdır.PCC psixoloqu Mələk Kərimova
Poppy2013-02-13 Salam psixoloqlar.necesiz? men sizin testlere daxil oluram ama acilmir:( bu neden ola biler? komek ederdizde Cavab:
Salam.Bəlkə sistem xatası yaranıb.Təkrar yoxlayın.PCC psixoloqu Mələk Kərimova
Chimnaz2013-02-13 Salam. Uşagın hal-hazırda 3,3 yashı var. Ozü serbest danışmır. 2,5 yaşından psixloqla meşgul olur. Psixoloq və loqopetlə az olsa söz deyir. Amma evdə məşğul olanda isə demir. Bir sözlə tənbəldir. Necə etmeək olar ki tənbəı olmaın? Təşəkkür! Cavab:
Salam.Uşağınıza daha çox vaxt ayırın.Ona çoxlu nağıl danışın,uşaq musiqilərinə bərabər qulaq asın.Onunla çox ünsiyyət qurmanız onun danışığına yaxşı təsir göstərəcək.Psixoloq Mələk Kərimova
Sebahet2013-02-12 salam menim 2 balam var oqlumun 4 yawi var hele normal daniwmir,uwaqlarim 1 aydir xestediler soyuqdeyme cixmir canlarindan,artiq sebrim,ve gucum yoxdu,herden sadece evden cixib qacmaq isteyirem.butun esebelrm pozulub yoldawimla bele normal daniwa bilmirem her weye eseblewir,dalawiram,mene komek edin ne olar deyin men ne edim.nece bu indiki halimi deyiwim,ne edim yeniden evvelkitek rahat yawayim,qabaqcadan twk edirem. Cavab:
Salam.Oğlunuzun 4 yaşında danışmaması müəyyən problemlə bağlı ola bilər.Mütləq mütəxəssisə müraciət edin.O ki qaldı xəstələnmələrinə bir ana kimi sizi başa düşmək olar.Səbirli olun.Bu vəziyyət həmişə belə davam etməyəcək.Yoldaşınızla iş bölgüsü apararaq arada fərqli işlərlə məşqul olun.Açıq havada olmaq əsəblərinizə kömək edə bilər.Psixoloq Mələk Kərimova
jale2013-02-12 salam oglum 2,7 yasindadi, ozune guveni bir az asagidi, 1az hereketli kicik usaqlardan bele cekinir, evde cox yox ama fealdi, tersdi, bagca muellimesinin dediyine gore usaqlarla yaxsidi, sakit oynayir, mense isterdim ki ozunu mudafie etmeyi bacarsin, kimse vuranda, iteleyende cvb qaytara bilsin, ozunu mudafie ede bilsin Cavab:
Hörmətli Jale xanım.Uşağınızın öz güvəni aşağıdır. Ona özünü müdafiə kimi başqalarını vurmağı təklif etməkdənsə,onun gördüyü bacardığı işləri ona verin.Hər yaxşı elədiyi hərəkəti təqdir edin.Onun nə qədər yaxşı olduğunu ona hiss etdirin. Onun bacarıqlı olduğu sahələri onunla birlikdə kəşf edin.O zaman o özünə güvənməyi öyrənəcək.Psixoloq Mələk Kərimova
İlhamə2013-02-12 Salam. Belə bir şərait yaratdığınız üçün təşəkkür edirəm. Ərim mənə xəyanət edir. Nə edim bilmirəm. Ailəm dağılmaq ərəfəsindədir. Mənə kömək edin. Cavab:
Salam İlhamə xanım
Xoş sözlərinizə görə təşəkkür edirik. Öncə diqqət etmək lazımdı həyat yoldaşınız evliliyin neçənci ilindən sonra xəyanət etməyə başladı. Adətən bu tip hallar hamiləlik dönəmində, işləri pis gedəndə, qadında hansısa narahatçılıq olanda baş verir. Bunlara aydınlıq gətirmək lazımdı. Ondan sonra konkret çıxış yolu haqqında fikir söyləmək olar.
PCC-nin psixoluqu Elnur Rüstəmov
Sadiq2013-02-12 Salam. Öncə sualımızı cavablandıracağınız üçün təşəkkür edirəm. Sualım belədi.
Panik atak nədi və bunun müalicəsi var. Varsa hara müraciət edə bilərəm? Çox saq olun Cavab:
Salam.Saytımızda Panik Atakla əlaqədar məqaləni oxumanız məsləhətdir.Təbii ki,mütəxəssisin köməyi olmadan düzəlməsi çox çətindir.Psixoloq Mələk Kərimova
Gunel2013-02-09 Salam,sayt ucun teshekkurler! Men telebeyem,4cu kurs. Cox tez depressiyaya dushurem ve bele desek ozume gelmeyim de cox zaman alir. 2ci imtahandan ashagi netice olduguna gore ozume guveni itirdim,ve novbeti imtahanlar de hec de yaxshi kecmedi. Valideynlerimin bele alinmagina pis oldugunu gormek mende daha da stress yaradir. Onlarin istediyi kimi bir ovlad olmadigimi ve olmayacagimi dushunurem ve gizli aglayiram tez tez. Aprelde teqdim etmeli oldugum bir elmi ishim var,ama dushunurem ki men hec neyi bacarmiram bu da ugursuz alinacag. Ozumun gucsuz oldugumu dushunurem. Bele desek hetta ne haqda dushunduyumu de bilmirem. Cavab:
Hörmətli Günel xanım!Sizin sanki ağır yük altında əzildiyinizi hiss edirəm.Zamanınızı və eksik tərəflə
rinizi analiz edib bir plan qurun.Gördüyünüz işlər sizin seçiminizdir.Bunu faciə halına gətirməkdən çox necə həll edə bilərəm ? deyə düşünmünizdə fayda var.Lazım gələrsə psixoloqa müraciət edin.Psixoloq Mələk Kərimova
Kamil2013-02-08 Salam. Sizləri salamlayıram. Sualım isə bundan ibarətdir. Mən qaynanamla problem yaşayıram. Ailəmizə çox müdaxilələr edir. Hətta boşanma dərəcəsinə gəlib çıxıb. Onunla necə davranım? Cavab:
Salam.Qaynananızla çətinliklərinizin müdaxiləyə görə olduğunu qeyd edirsiniz.Yaxşı olar ki,yoldaşınızla bu narahatçılığınızı bölüşəsiniz.O bu cəhətdən sizə kömək edə bilər.Qaynananızla da uyğun bir dillə söhbət aparmanızda fayda var.Psixoloq Melek Kerimova
Samire2013-02-08 Salam. Öncə bizlərə belə bir imkan yaratdığınız üçün bütün kollektivinizə təşəkkür edirəm. Keçək suala. Mənim həyat yoldaşımla problemim var. Qorzuram ailəm dağılar nə edim? Qeyd edim ki, bir uşaqım var. Saq olun Cavab:
Salam Samirə xanım,əvvəla probleminizin nə olduğu aydın deyil.Hər kiçik çətinliyə görə ailə dağıtmaq təbii ki düzgün deyil.Amma mütəxəssislə görüşmənizdə fayda var.Psixoloq Mələk Kərimova
Mehriban2013-02-08 Salam
Mərkəzinizdə olmuşam.Doğrudan da sizin mütəxəssisləri çox bəyənirəm.Sizə bir sualım var. Qaynanamla yaşamaq çox çətindir. Amma bilirəm ki, başqa çıxış yolu yoxdur.Neyləyim? Ərimdən də soyumuşam. Amma uşaqlarım var. Özüm də işləmirəm. Cavab:
Salam.Doğrudan da çox çətinlik yaşadığınız və eyni zamanda çox anlayışlı olduğunuz yazınızdan hiss olunur. Sizin təhsiliniz var?Təhsiliniz olmasa belə sevərək məşqul olduğunuz işlər yəqin ki var. Özünüzü müəyyən sahədə inkişaf etdirməyə çalışın.Həyat mübarizədir və mübarizə insanı möhkəmləndirir.Mərkəzimizə müraciət edin.Psixoloq Mələk Kərimova
Vaqif2013-02-07 Salam. Belə bir sayt düzəltdiyiniz üçün saq olun. Sizin Mərkəziniz harada yerləşir? Mümkünsə ünvan və əlaqə telefonu verərdiniz. Öncədən minnətdaram Cavab:
Diqqətinizə görə minnətdarıq. Mərkəz Bakı şəhəri C.Cabbarlı 44 Caspian Plaza 3-cü mərtəbədə yerləşir. Əlaqə telefonumuz 012 480-36-29; 012 480-40-16;
055 257-27-00
PCC-nin Psixoloqu Mələk Kərimova
Leyla2013-02-07 salam...psixoloqun qebulu neceye olur???birde mualuce kursu nece gun cekir????? Cavab:
Salam.Probleminizdən asılı olaraq mütəxəssis sizinlə neçə dəfə görüşəcəyinə qərar verir. 012 480-36-29 yaxud da 055 257-27-00 telefon nömrələri ilə əlaqə saxlayın Sizə ətraflı məlumat verəcəklər.
PCC-nin psixoloqu Mələk Kərimova
Salam2013-02-06 Salam men ozume guven hissini itirmisem heyatimda kecmisde olan sexsden sonra ozume guvenim demek olarki sifira beraberdir o meni o qeder sindirirdiki menevi olaraq artiq her kesden qorxuram kimese sans vermeye bele cekinirem inamsizliq var mende her kese qarsi bunun ucun ne ede bilerem bilmirem Cavab:
Salam. Siz bir şəxsiyyət olaraq özünüzdə qüvvə tapmağa çalışın.Nələri yaxşı etdiyinizi fikirləşin,yaxın 10 ildə özünüzü harada görmək istəyirsiniz?Sizə bənzər bir insan bir daha doğulmayacaq və bu həyat bir daha sizə verilməyəcək.
PCC-nin Psixoloqu Mələk Kərimova
|