Sual Cavab

Salam
2013-12-19
şexsi mesaj yazmaq isteyirem psixoloq meslehetine ehtiyacm var -- Tanya
Cavab: Salam. Buyurun yaza bilərsiniz. elnur013@yahoo.com
brilyant agayeva
2013-12-19
salam.men cox qisqancam hetta sevmediym insana bele....
Cavab: Salam Brilyanr xanım Bu psixoloji problemdi. Bu səbəbdən də psixoloji dəstək almağı tövsiyə edərdim. GƏləcəkdə böyük problem yaratmasın deyə indidən bunu aradan qaldırmağa çalışın. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
elvin aliyev
2013-12-19
men cox esebiyem ne edim.
Cavab: Salam Elvin bəy. Sizə psixoloji müayinə və müalicə almağı tövsiyə edərdim. Mərkəzlə əlaqə saxlayın, Sizə müayinə və müalicə üçün zaman təyin edərlər. Əlaqə telefonu 012 480-36-29 yaxud da 055 257-27-00 Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
salam ELNUR bəy
2013-12-19
mənim 15 yaşim var.biraz gələcəyimdən qorxuram.dərslərdə ugur qazanmaq istəyirəm amma qorxuram.mən ozumun və ailəmin olumunu fikirləşəndə dəli oluram.mənim sinif yoldaşim rəhmətə gedib,hərdən sinifimizdəki gullərə baxib,kədər və qəhər məni bogur.amma qəbirstanliga gedəndə sakitləşəşirəm.sanki butun vəfat edənlər mənim qohumumdur.hamidan fərqli olmaq istəyirəm.amma mənə mane olanlar var.mənə komək edin,mənə hansi istiqamətdə getməyi və ugur qazanmagi gostərin.sizin koməyinizə ehtiyacim var.adim Sevgi
Cavab: Salam Sizə psixoloqla əyani görüşüb probleminizi həll etməyi tövsiyə edərdim. Fikrinizi ailə üzvləri ilə paylaşın onlar Sizin psixoloqla görüşməyinə etiraz etməyəcəklər. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
elvin aliyev
2013-12-19
elnur bey slm.men evliyem evde hamiya kobud refdar edirem.meslehet veresiniz.
Cavab: Salam ELvin bəy. Çalışın içinizdəki konfliktləri həll edin. Bu həyat yoldaşınızla da bağlı ola bilər, işinizlə də, ailə üzvləri ilə, yaxud da ola bilər ki, kənar bir münasibət olsun ki, evdə davranışlarınızın kobud olmasına səbəb olsun. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Adsiz
2013-12-18
Salam men sevgilime 2 yalan demiwem .ve onun en neifret etdiyi wey ondan neise gizletmey.yalanlarimi oyrenenden sonra ayrildi .ve hec bir wans vermeyeceyini soyledi.ama qiz yenede sevir hecneye baxmayaraq.amma tersdi bariwmir.sizce bariwmaq wansim var?
Cavab: Salam Bir müddət ondan uzaq dayanız heç bir əlaqə saxlamasanız barışmaq şansı var. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
men
2013-12-18
Salam.tewekkur edirem size,men orta mektebde oxuyanda ali tehsil almaq isteyirdim,amma sonra ele oldu ki,bu fikirden dawindim.chunki insanlarla normal munasibet qura bilmirdim,duwunende ki,orda choxlu insanlar olacaq ve men bir kenarda qalacaqam,unsiyyet qura bilmeyeceyem.menden uzaq gezecekler pis olurdum.indi ise kiminse ali tehsil alib uqur qazandiqini gorende ozume teessuf edirem amma eslinde hiss edirem ki,pewman deyilem.bilmirem ne isteyirem,evde ozume yer tapmirem,harasa gedende de eve telesirem,hemiwe xeyal qururam ve ozumu ali tehsilli,gozel unsiyyet qurmaqi bacaran ve s..tesevvur edirem ve bu xeyalperestlik artiq menim real heyatima mane olur.bir az uzun yazdim baqiwlayin.
Cavab: Salam ÇAlışın özünüzü bununla bağlı günahkar hiss etməyin. Yaşamaqdan zövq almağa çalışın. Ali təhsil hələ xoşbəxt olmağa dəlalət etmir. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Lamiye [[[[[[[[[[[[[[[[[[[[[[
2013-12-18
salam hekim men cox insan icersinde olanda uzum qizarir elim esir hemen yerden ayrilanda ise ele bil hemin insan men deildim hersey kecib gedir hec bir yerde oz sozumu deye bilmirem ceknirem ki yene uzum qizarasidi artiq oz yaxinlarimlada danisanda ciddi hemin seyler olur bu uzunden hec bir yerde islemirem utancaqliqda deyil bilmirem neden olur tehsil aldigim vaxtlardada ders danismaga cixandada az qalirdi uyeyim cixa yerinden ele bek doyunurdu danisib qutardiqdan sonra her sey kecib gedirdi
Cavab: Salam Lamiyə xanım Bunun üçün müayinə olunmağınız vacibdi. Sosial fobiya əlamətlərinə oxşayır. Mərkəzlə əlaqə saxlayın, Sizə müayinə üçün zaman təyin edərlər. Əlaqə telefonu 012 480-36-29 yaxud da 055 257-27-00 Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Aynur
2013-12-18
Cox sagol Elnur bey. Cox calişmişamki ona inanim Alinmir. O yalanlarınla mənim inanmi itirib .Sonrada gunahi məndə gorur
Cavab: Yanaşmanızı dəyişsəniz münasibətləriniz də normallaşacaq. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
aynur
2013-12-17
Salam mənim 16 yasim var. Meni sevmədiyim bir oglana verdilər. 3 aydi nişanlanmişam və ona baglanmişam. Ama hərdən elə şeylər olur ki nifret edirəm onada hər şeyədə. Mən cox qisqanc biriyəm və onu hər şeyə və hər kəsə qisqaniram. Onu hərəkləri məni qisqanmaqa məcbur edir. Butun gun internet de olur deyəndə neynirsən orda dostlarimla danişiram. O cox yalanci biridi. Məsələm ona zəng gəlir qiz olur deyirəmki kim idi səf duşublər. Sonra 2-3 gundən sonra deyirki kecmişdəki qizlardan biridi.. ona inanmaq istəyirəm ama alinmir neyniyim koməy edin mənə?? Yoxsa axirda dəli olaacam
Cavab: Salam Aynur xanım Yaxşı olardı ki, inanısınız və həyatınızda olan insanları ona dəstək olaraq çıxarmağa çalışasınız. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Gunel
2013-12-17
Salam Lenur bey,sizden meslehet almak sterdim,daha dogrusu komeyinize htoyacim var.Poblemim niwanlimla baglidi,biz defelerle dalwmiwiq hetta bu 2ilden cox bir muddette niwanliyiq onunla her hefte dalawiriq.bizde problemsiz ay olmur.3gun evvel de berk dalawdiq heaat oda evde deyibki niwani qaytarin mende,sebeb ise onun telefonunnan men wekil silmeyimdi,o ise evde deyirki mene cavab qaytarir.Duzdu qaytariram sadece dozulmez hedde catanda.Bizde cox problemler olur.Hetta mene dediki istemirem ayriliram men wehere getiwdim menim arxamca geldi tek getmeye qoymadi,bilire sevir mende onu cox sevirem,sadece bilmirem nece edim bariwaq ve men ona cavab qaytarmiyim?Cox xaiw edirem acavab yazardiz
Cavab: Salam Günel xanım Danınşın ortaq qərar gələ bilmədiyiniz məqamları necə aradan qaldırmaq olar bunu həll edin. Düşünürəm belə olan təqdirdə münasibətləriniz də tənzimlənəcəkdir. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Gunay 2013 -17-12
2013-12-17
Salam hekim uc aydirki aile heyati qurmuwam menim 30 yoldawmin ise 41 yaqi var.bizim toymuz ve niwanmizda 1 ayin icinde olub.Hal hazirda talyati weherinde yawayiriq .Azerbaycanana uzaqda olmaq yoldawimin heddinden artiq deyingen olmasi olkemi deyiwxiyim ucun sehetimde praemler tez tez yoldawmin ehval ruhiyyesinin deyiwmesi evelki heyat yoldawi ve iki qizi ile eyni weherde yawamaw meni gunden yorur.Cox qapaki olmSi ve bawqa prablemler.Qorxuram ki ailemi daqilmasina senen ola biker.
Cavab: Salam Günay xanım Xoşbəxt olun. Yeni ailə qorubsun, o səbəbdən də diqqətli olun. Bu hal Siz və yoldaşınız üçün mümühm məqamdır. İmkan verməyin ki, əvvəlki ailəsi Sizin həyatınıza müdaxilə etsin. Bir-birinizdən möhkəm yapışın. Belə olan təqdirdə bir müddət sonra hər şey qaydasına düşəcək. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
AYNUR
2013-12-16
salam.men ozumde psixologiya fakultesinde oxuyram.insani heyati derk etmeye komek edir
Cavab: Sizinlə razıyam Aynur xanım. Uğurlar
MƏNƏ KOMƏK EDİN...
2013-12-16
SALAM mənim 15 yaşim var və mən bir oglani sevirəm daha dogrusu o bilmir bu hadisə 1 il bundan əvvəl olub.o oglani gordum onu gorəndə sanki ona qarşi sevgi hiss etdim sonra bir də gordum o oglani onu daha çox sevdim amma təssuflər olsunki 3-cu dəfə gorə bilmədim o getdi uzaqlara sizdən məsləhət almaq istəyirəm o oglani hələdə çox sevirəm hətta hamidan çox sualin belədirki onu axtarib və sevgimi etiraf etməyə dəyər?adim Lalə xahiş komək eyləyin
Cavab: Salam Leyla xanım Düşünürəm ki, dəyməz. Çünki, yeniyetməsiniz, bu səbəbdən də həyatınızı o oğlanla mənalandırırsınız. Zaman keçdikcə bunun ötəri bir hiss olduğunu anlayacaqsınız. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
aydan
2013-12-15
salam Elnur bey.size bir sualim var meni hemiwe hamiya inanira m ama hami meni aldadirr...bezmiwem uje YALANCHI insanlardan...indi bir oglani istirem onunla daniwib goruwuruk ama o mene diqqet elemir.bilirem chox vaxt Iwleri olur.ama men onu chox istirem.istemirem bu da meni aldatsin.herden fikirlewiremki bu da onsuz menden ayrilacaq onda inanin deli olacam.chox vaxt kefsiz oluram oz ozume aglamagim gelir.herden ALLAHA yalvariram ne olar meni oldur,bezmiwem bu heyatdan.xatirladimki menim 28yawim var.hec vaxtda aileli olmamiw am.ne olar xahiw eliyirem meslehet verin.onceden twk
Cavab: Salam Aydan xanım Bu artıq düşüncənizlə bağlı bir problemdi. Belə ki, artıq Siz münasibət qurarkən, yaxud da kiminləsə ünsiyyətdə olarkən artıq onun Sizi aldadacağını düşünürsünüz. Bu səbəbdən də münasibət ən sonda aldadılmağa gedir. Çalışın öncə düşüncənizi dəyişin və hər kəsin Sizi anladığını düşünün. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
emin
2013-12-15
salam 27 yasim var bir qizi sevdim 3 il onda hazirlasirdi unversitede 3 il qarsilqli sevdik bir birmizi unversitete girdim ozum telebe oldugun agore istemedim oxusun qiyabi istedim oxusun unki bilirem muhut deyisir insani bir raziligla razi oldum oxumagina birincu kursu normla sevgi yasadig ikinci kursda his etdim soyuqlug var ve nehayet 3 kursda ureyinden keceni dedi sevmirem soyumusma guya qisaqancam bezdirriem qisqanc deyende butun oglnalr nece mende ele qisqanclig o demek deyil inanmriam on asadece zamenyey inanmadgma gore istmirem kimse narahat etsin bezdirsin deye qisqanirdim behaneler etdi serbest yasamaq oxumaq istediyerm oxumagina razi idim ama islemeyine yox hele unversitedi qutarmagina iki il qalmsidi indiden deyirdi islemke isteyirem bir nece hefte ayri oldumki belke yola gele gordum yox ayrlimaq ureyinceydi ama doze bilmedim sora butun isteklerine razi oldum ne isteyirsen olsun ama men senin heyatinda olum yox dedi istemriem sevmirem soyumusam elci godnerdim yox cvb verdi evdende biraz pis veziyetde qaldim cunki onunda ailesi menimde ailem bilirdi bir bimizi istemeyimi bizim evden tam eminlikle getdilerki qiz sevirdi 3 il danisiblar yeqin he cvb gele ailesi hecne demedi ama qiz yox dedi mende eve yox cvb deye bilmedim dedim ailesinde problemleri var vaxt isteyirle bu sohbete gore isdne cixib getdim rusiyaya 4 ay qaldim ki belke unudam ama alinmadi geri dondum ve yene elci gonderim elas saxladaim bu sefer yx cvb vermedi fikrilesdi ama qabagima sert qoydu men ve qizda rayonda yasayiriq mene sert qoydu bakidan ev yada burdan orpag al men isteyen eyerden isteyen kimi ev tikdir sertler qoydu dedim mene vaxt ver istediyin hamisni edecem ama mene hemensevgini qaytarazsan dedi sen et baxaram gordum bu menim yox menim sreaiti ve isimi vezuifeni sevir onda son sozu men dedim heyatimdaher ne istemisen edecem ama sen olmayazsan dunya malina gore mene sevgi aile razi deyil indi allah wukur istediylerini edirem ama evlenmeye bir insan tapa bilmirem ele builirem butun qizlar beledi ona gore seraitim tam olsun sora evlenim dusunurem ona hem vxt hemde inanm itir bir qizdan xosum gelend eo qizi sevmeye ya animaga qorxuram kecmisinden ve gelecekde buda o insan kimi olar deye mendende xosu gelenlerden meni ureyimce olmur men ne etmeliyem psxolgiyami nece deyisim?
Cavab: Salam,Emin bəy.Bu hal Sizdə posttravmatik stress vəziyyətidir.Əyani psixoloji yardım almağınız daha məqsədəuyğundur.Psixologiya və KOnsultasiya Mərkəzi ilə əlaqə saxlayın, Sizə psixoloqla görüşmək üçün zaman təyin edərlər. Əlaqə telefonu (012)480-36-29 yaxud da (055)257-27-00 Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Dadaşova Pərvin
2013-12-15
Salam mənim həyat yoldaşım məni həddən artıq sıxışdırır. Ora getmə bura getmə bu da məni həddən artıq əsəbləşdirir. Belə həyat mənə cansıxıcı olur. Mən nə edə bilərəm
Cavab: Salam Pərvin xanım Bu yildaşınızın xarakteri ilə bağlı bir problemdi. Çalışın buna adaptasiya olun. Bir müddət keçər qısqanclıq da onda normallaşacaq. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Anonim
2013-12-14
Salam yene men yazdm ...Gunahlarimdan netice cxarsam da bunlari duzelde bilmirem bu cox acidi hec cure bu seflerden ayrla bilmirem arxamca surunurler mecbur oldugum weyler var kimseyle danwa bilmirem cox sxilram evvelki heyatima qaytmag isdesem de cox gecdi caresizem hami ele bilse de yaxsyam hec yaxsi deyilem kimse komek ede bilmez mene ailemle danwmag bele isdemrem etdyim seflere gore ozumu onlara yarawdrmram utanram gozlerine baxmaga men cox deyismisem olum isdyrem menimcun her weyden yaxwdi bu Allah kecsin gunahmdan dua etmeye de utanram atg seflerme gore...dinledyniz ucun tewekkur edrem Allah razi olsun gunahmzdan kecsin Allah emanet
Cavab: Siz də Allaha əmanət olun. Sizə yuxarıda çıxış yolunu demişdik. qərar Sizindi. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
senuber
2013-12-14
salam men 6 aydi aileliyem ve 5 ayliq hamileyem yoldasimla istiyib aile qurmusam ama toydan sora her wey deyisdi sanki onun hereketleri menim gozumnen salmaga basladi.yoldasim islemek istemir hec bir is beyenmir.oxumuyub yene de is olanda da 3 gun 1 hefte isdiyir vse,cox boyuk bir aileye gelin gelmisem evde hedden cox adam yasayiriq ama menim ailem kicik olub daha dogrusu normal.evde 3 baldizim 1 baldizimin qizi ve yoldasi.2 ci baldizimin qizi ve ozu 3 cu baldizimin ozu ve oglu men qaynanam ve yoldasim qaliriq,bilirem hesabi siz de itirdiz.bir de tesevur edin her gun qonaq olur basqa baldizim ve qayinlarim var.cox sixiliram yoldasimla 1 evde 1 hefte olar ki danismiram.hamileyem ve geceler seherler aglamaqdan birteher olmusam.cox bezmisem.anama demek istemirem ama her defe hiss eliyir. ancaq menim fikrimi cekir.caresizlikden bilmirem neyniyim.yeni ilden sonra getmek istiyirem.gedende yoldasm zeng eliyir her defe gel her wey duzelecek anami inandiriram duzelecek qayidiram wans verirem yene eyni weyler.hlbu ki nisanli vaxti yoldasima gore anamla cox dalasirdim indi cox pesmanm.6 ayin geliniyem paltarimi kurtkami sapaskimi anam alir.wev geyimine kimi.meyve wirniyyat her wey alib gonderir.duzdu yoldasim da alir arada ama bu qeder kulfet icinde yasaya bilmirem.ayri eve cixma istedim onu da elemir ne de islemir,korpemi dunyaya nece getirecem nece saxliyacam meni fikir goturub mene baxa bilmeyen biri usaqa nece baxacaq.xahis edirem mene yol gosterin bele getse bosanacam.
Cavab: Salam Sənubər xanım Əsas diqqəti uşağın sağlam dünyaya gəlməsinə yönləndirin. Bunn üçün bir müddət ananız evində də qala bilərsiniz. Bu imkan verəcək ki, yoldaşınız düşüncələrində yeniliklər etsin. Başqa evə çıxmaq istəsin. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Günel
2013-12-14
Salam..sizin komeyinize cox ehtiyacim var..sevgilimle cox dalasiriq en adi seylere cox boyuk reaksiya gosterir.Eseblesir ve bu zaman dediyi sozlerle qelbimi cox qirir evvelki sehvlerimi uzume vurur esasda bu cox xetrime deyir..ama sonra pesman olur uzr isteyir ve men onu bagisliyiram..bu defelerle bas verib ve men artig onu bagislamagdan yorulmusam her seyi qurtarmag istiyirem ama onu da bacarmiram..xahis edirem mene bir yol gosteresiniz neylemeliyem?
Cavab: Salam Günel xanım Bu kişi psixologiyasına xas bir xüsusiyyətdi. Sevdikıərindən bucür inciyə bilirlər. Bunu normal qəbul edin. Ən azından üzr istəyir, könlünüzü yenidən alır. Diqqətsiz buraxmır. Bunu normal qəbul edə bilsəniz gələcəkdə bu vərdişindən əl çəkədə bilər. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Behruz
2013-12-14
salam. 23 yaşım var hələ hər şey qabaqdadır lakin yaş depresiyası keçirirəm :( illəri saxlaya bilmirəm. Hər şey ötüb keçir. Çox pis çarəsiz vəziyətdəyəm
Cavab: Salam Bəhruz bəy Sizə psixoloqla görüşməyi tövsiyə edərdim.
ANARA
2013-12-13
SALAM SIZIN KOMEYINZE EHTYACIM VAR MEN 14 YASMDA BIR OQLANI SEVDIM AMA ESLINDE SEVMIRDIM SADECE OTERI HISS IDI.MEN ONU 2CIIL SEVE BILMEDIM ANAMIN XETRUCUN YALANDAN SEVREM DEYRDM ISTE,MIRDIM ANAM PIS OLSUN AMA MEN UNIYE QEBUL OLANDAN SORA RAYONDAN SEHERE QELDIM BUTUN FIKIRLERIM HERWEY DEYISDI OQLANA QARSI SOYDUM MEN ONU HECVAXT SEVMEMSEM OQLANDAN AYRILDIM INDI HAMIUSTME DUSUBKI OQLANAN AYRILSANMENDE ANAM DEDIMKI SENI HECVAXT BAQSLAMARAM MEN ONANA DANIMSAYACAM ANAMDA DEYRKI SENI ONDAN BASKA HECKIME ERE VERMEYECEM HAMI DEYRKI YA OQLANA DANISACAQSAN YADA HERWEYI ATANA DEYIB SENI HERWEYDEN MEHRUM EDECEYIK XAIS EDREM COX PIS VEZYETDEYEM MENE KOMEY EDIN ELACSIZ QALMISAM ATAMA QORE DOZUREM HERWEYE MEN INDI NEYNIMKI HERWEY YAXSI OLSUN((
Cavab: Salam Anara xanım Çalışın məsələyə obyektiv yanaşın. Bəlkə Sizin etirazınızın kökündə ananızla daxili konfliktlər dayanır. Bunu dəqiqləşdirməyə çalışın. Ananın narahatçılığının səbəbini də müəyyənləşdirməyə çalışın. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Efsane
2013-12-13
Salam.Sualimi cavablandirdiginiz ucun tesekkurler. Onun yalan demeyinin sebebi menem.Cox qisqaniram ve hec yere getmeye icaze vermirem.İcaze versemde getmeyine gelende dalasiram. Psixologiya və Konsultasiya Merkezi ile elaqe saxlasam Sizin qebulunuza yazila bilerem?
Cavab: Salam Əfsanə xanım Mərkəzlə əlaqə saxlayın, Sizə görüşmək üçün zaman təyin edərlər. Əlaqə telefonu 012 480-36-29 yaxud da 055 257-27-00 Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
sevinc
2013-12-12
salam men mektebde bir oglan var sinifyoldawimdi tez tez meni eseblewdirirdi satawirdi.sonra anama dedim mektebe gelib ona her sozu dedi ki qizimla iwin olmasin.her defe meni agladirdi.sonra anam gelenden sonra daha satawmadi.amma yene bawlayib satawmaga bir sinifyoldawim menle sohbet edende ona deyir ki gereksiz insanlarla sohbet eleme mene atir sozu.bezmiwem elinden.ozum 11 de oxuyuram elaciyam.sinifde ciddi otururam onunla da umumiyyetle hec kimle iwim yoxdu.amma yapiwib saqqiz kimi yaxama.men yene anama deyim yoxsa ne meslehet gorursuz?
Cavab: Salam Sevinc xanım Çalışın onun dediklərinə heç bir reaksiya verməyin. o Sizin əsəbiləşdiyinizi bilir və bunu edir. Əgər ona əsəbiləşmədiyinizi büruzə verə bilsəniz hərəkətlərindən əl çəkəcək. Nə qədər çətin olsa da onun dediklərinə heç bir reaksiya verməyin. Diqqətinizi oxumağa yönləndirin. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
salam doktor
2013-12-12
1 sualim var ezabimin ustune ezab gelir. siz ce heyatda qara zolaq deye 1 sey var ?? mene ele gelir ki cornoe palasadayam sualim menasizdi ele bir soz ola bilerki teselli taparam o sozu axtariram sizide bos bosuna narahat etdim bagislayin. 3 aydir sag ayagim gipsdedir laqonda kesib darixirdim dunen kuceye cixdim it gelib sol ayagimi disledi lap basimi itirmisem goresen taledir ya qara zolaqdayam ya hardasa asibka buraxmisam indi cezasini cekirem ehhh
Cavab: Salam Çalışın bunu dərd etməyin. O zaman həyatınız qaydasında gedəcək. Allah bu dərdi unutduracaq bundan böyük dərd Sizə verməsin. Amin! Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
ismayilova sebine
2013-12-12
ELNUR bey salam.butun muaniyelerden kecmisik hecne prablem qalmayib yenede usaq olmur buna gorede yoldasim umudsuzluye qapilib ve heckesle danismir tek men deyilem etrafindakilarlada unsiyyete girmir hekimede getmirki eseblerine mualice etdirsin bunu ev seraitinde nece hell ede bilerem evelceden tesekkur.
Cavab: Salam Səbinə xanım Yaxşı olardı ki, bunu həkim müşayəti ilə etsin. Ev şəraitində müalicə psixoloji müayinədən sonra mümkündü. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Adınız 
Sualınız 
1234567891011121314151617181920
2122232425262728293031323334353637383940
4142434445464748495051525354555657585960
6162636465666768697071727374757677787980
81828384858687888990919293949596979899100
101102103104105106107108109110111112113114115116117118119120
121122123124125126127128129130131132133134135136137138139140
141142143144145146147148149150151152153154155156157158159160
161162163164165166167168169170171172173174175176177178179180
181182183184185186187188189190191192193194195196197198199200
201202203204205206207208209210211212213214215216217218219220
221222223224225226227228229230231232233234235236237238239240
241242243244245246247248249250251252253254255256257258259260
261262263264265266267268269270271272273274275276277278279280
281282283284285286287288289290291292293294295296297298299300
301302303304305306307308309310311312313314315316317318319320
321322323324325326327328329330331332333334335336337338339340
341342343344345346347348349350351352353354355356357358359360
361362363364365366367368369370371372373374375376377378379380
381382383384385386387388389390391392393394395396397398399400
401402403404405406407408409410411412413414415416417418419420
421422423424425426427428429430431432433434435436437438439440

LOGİN

 Email
 Parol
Qeydiyyat