Sual Cavab

aynure aliyeva
2013-07-13
salam. Men 5 ildir ki evliyem. biz 3 gelinik. Kiciyi menem.Men ise yadam. Qaynanamla qohumu olan boyuk gelinin anasi meni hem ogurluqla hem de ev yandirmaqla serledi. Meni ele tora saliblar ki,men deyirem polise verin vermirler. 3 oglunu menim ustume davay gonderdi. Ozu de kenardan sevinirdi. Men de 6 ayliq hamileyem. 2 qizim ise artiq bele davalardan qorxu icinde boyuyurler. Menim atam1 ilden artiqdir ki dunyasini deyisib. Ele qeyretli qardasim da yoxdur. Meni cox tekleyibler. Artiq eve qapanmisam evden hec yere cixmaq hetta telefon zenglerinden qaciram. Ne olar mene komek edin. Yoldasim her defe meni doymek heddi ile hedeleyir ki boynuna al.Amma gunahim yoxdur.Yoldasim hem esebi hem de icende tez ozunden cixir. Meni bu 5 ilde 1 hefteden bir doyub. Hamisi da anasinin yalanlari ile. Yalvariram komeksiz hamile bir qadina komek edin.
Cavab: Salam Aynurə xanım Zülmün ömrü zalımın ömrü qədərdi. Səbirli olun, zaman özü hər şeyi qaydasına qoyacaq. Ümidinizi Allaha bağlayın. Həyat yoldaşınızla münaisəbti heç bir halda pozmayın. Əks təqdirdə proses daha da dözülməz xarakter alacaq. Allaha əmanət olun. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Ayla
2013-07-13
salam həkim çox xaiş edirəm mənə məsləhət verin.mən sizə yazmşdım.ayrlmışam ama hələ məhkəməm olmayb bizim 1 övladımız var.mən nəedim nəedirəmsə onu unuda bilmirəm.üstündən çox vaxt keçsədə.dərmanlar müalicələr alıram.beynimdən unu çxara bilmirəm nə edim qorxuram.gələcəkdə peşman olduqdan.həkim səmimi deyimki mən onun başqasyla evləndiyini eşitsəm pis olaram depresiyaya düşərəm nəedim xaiş edirəm mənə kömək olun
Cavab: Salam Ayla xanım Siz yaxşı olardı ki, dərmanla paralel olaraq psixoloji dəstək də alasınız. Mərkəzlə əlaqə saxlayın, Sizə psixoloqla görüşmək üçün zaman təyin edərlər. Əlaqə telefonu 012 480-36-29 yaxud da 055 257-27-00 Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
gulucka
2013-07-13
salam.men cox pis veziyetdeyem hal hazirda.meslehete cox ehtiyacim var.cooox xahiw edirem psixoloq sizden menim bu reyimi oxuyub munasibet bildiresiniz.menim 22 yasim var.problemim sevgidir.men 1 oglan sevmisem nece ildi.amma gizletmisem ondan.onun da meni sevdiyini hiss edirdim.o da mene hec ne demirdi.cunki biz mektebde oxuyurduq,hem de uzaq qohumuq.onun da 22 yasi var.nehayet men 2ci kursda oxuyanda o meni sevdiyini dedi.sen deme o da nece ildi meni sevirmis.amma cekinirmis.biz boir muddet danisdiq.mene qarsi fikri de basqa wey deyildi.bir gun o mene soz atdi ki anam mene dedi ki sen bilmersen ozum alacam qiz sene.men de didim ne dimek isteyirsen,anan almaq isteyirse basqasini onda get al.o da dedi men ele soz demedim.amma ananin xeyir duasi olmalidi.bedbin olma.dedim menim anam razi olmasa men mubarize apararam.o da dedi 100 faiz aparacam.halbuki mene demisdi her wey yaxsi olacaq.men de ona dedimki,vapse sagol.men sene inanmiram.biz ayrildiq.amma hele de onu istiyirem o da meni.eminem buna.bu ay esger getdi.amma mene hec ne demeden getdi.psixoloq,xahiw edirem mene meslehet veresiniz.men ona zen edim yoxsa yox?qururumu endirmek istemirem.deyirem qoy o zeng etsin.sizce o esgerlikden mene zeng eder? psixoloq sizden cavab gozleyirem.xahiw edirem cavab yazasiniz
Cavab: Salam Bir müddət səbr edin, əgər əlaqə saxlamasa Siz zəng edin. Çünki, ayrılmağınızın kökündə ciddi bir səbəb yoxdu. Bunu dərinləşdirməyin. Münasibəti bərpa edib, həyatınıza davam edin. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov
gunay
2013-07-13
salam hekim menim 1 padruqamin problemi ucun sizi narahat edirem.o sevgilisinen ayrilib bir muddet onan ayrildigi ucun cox pis idi agliyirdi cox pis olurdu..indi ise oglannan ayrilmazdan qabaq elediyi hereketlere gore pis olur,cunki oglan ona qarwi cox laqeyid idi istediyi vaxt zeng vururdu istemese yox cox vaxt vecine almirdi,bir yerdede demiwdiki onu firladiram indi olar yadina duwur pis olur deyir ki cox insan arasina cixmaq istemirem agliyir pis olur,deyir ki,men onun qarwisinda alcalmiwam..mende hec bir komek ede bilmirem demek olar hecne ile bawini qata bilimirem..coox xaiw edirem mene meslehet verin.
Cavab: Salam Günay xanım. Çox saq olun ki, rəfiqənizə qarşı belə diqqətlisiniz. Siz yaxşı olardı ki, bir qədər məsafəli davrabın rəfiqəniz ilə bu zaman o nəyin baş verdiyinin fərqinə varacaq. Yaxşı olardı ki, rəfiqəniz bu problemi tam şəkildə həll etmək, gələcəkdə fəsad verməməsi üçün psixoloqla görüşməyi də faydalı olardı. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov
Gunay
2013-07-08
Salam.Cooox minnetdaram size.Sizi dinlemekle yavaw-yavaw her wey yerine duwur.O zng edib mene cox ehtiyaci oldugunu dedi,hetta zng etmediyim ucun gileylendi de.Bir wey de var ki,o biraz imkanli ailedendir.Bizim de veziyyetimiz yaxwidir.Bilmirem niye herden ozumu layiq gormurem ona ya da mene ele gelir ki,o ozunu layiq gormur mene.Deli oluram.Eslinde ozunu cox sade,rahat aparir.Yaninda olanda cox xowbext oluruq,amma sixiliram ele bil.Tutaq ki,birden bele olar daha gozunden duwerem.Ona gore bezen neyi etmeli oldugumu bilmirem.Onu itirmekden cox qorxuram.
Cavab: Salam GÜnay xanım Bu kimi məqamları aradan qaldırmaq üçün yaxşı olardı ki, psixoloqla əyani görüşüb həll edərdiniz. Mərkəzlə əlaqə saxlayın, Sizə psixoloqla görüşmək üçün zaman təyin edərlər. Əlaqə telefonu 012 480-36-29 yaxud da 055 257-27-00 Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov
prentsessa.lebed@mail.ru
2013-07-08
salam.mən özümü çox pis his edirəm.4il ailəli oldum.yoldaşım məni başqa qızlarla aldatdı.sonra omənə qurana and içdiki sənə daha xəyanət etməyəcəm.yenədə eyni işlərinə davam etdi.bunu biləndən sonra ayrldım.4aydı ayrlmışam.özümü pis his edirəm hər şeydən yana əsəbləşib ağlayıram.bilmirəm nə edim.hey özümə deyirəm niyə mənim başıma belə bir iş gəldi.mənə kömək edin mən nə edim.mən onunla barşsam o yenə məni aldatacaq.birdə fikirləşirəmki mənim həyatm bundan sonra nə olacaq.hətta bəzən özümü öldürmək istəyirəm mən nə edim
Cavab: Salam Xanım Ölüm heç zaman hansısa problemin həlli olmayıb. Siz yaxşı olardı ki, həyat yoldaşınızla görüşüb problemin nədən qaynaqlandığını müzakirə edərdiniz. Bəlkə hansısa deyə bilmədiyi narahatçılığı var. Psixoloqla görüşübdə həll edə bilər. Əsas danışıb birgə bunu həll etməyə çalışın.
Aida
2013-07-08
Cox sagolun meslehetinize gore..bes bu muayineni harada aparmag olar?hec sevgilimde bunu harda yoxlasin bilmir..hara muraciet edey o xesteliyle bagli?
Cavab: Salam Aida xanım Gün ərzində 012 480-36-29 yaxud da 055 257-27-00 telefon nömrələri ilə əlaqə saxlayın,Sizə müayinə üçün zaman təyinm edərlər.Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov
sevda
2013-07-07
Salam,menim 18 yawim var .sevdiyimin ise 20.artiq 4ile yaxindirki munasibetimiz var,ama hal hazirda ayrilmiwiq..meni sevdiyine eminem,mene gore yanimda goz yawida tokmuwdu(ayrilmagmiza sebeb ise,onun bir qadinla olmasi oldu,mense bunu qebul ede bilmirdim.ama etdim,tez etdim..ama mende gunah axtarmaga bawdadi,yalannan mende sehv tutdu,yeniden virtual heyatda qizlarla daniwmaga bawladi ,dost olmaga bawladi,ona gorede indi ayrilmiwam uje 2 aydi,ama onu dehwet cox sevirem cunki ilk sevdiyim insandi ,komek edin mene xaiw edirem(((her gun her gun aglayiram,ALLAHA yalvariramki mene komek olsun ((o mene dediki qadinla olanda meni tez bagiwladin(daha dogrusu bariwdim),bunu ozu dedi mene ...indi men onu bagiwdiya bilmirem yeniden sehvini ozumle bacarmiram ancaq onsuzda bacarmiram((indi bariwsam yene sehv edeceyinden qorxuram,eger bariwmasamda men olmuyanda bawqasi olmagindan(((qadin meselesi bele olmuwdu ((xaiw edirem bilirem cox uzun oldu ama mene komek edin((
Cavab: Salam Sevda xanım Qarşı tərəflə sakit bir zamanda danışın. Problemin nədən sonra qaynaqlandığını, bunu aradan qaldırmaq üçün nələr etmək lazım olduöğunu birgə müzakirə edin. Düşünürəm bu münasibətlərinizin normallaşmasına səbəb olacaq. Diqqət edin ki, qarşı tərəf Sizin sevginizdən sui - istifadə etməsin. Çünki, hazırda psixoloji durumunuz narahat olduğundan bu kimi hallardan sığortalanmaq lazımdı.Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov
Aida
2013-07-06
Salam..menim shizofren xestesi sevgilim var ama cox balli deil..cox esebdi her weye gore ozunden cxir,sozlerimi sehv bawa duwur..eseblewende zeng elemir,yadina salmir..mende doze bilmirem zeng eliyirem yaziram oda lap eseblewir..cox dava olur aramizda ama men ona herweyi bagiwlayiram caliwiram bawa duwum..ayri qalada bilmirem..men nece hereket eliyim ki, o cox eseblewmesin?men onu bawa duwurem ama o gormur istiyirem oda meni bawa duwsun..men ne eliyim axi???
Cavab: Salam Aida xanım. Diaqnoz istənilən insana müayinə olunandan sonra qoyula bilər. Siz yaxşı olardı ki, sevdiyiniz insana həkimə müraciəöt etməyi tövsiyə edərdiniz. Bəlkə şizofreniya yox, nevrozdu. Bütün hallarda müayinədən sonra müalicə prosesinə başlayacaq. Bununla da düşünürəm münasibətləriniz normallaşacaq.
roya
2013-07-06
Salam.Menim 14 yawim var.Atam anami aldadir.Anam bawa duwur.Amma atam boynina almir.gizlin telefonla daniwir,mesaj yazir.Biz 3 baciyiq men en boyuyuyem.en kiciyinin ise 1 yawi var. bir gun biz anamla axwamustu gezintiye cixmiwdiq.atam evde tek idi.men anamdan tez geldim eve qapi aciq men gelende atam 1 qadinla dabniwirdi men qadinin sesini ewitdim cunki atam telefonu mikrafona qoymuwdu.bu hadisenin ustunden 2 gun kecib. men indi anamla mubahise etdim.birden agzimdan cixdi hemin axwam baw verenleri dedim.anam cox eseblewdi atama zend eledi.olanlari atama dedi.sonra atam menimle daniwdi men de anamin dediklerini tesdiqledim. atam da eseblewmiwdi hardasa saat 6 ya 7 ye gelmelidi.mene dediki bu sene cox pis olacaq niye anana demisen! XAIW EDIREM MENE KOMEK EDIN BILMIREM NE EDIM MEN COX QORXURAM!!!
Cavab: Salam Roya xanım. Narahatlığa əsas yoxdu. Çalışın baş verənləri atanıza izah edin. Böyük övlad kimi. Bunun gələcəkdə ailənizə pis təsir göstərəcəyini ona söyləyin. Düşünürəm bunu yaxşı formada atanıza izah edə bilsəniz anlayış göstərəcək.
Nazli
2013-07-04
salam men yoldawimla ayrilmiwam amma cox pewmanam ne qeder edirem o menle bariwmir mesaj yaziram cavab vermir bu ay uje bowaniriq amma istemirem ne edim?hemde tek qalmaqdan qorxuram tezeden aile qura bilmerem deye cox qorxuram mene komek edin
Cavab: Salam NAzlı xanım. Çalışın fikirlərinizi mesajla da olsa əsaslandırın. Siz ailə olubsunuz. Bu səbəbdən onu yaxşı tanımalısınız. Çalışın tələsmədən bu işi həyata keçirin.
Gunay
2013-07-02
Evvela salam.Twk edirem meslehetinize gore.1 sualim da vardi.Menim sevdiyim biri var,8 aydir ki sevgiliyik ve sevgimiz dostluqdan qaynaqlanib.Cox sevirem onu.Cox anlayiwli,mehriban,durust biridir.1 nece ay evvel valideyni xestelendi.Zaman-zaman menden soyumaga bawladi,herden kaprizler etdi mene.Yaxwi olanda da yorgunluq,ya da iw behanesi.Evvel iwde de zng ederdi.Soruwdum ayrilmaq istemediyini deyir.zng edirem cvb vermir,hec sms de yazmir daha.Aramizda mubahise,naraziliq olmayib.Birden-bire oldu wey.Terslikden de indi hec elaqe saxlaya bilmirik ya onda alinmir,ya mende.Sizce bu hereketler meni istememesi anlama gelir ve nece hell edim bunlari?
Cavab: Salam GÜnay xanım. Çalışın addım atmayın. Özü Sizdən uzaqlaşdığının fərqinə varsın.
Sefa
2013-07-01
Salam hekim .Menim 17 yasim var imtahan verecem hazirlasiram eziyet cekirem ama ozume inamim yoxdu mene ele gelir ki imtahandan kecmiycem her defe bele deyirem.hec ozume inanmiram ne qeder oxusam da .men ne edir?
Cavab: Salam Şəfa xanım Bu kimi hallar əksər abituriyentlərdə olur. Çalışın müsbət şeylər düşünün. Bu Sizə imtahahnda uğur qazanmanıza müsbət təsirini göstərəcək. Sizə Psixoloqla da görüşməyi tövsiyə edərdim. 012 480-36-29 yaxud da 055 257-27-00 telefon nömrələri ilə əlaqə saxlayın, Sizə psixoloqla görüşmək üçün zaman təyin edərlər.
Lale
2013-06-30
salam hekim menim 15 yasim var men tez-tez eseblesirem amma elimden hecne gelmir esebimi ancaq aglamagla cixiram xahis edirem mene komek edin
Cavab: Salam Lalə xanım Aqressiya müxtəlif formada insanda öz əksini tapır. Daha doğrusu insanlarda müxtəlif formada çıxır. Sizdə də bu ağlamaqla çıxır. Sadəc bunu doğru bir istiqamətdə yönəltmək lazımdı. Bu dərs oxumaq, yemək hazırlamaq, yaxud da ba.qa bir faydalı şeylərə istiqamətləndirilməlidi. O zaman Sizi bu narahat etməyəcək.
xanim
2013-06-29
Cox saol xanim bir sualda vermek isterdim amma cox uzundu xais edirem oxuyun menim 17 yasim var. Menim 1 il yarima yaxindiki bir istediyim var idi onu cox hedden artoq sevirdim amma ele olduki anam ayirdi ondan sora heckesi seve bilmedim ve menle tanis olmaq isteyen cox oldu amma o 1 il yarim olan sevgilime gore men cox pis oldum ve menle coxu sevgili olmaq istedi ama eleside var idiki deyirdi elci gonderecem sene amma xeyri yoxuydu o oglandan basqasini seve bilmirem amma coxuyna danisiram amma bir soz deyen kimi tez eseblesib qiriram amma barisiram hb neden ola biler xanim xais edirem ozum ozumde fikirlesirem ki mene psixoloq ehtiyac var amma ailem deirki yox seninki 5 deqelik esebdi ondan sora kecir deirler bunu heyatda ailemde o qeder problem olub ki anami bacimi cox uzmusem oglana gore indi xais edirem sizden mene meslehet verin cavab gozleyecem.
Cavab: Salam Xanım Sizdə problem psixoloji travmadan dolayı yaranıb. Yaxşı olardı ki, bunu psixoloqla əyani görüşüb həll edəsiniz. Gələcəkdə fəsadları çox ola bilər. Mərkəzlə əlaqə saxlayın, Sizə psixoloqla görüşmək üçün zaman təyin edərlər. Əlaqə telefonu 012 480-36-29 yaxud da 055 257-27-00
Gunay
2013-06-28
Evvela salam.Meslehetinize ehtiyacim var.17 yawim var.Ozune guven hissim awagidir.Her weyi mehv edir bu.Buna nece qalib gele bilerem?hansi yollarla?ozune qapali,hessas,sebrli,biraz da passiv,utancaq biriyem.Xetrimi isteyirler,amma ozumu yalniz hiss edirem.Ele bilirem men heyatda hec kim ucun deyerli deyilem.Cemiyyet icinde sixiliram.Mubariz,cesaretliyem bezen,amma istediklerimi elde ederken her weyi yarimciq qoyub geri cekilirem.Zaman gucle kecir mene,butun maraqlarim olub.ancaq uzanib yatmaq isteyirem.Ne edim?
Cavab: Salam GÜnay xanım. Sizə də psixoloqla görüşüb problemi həll etməyinizi tövsiyə edərdim. Problemin bir qismi yeniyetməlikdən bir qismi də xarakterdən qaynaqlanır. Bunları həll etmək lazımdı.
Ayshen
2013-06-28
Salam,men 2 ildir ki,evliyem 7 ayliq qizim var.Qizim olandan dehshet derecede soyumusuq yoldasimla.O tam deyisib ve men ona nifret edirem,gormek istemirem.xeyanet etmesinden subhelenirem amma hec bir fakt,subut tapa bilmirem.Mene ne meslehet gorerdiniz?
Cavab: Salam Ayshen xanım. Bu hamiləlik sonrakı depressiya səbəbindən ola bilər. Normalda uşaq dünyaya gələndən sonra ailələrdə soyuma olur. Bu da psixoloji faktorlardan dolayı baş verir. Diqqətinizi həyat yoldaşınızla bağlı müsbət şeylərə yönləndirin.
umka
2013-06-27
Salam.Men evvel de elaqe qurmusdum.Menim problemim olum qorxusudur.Yeni artiq bir is gorerken oz ozume deyirem ki axi onsuzda olecem neye gore edirem.Ve yaxud da ders oxuyarken de beleyem.Muhitimi deyisende de o qeder ferq etmir.Bu esasen de axsamustu saat 5-den sonra olur.Kefim olmur.Evveller agridiqda da geleceye inamim vardi,indi ise bele deyil. Nezerinize catdirim ki 14 yasim tamamdir.Bu mende olu gordukden sonra bas verdi.2 ay once.Esebi ve hessasam.Bu yeniyetmelikden de ola biler? Ailem bilmir ve bilse de komek ola bilmezler.Xahis edirem komek olun.Onceden tesekkurler.Sag olun.
Cavab: Salam Umka Sizə psixoloji müayinə və müalicə vacibdi. Problem psixologiyada tanatos fobiya adlanır. Müalicəsi var. Mərkəzlə əlaqə saxlayın, Sizə müayinə və müalicə üçün zaman təyin edərlər. Əlaqə telefonu 012 480-36-29 yaxud da 055 257-27-00
Aygun
2013-06-27
xais edirem mene duzunu deyin bu xestelik xalandimi?
Cavab: Aygün xanım, bəli sağalandı
xanim
2013-06-27
salam dostlarimdansa dusmenimle gorusmek daha xosdur onlarin qarsina cixmaq onlarla gule gule danismaq mene daha xosdur seben?
Cavab: Salam. Xarakterlə bağlı bir problemdi. Özünü təsdiq kökündə dayana bilər. Bu Sizi bir müddət sonra yoracaq. Ona görə də aradan qaldırmaq istiqamətində indidən tədbirlər görün.
Aynur
2013-06-26
Baqislayin sizi narahat edirem ay psixoloqlar. Size 1 sualim var. Menim her isim niye dasdan cixir . Neye elimi uzadiram terslikdi. adice 1 misal deyimki size oz psixoloji problemlerimi yazdim meni kiminlese qarisdirdiz ve dedizki sizin sualiniz cavablandirilib. Halbu ki men sizin sehifede 1 ci defe idiki sual vermisdim. ACIQLAMAVIZ OLACAQ ???
Cavab: Salam Aynur xanım Həyata baxış bucağınızı dəyişin. O zaman hər şey göaəl olacaq. İşiniz də daşdan çıxmayacaq. Bu dərəcədə pessimist olmaq bir şeyə yaramaz.
aysel
2013-06-26
Salam men aile quracagim insani heqiqeten sevib sevmediyimi bilmirem. Ona yaxin olmaq isdesemdee ruhdan dusurem. Ona layiq birisi olmadigimi dusunurem. Mene meslehet vere bilersiz?
Cavab: Salam Aysel xanım Bu sadəcə fikirdi. Kökündə isə çox zaman özgüvən hissinin aşağı olması dayanır. Bu səbəbdən də qarşı tərəfə yaxın qala bilməmək, özünü ona layiq bilməmək kimi yanlış düşüncələrə yol açır. Diqqətinizi qarşı tərəflə bağlı müsbət şeylərə yönləndirsəniz, onunla daha çox zaman keçirsəniz o zaman bu fikirlər də Sizdən uzaqlaşacaq.
Aygun
2013-06-26
Cooox sagolun size cox tesekur edirem diqetinize gore
Cavab: Siz saq olun Aygün xanım
Aygun
2013-06-25
sizden xais edirem sizin yaniniza gelince mene biraz melumat verin her gun narahat valeryan atiram tesir etmir..cavabinizi oxudum ora gelene kimi mene biraz meslehet verin xahis edirem
Cavab: Aygün xanım çalışın diqqətinizi Sizə xoş olan şeylərə yönəldin. Bu qısa zaman kəsiyində baş verir. Həmin anlarda diqqətinizi yönləndirin.
Aygun
2013-06-24
Salam men sizden cox xahis edirem mene bir meslehet verin men 10 ilden coxdur ki narahatam.Ele bil cole cixmaq istemirem telesirem.Bir soz esiden kimi ozumu pis his edirem bu soz ozume dexli oldu olmadi.kIMESE QULAQ ASANDA AXIRA KIMI BULAQ ASA BILMIREM.Mene ele gelir ki mene nese olur ama hecne olmur.Cole cixan kimi ele bil beynim gergin olur.bir adam nese soz deyende o sozu beynimden cixara bilmirem beynimde gezir.Ona o sozu qaytara bilmirem ve oz ozluyumde ureyimde danisiram.sizden xahus edirem mene meslehet verin men ne edim.42 yasim var
Cavab: Salam Aygün xanım Öncə bunun səbəbini tapmaq lazımdı. Ondan sonra müalicəni həyata keçirmək olar. 10 il narahatçılıqla yaşamaqdansa bir dəfə mütəxəssisə müraciət etmək daha faydalı olardı. Mərkəzlə əlaqə saxlayın, Sizə müayinə və müalicə üçün zaman təyin edərlər. Əlaqə telefonu 012 480-36-29 yaxud da 055 257-27-00
AYAN
2013-06-23
salam nisanliyam artiq 1 il yarimdi demey olarki her gun dalasiriq sebeb muxtelifdi bu insanin gezmeynen arasi yoxdu her seye gadaga qoyur hem dalasan kimi ailesini qatir bacisi vecni mene meslehet verir coooooxxx aqresivem eseblesen kimi sesimi yukseldirem artiq bezmisem ama dalan kimi de hirsim soyuyur ele onunda nolar meslehet verin xahiss
Cavab: Salam Ayan xanım. Hər ikinizin mütəxəssis qəbulunda olmasını tövsiyə edərdim. Bu Sizə bir-birinizi tanımaqda faydalı olacaq. Eyni zamanda münasibətləriniz də tənzimlənəcək.
Adınız 
Sualınız 
1234567891011121314151617181920
2122232425262728293031323334353637383940
4142434445464748495051525354555657585960
6162636465666768697071727374757677787980
81828384858687888990919293949596979899100
101102103104105106107108109110111112113114115116117118119120
121122123124125126127128129130131132133134135136137138139140
141142143144145146147148149150151152153154155156157158159160
161162163164165166167168169170171172173174175176177178179180
181182183184185186187188189190191192193194195196197198199200
201202203204205206207208209210211212213214215216217218219220
221222223224225226

LOGİN

 Email
 Parol
Qeydiyyat