Sual Cavab

CAHANGIROVA.G
2018-04-02
Axşamniz xeyir Elnur bəy. BU aralarəqəm heçnəyə marağım yoxdu tez tez əhvalım deyiwirniyat. Bəzən çox gərgin oluram.Bir yerdə qərar tutan bilmirem.Bəzən alınan oluram.Mənimlə nə bawa verir bilmirem.Fikirlərimi cəmləmək də çətinlik çəkirəm.
Cavab: Salam.Qeyd etdiyiniz durum depressiv epizod olaraq dəyərləndirilə bilər.Problemin fonunda özgüvən əksikliyi,özünüqiymətləndirmənin enməsi, əhvalın enməsi, hərəki tormozlanma, ünsiyyət defisiti, sosial mühitdən uzaqlaşma kimi psixoloji və bunların fonunda başağrıları,vegetativ reaksiyalar kimi somatik simptomlar müşahidə olunur.Problemin terapiyasında psixoterapiya və ağırlıq dərəcəsindən asılı olaraq medikamentoz terapiyadan istifadə olunur.
Ayten
2018-04-02
Salam hekim menim böyük bir inamsizliqim var icimde ele bir saqalamagima inamim yoxdur ölümü fikirlesirem ki ele bu deyqa ölüm hekim özümü qorxuduram urey döyüntüm artir sonradanda özüm özümü sakitleşdirirem hekim gunum bele kecir sagalmaq da isdiyirem sagalmamaqda hekim ne edim men cox sagolun
Cavab: Salam,Aytən xanım.Qeyd etdiyiniz durum generalizə olunmuş təşviş pozuntusu olaraq dəyərləndirilir.Bu hal narahatlıq, bir yerdə qərar tutmamaq, diqqət və motivasiyada pozulma, konsentrasiya pozulması, həyəcan, əsəbilik kimi psixoloji;taxikardiya,epiqastral nahiyədə ağrı,vegetativ reaksiyalar kimi somatik əlamətlərlə müşahidə olunur.Terapiyasında əsasən psixoterapiya aparılır.Təyinata uyğun medikamentoz terapiya da tətbiq oluna bilər.
Adim Fatime
2018-03-31
Sualim Hamileym 12 heftelik cox esebiyem ozumnen asli olmayaraq eseblewirem tez heyecanlaniram ozumu ele ala bilmirem aglayiram eseb mene pis tesir edir ne ede bilerem
Cavab: Salam,Fatimə xanım.Hamiləlik dövründə hormonal dəyişiklik səbəbindən bu tip emosional reaksiyaların olması normaldır.Sadəcə bunun səhhətinizə neqativ təsir etməməsi üçün psixoloji yardım almanız daha faydalı olardı
Qemer
2018-03-31
Salam doktor.Menim oglumun 8yawı var.Kekeleyirdi deye men onu mualice etdim.Amma bir az qalıb.O aqresiv,diqqetsizdir,derslerde deyir hamı meni bezdirdi,Kompleksi olduguna gore ders danıwmaga utanır.Men ne edim.Yaddawı zeifdi.Men EEQ eletdirdim .Orada dediler ki on ve arxa alın baglıdır.diqqetsizlik,vazbudimıy.Men indi yaxwı psicoloq axtarıram ki,ovşadımla danıwsın .Biz evde ne edirikse bizi bawa duwmur .
Cavab: Salam, Qəmər xanım. Bu halda həm psixoloji, həm də nevroloji müalicə paralel şəkildə aparılmalıdır. Yaxşı olardı ki, narahatlığı zamanında aradan qaldırasınız. Çünki müəyyən müddətdən sonra durum xroniki hal ala bilər
gulka
2018-03-31
salam men cox eseblesirem ozume hakim ola bilmirem sozderimle basqalarin incidirem qelbin qriram
Cavab: Salam. Bu hal neçə müddətdir ki, davam edir? Hansısa stress keçirdikdən sonra oldu yaxud anidən yarandı?
Leyla
2018-03-31
Salam menim bawima cox hadiseler geldi sevdiyim insan qeza cekirdi,hebs oldu men geleceymi bu insanla duwunurdum her weyi men cox stress cekirdim imdi de onun yoxlugunu qebul ede bilmirem.hekime getdim cox agrilarim vardi stressden xestelik tapmiwam .indi de bilmirem ne edim beynimden cixsin.xahiw meslehet verin
Cavab: Salam,Leyla xanım.Yaşadığınız situasiya zamanı keçirdiyiniz aşırı stress, gərginlik posttravmatik stressi formalaşdırıb.Posttravmatik stress pozuntusu müəyyən psixoloji sarsıntıdan sonra başlayan və həyat keyfiyyətini aşağı salan bir problemdir. Travmatik hadisə və bunun perseptual-koqnitiv-emosional hissələri yuxuda öz əksini tapır və gün ərzində təkrarlanan şəkildə yaşanılır. Bu feedback`lar (geriyə dönmələr) hadisəni eyni canlılığı ilə şəxsə yaşadır və həyat keyfiyyətini diqqətə çarpan bir şəkildə aşağı salır. Yaxşı olardı ki, psixoloji yardım almaqla narahatlığı aradan qaldırasınız
Lamiye
2018-03-30
Salam. Son vaxtlar hami menim paranoya ve depresiyada oldugumu deyir hem ozume zerer verirem hem cevremdekilere. Bunun ucun hansi hekime getmeliyem?
Cavab: Salam,Lamiyə xanım. Bu halda psixoloqa müraciət etməniz daha doğru olardı
nigar
2017-12-02
salam ilk once menim size verilesi sualim coxdur lakin men bir iki sualimi verecem birinci sualim isle baglidir menim ozguvenim yoxdu.amma oz daxilimde fikirlewiremki bunu bacararam amma cekinirem.dostlarim risk etmeyimi isteyirler amma yenede qorxub cekinirem.ikinci sualim ise cox sebrsiz ve esebiyem ozume hakim ola bilmirem isterdimki mene ele bir meselehet vererdiz ki men ozumu ele ala bilim .qeyd edim ki 21 yawim var
Cavab: Salam,Nigar xanım.Özgüvən əksikliyini nə zamandan hiss edirsiniz?
anonim
2017-09-30
salam.menim ozuneguven hissim yoxdu..ozumu ugursuz sevilmeyen biri kimi hiss edirem..ne edim
Cavab: Salam. Neçə yaşınız var? Özgüvəninizi sarsıdan nüansları müəyyən etmək lazımdır ki, birinci onlar aradan qaldırılsın daha sonra isə özgüvəninizi sizə yenidən qaytarmaq mümkün olacaqdır.
Leyla
2017-09-27
Salam. Men problemin hemsinclerimi sevmeyimdi . ne qeder uzaq olmağa calışıram bir muddet deyirem yox bele deyilem ama sonra her şey deyişir . özümü bu cür görmek istemirəm . bilmirem ne edim
Cavab: Salam,Leyla xanım. Durum araşdırılmalı və korreksiya işləri aparılmalıdır. Bunun üçün psixoloji yardım almanız daha məqsədəuyğun olardı
Dilqem
2017-09-26
Salam Hekim. Men bir Aydi getmediyim hekim qalmiyib ama bu bawimdaki narahatciliq kecmir agirliq var bawimda nese sixir elebil meni heyata maragim olub bir dene yaxwi wey duwume bilmirem. Bawim gicgahlarim sixilir yemek yiyirem pis oluram bilmirem bu nedi bele kecmir ki kecmir. Mene bir meslehet verin
Cavab: Salam,Dilqəm bəy.Qeyd etdiyiniz durum təşvişli-nevrotik pozuntu olaraq dəyərləndirilir.Təşvişli-nevrotik pozuntu (nevroz) narahatlıq, bir yerdə qərar tutmamaq, diqqət və motivasiyada pozulma, konsentrasiya pozulması, həyəcan, əsəbilik kimi psixoloji;taxikardiya,epiqastral nahiyədə ağrı,vegetativ reaksiyalar kimi somatik əlamətlərlə müşahidə olunur.Terapiyasında əsasən psixoterapiya aparılır.Təyinata uyğun medikamentoz terapiya da tətbiq oluna bilər.
anara
2017-09-24
salam.Mәnim tez-tez әzәlәlәrim boşalır elә fikirlәşirәm ki әsәbdәn dir.nә demәdir bu
Cavab: Salam Anarə xanım. Bu hal nə zaman baş verir, baş vermədən öncə nələr yaşamısınız bunları bilmək vacibdir. Əgər bu hal sizə günlük həyatınızda rahat yaşamağına əngəl olacaq qədər sizi narahat edirsə, mütəxəssis yardımı ala bilərsiniz.
Ayan
2017-09-21
Salam hekim. Size bir sualim vardi.4 ildi kekeleyirem . nece gune mualice oluna bilerem.
Cavab: Salam,Ayan xanım. İlkin müayinədən sonra seans müddəti təyin oluna bilər
mariya
2017-09-21
salam elnur bey menim hec haram agrimir ozumu cox pis edirem sizin yaniniza gelmek olar cox xahis edirem meni qebul edin 65 yasim var
Cavab: Salam,Mariya xanım.0124803629 yaxud da 0552572700 nömrələriylə əlaqə saxlayıb, qeydiyyatdan keçə bilərsiniz
AYLA
2017-09-20
salam Elnur bey men iki uwaq anasiyam biri10gunluyudu biri yaw yarimliq ve mende ciddi derecede esebilik var nevroloqada gorunmuwem maliceler almiwam ama xeyri yoxdu hamile vaxtlarimda taa indiye kimi guclu eseb cekmiwem ozumde istemeden evladlarima qarwi kobudluq edirem her xirda birweyden eseblewirem sizden cox xaiw edirem mene ne etmeli oldugumu deyerdiz ve ya hansisa derman lazimdirsa onu deyerdiz bunu deyimki men yoldawim ve iki evladim tek olurug ola bilerki herwey tek menim ustume qalir deye yawayam bu esebi? xaiw edirem komek edin.
Cavab: Salam,Ayla xanım.Qeyd etdiyiniz durum təşvişli-nevrotik pozuntu olaraq dəyərləndirilir.Təşvişli-nevrotik pozuntu (nevroz) narahatlıq, bir yerdə qərar tutmamaq, diqqət və motivasiyada pozulma, konsentrasiya pozulması, həyəcan, əsəbilik kimi psixoloji;taxikardiya,epiqastral nahiyədə ağrı,vegetativ reaksiyalar kimi somatik əlamətlərlə müşahidə olunur.Terapiyasında əsasən psixoterapiya aparılır.Təyinata uyğun medikamentoz terapiya da tətbiq oluna bilər.
OMAR
2017-09-17
Salam, hekim ,, mənim 3 il evvel yoldasim rehmete getti ,, onnan sonra men izah ede bilmeyeceyim bir veziyette idim,,,1 il geleceyine inandim,,,,,onun ölumunu qebul ede bilmirem,,, ölumun fikiresende sanki aglim bir sey kesmir,, donur,, cox esebiyem,,, herseye cox nervi keçirirəm, , adi bir doze sanki deki oluram..her kesin xisbextliyin qisqaniram,,, heyatfa sanki ykxam,,, ancaq xetalnan yasayiram butun gunu,,,3 övladim var
Cavab: Salam,Ömər bəy.Yaşadığınız situasiya zamanı keçirdiyiniz aşırı stress, gərginlik posttravmatik stressi formalaşdırıb.Posttravmatik stress pozuntusu müəyyən psixoloji sarsıntıdan sonra başlayan və həyat keyfiyyətini aşağı salan bir problemdir. Travmatik hadisə və bunun perseptual-koqnitiv-emosional hissələri yuxuda öz əksini tapır və gün ərzində təkrarlanan şəkildə yaşanılır. Bu feedback`lar (geriyə dönmələr) hadisəni eyni canlılığı ilə şəxsə yaşadır və həyat keyfiyyətini diqqətə çarpan bir şəkildə aşağı salır. Yaxşı olardı ki, psixoloji yardım almaqla narahatlığı aradan qaldırasınız
Farid
2017-09-09
Salam her vaxdiniz xeyir olsun.hekim ozume hetdinden artig cox qapaniram,xahis eliyirem mene bu barede meslehet goresiz neynemeliyem?
Cavab: Salam,Fərid bəy.Qeyd etdiyiniz durum depressiv epizod olaraq dəyərləndirilə bilər.Problemin fonunda özgüvən əksikliyi,özünüqiymətləndirmənin enməsi, əhvalın enməsi, hərəki tormozlanma, ünsiyyət defisiti, sosial mühitdən uzaqlaşma kimi psixoloji və bunların fonunda başağrıları,vegetativ reaksiyalar kimi somatik simptomlar müşahidə olunur.Problemin terapiyasında psixoterapiya və ağırlıq dərəcəsindən asılı olaraq medikamentoz terapiyadan istifadə olunur.
Ruya
2017-09-04
Salam Elnur bey menim bir ovladim var ikinci ovlad isteyirem amma men hamile olarken beynime pis fikirler gelir uwaagi dunyaya getirmeye qorxuram mene nece komey edersiz gece gunduz goz yawi tokurem ovladim tekdi her gun mene ana menim niye qardawim yoxdu deye meni darixdirir xaw edirem cavab yazin neyleyim
Cavab: Qeyd etdiyiniz durum obsessiv-kompulsiv olaraq dəyərləndirilə bilər.Obsessiya-iradədən asılı olmadan,xarakterə zidd (ego-distonik) qovula bilməyən,təkrarlanan düşüncələr; Kompulsiya isə əksər hallarda obsessiv düşüncəni neytrallaşdırmaq üçün edilən təkrari hərəkətlərdir.Yaranmasında bioloji, psixodinamik və bihevioral model iştirak edir.Terapiyasında əsasən psixoterapiya aparılır,lakin göstəriş olarsa medikamentoz müalicə də aparıla bilər.
Anar
2017-09-03
salam Elnur bey.menim 23 yasim var.usaqliqdan cekingen ve utancaq boyumusem valdeynlerim bele oldugumu gorub meni cox vaxtlar danliyiblar neye gore utancaqsan,23 yasimda cemiyetde insanlarla unsiyyet qura bilmirem topluluqda dehset derecede heyecan kecirirem ve cixis yolunu qacmaqda mecbur oluram.men bumum ucun ne etmeliyem
Cavab: Salam,Anar bəy.Bu hal sosial fobiya olaraq dəyərləndirilə bilər.Sosial fobiya xəstəliyində qorxu yaradan vəziyyətlə üz – üzə gəldikdə ilk öncə həyəcanın somatik əlamətləri özünü biruzə verməyə başlayır. Bunlar üzün qızarması, ürəkdöyünmə, tərləmə, ağız quruluğu, boğulma, əzələ gərginliyi və ayaqyoluna getmək istəyi ola bilər. Bu anda insanın beynindən keçən “mənim üzümün qızarmağını, əlimin titrəməsini hamı gördü, mən çox zəifəm, mən səhv etməməliyəm, mən mükəmməl olmalıyam” kimi düşüncələrdir. Bu düşüncələr insanın daha da həyəcanlanmasına gətirib çıxarır.Sosial fobiya müalicəsi olan problemdir.Əsasən terapiyasında psixoterapiya aparılır,lakin təyinata uyğun olaraq medikamentoz müalicə də aparıla bilər.Yaxşı olardı ki,əyani psixoloji yardım almaqla,problemi aradan qaldırmağa çalışasınız.
Qemer
2017-09-02
Salam. Nese pis hadise baw verecek diye her zaman qorxuram, o qorxunu nece atmaq olar?
Cavab: Salam,Qəmər xanım.Qeyd etdiyiniz durum generalizə olunmuş təşviş pozuntusu olaraq dəyərləndirilir.Bu hal narahatlıq, bir yerdə qərar tutmamaq, diqqət və motivasiyada pozulma, konsentrasiya pozulması, həyəcan, əsəbilik kimi psixoloji;taxikardiya,epiqastral nahiyədə ağrı,vegetativ reaksiyalar kimi somatik əlamətlərlə müşahidə olunur.Terapiyasında əsasən psixoterapiya aparılır.Təyinata uyğun medikamentoz terapiya da tətbiq oluna bilər.
Vahide
2017-09-02
Salam hekim .menim sualim beledir.men 3 ay bunan qabaq panik atak kecirirdim mualice aldim 1 ay ancaq 3 ay almali idim dermanlarimi 1 ay atdim nese kecdi getdi .tezelikce hardasa 25 gun olar yemeyi uda bilmirem ancaq suyla agzim quruyur geceleri yata bilmirem tez tez udqunuram boguluram qorxum coxdu bu nedendi?
Cavab: Salam,Vahidə xanım.Panik atak qorxu (ölüm qorxusu) və narahatlıq hisslərinin tutma şəklində qəflətən başlayıb, 10 dəqiqə ərzində ən pik səviyyəyə çatan psixoloji narahatlıqdır. Xəstə 10 dəqiqə müddətində öləcəyini, infarkt keçirəcəyini və ya özünə nəzarəti itirərək yıxılacağını düşünür. Bu tip krizlər adətən insanların çox olduğu yerlərdə, qapalı otaqda, tıxaclarda olur və yarım saatdan sonra azalmağa doğru gedir. Buna baxmayaraq, xəstə tutmadan sonra çox halsız və ümidsiz olur. Bu səbəbdən də evdən tək çıxmağa qorxur, daim yanında güvənəcəyi bir adamın olmağını istəyir. Eləcə də tez-tez müxtəlif həkimlərə gedərək özlərini müayinə etdirir, evdə olarkən təzyiqlərini ölçdürüb, əlləri ilə nəbzini və ya ürək döyüntülərini yoxlayırlar.Terapiyasında əsasən psixoterapiya aparılır.Təyinata uyğun medikamentoz terapiya da tətbiq oluna bilər.Bunun üçün əyani psixoloji yardım daha faydalı olardı.
Nezrin
2017-08-31
Salam hekim men her seye eseblesirem,her seye sebebsizce agliyiram,evde valideyinlerimnen her gun dava eliyirem. Demey olar hamiya qarsi icimde nifret yaranib. ozumun 16 yasim var ve 5 yasinda bacim var cox eseblesdirir meni. hekime getdim bidefe sinir sisteminin pzoldugunu dedi. Ama bilmirem neyniyim.
Cavab: Salam,Nəzrin xanım.Qeyd etdiyiniz durum təşvişli-nevrotik pozuntu olaraq dəyərləndirilir.Təşvişli-nevrotik pozuntu (nevroz) narahatlıq, bir yerdə qərar tutmamaq, diqqət və motivasiyada pozulma, konsentrasiya pozulması, həyəcan, əsəbilik kimi psixoloji;taxikardiya,epiqastral nahiyədə ağrı,vegetativ reaksiyalar kimi somatik əlamətlərlə müşahidə olunur.Terapiyasında əsasən psixoterapiya aparılır.Təyinata uyğun medikamentoz terapiya da tətbiq oluna bilər.
Leman
2017-08-29
Salam Elnur bey.Men ozumde unutqanliq,hessasliq,stress,her seye gore qiciglanma ve s.bu kimi hallar gorurem.Cox seyi unuduram sanki yawli insanam ,ozumu qocalmiw hiss edirem.Amma ne etsemde usaqligimda yawadiqlarimi unuda bilmirem.Atamin icdiyi her gun ,anami doyduyu her geze ,bize dediyi sozler,basqalarinin yaninda ezmesi,doymesi bunlari unuda bilmirem.Atam indi ickiyi atib,artiq anami bizi doymur amma ona her baxanda icimde sevginin nifretle qariwigi kimi bir hiss yasayiram.Ozumu dunyanin en aciz insani kimi hiss edirem,her deqiqe yatmaq isteyirem,hec bir iw gormediyim halda cox yorgun oluram,her kicik weye eseblewirem,bezen istemediyim halda kobudluq edib dostlarimi qiriram.Her kesin mene usaqliqdan cirkin demesi laga qoymasi bu gunde ozumeqapanma yaradib hec kimin meni anlamadigini dusunurem ve cirkin oldugum ucun ozume nifret edirem,hec kesin yaninda rahat ola bilmirem ele biliremki hami menee cirkin oldugum ucun gulur.Eslinde o qeder sey varki men ozumu olu kimi hiss edirem ve valideynlerimin adi bir xesteliyimi bele veclerine almamasi,hormet,qaygi gostermemesi meni nir nece defe intihar etmeyime qrder surukleyib.Nolar mene yardim edin.Cox qorxuram.Men bu deylem men gunah etmey istemirem meni dusduyuq quyudan cixarin yardim edin.
Cavab: Salam,Ləman xanım.Qeyd etdiyiniz durum generalizə olunmuş təşviş pozuntusu olaraq dəyərləndirilir.Bu hal narahatlıq, bir yerdə qərar tutmamaq, diqqət və motivasiyada pozulma, konsentrasiya pozulması, həyəcan, əsəbilik kimi psixoloji;taxikardiya,epiqastral nahiyədə ağrı,vegetativ reaksiyalar kimi somatik əlamətlərlə müşahidə olunur.Terapiyasında əsasən psixoterapiya aparılır.Təyinata uyğun medikamentoz terapiya da tətbiq oluna bilər.
Cemale
2017-07-28
Salam ozume qapali biriyem insanlardan cox uzaqam etrafimda bu qeder i insan var ama tekem stress icinde oluram her gun esebi olanda aglayiram her weyi icime atiram sora sakit bir otaga kecib aglayiram bawim dehwet agriyir Seher bele axwamdi menim ucun halsiz maraqsiz problemim ne ola biler
Cavab: Salam,CƏmalə xanım.u hal depressiya olaraq dəyərləndirilə bilər.Depressiv vəziyyətə diqqət və marağın itməsi,konsentrasiyada pozulma,özgüvən əksikliyi,özünüqiymətləndirmənin aşağı olması,əhvalın olmaması və s. bu kimi psixoloji,həmçinin bütün bunlara müvafiq fizioloji simptomlar aid edilir.Yaxşı olardı ki,əyani psixoloji yardım almaqla,problemi aradan qaldırmağa çalışasınız.
FAZILE
2017-07-27
SALAM ELNUR bey.MENIM 16 YASIM VAR HER SEYE TEZ RIYAKSIYA VEREM COX ESEBIYEM ETRAFTAKI HEC KESLE DANISMIRAM BACIMA QARDASIMA KOBUD DAVRANIRAM.ATAMI VE ANAMI COX ISTEYIREM AMMA GOSTERE BILMIREM OPMEKDEN ZEHLEM GEDIR birde bacimla cox dalasiriq o mene kecmisde olmus bir sirini demisdi o menen her dalasdiginda bu sirle onu tehdid edirem sonra pesman oluram .men neyniye bilerem
Cavab: Salam,Fazilə xanım. Bu hal yeniyetməlik dövrü ilə əlaqədardır. Çünki hormonal dəyişiklik səbəbindən müəyyən aqressivlik, emosional reaksiyalar müşahidə oluna bilər. Yaxşı olardı ki, psixoloji yardım almaqla problemi aradan qaldırasınız
Tamerlan
2017-07-26
Həkim Hərşey tərpənir. HƏDSİZ HƏYACAN . Hakim olabilmədiyim Məntiqsiz FİKİRLƏR. HƏDSİZ NARAHATLIQ HƏR GÜN HƏR SANİYƏ. Boğızmnan heçnə keçmir .. Deməy olar bütün hisləri Çox şiddətli yaşayıram. Seroxat, Roxizapem, Klonozapem, Fenodzapem. İçirəm ama heçbirşey təsir etmir..
Cavab: Salam,Tamerlan bəy.Qeyd etdiyiniz durum obsessiv-kompulsiv olaraq dəyərləndirilə bilər.Obsessiya-iradədən asılı olmadan,xarakterə zidd (ego-distonik) qovula bilməyən,təkrarlanan düşüncələr; Kompulsiya isə əksər hallarda obsessiv düşüncəni neytrallaşdırmaq üçün edilən təkrari hərəkətlərdir.Yaranmasında bioloji, psixodinamik və bihevioral model iştirak edir.Terapiyasında əsasən psixoterapiya aparılır,lakin göstəriş olarsa medikamentoz müalicə də aparıla bilər.
Adınız 
Sualınız 
1234567891011121314151617181920
2122232425262728293031323334353637383940
4142434445464748495051525354555657585960
6162636465666768697071727374757677787980
81828384858687888990919293949596979899100
101102103104105106107108109110111112113114115116117118119120
121122123124125126127128129130131132133134135136137138139140
141142143144145146147148149150151152153154155156157158159160
161162163164165166167168169170171172173174175176177178179180
181182183184185186187188189190191192193194195196197198199200
201202203204205206207208209210211212213214215216217218219220
221222223224225226227228229230231232233234235236237238239240
241242243244245246247248249250251252253254255256257258259260
261262263264265266267268269270271272273274275276277278279280
281282283284285286287288289290291292293294295296297298299300
301302303304305306307308309310311312313314315316317318319320
321322323324325326327328329330331332333334335336337338339340
341342343344345346347348349350351352353354355356357358359360
361362363364365366367368369370371372373374375376377378379380
381382383384385386387388389390391392393394395396397398399400
401402403404405406407408409410411412413414415416417418419420
421422423424425426427428429430431432433434435436437438439440

LOGİN

 Email
 Parol
Qeydiyyat