Sual Cavab

babek
2016-03-15
salam size sualim var. menim 13 yaşım var. 7 ci sinifdə oxuyuram dərsə diqqətimi verə bilmirəm. bunun üçün neyləyim?
Cavab: Salam,Babək bəy.Diqqətinizi yayındıran vasitələrdən uzaqlaşın. Daha çox dərslərinizə fokuslanın.www.pcc.az
Emin
2016-03-15
Salam hekim mende bogazda gerginlik, tenginefes, ureyimin tez tez doyunmesi el ayaqlarim terleyir ve mene soyug olurda azmaz donuram, heyecanlaniram ve heyecanlandigim vaxt bu hadiseler bas verir hetta tezyiqimde qalxmiwdi, kurekde agrilar hiss elirem arada basim gicellenir ve esasen pis fikirlewdiyimde bu hadiseler bas verir ve elebilirem bu deyqe olecem sebebini deyerdiz zehmet olmasa.
Cavab: Salam,Emin bəy.Bütün qeyd etdiyiniz əlamətlər təşvişli-nevrotik pozuntuya aiddir. Problemin terapiyasında psixoterapiya tətbiq olunur. AĞırlıq dərəcəsindən asılı olaraq paralel şəkildə dərman terapiyası da aparılır.www.pcc.az
sekine
2016-03-14
Salam.menim 19yawim var men hedef secirem ozume ancaq iwe bawlamaģa tenbwllik edirem ne qeder istesemde iwe bawlaya bilmiren bu ne ile bağlidi?
Cavab: Salam,Səkinə xanım.Seçdiyiniz hədəfə uyğun gündəlik hansı işləri görəcəksiniz onları müəyyənləşdirin, özünüzdə motivasiya yaradın.www.pcc.az
aytac
2016-03-14
Salam elnur bey menim 18 yasim var menim rehmete getmis qohumlarimm tez tez yuxuma girirr gece yuxudan ayiliram narahat pis oluram qorxuram yata bilmirem babam girir sora 3 bunan qabaq emim qizi intihar ederek rehmete gedib o girir ama en cox bir nece ay bunan oncee xalam oqlu rehmete getdi xercengden menen yasit idi olumu gozlerimin qabaqinda olub ger defe yuxumaa girdiyinde can verdiyin gorurem ve yuxudan ayilanda qorxuram yata bilmirem cox xais edrem mene meslehet verin bu nedendi cox sagolun indiden .
Cavab: Salam,Aytac xanım.Bu durumda psixoloji yardım almanız daha faydalı olardı.www.pcc.az
Arzu
2016-03-13
salam hekim 18yasim var cox aqresiv olmuwam axir vaxtlar hec kimle daniwmag istemirem tek qalmag isteyirem her gun aglayiram mene komey edin xaiw edirem
Cavab: Salam.Hansı hadisədən sonra bu əlamətləri özünüzdə müşahidə etdiniz?www.pcc.az
Arzu
2016-03-12
Salam hekim menim 18 yasim var 1 ci kurs telebesiyem mende ozuneguvensizlik utancaqliq sosial fobiya kimi problemler var men heckesle unsiyyte qura bilmirem tanimadiqlarimdan cekinirem adeten soz demeye qorxuram sanki sehv bir sey deyecem ve menden nifret edecekler deye fikirlesirem men cox tekem ve bundan hecde razi deyilem imkan olmadigindan pxisoloqa gede bilmirem men ozum bundan nece qurtula bilerem mende yasiarim kimi olmaq isteyirem
Cavab: Salam.Çalışın,ünsiyyət yaradasınız.Bu zaman düşündüyünüzü fikirləri özünüzdən uzaqlaşdırın,diqqətinizi fərqli istiqamətə yönəldin.Kənarın nə deyəcəyini düşünməyin.www.pcc.az
aynur
2016-03-11
salam men ozumu cox pis hiss edirem ancag pis seyler fikirlesirem cox hessaslasmisam tez tez aglayiram bilmirem niye.
Cavab: Salam,Aynur xanım.Neqativ düşüncərləri nə vaxtdan müşahidə edirsiniz?www.pcc.az
M.Bəsti
2016-03-11
salam menim adım Bestidir. 52 yaşım var. 2 defə əməliyyat olunmuşam. en esasıda onurga sutunundan olub. son 1,5 ildi ki eseblerim yerinde deyil. hər şeyə əsəbləşirəm özümü toplamağa çalışsamda heç nə alınmır ən əsasıda 2 ay bundan əvvəl mənim qızım xroniki apinsit getmişdi. emeliyat sabah olunacağı gün mənim yoldaşım uzaq yola işinin arxasınca getdi. mən həmin gün yata bilmədim. səhər apardım hekimə emisidə gəldi xalasıda gəldi ama mən yenədə özümü tək hiss edirdim. əməliyyat ağır keçdi. ama əməliyyatdan sağ çıxdı. Şükür Allaha hər şey yaxşıdır. Ama yenədə mən özümə gələ bilmirəm. Hər gün yoldaşımdan bir az soyuyuram. Düzdür sonra seffini başa düşdü. ama çox gec anladı. indi menim size xaisim odur ki, mənim yaddaşımdan və gözümün önündən o hadise silinmir. və hər dəfə yadıma düşəndə başım hərlənir gözümdə sanki çəplik yaranır. Ürəyim sanki yerindən çıxacaqmış kimi olur. bilmirəm nə edim indi urək həkiminə də getmişəm deyir ki çox qorxulu problem yoxdu yaşla əlaqədardir. həmçinin şəkərim var. həkimlər mənim bu cur olmağımın heç biri səbəbini aydınlaşdıra bilmir təkcə şəkər həkimim deyir ki, hadisədən ola bilsin ki şoka dusmusen. şoka düşmüsəmsə də nə edecəyimi bilmirəm kimə müraciət edecəyimi blmirəm mənə məsləhət verin mən psixoloqamı, psikiatirami yoxsa nerpatloqamı müraciət edim. size de yazmağımı qızım dedi. sizden xaisim odur ki mənə kömək edib düzgün məsləhət verəsiz.əvvəlcədən cox sagolun.
Cavab: Salam,Bəsti xanım.Əsəbi olmanız daha çox keçirdiyiniz əməliyyatla bağlı ola bilər.Yəni əməliyyatdan sonra keçirdiyi qorxu və narahatlıq səbəbindən bir çox insanda bu hal rastlanılır.Digər qeyd etdiyiniz isə posttravmatik stresslə bağlıdır.Posttravmatik stress pozuntusu müəyyən psixoloji sarsıntıdan sonra başlayan və həyat keyfiyyətini aşağı salan bir problemdir.Şəxs travmatik hadisəni və bunun perseptual-koqnitiv-emosional hissələrini yuxularında və gün ərzində təkrarlanan şəkildə yaşayır. Bu feedback`lar (geriyə dönmələr) hadisəni eyni canlılığı ilə şəxsə yaşadır və həyat keyfiyyətini diqqətə çarpan bir şəkildə aşağı salır.narahatlığın terapiyasında psixoterapiya və ağırlıq dərəcəsinə uyğun olaraq farmakoterapiya tətbiq olunur.www.pcc.az
xeyale
2016-03-11
Salam hekim.menim 3usagim var.3nu de keyseriyye emeliyati ile dunyata getirmisem.axirinci usaqda qanaxma neticesinde heyatimi itirmek tehlukesi olub cox sukur qan kocurmesi ile yeniden heyata donmusem.qanaxmani dayandirmaq ucun ise usaqligimi amputasiya eleyibler.menim28yasim var.usaqligin amputasiyasi haqda melumati men gec bilmisem .ve buna gore de bezi deyisiklik oldugu ucun mende eseb gerginlik kecirirem.yoldasim herbicidi.uc usaga tek baxiram.usaqlar nadincdi tez tez eseblesirem.heyfimi usaqlardan az qaliram cixardam.nese kiminse dogmagi haqda danisilanda qorxuram .bedenime qorxu dusur.otururam honkure honkure agliyiram.elece tek qalmaq isteyirem.qaranliq yerde oturub ozume qapaniram.afliyiram.ne edim men.etrafimdaki insanlari ozumden uzaqlasdigini hiss edirem.
Cavab: Salam Xəyalə xanım. Üçünü də Allah saxlasın. Ümumiyyətlə bu barədə çox sonradan məlumat əldə etdiyiniz üçün sizdə təşviş başlamış ola bilər. Düşünün siz bu barədə hələ də heç nə bilmirsiniz, ancaq qeyd etdiyiniz əsəbilik, gərginlik kimi hallar yaranıb. Bunun yaranma səbəbini siz müəyyən bir səbəbə bağlayıb özünüzü uzun və çıxılmaz yola aparırsınız. Unutmayın ki, hər hamiləlik yaşayan qadında müəyyən qədər əsəbilik olur. Siz çalışın buna köklənin. Uşaqlar çox vaxt bizim stabil həyat tərzimizin yanında bizim gözümüzə həddindən artıq nadinc görünə bilərlər və biz bütün heyifimizi onlardan çıxmağa cəhd edərik. Bəzilərimiz özümüzü cilovlamağı bacardığımız halda, bəziləri bunu etməyə bilirlər. Ona görə də uşaqlarınızın nadinc olduğunu deyil də sizin daha çox sakit və durğun tip olduğunuzu düşünüb məsələyə bu aspektdən yanaşmağa çalışın. Uşaqları özümüz kimi edə bilmərik, ancaq biz uşaq kimi davrana bilərik. Qaldı ki, sizin yanınızdan kimsənin hamiləliyindən danışmaqlarına burada siz köçürmə edərək bir anlıq özünüzü bu məqamda canlandırıb yenidən yaşadığınız xoşagəlməz halları yaşayacağınız fikrinə düşürsünüz. Buna görə də bu kimi mövzulardan ötüb keçə bilmir, aqressiv olursunuz. Ancaq həmin an özümüzün çətinliklərini düşünüb kənara əsəblə çəkilmək yerinə həmin mözuya qoşulub özümüzün yaşadıqlarını danışaraq fərqli nələrsə eşitməyə cəhd etməliyik, nəinki qaranlıq otağa çəkilərək tək qalmağı seçməyə. Həmin vaxt sizin daxilinizdə nələrin baş verdiyini, nə hisslər keçirdiyinizi yalnız özünüz bildiyiniz üçün kənardakı insanlar bir anda sizə nə olduğunu anlamaqda çətinlik çəkirlər. Onların gözündə qəribə tip sayılmış oluruq ki, elə buna görə də gedərək bizdən uzaqlaşdıqlarını görürük.
Melahet
2016-03-10
salam men cox aqressiv biriyem icimde hec kime qarsi sevgi yoxdu insanlari incitmek mene xos gelir. hec kesle yola gede bilmirem oz ailemle bele hamiya pislik edirem hamini incidirem aqladiram. hec kese sevgi beslemirem. sadece olmek isteyirem ve yaxuddaki tek yasamaq isteyirem insan uzu gormeyim. dehset aqressiv eqoist biriyem. oz aileme qarsi bele icimde sevgi yoxdu. qarsimdaki insani uzgun gormek mene xos tesir edir. hec kesle unsiyet qura bilmirem oz nisanlimla bele kobudam her kesle niye beleyem bilmirem icimden sevgi yoxdu sadece nifret ancaq aglamaq isteyirem sora pesman oluram niye kobudluq etdim deye? ama yene nifret buruyur qelbimi
Cavab: Salam,Məlahət xanım.Bu vəziyyəti daha çox nə ilə əlaqələndirirsiniz? Hansı problemlər ailənizlə gərginlik yaşamanıza,aqressiv olmanıza gətirib çıxardı?www.pcc.az
gulnar
2016-03-10
Salam.menin 19 yawim var son zamanlarda qerarsiz olmuwam secim ede bilmirem bu psixika ile baģli ola biler?
Cavab: Salam,Gülnar xanım.Qərarsızlıq düzgün hədəf müəyyənləşdirməməkdən, həyatını doğru planlaşdırmamaqdan qaynaqlanır. Çalışın,hədəflərinizi müəyyən edin, məqsədinizə çatmaq üçün bütün vasitələrdən istifadə edin.www.pcc.az
Xanim
2016-03-09
Salam men nevroz xestesiyem mualiceler bitib sagaldigima yaxsi olduguma inanandan beri dusuncelerin onemli oldugunu inamin esas oldugunu bilirem amma inamim pis fikirlerden yayinmagcun cox zeifdi...lakin pis fikirler ozune qapanma var amma derman qebul etmek istemirem artig ne etmeyi meslehet gorursuz? menim 20 yasim var ve men bu yasda psixi xeste olmag istemirem pis fikirlesdiyim hersey tez olur yaxsi neyise fikiresende reallasmir :( qorxu ve umidsuzluy el cekmir menden Tesekkurler
Cavab: Salam.Təşvişli-nevrotik pozuntu (nevroz) narahatlıq, bir yerdə qərar tutmamaq, diqqət və motivasiyada pozulma, konsentrasiya pozulması, həyəcan, əsəbilik kimi psixoloji;taxikardiya,epiqastral nahiyədə ağrı,vegetativ reaksiyalar kimi somatik əlamətlərlə müşahidə olunur.Bununla yanaşı digər qeyd etdiyiniz əlamətlər depressiv epizoda aid edilir ki,bu da nevroz müalicə olunmadığı təqdirdə ortaya çıxır.Hər iki narahatlığın terapiyasında psixoterapiya tətbiq olunur.Təyinata uyğun dərman terapiyası da aparıla bilər.www.pcc.az
AYSEL
2016-03-09
Salam sizden cox xayiw edirem sualima cevab yazin men cox Is tires kecirem bir Adam yanimda Adi soz danwir bedenmin tuku buz buz our gergin oluram bundan nece qurtula bilerem cox xayiw edirem yazin zenhmet olmasa
Cavab: Salam Aysel xanım. Yanınızda danışan adamın kimliyi çox şey deyir. Yaxud da nə barədə danışması. Ola bilər ki, sizi qorxudan insanlarla ünsiyyətdir. Yaxud söhbətə qoşula bilməmək. Məsələn bir mövzu barəsində söz düşür siz isə başlayırsız narahat olmağa ki, söz sırası mənə gələndə nə edəcəm. Əgər dediyiniz hal eynilə belədirsə, unutmayın ki, hər söhbət edildiyində mütləq nəsə fikir bildirməli deyilsiniz. Həmin anda stress olmaq yerinə özünüzə daxili rahatlıq verərək dinləyici rolunda da ola biləcəyinizi düşünün.
Ayka
2016-03-09
Salam hekim.1ile yaxin olarki gece yuxuda qiwqiriram,oz sesimi ewidmirem. Elebilki,yuxuda kimleriyaxu neseni gorende 1-1 adlarini cekmeye bawlayiram.Ne meslehet gorerdiz?? Xaiw cavab yazin.
Cavab: Salam.Bu daha çox gərginlik və stresslə əlaqədardır.Çalışın gündəlik rejiminizə,yuxu nizamınıza diqqət yetirəsiniz.www.pcc.az
Emilia
2016-03-08
Men cox qisqanc biriyem ve bununla bacara bilmirem ama eslinde hec onuda bil miremki bu qisqancligin arxasinda ne durur bilmiremki bu qisqancliqdi ya guvensizlik ama bele de guven problemim var yeni hec kime guvene bilmirem evel ele bilirdimki bu yaxwi bir weydi ama zaman kecdiyce goruremki yox hetda bir cox problemlerede sebeb olur bu mende ve ozum oz xasiyyetimden cox naraziyam ama o dozur mene ama bele xaricden baxanda hec kim menim bele problemim oldugunu bilmir bir o bilir bunlari yeni qayidim evvele qisqancliga duzu men bu yazdiqlarimin hamisinin cavablanmasini istiyrem
Cavab: Salam.Qısqanclıq daha çox özgüvən əksikliyindən qaynaqlanır.Və zaman keçdikcə daha da ağır formaya keçir, paranoid düşüncələrlə əvəzlənir (patoloji qısqanclıq). Artıq hər kəsdən şübhələnməyə başlayır,özünəzarəti itirir,situasiyalarda doğru həll yollarını tapmaqda çətinlik çəkir.Zamanında müdaxilə olunduğu təqdirdə prosesin irəliləməsinin qarşısı alınır.www.pcc.az
LALE
2016-03-07
SALAM MENIM YADDAW PROBLEMIM OLUR FIKRIM QARIWIQ OLUR ESEBLEWENDE TEZ OZUMDEN CIXIRAM AMA SAKITLIYI COX SEVIREM XAHIW EDIREM MENE KOMEK EDIN
Cavab: Salam,Lalə xanım.Bu daha çox diqqət dağınıqlığı ilə əlaqədardır.Rutin qaydaları,həyat tərzini düzgün nizamlamadıqda ortaya çıxa bilər.Həmçinin orqanik pozuntunun fonunda yarana bilər.Yaxşı olardı ki,ilk öncə narahatlığın mənbəyi araşdırılsın,daha sonra bu istiqamətdə korreksiya işləri aparılsın.www.pcc.az
Nurane
2016-03-06
Hekim men ozumden asli olmayarq heyacanlaniram titretme tutur meni buz kimi oluram qapaniram bir gun erzinde iki cumle soz danisiram tekliye qaciram her deyqe gozlerim dolur sadece aglamaq isdiyrem sanki agladiqca ozmu rahat oluram geceleri yata bilmirem hamudan qaciram men ne edim eyer meslehetdirse sizin qebulnuza gelim hekim
Cavab: Salam,Nuranə xanım.Qeyd etdiyiniz əlamətlər təşvişli-nevrotik pozuntu səbəbindən qaynaqlanır.Təşvişli-nevrotik pozuntu (nevroz) narahatlıq, bir yerdə qərar tutmamaq, diqqət və motivasiyada pozulma, konsentrasiya pozulması, həyəcan, əsəbilik kimi psixoloji;taxikardiya,epiqastral nahiyədə ağrı,vegetativ reaksiyalar kimi somatik əlamətlərlə müşahidə olunur.Terapiyasında əsasən psixoterapiya aparılır.Təyinata uyğun medikamentoz terapiya da tətbiq oluna bilər.www.pcc.az
Ayşən
2016-03-06
Salam hekim mene komek edin men cox esebiyem ve cox qapaliyam oz sevdiyim şexsden ayrilmisam buda mene ezabdi nece unutdura bilerem bunu ozume xaiw edirem komek edin
Cavab: Salam,Ayşən xanım.Qeyd etdiyiniz durum kəskin stress reaksiyası olaraq adlandırılır.Bu halda müəyyən müddətdə depressiv epizod müşahidə oluna bilər.Problemdən xilas olmaq üçün psixoloji müdaxilə olmalıdır.www.pcc.az
Beyim
2016-03-06
Salam.Men cox esebiyem herweye reaksiyam menfi olur.baw agrilarim cox olur,birden bire yorqunlawiram eseblewenkimi ellerim esir,aglamagim gelir,sozleri sehv suf deyirem,ellerim soyuq olur.Esebe qarwi Persen dermani icirdimki sakitlewdirsin meni oda mene xeyir etmirdi yuxu getirdirdi ama eseblerim sakitlewmirdi.Eseblerimin qaydasinda olmasi ucun ne etmeliyem?
Cavab: Salam.Qeyd etdiyiniz əlamətlər təşvişli-nevrotik pozuntu səbəbindən qaynaqlanır.Təşvişli-nevrotik pozuntu (nevroz) narahatlıq, bir yerdə qərar tutmamaq, diqqət və motivasiyada pozulma, konsentrasiya pozulması, həyəcan, əsəbilik kimi psixoloji;taxikardiya,epiqastral nahiyədə ağrı,vegetativ reaksiyalar kimi somatik əlamətlərlə müşahidə olunur.Terapiyasında əsasən psixoterapiya aparılır.Təyinata uyğun medikamentoz terapiya da tətbiq oluna bilər.www.pcc.az
TEHMINE
2016-03-06
SALAM HEKIM menim 19 yasim var aileliyem hedsiz derecede esebiyem ozume eseblerime hakim ola bilmirem cox pis veziyyetdem gunum aglamaqla kecir her seyden inciyirem eseb kecirirem ne edim bilmirem yardima ehtiyacim var.
Cavab: Salam,Təhminə xanım.Bu durumunuzu nə ilə əlaqələndirirsiniz?www.pcc.az
Fedya
2016-03-05
Salam yasim 18 men bir gun gece saat 04:20 de yatdim biraz yuxu gordum amma aniden yatdiqim otaqda birden bire havaya qalxdim anladimki ozumdeyem sadece cox qorxdum sanki bedenimden cixirmis kimi oldum ve otaqda havada idim sonra uca uca pencereden cole cixdim amma gozumu yumub ayildim saat 04:46 qorxmusdum gozum yasarmisdi amma bir muddet sonra yenede yatmaqim 04:20 ye dusdu yatdim yuxu gordum aniden ayildim amma hereket etmekde cetinlik cekdim sol teref usde uzandim gozumu yumdum amma yatmadim gozumu acdiqimda saq terefi usde uzandiqimi gordum ozumu tam idare ede bildikde ise saata baxdim yenede tesadufen 04:46 heqiqetende bilmirem neden olur bular cox qorxulu duyqu verir mene xais bir cixis yolu deyerdiz zehmet deyilse eslinde bularda cox hadiseler olur yadima salmaqda cetinlik cekirem
Cavab: Salam.Bu hallar tez-tez təkrarlanır.Neçə vaxtdır ki belə bir narahatlıq yaşayırsınız?www.pcc.az
ilkin
2016-03-05
Salam hekim.mende son vaxtlar ozune qapanma .utancaqliq ,unsiyyetden qacma,bele hallar bas verir.ele bilinki idare etmem hansisa bir nokdede ilisib qalib.ondan artiq ireliyeye bilmirem.cemyetden uzaqlasiram.fobiyalar yaranir.birdeki memde paroksizmal kineziogen diskineziya diaqnozlu xesdelik var.bulnunla elaqeli ola bilermi.onceden tsk.
Cavab: Salam,İlkin bəy.Bəli,qeyd etdiyini əlamətlər narahatlığın fonunda müşahidə olunur. Daha çox diskineziyanın fonunda baş verən distoniya ilə əlaqədardır.Yaxşı olardı ki,əyani psixoloji yardım almaqla qeyd etdiyiniz əlamətləri korreksiya edəsiniz.www.pcc.az
cavid
2016-03-05
Salam men 11 de oxuyuram sat adlanan bir imtahana hazirlasmaliyam orada ingilisce cox agir metinler olur men onlari oxuyarken suur alti nese fikirlesirem diqqetimi tam vere bilmirem suur alti fikirlesirem meselem oxugudum ve anladigim zaman deyiremki hemise bele edecem ve dusunmeye basliyiram buda imtahana cox menfi tesir edir hazirlasmaga
Cavab: Salam,Cavid bəy.Qeyd etdiyiniz düşüncələr avtomatik fikirlərdir.Yəni ani olaraq keçən düşüncələr.Çalışın,diqqətinizi yayındıran vasitələrdən uzaqlaşasınız.Diqqətinizi daha çox dərslərinizə yönəldin.www.pcc.az
vefa
2016-03-05
hekim salam men 6 aydir ki aileliyem amma memnun deyilem heyatimdan cunki erim ne doqru durust intim heyatda ola bilir meynen ne isi var elinde her zaman heyatindan sikayet edir ki is yox pul yox ne bilim pul olsa falan ederdim bele edrdim meni soyudur ozunden mende insandan tez bezenem deyni o ele edende uje qaciram ondan sonra dava edirki mennen yorulmusan bezmisen meni istemirsen men onu nece basa salim ki sen meni ozuve baqlaya bilmirsen qane etmirsen meni cox kederliyem eslinde heyat dolu insanam onun bu hereketleri meni her seyden kusdurur
Cavab: Salam,Vəfa xanım. Bu durumda psixoloji müdaxilə daha faydalı olardı.www.pcc.az
qedir
2016-03-03
salam hekim men en coox reyal heyatdan xeyallar alemine daliram daima xeyallarda yasayiram oz ozume danisiram coxda yuxusuz oluram ne qederde yorgun olsam yata bilmirem gundeliyim yalniz nelerisede fikirlesmeknen kecir sizce pisxoloji prablemin var xais edirem mene yardim edesiz
Cavab: Salam,Qədir bəy.Qeyd etdiyiniz durum psixoloji səbəblərdən qaynaqlana bilər.Yaxşı olardı ki,əyani psixoloji yardım almaqla problemi araşdırasınız.www.pcc.az
gulcin
2016-03-03
Salam men evvel cox sebirli ve temkinli biri idim aile qurandan sonra qaynanam çox eseblesdirir hecneden,ozu de nevroloji xestedi,bosu bosundan çox soz sohet edir axiri yoldasimla soyuglug yaranir aramizda men ne edim deye bilersiz zehmet olmasa
Cavab: Salam,Gülçin xanım.qeyd etdiyiniz kimi qaynatanızda müəyyən problemlər var və etdiyi davranışlar bununla əlaqədardır.Çalışın,bir qədər prosesə anlayışla yanaşasınız.Narahat olduğunuz məqamları yoldaşınızla bölüşün,ailədaxili münasibətlərinizi tənzimləməyə çalışın.www.pcc.az
Adınız 
Sualınız 
1234567891011121314151617181920
2122232425262728293031323334353637383940
4142434445464748495051525354555657585960
6162636465666768697071727374757677787980
81828384858687888990919293949596979899100
101102103104105106107108109110111112113114115116117118119120
121122123124125126127128129130131132133134135136137138139140
141142143144145146147148149150151152153154155156157158159160
161162163164165166167168169170171172173174175176177178179180
181182183184185186187188189190191192193194195196197198199200
201202203204205206207208209210211212213214215216217218219220
221222223224225226227228229230231232233234235236237238239240
241242243244245246247248249250251252253254255256257258259260
261262263264265266267268269270271272273274275276277278279280
281282283284285286287288289290291292293294295296297298299300
301302303304305306307308309310311312313314315316317318319320
321322323324325326327328329330331332333334335336337338339340
341342343344345346347348349350351352353354355356357358359360
361362363364365366367368369370371372373374375376377378379380
381382383384385386387388389390391392393394395396397398399400
401402403404405406407408409410411412413414415416417418419420
421422423424425426427428429430431432433434435436437438439440

LOGİN

 Email
 Parol
Qeydiyyat