Sual Cavab

gulu
2014-02-24
salam menim heyatimda biri var ama onun mene uyqun olmadiqini deyirler bezen daniwdiqda ele duwunurem ki haqlidirlar. ama men onu uncitmey ona qarwi sehv hereket etmey istemirem.bezen sozleri inandirci gelmir.bezen bezdirici oluram.cox qisqancliq gosterirem ama dozur. ne edin bilmirem. sevib sevmediyimi de bilmirem. meslehetiniz nedi?
Cavab: Salam,Gülü xanım.Əgər uyğunsuzluq varsa,gec olmadan doğru addım atın.Çünki daha sonralar uyğunsuzluq nəticəsində münasibətinizdə bir sıra problemlər yarana bilər.Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Gunay
2014-02-24
Salam, 1 ildi ki sevgilim var,bu muddət ərzində yaxsi gunlerimiz de olub, amma cox dalasiriq, son aylarda hətta 3-4gundən bir. dalasanda təhqir edir məni(söyüş nəzərdə tutmuram), incidir, acilayidi.Cox xirdacidiliq edirdi. səhəri gun dil tokurdu barisirdiq. Esebidi cox, dalsanda dediyi sozleri de eseblerinin korlanmasiyla əlaqələndirirdi. Hal hazirda da mualicə almaga baslayib esebden. qoydugu qadagalar isə məni cox sixir artıq. AYrilmaqi qerara almisam o isə ayrilmaq istəmir. Dalasmaq mənim ozumə cox pis təsir edir, həyat yorucu gəlir mənə. Nə edim? Ayrilmaq bir qərardi, amma yenə də fikirləsirəm, o dil tokdukcə vicdanim sizlayir, fikirləsirəm bəlkə düzgün eləmirəm. Amma gələcəkdə yola getməməkdən, daha pis davalardan qorxuram. Məsləhət verin.
Cavab: Salam,Günay xanım.Öncə səbəbləri müəyyən etməyə çalışın.Yəni problemin nə ilə bağlı olduğunu.Ondan sonra düşünürəm ki,konkret qərarınızı verə bilərsiniz.Çalışın öz narahatçılığınızı da qarşı tərəfə bildirəsiniz.Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
gulu
2014-02-24
salam. menim bir yaxinim istemediyi birne niwanlandi.indi hec xowbext gorunmur.oqlan onu cix sevir ama qiz ona hec wans vermir.soyuq munasibetdedi. qara rengli qeribe wekilleri telefonun ekrarina qoyur, tund rengli goz wekilleri cekir.22 yawi var. psixoloqa getmeyi heccur qebul etmir.ona nece komey etmey olar
Cavab: Salam,Gülü xanım.Bunlar müəyyən psixoloji faktordan irəli gələ bilər.Psixoloji müayinə və müalicə mütləqdir.Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
isa
2014-02-24
salam men evliyem ve ailemde teztez prablem olur.men cox qisqancam ve kuseyenem isteyiremki heyat yoldasim meni hamidan cox istesin anasindan bacisindan cox.olarla mehriban olanda deli oluram mene bir komeklik edin xaiw edin
Cavab: Salam,İsa bəy.Bu problem böyük ehtimallah patoloji qısqanclıqla əlaqəlidir.Bütün hallarda psixolo müayinə ən optimal variantdır.Çünki situasiya zamanında korreksiya olunmazsa,irəlidə başqa problemlərə yol aça bilər.Psixologiya və Konsultasiya Mərkəzi ilə əlaqə saxlayın, Sizə müayinə və müalicə üçün zaman təyin edərlər. Əlaqə telefonu 012 480-36-29 yaxud da 055 257-27-00 Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
ehed eliyev
2014-02-24
salam men bir az sevgi qayqi isteyen insanam hem de kompyutere gec gec girirem cunki anam qoymur men de onun sozunden cixmaram amma kompyuter oynamaq isteyirem bezen bunu nece ede bilereeem derslerimden de ela qiymetler aliram
Cavab: Salam,Əhəd bəy.İstəyinizlə bağlı valideynlərinizlə münasib zaman təyin edib,o müddət ərzində məşğul olun.Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
GULTEKİN
2014-02-24
SALAM ALEYKUM.ELNUR BEY USAQİNA DUZGUN TERBİYE VERMEK UCUN MENE USAQ PİSXOLOGİYASİ VE TERBİYESİ HAQDA HANSİ KİTABİ VE YA JURNALİ OXUMAQİ MESLEHET GORERSİZ?
Cavab: Salam,Gültəkin xanım.Bununla bağlı narınc.az saytından məlumatlar əldə edə bilərsiniz.Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
gulnur
2014-02-23
bezen cox seye reyaksiya verirem bu neden ola biler birde men internete girmemek ucun ne etmeliyem basimi neyle qatmaliyam ki
Cavab: Salam,Gülnur xanım.Baş verən prosesslərə qarşı təmkinli,səbrli olmağa çalışın.İmpulsiv hərəkətlərinizi məhdudlaşdırmağa çalışın.İnternetlə bağlı qeyd etdiyiniz durum isə psixologiyada "internetdən asılılıq" adlanır.Bunun əvəzinə müxtəlif məşğuliyyətlərdən istifadə edin.Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
gunes
2014-02-23
salam Elnur bey.vaxtinizi aldig ucun uzur isteyirem.2ildir aileliyem.1ovladim var.men yoldasima nece guvenib etibar ede bilerem.menim ona dediyim her 1 sozu dalasanda valideynlerine her kese deyir.bunu aradan nece qaldirmaq olar?hetta zorakiliga da meruz qaliram.ama doyulmeyimi valideynlerim bilmir.
Cavab: Salam,Günəş xanım.Onunla uyğun zamanda konkret formada bu münasibətin Sizi qane etmədiyini söyləyin. Və gələcəkdə ailə həyatına mənfi təsir göstərəcəyini bildirin. Sizi itirmək qorxusu onda hərəkətlərində düzəliş etməyə səbəb olacaq. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Xanım Şəfiyeva
2014-02-22
Salam. Mənim 17 yaşım var. 1 il bəlkədə biraz çox vaxt olarki günün yarsınnan çoxunu əsəbi oluram. Ailədə heç kimlə yol getmirəm. Və beynimdə bütün gün intihar var hətta dəfələrlə əl atmışamda. Kimə deyirəm deyirki yaşla əlaqədardı keçib gedəcək. Zaman keçdikcə dahada pisləşdiyimi görürəm. Psixoloqlada danışmışam 1 az düzəlirdimki psixoloq yox oldu axdardım tapa bilmədim. Yuxum qəti yoxdur. Çəki almışam bu məni dahada halsız edir tez yoruluram hər şeydən tez bezirəm adicə kitablara belə həvəsim qalmayıb.Durduq yerə titriyirəm. Kimlərəsə nəsə problemimi demək isdəmirəm həmişə boş ver düzələcək deyirəm ama alınmır . Ancaq dostlarla gəzintidə olanda özümü dünyanın ən xoşbəxt insanı kimi hiss edirəm amma valideyinlərim buna icazə vermir ki dostlarımla görüşüm harasa gedim ... Yetəricə dostum var. Əvvəl onlara vaxt çox ayırırdım telefonla yadaki skype ilə indi isə hamıdan uzaqlaşmaq isidyirəm. Və ən pisi odurki kiməsə nəsə problemim olanda demək isdəmirəm sanki mənə güləcəkmiş kimi. Qəribə səslər eşidirəm .. Daha öncə sual verdim cavab gəlmədi və facebookda yazdım yenədə cavab gəlmədi mümkünsə buna cavb yazın :( təşəkkürlər
Cavab: Salam.Böyük ehtimalla Sİzdə baş verən psixoloji dəyişiklik depressiya ilə bağlıdır.Bütün hallarda aradan qaldırmaq üçün psixoloji müalicə almağınız vacibdir.Psixologiya və Konsultasiya Mərkəzi ilə əlaqə saxlayın, Sizə müayinə və müalicə üçün zaman təyin edərlər. Əlaqə telefonu 012 480-36-29 yaxud da 055 257-27-00 Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Deniz
2014-02-22
salam Elnur bey men ailemle problemler yasayiram cox vaxt mene dogru olan seyler onlara gore sehvdi ve mene sehv etdiyimi dedikde heyatdan bezirem xahis edirem mene komek edin.
Cavab: Salam.Hər kəsin özünə uyğun doğruları var.Çalışmaq lazımdır ki,doğrularına hörmət edəsiniz.Əks təqdirdə müxtəlif konfliktlər baş verir.Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
nigar bagirova
2014-02-22
Elnur bey ailemle daniwmaq mumkun deyil deyiller onu secsen bizi unud. niwanimda menasiz bir seye gore qaytarilib
Cavab: Salam,Nigar xanım.Ailənizin məsləhətlərinə riayət etməyiniz məqsədəuyğundur.Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
zerif
2014-02-22
men 4 il qabag birini sevmiwem/indi onu sevirem ya yox bilmirem amma bildiyim tek wey men bawqasi ile munasibet qurmagi bacarmiram.ne etmeliyem?
Cavab: Salam,Zərif xanım.Əvvəlki münasibətinizin uğursuzluğu və tamamlanmadığı səbəbindən Sİz yeni münasibətlər qura bilmirsiniz.Mərkəzlə əlaqə saxlayın,Sizə psixoloqla görüşmək üçün zaman təyin edərlər.012 480-36-29 yaxud da 055 257-27-00 Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
seyidova lale
2014-02-22
salam men nisanliyam/amma danismiram/cunku o cox utancaqdi cox sevirem onu bilirem o da meni cox sevir.ele vaxt olur darixdigima saatlarca aglayiram.nece defe zeng etmisem amma cesaret edib danisa bilmirem sesini esden kimi qoyuram ustun xais edirem mene meslehet verin onceden tesekkurler.
Cavab: Salam,Lalə xanım.Yaxşı olardı ki,nişanlınızla birlikdə əyani psixoloji yardım alasınız.Bununla da aranızda olan baryeri qaldırmaq daha rahat olar.Mərkəzlə əlaqə saxlayın,Sizə psixoloqla görüşmək üçün zaman təyin edərlər.012 480-36-29 yaxud da 055 257-27-00 Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
gulnur
2014-02-22
cavabiniz ucun minnetdaram size men hemde isleyirem biraz sixintilarda isamde olur yeqin men cox seyi ozume derd eleyirem
Cavab: Salam,Gülnur xanım.Hər şeyi öz axınına buraxın.Zaman hər şeyi həll edəcək.Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Aziza
2014-02-22
Ailede xeyanetle uzlesmisem Yoldasim 2 aile saxlamaq fikrindedi Men ne edim 1 12 yasli qizim var onu fikirlesirem. Bes menim qadinliq qururum buna nece yol versin. Cox pi veziyyetdeyem ne edim komek edin yol gosterin. Saq olun
Cavab: Salam,Əzizə xanım.Məsələni qəti şəkildə qoyun.Diqqətinizi övladınıza yönəldin,çalışın ailədaxili problemlərinizi ona yansıtmayasınız.Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
C.Gunay 20 -02-2014
2014-02-21
Axüaminiz xeyir Elnur bey mumkundurse mene etrafli meslehet veresiniz.Men hal hazirda azerbaycanda yaşamiram.5aydir aile heyati qurmuşam ailede yoldaüimla tez tez munasibetmiz pozulur.Biz qisa muddet icinde aile qurmuşuq yeni taniüliqla.Men yoldaüimin ikinci heyat yoldaüiyam.Birinci heyat yoldaüinan 2 qizi var 16 ilik aile heyatinan sonra rus qadinan boşanib 5 ilden sonra yeni menimle aile qurub.Men onun evelki yoldaşi ile eyni şeherde yaşayiram. Men bunlarin hamisini toyum olandan sonra bilmişem duzunu desem bunlari qabaqcadan bilseydim yoldaüimla aile qurmazdim.Men onun evelki yoldaşi ile elaqe saxlamasina qizlari ile goruümesine cox üeye qariümiram bilirem ki qadin dirdiri kiüini aileden soyudur.Ancaq yoldaüim tam eksi heüey ucun daniüan birisidir cox vaxt susmaqa ustunluk versemde sebrim daüanda cavabini verirem.Mene pisxoloji olaraq ruhdan salmaqa caliüir vaxtinin coxunu adna kilasnikde kecirdir yada kafeye dostlari ile goruüur doslariyla goruümesine pis baxmiram.Ancaq aüiri derecede vaxt ayirmasi meni deli edir herden evdeki eşyalardan secilmirem sanki meni gormezden gelir.Baximliyam ,seliqeliyem 5 ayda o evi nede meni seliqesiz gormeyib.Ancaq ne ediremse her şey boüa cixir.O 21 ildirki rasiyada yaşayib onun daxili dunyasini oyrenmeye caliümaq ucun sualar verirem cavabi susmaqla verir.Artiq ne edeciyimi ozumde bilmirem mene komek edin
Cavab: Salam,Günay xanım.Məsələni qəti şəkildə qoyun.Sizi narahat edən davranışları bildirin.Düşünürəm köməyi olacaq.Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Almaz
2014-02-21
Salam menim 13 yasim var ve men cox esebiyem hec bir sey olmadigi halda men aglayiram mene komek edin cox esebiyem
Cavab: Salam,Almaz xanım.Bu yeniyetməlik dövrünün xarakter xüsusiyyətləridir.Yaxşı olardı ki,əyani psixoloji yardım alasınız.Mərkəzlə əlaqə saxlayın,Sizə psixoloqla görüşmək üçün zaman təyin edərlər.012 480-36-29 yaxud da 055 257-27-00 Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Nurlana
2014-02-21
salam Elnur bey,sizi her zaman seve seve dinleyirik,islerinizde ugurlar arzulayiram,menim sizin meslehetinize coox ehtiyacim var,problemim yoldasimla baglidi,6ildir aileliyik,2 usagimiz var,yoldasim,cox soyuqqanli,diqqetsizdi.cox esebidi.isden gelir yemeyini yedikden derhal sonra uzanib taa yatana qeder ya telde yada komp.da oyun oynayir,bize diqqet yetirmir.mende cox esebi oluram,onun bu elediklerine gore,biz bir sey isteyende deyir yorgunam ama dostlari ile tez gedir,buda mene cox pis tesir edir,hemise her seyde ele men edirem,xos soz,xos hereket yalniz men edirem,men isteyiremki her sey qarsiliqli olsun,onun terefinden sevildiyimi bilirem,sadece isteyirem diqqetli olsun ailesine qarsi,onun bele hereketleri meni ona qarsi coox soyudub,artiq demisemki bir az soyuqqanli olum ona qarsi,sizdende bir meslehet almaq isteremki men neyniyim????onceden tesekkur edirem
Cavab: Salam,Nurlana xanım.Xoş sözləriniz üçün təşəkkür edirəm.Bir müddət Siz də ona qarşı soyuqqanlı davranın.Düşünürəm ki ,bundan sonra hər şey öz qaydasına düşər.Diqqətinizi daha çox övladlarınıza yönəldin.Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Rəvan
2014-02-21
Salam,mən tez-tez depresiyaya düşürəm və bu uzun müddət çəkir.Həyatda yaşamaq,çaba atmaq üçün heçbir tutarlı səbəb görə bilmirəm.25 yaşım var ama hələ bu günümə kimi heçbir arzuma,niyyətimə çata bilməmişəm.Bir dəfədə olsa sevgilim,sevənim olmayıb.İşlərimsə heç qaydasında deyil və heçbir işlə məşqul ola bilmirəm.Səbəbi acizliyim deyil sadəcə olaraq hansısa müdürün əmri,tənqidi və təhqiri altında heç cür işləyə bilmirəm və ümumiyətlə haqsız yerə edilən tənqidə dözümüm yoxdur.Əyər məndən bir şey istəsələr yox deyirəmsə və qarşı tərəf israrla 2,3 dəfə yenə təkid edərsə özümdən çıxıram və çox əsəbləşirəm hətta bu əsəb mənə baş ağrısı verir.Bir sözlə hər şey mənə çox tez mənfi təsir göstərə bilir və mən demək olar ki daima depresiyada oluram. Dəyərli məsləhətlərinizə çox ehtiyacım var.Çox sağolun.
Cavab: Salam,Rəvan bəy.Siz yaxşı olardı ki,əyani psixoloji yardım alasınız.Çünki problem vaxtında korreksiya olmalıdır.Mərkəzlə əlaqə saxlayın,Sizə psixoloqla görüşmək üçün zaman təyin edərlər.012 480-36-29 yaxud da 055 257-27-00 Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
nigar bagirova
2014-02-20
salam Elnur bey. 21 yasim var heyatimnan bezmisem.Nisanli idim ailem nisanimi qaytardi, indi ise qalmisam arada bilmirem neyniyem ya valideyinlerimi secmeliyem ya sevdiyimi
Cavab: Salam,Nigar xanım.Ailənizdən nişanı qaytarmağın nə ilə bağlı olduğunu müəyyənləşdirin.Düşünürəm bundan sonra doğru qərar verə bilərsiniz.Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Asi
2014-02-20
salam Elnur hekim olmaz men sizinle eleqe saglayim sizle daniuwim siz daniwanda men beynim sakitewir eseblewmirem o qederde olar Elnur hekim ?
Cavab: Salam,Asi xanım.Mərkəzlə əlaqə saxlayın,Sizə psixoloqla görüşmək üçün zaman təyin edərlər.012 480-36-29 yaxud da 055 257-27-00 Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Turkan
2014-02-20
Salam.menim 13 yasim var.aglayanda anam deyir ki,aglama qisqirir.men de icimde boguram.ozumden tez cixiram.mektebde sen oluram.amma eve gelende hemise eseblesirem.qardasima bir soz deyirem.deyir az danis.mene ele gelir ki,qardasim daha cox isteyirler.mene meslehet vere bilersinizmi?
Cavab: Salam,Türkan xanım.Sizdə baş verən hallar yeniyetməlik dövrü ilə əlaqədardır.Ailənizlə bağlı fikirlərinizi çalışın onlarla bölüşəsiniz.Evdəki atmosferi dəyişməyə çalışın.Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Kemale
2014-02-20
Salam hormetli Elnur Rustemov.Menim bir nece problemim var.Institutu bitirmisem ama is tapa bilmirem.Imtahan vermisem ama 5aydi cavab yoxdu.Bir de emeliyyat olunmaliyam ama helelik mumkun olmur.Dua eledikce cox inaniram,olmadiqca da sanki siniram.Yene de chox sukur eliyirem ALLAHA.Amma mene ele gelir ki,basqalarinin heyatini yasayiram.Cunki uzun muddetdi yaxsi bir deyisiklik bas vermir heyatimda.Sanki dunya firlanir ama men kenarda qalmisam.Hemise bele olacagindan chox qorxuram.Ozumu ancaq kitablara hesr elemisem.Yaxsi ola bilmirem.Pis,kobud insan olmamaq ucun neyniyim?Evvelceden chox sag olun!
Cavab: Salam,Kəmalə xanım.Siz yaxşı olardı ki,problemlə bağlı əyani psixoloji yardım alasınız.Psixologiya və Konsultasiya Mərkəzi ilə əlaqə saxlayın, Sizə müayinə və müalicə üçün zaman təyin edərlər. Əlaqə telefonu 012 480-36-29 yaxud da 055 257-27-00 Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
nata
2014-02-20
salam Elnur bey menim qaynanamla prablemim var.qaynanamla 8 ildi bir yerdeyik. his ediremki qaynanam yoldasimla meni qisqanir.menim cuzi sefimin ucbatinnan hirslenir agzina geleni deyir gunlernen kusulu qalir.yoldasima sikayet edir yoldasimada menen hecne sorusmadan meni doyur tehqir edir.evveler hec sesimi cixartmirdim sozumu deye bilmirdim.ancaq indi sozumu deyirem o deqqiqe sesin kesir.pis oluram niye men dillesirem amma dilesmiyendede cixib otururlar adamin boynunda.indi cuzi bir sef.onun usdunde qaynanam oglunun basin yeyir yoldasim hemin isin icindeydi gordu ki mende sef yoxdu yenede yoldasim tehqir edir.demisem eger meni vursa .cixib gedecem deyirki anam duz eledi.men neyliyim.
Cavab: Salam,Nata xanım.Çalışın qaynananızla münasibətləri bərpa edəsiniz.Belə olduğu təqdirdə yoldaşınızla da münasibətləriniz bilavasitə düzələcək.Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Gunay 19-02 2014
2014-02-19
Salam menim yoldawim Cox xesisdir meni iwlemirem onun ucun internet vastesile sizden meslehet almaq isteyirem.5 aydir aileliyem.30 yawim var yoldawim menen 11 yaw boyukdiur. 1 defe evli olub.16 Il aile heyatinan iki qizi var 1cinin 16 ikincinin 11.Men toyumnan 3 gun sonra bildim.Yawadiqim stresden yumurtaliqda kista yarandi hekimin fikrince stres ve iqlim deyiwikliyi Bu prableme senen ola bilerdi malice aliram.Duzu deyine deyine olsada yoldawim dermanlari alir.heyat deyiiwikliyi 1 ayin icinde baw Verdi.Biz sevmeden aile qurmuwuq yeni taniwliqlar.Tenhaliq aile prablemler menu yormuwdu.Oz ailem olmaqini uwaqim olmaqi barede Cox duwunduyum vaxta tesadufu olan niwan toy Bu arzumu heyata kecirdi.Ancaq xowbext deyilem men yoldawimin butun menfilerine goz yumaqa caliwiram.Ancaq nederecede doqru edirem bilmirem.Icki Cox icir.Oyananda use ozunu Cox pis hissedir esenini meni acilamaqla cixir.Qarwimdaki insan sanki bir anliq vehwi canavara donur.Bilmirem NE edim qaynanamnan komek isteyende 2-3 gun yaxwi olur sonra yene deyiwir.Heyat sanki meni cezalandirir.Mene meslehet cetin NE edim?
Cavab: Salam,Günay xanım.Hərəkətlərini onun valideynləri ilə bölüşün.Ancaq ən optimal variant əyani psixoloji yardım almaqdır.Çünki bu yolla fərqli situasiyalarda onunla necə davranmağın yollarını bilmiş olarsınız.Psixologiya və Konsultasiya Mərkəzi ilə əlaqə saxlayın, Sizə müayinə və müalicə üçün zaman təyin edərlər. Əlaqə telefonu 012 480-36-29 yaxud da 055 257-27-00 Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Aylin
2014-02-19
verdiw xesteliyinin elametleri
Cavab: Salam,Aylin xanım.Sualınızı bir qədər konkretləşdirin.Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Adınız 
Sualınız 
1234567891011121314151617181920
2122232425262728293031323334353637383940
4142434445464748495051525354555657585960
6162636465666768697071727374757677787980
81828384858687888990919293949596979899100
101102103104105106107108109110111112113114115116117118119120
121122123124125126127128129130131132133134135136137138139140
141142143144145146147148149150151152153154155156157158159160
161162163164165166167168169170171172173174175176177178179180
181182183184185186187188189190191192193194195196197198199200
201202203204205206207208209210211212213214215216217218219220
221222223224225226227228229230231232233234235236237238239240
241242243244245246247248249250251252

LOGİN

 Email
 Parol
Qeydiyyat