Sual Cavab

sehla
2013-08-14
salam dediler goreme sesin esitme onunla baqli ne varsa at getsin belede eledim . amma unuta bilmirem iller kecib onu unuta bilmediyimden hec kimle tanis ola bilmirem , aile qura bilmirem . onu unutmaq isteyirem mene komek olun. xais edirem
Cavab: Salam Şəhla xanım Qarşı tərəflə bağlı hiss və fikirləriniz düşüncənizdə həll tapmalıdı. Buna mane olan qarşı tərəflə bağlı cavabsız suallardı ki, unutmağınıza mane olur. Yaxşı olardı ki, psixoloqla əyani görüşüb problemi həll edəsiniz. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
shebnem83
2013-08-14
Salam. Mənə kömək edin Elnur bəy. Mən tez-tez əsəbiləşirəm, Elnur bəy adresini yaza bilərsiniz atam və anamla gəlmək istəyirəm.
Cavab: Salam Şəbnəm xanım. Gün ərzində 012 480-36-29 yaxud da 055 257-27-00 telefon nömrələri ilə əlaqə saxlayın, Sizə ünvan haqqında məlumat verəcəklər. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Insan Insanov
2013-08-14
Salam.Menim 18 yasim var,problem :men oz hemyasidlarimla munasibet qura bilmirem.Mektebde ise \"botanik\" olmusam.Indi ne etmeli?Bunun korreksiyasi munkundur ???
Cavab: Salam İnsan. Bəli bunu aradan qadırmaq mümkündü. Yaxşı olardı ki, psixoloq qəbulunda olub, məsələni həll edəsiniz. Bu Sizə zaman qazanmaqda və problemi tez zamanda həll etməyə kömək edəcək. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Ayshen
2013-08-14
salam,men 2 ildir evliyem,bir qizim var.Heyat yoldashimla sevmeden,bezi sebebler uzunden mecburen evlenmiwem.O ise 15 il sevib alib meni.Amma hec sevgisini subut etmir.Her weyde dava axtarir.Dalawanda dehwetli berk qiwqirir,eline keceni sindirir,amma hele ki,mene el qaldirmayib.Gece eve gec gelir,seher 4-e.5-e kimi qonaq otaginda kinoya baxir,men de dul qadin kimi yerimde tek qaliram esebden yata bilmirem.Ona etirazimi bildire bilmirem,qorxuram dalawmagindan.Ayda bir defe kefinin yaxshi vaxti sohbet edende de dediklerimi qulaq ardina vurur.Soz verir deyisecek,amma seher acilir olur hemin adam.Ancaq menim sozum bogazindan kecmir.Qalan hami ile mehribandi.ele isteyirem bosanim canim qurtarsin amma qardashimin yanina qayitmaqdansa ona dozmek yaxshidi.Men ne edim?
Cavab: Salam Ayshen xanım Sonuncu cümlədə əslində probleminizə qismən də olsa cavab verirsiniz. Siz diqqət edin, həyat yoldaşınızın istəkləri nədir? Onu narahat edən məqamlar varmı? Varsa Sizinlə yoxsa ata ailəsi ilə bağlıdı. Bunlara aydınlıq gətirməyə çalışın. Bundan sonra sonra həlli üzərində konkret addımlar atın. Düşünürəm bu məsələnin qismən də olsa müsbət həllinə təsir göstərəcək. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Şahlarzadə Şəbnəm
2013-08-10
Salam, mən nişanlanmaq istəyirəm. Ancaq qorxuram. Mənə yol göstərin Elnur bəy. Oğlan məndən böyükdür. Cavab verin. Mingəçevirdən Şəbnəm xanım.
Cavab: Salam Şəbnəm xanım. Xoşbəxt olun. Diqqət Sizi qorxudan məqamlar nədi. Bu sevdiyiniz oğlandan, yoxsa kənardan qaynaqlanır. Bu kimi məqamlara aydınlıq gətirdiyiniz təqdirdə qorxularınız da azalacaq. YAş fərqi düşünürəm problem problem yaratmamalıdı. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Aysel
2013-08-09
Salam xahis edirem mene komek edin menim 18 yasim var ve sevgiliminse 20 yasi var ondan 1 aydir ki, dalasmisiq ve dunen ise bizim axirinci sohbetimiz oldu. Ona mene deyir ki, ayrilmagimizin sebebkari sensen o hemise yalniz oz istediyini etmek isteyib soz verib sozunun ustunde hec vaxt durmur men ona deyendeki sen mene soz vermisen ancaq sozunun ustunde durmusan oda deyir ki, men bilirem ne etdiyimi oda cox esebilesib dunende dalasdiq sms yazdi ancaq hec birini cavablandirmadim zeng etdi cavab vermedim amma butun bu dalasmagimiza baxmayaraq bizim yasadigimiz yere de gunde gelir sizce men ondan ayrilmaqda duz hereket etdim yoxsa yox amma men helede onu unuda bilmirem amma onun soz verib sozunun ustunde durmamagi mene cox narahat edir sizce men neylemeliyem butun bu olanlara gore ozume qapanmisam hec kimle danisib derdimi bolmek istemirem
Cavab: Salam Aysel xanım Mübahisə etmək yerinə sphbət edin, qarşı tərəfin nə səbəbdən sözünün üstündə dayana bilmədiyinə aydınlıq gətirin. Nəzərə alın ki, yaşınız da çox deyil. ona görə də bir-birinizdən gözləntiləri də nəzərə alın. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
vefa
2013-08-08
salam doktor, oncelikle size tewekkur edirem cvb yazdiginiz ucun. doktor men bilmek isteyirem ki menim xesteliyimin mualicesi var? yeni trikotillomani deyilen bir xestelik mualice olunur? bildiyim qederiyle bu oncelikle psixoloji pozgunluqdu. internetde bele xestelerin reylerini oxumuwam ve cox qorxmuwam, bezileri yazir ki artiq 30 ildir bu xestelikden azad ola bilmirem, hetta bu xesteliyin intiharla neticelendiyi hallar da istisna deyil ve bu meni cox qorxudur, hetta deyerdim ki bu xeberi oyrendikden sonra psixologiyam daha da pozulub, depresiya hali kecirdirem, fikrim ancaq bu xestelikdedi, cox xahiw edirem doktor mene deyin bu xesteliyin mualicesi var?
Cavab: Salam VƏfa xanım Öncə müayinə olunmağınız vacibdi. Ona görə də Mərkəzlə əlaqə saxlayın, Sİzə müayinə üçün zaman təyin etsinlər. Əlaqə telefonu 012 480-36-29 yaxud da 055 257-27-00 Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
sebine
2013-08-07
salam Elnur bey yene menem Sebine evvela teüekkur edirem cvb verdiyiniz ucun.yox yoldaüima desemki men psixoloq yanina getmek isteyirem o baüka cure baüa duüecek axi bilisizki Azerbaycanda psixoloq yanina gedirem deyende sehv anlamda bawa duwulur.cunki birdefe demiwdimki men psixoloq yanina getmek isteyirem,hetta qebulada zeng edib yazilmiwdim ama o bir delimiz catmir dedi buda menim cox pisime geldi.adi sakitlewdirici dermani ondan gizlin icirdim,cunki son vaxtlar eseblerim lap pozulmuwdu her weye eseblewirdim!men sadece kimlese daniwib sakitlerwmek isteyirem arada.ogun size yazandan sonra sanki ustumden bir yuk gotruldu,sakitlewdim,sizden bir xaiwim var arada gelim yazim sizde mene her hansi bir meslehet verin.cox sagolun evvelden tewekkur edirem.
Cavab: Salam Səbinə xanım Bacardığımızı etməyə çalışarıq. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
salam
2013-08-07
menim refiqem var 4ildiki bir oglanla sevgilidi.artiq niwanlaniblar.ama refiqem artiq oglan istemir.diyirki aramizda sevgi ,hormet qalmayib.cox qisqancdi.niwani qaytarmag istiyir valideynleri qoymur.refiqem cox caresizdi.bilmir ne etsin.ne ailesine qarwi cixa bilir nedeki oz geleceyini qaraltmaq isteyir.oglan oz secimidi niwanlanib indide istemir.aileside diyirki ozun secmisen mecbursan.yani coxu etraf qinaga gore mecbur edirler.refiqeme gore cox narahatam.bir meslehet.vererdiz.cox xahiw..indiden twk.
Cavab: Salam Sizin rəfiqəniz üçün narahatçılığınız insanlıq nöqteyi-nəzərindən yüksək qiymətləndirilməlidi. Ancaq bir məqamı nəzərə alın, əgər rəfiqəniz özü problemə yanaşma tərzinə dəyişməzsə nələrisə dəyişmək qeyri-mümkün olacaq. Özü istədiyi təqdirdə məsələ müsbət istiqamətdə həllini tapa bilər. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
vefa
2013-08-07
salam doktor, menin cox ciddi problemim var, daha dogrusu cox ciddi bir xestelik, men trikotillomani xestesiyem, yeni sac yolma estesi, bunun bir xestelik oldugunu daha dunen oyrenmisem, doktor mene komek edin, bu cox cox pis xestelikdi, sosial heyatimi deyisib bu xestelik, ozune guvenim tamamen itib, iradem tab getirmir buna, defelerle ozume soz verirem ki bir de etmiyecem bu iyrenc verdisi ama yene de edirem, cox xahis edirem mene komek edin, cox pis veziyyetdeyem
Cavab: Salam VƏfa xanım Narahat olmağa dəyməz. Mərkəzlə əlaqə saxlayın, Sizi öncə psixoloji müayinə edərlər sonra sonra müalicə prosesi həyata keçiriləcək. Əlaqə telefonu 012 480-36-29 yaxud da 055 257-27-00 Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
pervane
2013-08-07
salam menim problemim var men aile qurmaga qorxuram cox qorxuram bilmirem ne edim komek edin mene.sevdiyimlede aile qurmaga qorxuram basqasiylada hemcinin bilmirem ne edim ve menim sonum ne olacaq
Cavab: Salam Pərvanə xanım Bu fobiya kimi dəyərləndirilə bilər. Şübhəsiz ki, kökündə keçmişdə almış olduğunuz psixoloji travma dayanır. Müalicə prosesi dərman və psixoloji konsultasiya tələb edir. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Emiliya
2013-08-06
Salam. Men ozumu cox narahat hiss edirem. Hepatit xesteliyine yoluxmaqdan qorxuram. Her seyde, her yerde virusun oldugunu dusunurem. Buda menim gunluk heyatimi, rahat hereket etmeyime mane olur. Rayonda istirahetde oldugum muddetde disim iltihablandi ve hekime getmek mecburiyyetinde oldum. Ordan gelenden sonra cox pis olmusam, ele ancaq fikirlesirem ki belke virusa yoluxmusam. Bu gikir meni rahat qoymur. Aileliyem , 2 ovladim var. esas narahatciligimda onlara goredi. Ne meslehet gotursunuz. Analiz verecek qeder vox narahatam. Xais edirem etrafli yazin . Minnetdaram
Cavab: Salam Emilya xanım Qeyd etdiyiniz problem psixologiyada obsessiya adlanır. Müalicəsi var. Öncə psixoloji müayinə vacibdi. Dərman müdaxiləsi və psixoloji konsultasiya vacibdi. Mərkəzlə əlaqə saxlayın, Sizə müayinə və müalicə üçün zaman təyin edərlər. Əlaqə telefonu 012 480-36-29 yaxud da 055 257-27-00 Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
psixoloji yardim
2013-08-06
salam,mende psixoloji cehetden pozgunlug var,,ozume cox qapanmiwam sanki,,oz-ozume daniwmalar,her suala aqresiv cavab,tez ozunden cixma kimi hallar baw verib,,mene ne meslehet gorerdiz??
Cavab: Salam Öncə psixoloji müayinə olunmağınızı, sonra isə müalicə prosesinə başlamağı tövsiyə edərdik. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Aynure
2013-08-03
Salam. Menim qizimin 16 yasi var. Daim yalan danisir men ne etmeliyem
Cavab: Salam Aynurə xanım Bu yeniyetməliklə bağlı ola bilər. Övladınızı psixoloqla görüşdürməyinizi tövsiyə edərdim. Bütün hallarda onun gələcək inkişafı baxımından bu daha faydalı olacaq. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
sebine
2013-08-02
salam,doktor men artiq 5ilden coxduki aleliyem ama uwagmiz olmur.men evveller bu beynime batmirdi ama soralar herkesin uwagi oldugunu gorende cox pis olurdum,men indi hisslerimi size yaza bimirem ama men her ay ele veziyyete duwuremki bezen aglimi itirdiyimi duwunurem herden.ele hallar olubki tam heyatdan bezmiwem,indi size yaziram bedenim,ellerim esir temiz,men uwaq olsun deye cox wey etmiwem xaricekimi getmiwem hekim bu ay deqiq100% olacagna soz vermiwdi ama alinmadi men cox pis oldum men bu ay ozmu tam hazir hiss eleyirdim ama alinmayanda ne veziyyete duwduyumu 1 Allah bilir.men uje aglimi itirirem bilmirem neyneyim hamile qadin veya kiminse qucaginda korpe uwaq gorende bawlayiram aglamaga hetta tvdeki reklamdakilarda bele pis oluram.kimse mene urek direk vermek isteyende olacaq narahat olma deyende lap deli oluram!hekim men neyneyim mene bir meslehet verin.yoldawimin bezmeyinden menim deli oldugumu duwuneceyindende cox qorxuram!nece defe psixoloqa muraciet etmek istemiwem ama qorxmuwamki kimse ewider sehv anlayar onsda uje havalandigimi duwunurem herden.xaiw edirem mene bir meslehet verin men neyneyim?beninden cixart get acix havada gez ne bilib onu duwunme mewguliyyet tapfilan kimi weyler demeyin olarin hamsini etmiwem hec bir xeyri olmayib.........mene bawka meslehet verin........
Cavab: Salam Səbinə xanım Sizə psixoloqla əyani görüşüb problemə aydınlıq gətirməyi tövsiyə edərdim. Öncə bu fikri həyat yoldaşınızla paylaşın. Düşünürəm o Sizin fikrinizi dəstəkləyər. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Salam;( Nermin)
2013-08-02
Salam Elnur bey.Aile uzvlerime neyi nece deyim qeti sekilde? Onu anlamadim nece psixoloq buna biremenali munasibet bildire bilmez.Ailemnen nece danisim ne cur deyim en azi bunda mene komey eliyin.
Cavab: Salam Bu ailədaxili məsələ olduğundan bunu psixoloq bu məsuliyyətin altına gir bilməz. Bunu ailənizlə dəqiqləşdirin. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
lena
2013-08-02
salaM doktur men cox esibiyem her seye cox eseb kecirirem kimse mene nese soz deyende tez ozumden cixiram ne edim meslehet verin
Cavab: Salam Lena xanım Öncə Sizi əsəbiləşdirəcək proses və hadisə müəyyən edilməlidi. Bu açıq yaxud da gizli formada ola bilər. Səbəb tapılandan sonra aradan qaldırmaq problem olmur. Situasiyaya obyektiv yanaşmağınız vacibdi. O zaman özünüz üçün çox şeylər aydınlaşdıra bilərsiniz. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
gulucka
2013-08-02
salam psixoloq,bagiwlayin narahat etdim.men siz dediyiniz kimi sevdiyim oglana and icmesinde mesaj yazdim o da.hele ki danismamisiq ondan sora.icim cox rahatladi bunu edenden sora.en azindan suallarima cvb tapa bilerem.psixoloq anam buna qarsi deyil,amma mene deyir ki o seni almayacaq.men qorxuram.mence o bele etmez.anam deyir eger oglanin anasi razi deyilse o almayacaq.psixoloq siz bu haqda ne duwunursunuz?alina biler bizde?onu da deyim ki,sevdiyim oglan hele mene zeng etmeyib.bawa duwurem werait buna imkan vermeye biler.amma bilmek isteyirem ki sizce o mene zeng eder?men uje addim atdim.xahiw edirem psixoloq mene meslehet verin.evvelceden tewekkurler
Cavab: Salam Sizə gözləməyi tövsiyə edərdim. O zaman çox şeylər qaydasına düşəcək. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
leyla
2013-08-02
salam necesiniz men nisanliyam nisalnim meni cox sevir amma men inanmiram onun sevgisine subheyle yanasiram men ne edim meslehet verin
Cavab: Salam Leyla xanım Problem Sizdən qaynaqlanır. Buna səbəb çox zaman fərdin bu istiqamətdə almış olduğu travmatik hallat təsir göstərir. Bir də özgüvənin aşağı olmağı buna səbəb ola bilər. Aradan qaldırmaq üçün qarşı tərəflə bərabər zaman keçirin. Bu Sizə faydalı olacaq.Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
nura
2013-08-01
slam..men bu il imtahan verdim ve ali mektebe qebul oldum..amma hecde sevinmirem..hec yere getmek istemirem,cole cixmaqda istemirem ancaq evde istiyirem olum//,,cole cixandada ele bbilirem hami mene baxir,,komplekler yaranib ele bil ne edim??
Cavab: Salam Nura xanım Öncə Sizi ali məktəbə qəbul ounmağınız münasibəti ilə təbrik edirik. Bol şanslar arzu edirik. Bir müddət dincəlin, ola bilər ki, bu hal Sizdə uzun müddətli yorğunluqda dolayı baş verib. Əgər görsəniz ki, bu hal Sizdən keçmir və narahatçılıqlar yaradır, o zaman psixoloqla əyani görüşüb bunu aradan qaldıra bilərsiniz. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
komek
2013-08-01
salam...men nese bu axir vaxtlar ozume qapaliyam hec yere cixmaq istemirem istiyirem ele ancaq evde komputerin televizorun qabaginda otuurum....hec yere cixmaq istemirem cixandada ele bil hami mene baxir komplekler yaranib mende sizce neyleyiM??
Cavab: Salam Siz yaxşı olardı ki, öncə psixoloji müayinə alasınız. Bu bizə problemin nədən qaynaqlandığını aşkar etməyə imkan verəcək. Ondan sonra müalicə prosesi alıb həyatınıza rahat formada davam edə bilərsiniz. Mərkəzlə əlaqə saxlayın, Sizə müayinə üçün zaman təyin edərlər. Əlaqə telefonu 012 480-36-29 yaxud da 055 257-27-00 Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Salam;(Nermin)
2013-08-01
Elnur siz de oz problemlerimnen yoruram bagisliyin. Size dedim ne qeder istemisem onu sevmeye calisim ama olmur alinmir.Uzr istiyirem bu hamile olmagimda meni sarsidir,on a gore ki,betnimdeki korpeme yazigim gelir;(( Cox uzulurem.Men bu qeder eziyyetimnen oda sarsilir.Onu fikirlesirem ama yene de ozumu ele ala bilmirem,hami mene deyir fikir verme calis yadinan cixart de, gul fikir eleme,axi men heckime basa sala bilmirem ki,menim ureyim gulmur uzum nece gulsun.Menim hecmi cixis yolum yoxdu siz mene komey eliyin xaihis edirem cox caresizem.Cunki yaxinlarimin hec biri meni basa dusmur ya da belkede ailemin dagilmagini istemirler.Bilmirem.Bir tek onu bilirem ki,menim burda qaldigim hergunum olumdu sanki mene.((
Cavab: Salam Bunu ailə üzvlərinizə qəti şəkildə bildirin. Çünki psixoloq buna birmənalı münasibət bildirə bilməz. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Seide
2013-08-01
Doktor, men qaynanamin elinden bezmisem, o artiq politik shekilde meni bezdirir, ne edim? Hamileyem o qeder nifret yaranibki mende bu ushagida istemirem. Bu gun anam atam deseki boshan boshanaram gederem amma 4 ildiki men mubarize apariram, amma indi gucum qalmayib.tek oluram hec kesle gorusmurem az qaliramki olum ozume olum arzulayiram, herdende mubarize aparmaliyam,men qalib gelmeliyem dusunurem.ne edim?
Cavab: Salam Səidə xanım Mübarizə aparmağınızı tövsiyə edərdim. Bu həyatda məğlubiyyət yoxdu, mübarizəni dayandırmaq var! Uğurlar
zuleyxa
2013-08-01
salam elnur bey.tutaq ki,men neyese eseblesmisem yaxud nedense naraziyam,bunu ifade edende eseb kecirdiyimi,narazi oldugumu gorsetmek yerine men gulurem,eslinde icimde hemin an cox eseb kecirdirem,ama ciddi ola bilmirem.bu esebdenmi bele olur?tebii ki,menim fikirlerimi ciddi qebul elemirler.cox isteyirem olmasin mende bele
Cavab: Salam Züleyxa xanım Sizdə aqressiya özünü bu formada büruzə verir. Bu xüsusi əsəbi olan insanlarda özünü çox zaman büruzə verir. Ətrafla münasibətdə bu Sizə çətinlik yaradırsa bunu dəyişmək olar. Sadəcə prosesə nəzarəti qoruyub saxlaya bilsəniz məsələ həllini tapacaq. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Salam;( Nermin)
2013-08-01
Elnur bey menim en boyuk prablemim qaynanami gormek istememeyimdi ozumle bacara bilmirem Allah kecsin gunahimnan o insana nifret eliyirem inanin mene.Onu gorende ele eseblesirem ki,gormek istemirem heckim meni basa dusmur doktor,men ne edim beledi de.Cox calismisam icimde olan nifretimi kinimi sondurum ama alinmiyib.25 yasim var xatirlamiram ki bu qeder nifret etdiyim bu qeder gormek istemediyim insan olub,olmuyub.Deyin doktor bele bir insanan bir evin icinde nece yasamaq olar?! Olmur bacarmiram meni yaradana and olsun ki bacarmiram.Cox caresizem yoldasima nece deye bilerem bunlari.Nece?!Mende insanam axi daha doze bilmirem bu cur yasamaga.
Cavab: Salam Nərmin xanım Pis insan olmur, pis yanaşma olur. Qaynana Sizdə mənfi asosiasiyalar oyadır deyə ona nifrət edirsiniz. Şübhəsiz ki, bu səbəbsiz olmayıb. Sadəcə bunu dəyişmək müsbət istiqamətdə formalaşdırmaq lazımdı. Siz narahatçılığı həyat yoldaşınızla payalaşın və bunu aradan qaldırmaq istiqamətində ondan yardım istəyin. O zaman münasibət də dəyişəcək. Əgər xüsusi bir çətinlik yaşayacaqsınızsa o zaman mütəxəssis köməyi ilə də bunu aradan qaldıra bilərsiniz. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
ayan
2013-07-31
salam Elnur bey men 1ildirki nisanlimdan ayrilmisam ama pesmanam ayriliqdan sonra demek olarki men tam deyisdim ozume cox qapandim en esasda fikride odurki men daha aile qura bilmeyecem fikirlesiremki meni daha hec kim almayacaq bu fikirleri ustumden atmaq isteyirem xahis edirem mene komek edesiniz
Cavab: Salam Ayan xanım Siz yaxşı olardı ki, baxış bucağınızı pozitiv şeylərə yönləndirəsiniz. Əslində pessimist fikirlər Sizin bu ayrılıqdan sonra depressiya keçirdiyinizin göstəricisidi. Ayırlamqdan müsbət istiqamətdə hansısa nəticələr çıxara bilsəniz düşünürəm ailə qurmaq, həyatınızı müsbət istiqamətdə ypnləndirmək çətin olmayacaq. BƏgər bunu təkbaşına etmək çətin olacaqsa bu zaman psixoloq yardımından da istifadə edə bilərsiniz.
Adınız 
Sualınız 
1234567891011121314151617181920
2122232425262728293031323334353637383940
4142434445464748495051525354555657585960
6162636465666768697071727374757677787980
81828384858687888990919293949596979899100
101102103104105106107108109110111112113114115116117118119120
121122123124125126127128129130131132133134135136137138139140
141142143144145146147148149150151152153154155156157158159160
161162163164165166167168169170171172173174175176177178179180
181182183184185186187188189190191192193194195196197198199200
201202203204205206207208209210211212213214215216217218219220
221222223224225226227228229230231232233234235236237238239240
241242243244245246247248249250251252253254255256257258259260
261262263264265266267268269270271272273274275276277278279280
281282283284285286287

LOGİN

 Email
 Parol
Qeydiyyat