Sual Cavab

Aynure
2017-01-09
Salam hekim.mende uwaqliqdan atamin ickiye duwkunluyunden evde dava etmeyinden ickiye nifretim var.heyat yoldawimda bilir ickini mene gore atdi ama yenede bawlayib icki meni psixoloji mehv edir olmek isteyi bele yaradir depresyaya salir.2ovladim var.yoldawima icme dedikde ise men icki ile xowbextrm deyir ama men eksine bedbext hiss edirem ozmu .ne etmeliyem ickini normal qebul etmek ucun aileme daha saglam duwunceli psixoloji rahat olmaqcun axi men 2ovlad terbiyelendirirem men ne qeder rahat olsam onlara dogru yol gostere bilerem .
Cavab: Salam Aynurə xanım. Uşaqlıqdan gələn travmanı aşmalısınız. Bunun üçün sizə psixoloq dəstəyi lazımdır. Çalışın bundan yararlanasınız. 0552572700 0124803629
togrul
2017-01-08
Salam mən his ediremki başim pozulur ve yadimda yeni hecne qalmir kohnelerde silinib paşdi az şey yadimda qalir. ve nese ediremse inanmram yeniden edirem meselen( adi telefonda etdiyim hereketi yene tekrar edirem , meselen qapini baqlayram bilirem baqlandi amma yene tekrarlayram.) nese n cox sey var bele bele men pisxoloq mesleheti lazimdi sizce ya ?
Cavab: Salam Toğrul bəy. Bəli, psixoloji müdaxilə edilməlidir, çünki bu OKPdir. Mütləq psixoloq dəstəyi lazımdır. Əlaqə saxlayın: 0552572700 0124803629
Fatime
2017-01-01
Salam Elnur bey.Men 4aydi evliyem mende bele bir problem var her deqiqe yoldasimin olumunu fikirlesirem cox pis oluram ellerim terliyir ureyim tez tez doyunur.xaish edirem cvb yazin bu neden ola biler
Cavab: Salam Fatimə xanım. Bu OKPdir. Mütləq şəkildə psixoloq dəstəyi lazımdır. 0552572700 0124803629 əlaqə saxlayın sizi psixoloqla görüşdürsünlər.
Nermin
2016-12-31
Salam.men yoldasimi narkotik istifade ddende gormusem.dunyam basima yixilib elebil.aileliyem bir ovladim var.bilmirem ne edim?xahis edirem mene komek edin
Cavab: Salam Nərmin xanım. Çalışın tam bunu açıq aydın demədən əvvəlcə onun sıxıntısını öyrənəsiniz. Hansısa bir problemə görə psixoloqa da yönləndirə bilərsiniz. Məsələn qapanıqdırsa, buna görə.
Togrul Memmedov
2016-12-31
Salam Hekim. Menim 16 yasim var mende teziq xesteliyi olandi.Men Gece Yatanda Yata Bilmirem Gece 3-4 radelerinde oyaniram sora 1saat cali yata bilmirem.Heyecanli Oluram.Axsam Olur Ureyim Sixilir Partdayiram nefesi derin Aliram.men Ne Edim?
Cavab: Salam Toğrul bəy. Bu panik atak ola bilər. Bir psixoloq məsləhəti almağınızda fayda var. 0552572700 0124803629
İko
2016-12-30
Salam hekim, men oğlan olmağıma baxmayaraq oğlanlara qarşı hisslerim güclüdü,qızlara qarşı bele hiss etmitem, bezi homoseksualist hereketlerim var, ve bu etrafımdakı insanların mene qarşı davranışını deyişdirir,bunnan el çeke bilmirem,18 yaşım var.Men ne etmeliyem ?
Cavab: Salam. Psixoloqa müraciət edin. Psixoloq bunun sizdə bioloji yoxsa psixoloji olduğunu müəyyən etdikdən sonra sizi bu yoldan döndərə bilər. 0552572700 0124803629
Pərviz
2016-12-29
Salam,məndə ozguvən zəifliyi var,həmçinin panikatak və orta dərəcəli depressiyam var.Mən əvvəl universetde gözəl imajim var idi ozguvənim zəiflədikcə imajim azaldı,mənə necə yardım edə bilərsiz çünki psidioxloji depressiv travmada almışam mənə psixoloq yoxsa psixoterapevt ehtiyacdi?
Cavab: Salam Pərviz bəy. Psixoloji yardımla aradan qaldırıla bilinən haldır. 0552572700 0124803629 əlaqə saxlayın sizə yardımcı olacaqlar
Gultekin
2016-12-26
Salam Men berkden danisanda eseblesende urek tutmalari olurnefes ala bilmirem boguluram sinemde agirliq hiss edirem 've her seyi icime atiram
Cavab: Salam Gültəkin xanım. Əsəbləşdiyiniz mövzular xırda mövzudurmu, biri yanınızda bərk danışdığı zaman da sizin ürəyiniz əsir? bunlar araşdırılmalı, danışılmalıdır. Əgər elədirsə, sizdə həyəcan-təşviş pozuntusu ola bilər. Psixoloji dəstək almağınızda fayda var.
KONUL
2016-12-25
SALAM MENIM ERIM QAZANCCILDIR EVE EWIYE BAXANDI EVDE MENE MUNASIBETI YAXSIDIE HEMIWE SEVDIYINI DEYIR HEMISE QAYGI GOSTERIR ANCAQ XEYANET EDIR ISTEYIR KIMEN BUNU NORMALQEBUL EDIM HEC NE OLMAMIS KIMI QEBUL EDIM MENE MESLEHET VERIN
Cavab: Salam Könül xanım. O bunu niyə edir onunla danışmalısınız. Qadın-kişi münasibətlərində cinsi həyat əsas rol oynayır. Ola bilər ki, orada yetməzlik olsun. Bu halları müşahidəyə alın. Daha sonra isə nə edəcəyinizi də biləcəksiniz.
MELEK
2016-12-25
SALAM MENIM ERIM MENE XEYANET EDIRDI INDI HEC BIR SEY YOXDUR ANCAQ ONUN TELEFON NOMRESINI TELEFONUNDAN SILMEYIB BU DA MENI NARAHAT EDIR MEN NE EDIM
Cavab: Salam Mələk xanım. Kişilər bu barədə qadınlardan bir az fərqlidirlər. Məsələn, qadınlar biri ilə əlaqəsini kəsdiklərində onu hər yerdən siləcək qədər xırdalığa gedirlər. Bununla onu sildiyinə əminlik qazanırlar. Kişilər isə işi beyində bitirir. Onlar üçün daha çox "qalıb da" düşüncəsi daha qabarıqdır. Bu xırda detala ilişməyin. Zamanı gələr an gələr deyə biləcəyiniz bir zaman olduqda ifadə edə bilərsiniz. Ancaq etməməyinizdə fayda var. Telefonunu dəyişdirə bilərsiniz.
aydan abdullayeva
2016-12-25
Salam hekim.Bilmirem nece basa salim özümü.Narahatliq ve heyecan icinde oluram.Özümden asli olmadan olur.Ugursuz seyler aglima gelir.Yorgun his edirem özümü.Bas agrisi ürekbulanma olur.En esasida ürek doyuntusu narahat edir.Psixoloq desteyi almada nece usdesinden gele bilerem.Xahis edirem yardimci olun.Önceden tesekkurler.
Cavab: Salam Aydan xanım. Psixoloq yardımı olmadan psixoloji vəziyyətdən hətta xəstəlikdən qurtulmaq mümkün olsa sizcə psixoloq olardımı? Vəziyyətinizə ciddi yanaşın, sizdə ola bilər ki, həyəcan-təşviş pozuntusu olsun. Terapiya almağa çalışın.
efsane
2016-12-23
Salam xais edirem mene cavab yazin menim 21yasim var menim oglana qarsi hislerim yoxdu evden meni ere vermek istiyirler ama basa sala bilmirem hekime muraciet etdim belke xestelik var deye mene pisixiatra muraciet et dediler men evvel nisanli oldum ama evlenmey deyende eseblesirem oglanla munasibetde olanda ele bilirem mende oglanam ama bu hal deyisir bezen sakit oluram evden usdume gelirler kocmelisen deye. Oglanla unsuyetde olanda munasibeti deyisende ya ureyim bulanir yada nervilenirem ozumu sakitlesdirmeye calisiram hec bir sey elimden gelmir. Evden sixdialari ucun anam basa dusmur meni basa salmaq isdiyirem kocmey kisi isdemirem.gezmek tebiet sekil cekmek quslarin sesi teklik musiqi dinlemek,birde seherler meni xosbexd edir men bularla qidalaniram ama bulari izah ede bilmirem meni basa dusen yoxdu.tez tez eseblesirem xais edirem cavab yazin .
Cavab: Salam Əfsanə xanım. Bu fikirlərin yaranmasına səbəb nədir onu mütləq müəyyən etmək vacibdir. Psixiatrdan daha çox psixoloqa ehtiyacınız var. Ki bunlar danışılıb həllini tapmalıdır. Çalışın bizimlə əlaqə saxlayın, terapiyanı gecikdirməyin. 052572700 0124803629
Nuray
2016-12-22
Salam.menim 25 yasim var cox icine qapanigam ve etrafim sebeb olub mene 5 yasindada qizim var qizim olduqdan sora cox zeifledim 45 kilo olmusam ve hami mene pis tesir verir ariqsan hetra eim bele uzume vurur ve mene pisoxi tesir edib oz guvensizliy yaranib mende hec kimi gormek istemireç hetta qizimi bele deoresyaya dusmusem bir ildi ancaq halsiz oluram is gore bilmirem usagima baxa bilmirem xeste kimi ancaq yatiram.birazda yoldasimla yasadigim seyler kecmisde olanlar aglimdan cixmir yasadigiç her sey durduq yere gelir beynime aglimdan ata bilmirem beynim meni cox yorur bas agrisi tapmisam heuatdan kusmusem ancaq olumu fikirlesirem.hiss ediremki pisixi olmusam ama hec kime hec ne deyemmirem mene komey olsunlar
Cavab: Salam Nuray xanım. Arıqlığınızın səbəbi doğumdan əvvəlki depressiv düşüncələr, yoldaşınızla yaşadığınız problemlər ola bilər. Hazırda isə bunla bərabər ətrafın sizə qazandırdığı özgüvənsizlik də var. Özünüz də hiss edirsiniz ki, sizə terapiya vacibdir. Ən azından doğum sonrası bütün analar olmasa da çox valideyn buna görə terapiyadan keçir. Siz də keçməlisiniz. Bizimlə əlaqə saxlayın, çalışın bu terapiyanı gecikdirməyin: 0552572700 0124803629
aysel
2016-12-21
Salam doktor.men 8ildir aileliyem iki ovladim var.yoldasim mene xeyanet edir tekce xeyanet olsa bu o qederde yandirmaz meni.smslerini oxumusam danisdiqi qadina menim haqqimda cox pis sozler soyleyir ve men bunu ozune dedim mene dediki eceb edirem hetta o qadini qorudu.bilmirem ne edim mennen ged gede cox soyuyur.ama men yoldasimi cox sevirem severekde evlenmisik.o elaqe saxladigi qadin da ailelidi uc usaqi var Xais edirem mene komek edin her gece aglamaqdan yorulmusam qeherden boguluram.cox sag olun.
Cavab: Salam Aysel xanım. Ola bilər ki, o qadının da ailə həyatında nəsə çatışmamazlıq olsun, hansı ki, bu sizin yoldaşınızda da elədir və onların ortaq cəhətidir. Bu cəhət olduğu zaman söhbət sizin barədə pis sözlər deyəcək qədər səmimilik qazanır. Sizi pisləmir əslində sadəcə deyinir. Bunu siz oxuduğunuz üçün sizə pis təsir edir. O qadından daha çox ailənizdə nələri dəyişdirməli olduğunuza fokuslanın. Özünüzdə nələrin çatışmadığına. Bir müddət başınız özünüzə qarışdığı zaman nəticələr də gözəl olacaq. Həm siz həm də ailə həyatınız yenilənmiş olacaq.
rustem
2016-12-20
salam doctor menim bir derdim var men qarszliqsiz sevgi yasiyiram ve daha cox fikir depresyada oluram.birde men herseyi ureyime saliram bir xestelik yanimda deyildikde ozumde bu xestelikler bezen bezi verdislerimi ata bilmirem xais edirem mene birsey deyesiz
Cavab: Salam Rüstəm bəy. Xəstəlikləri özünüzə köçürməyiniz ciddi bir narahatlıqdır. OKPləriniz ola bilər. Dəqiq diaqnoz üçün və mənəvi psixoloji həssaslığınız üçün psixoloq dəstəyindən yararlanmalısınız. Bizimlə əlaqə saxlayın sizə yardımcı olacayıq. 0552572700 0124803629
Aytac
2016-12-19
salam men 2 ildi evlitem. yoldasim bir qadinla goruwur deyir onu sevirem. men de isteyirem ki elaqesini kessin. deyir gunahkar sensen sen qisqanciliqinla qaw qabaq elemeyinle bu veziyyeti yaratdn. isteyirsen otur istemirsen bowan get. men de bowanmaq istemirem. daniwmiwam onunla xeyri yoxdu yene daniwir, yaziwir goruwur men ne edim axiii xaiw edirem bir meslehet gorun. valideyinleride deyir bizim oglumuz ele wey elemez.. ama fakt daniwir
Cavab: Salam Aytac xanım. Yoldaşınız xəyanət səbəbini sizə bildirib. Əslində səbəbi deməyə də bilər. Ancaq deyirsə, ola bilər ki, o bunu qəsnən edir ki, bəlkə siz itirmə qorxusuna görə dəyişəsiniz. Yaxşısı budur ki, qeyd etdiyi nüansları aradan qaldırın. Daha sonra xəyanətin davam edib etmədiyini müşahidə edin.
Ananim
2016-10-21
Salam hekim. Menim qızımın 13 yawı var. Dünen mektebde bilmiwem ki qızım ailemize yarawmayan hereket edib. Demeli siniflerinde bir oğlana sevgi etirafı edib cavabı bilmirem ne olub üstünden bir az keçdikden sora tezelikce çıxıb sinif otaqının penceresinin qabaqına güya özünü ordan atır , qızlara da deyib telefona çekin ki oğlana göstersinler . Dalıycada 9 cu sinifden bir oğlana ondan xowu geldiyini qızlardan xeber gönderib. Menim dünenden bütün dünyam bawıma yıxılıb. Yoldawım bunları bilse meni de onunla beraber öldürer bundan eminem . Özüm de çox pis veziyyetdeyem hetda bu stresden özümü öldürmek qerarına belə gelmiwem . Xaiw edirem kömek edin psixoluqa gede bilmerem yoldawıma ne deyib de gedecem .
Cavab: Salam xanım. Öncəliklə saytda olan bir problemə görə sualınıZı indi gördük. Yoldaşınıza bura gəlmə səbəbini mütləq şəkildə deməyiniz şərt deyil. Çünki vəziyyət isterik davranış pozuntusudur. Yeniyetməlikdə görülə bilən bir şeydir və zamanında müdaxilə olunmalıdır.
Ali
2016-10-10
Salam Meni cox narahat eden bir mesele var her iki qulaqlarimda siddetli kuy var beynimde deyirler bu Tinnitus xesteliyidir ve demek olarki mualicesi yoxdur Men hec cure yata bilmirem bu sese gore ancaq seherler yatiram cox tez tez depressiyada oluram hec kimde mene komek ede bilmir bu ses meni cox bezdirib depressiya adi hal kimi olub hekim nervopotoloqlarin bu sahede hec xeberleri yoxdur nece kurs mualice etmisem 0% effekti olmayib bu bezdirici ses ile nece mubarize apara bilerem hec olmasa basimdaki sesi asagi sala bilsek Mene bir yol gosterin Psixoloqun seanslarindada olmusam oda basa dusmedi meni buna gotede hec bir yerde iskeye bilmirem Tesekkur erdirem Sagolun
Cavab: Salam Əli bəy. Bu küyün səbəbi araşdırılmalıdır. Nədən sonra yarandı danışılmalıdır. Daha sonra isə terapiyaya başlamaq olar. Psixoloq müayinəsində olun, əgər bütün bunlar müəyyən edildikdən sonra vəziyyət psixoloji dəyərləndirilərsə, o zaman psixoloqun sizə yardımı toxuna bilər. 0552572700 0124803629 nömrələri ilə əlaqə saxlayın.
Nihan
2016-10-07
Salam Elnur bey. Men cox narahat heyatkecirirem, bilmirem ya aile problemindendi ya nedendirse hemiwestresliyem qorxum cox olur sehetim hec imkan vermir bawim acilsin.dermanlarla kecir gunlerim.bu bir nece gunduku yene cox narahatam,hiss ediremki yene eseblerimdi.cox vaxt panikali oluram fikrim qalir ozumde yuksek teyziyimde olur .ureyim ele bilki hemiwe esir titreyir cox doyunur bezirem .hecneye hevesim olmur cox pis oluram iki uwaqimda var onlarada vaxt ayirmaq lazimdi.geceler cox diskinirem tez tez ayiliram ureyim pis doyunur.birde elebiliremki bedenimde nese gezir gizilti kimi,esasdaki ayaqlarimda ellerimde qolumda. Qisa yaziram hele(cox pisem mumkunse cavab yazasiz cox xaiw bular nedir mende. Evvelceden tewekkur!
Cavab: Salam Nihan xanım. Dərman dəstəyindən əlavə psixoloq dəstəyi şərtdir. Dərman sadəcə bir vasitədir. Eyni fikirlər beyində qaldıqdan sonra heç bir çarə etməyəcəkdir. Yaxşısı budur psixoloji dəstək alasınız.
Sevinc A.
2016-10-06
Salam, Artiq 13-14 ildirki biliremki Atam anami aldadir. Hemde hemin qadin ailelidir ve iki ovladi var. Atam hemin qadinin butun ailesini taniyir demek olar. Buda mene pis tesir edir, her defe atama sohbeti achob bunun mene pis tesir etdiyini demek isteyirem ama cehd eliye bilmirem. Chox kovrek oldugumnan hemin danisha bilmyeceyimnen eminem. Atamin o qadina eledikleri menim eseblerimi uje alt ust edib. Onunla dalashir heyfini anamnan chixarir. hemin vaxt mende esebleshib hersheyi achib demek isteyirem ama anama gore hechne demirem anamin incinmeyini qetiyyen istemirem. Men bilmirem atamla o qadini nece ayirim ve ya atama nece basha salim onun hereketinin mene pis tesir etdiyini. Sirf atamin hereketlerine gore men heyat yoldashimada chox guvene bilmirem. eger atam bunu eliyirse heyat yoldashim mene niye elemesin kimi fikirleshirem. atamin etdiyi menim guven hissimi itirib hechkime guvene bilmirem. xahish edirem meslehet verin men ne edim. onceden tesekkurler...
Cavab: Salam Sevinc xanım. Gücünüzü toplayın və onunla danışın. Danışa bilmirsinizsə, yazaraq ifadə edin. Ancaq ən doğrusu danışmaqdır.
Gunel
2016-10-03
Salam Hekim menim 16 yasim var men cox pis yuxular gorurem sizden cox cox uzur isteyirem yuxuda qardasimla cinsi elaqe olur ve yuxudan tez ayliram Bir ara bele gurem yeni tekrar mene komek edin Hekim
Cavab: Salam Günel xanım. Mütləq şəkildə psixoloq müayinəsində olmalısınız.
Vusale
2016-09-25
Salam Elnur bey.menim problemim yoldawimla baglidir.hetta bu il dekabr ayinda yoldawim sizin qebulunuzda olub bele bir ciddi problemi yox idi 5 seansla mualice oldu.wukur istediyi iwede nail oldu mualicenin cox gozel effektini gorduk.yoldawimla 4 ilden coxdur aileliyik hec vaxt bir birimizden uzaq qalmamiwiq bakida yawayiriq iwiyle elaqedar rayona teyinat verdiler demek olarki 1 aya yaxin men weherde o rayonda oldu sora rayonda werit qurub oglumla menide yanina getirdi oda bizsiz qala bilmirdi.rayona geldikden sora yoldawimin deyiwdiyini hiss edirdim gelen gunun seheri gunu evde iwletmediyi telefonunda nomre sms gordum dava eledim and aman elediki iw yoldawina verib telefonu 2-3 gunluk yeqin onun mesajidir qalib dedi ne qeder dedimse her weye and icdi menim valideynimde yanimda idi hemin gun bunun iw yoldawi zeng etdi hetta anamla daniwdiki menim sehvimdir o insanin gunahi yoxdur her yola el atdi meni inandirmaqdan otru menimse guvenim O gunden bitdi.cox bedbext hiss edorem ozumu iwi ile elaqedar buna qadinlar zeng edir her gelen zenge esebi oluram mene xeyanet edirsen deyirem her weyde xeyanet gorurem.and icirki elemir xeyanet hetta deyir niye etmeliyem sebeb yoxdur xeyanet etmeye sene ama inanmiram hec cure busa deyir sen varsansa men xeyanet niye edim sene.o qeder pisemki ele bilirem o hacansa mene xeyanet edecek o qadinin sesi qulaqimda o qeder tesadufler olduki o nomreni tapanda ele deyiremki nece bele ola bilerki o meni aldadibki o nomreni deyen kimi kimdi dedi belke iwimle elaqelidir sora dedi iw yoldawim daniwim ama iw yoldawi o qeder xahiw etdi uzur istediki gunah mendedir.men ne edimki ona inanim artiq 3 u aya kecib her gun dava edirem her gun meni aldairsan deyirem.ama bakida hec vecimede deyildi ozum onu idmana getmeye ozune qulluq etmeye mecbur edirdim.indi qisqaniram deyirem bu meni aldadacaq.hetta ayrilmaq isteyiremki o udari yawamaqdan qorxuram biden eder taparam.cox eziyet cekorem cox.bakida olsaydim coxdan mualiceye gelerdim cunki ozu deyirki seni elnur beyin yanina aparmaq lazimdir.nece edim ona yene guvenim evelki kimi xowbext olmaq isteyirem.
Cavab: Salam Vüsalə xanım. Yoldaşınızdan əlavə sizin də seanslara ehtiyacınız var. Bu qədər həssas və xırdaçı olmaq sizin münasibətə ziyandır. Eyni zamanda əsəblərinizə. Dolayı yolla da uşaqlara. Müraciət edin özünüz də seanslardan yararlanın.
AZER
2016-09-15
SALAM.MENIM 5 yasli oglum var.Cox vaxt ona dediyimiz sozleri yerine yetirmir,təkid edəndə isə berk esebleşir. Ancaq istəyir ki, onun dediyi olsun.
Cavab: Salam Azər müəllim. Allah saxlasın. Yaxşı olardı ki, Narınc uşaq psixologiya mərkəzinə müraciət edəsiniz, hətta mümkündürsə, uşaq psixoloqu ilə görüşüb məsləhətlərə əsasən hərəkət edəsiniz.
nazli
2016-09-14
Salam men 1aydir aile qurmusam ama yoldasimla yaxinliq eleye bilmirem/aramizda her sey yaxsidir yalniz yaxinliq eleyende men temiz ayri insan oluram/uzaqlasiram bunun sebebi nedir
Cavab: Salam Nazlı xanım. Bunun bir çox səbəbi ola bilər, vaginizm isə başda dayanan səbəb ola bilər. Çalışın qısa müddət ərzində evlilik həyatınızda problem yaranmadan psixoloqa müraciət edəsiniz.
bahar
2016-09-12
Salam.11ildi aileliyem iki usagimiz var.yoldasim bir ildirki bir qadinla meni aldadir.eve gelir mehriban da oluram deyişmir.özume baxiram qeseng gorunum yene deyişmir.o qadin cox pis xarakterlidi temizliyi yoxdu.gozelliyi menden cirkindi..her bir cehetde menden asagidi.ancaq yoldasim onu ustun tutur.onun basqa adamlarla unsiyyeti oldugunu da bilir yene ona gore ailesini atmaga hazirdi.intihar edecem deyirem bizi atsan ona gore bizi atib ona gede bilmir.amma elaqeleri var.komek edin mene xahiş edirem.ne meslehet verirsiz
Cavab: Salam Bahar xanım. Belə anlarda adətən həyat yoldaşı sankı balaca uşağa çevrilmiş sayılır. Əlindəki ən gözəlidir, ən yaxşısıdır, ancaq meyli "olmaz"adır. Belə halda nə etməli? Məsələn siz bütün vəziyyətdən xəbərdarsız, dalaşırsınız, sonra isə birlikdə yaşamağa davam edirsiniz. Elə bilməyin çıxıb getmək lazımdır. Sözün canı odur ki, dalaşmaq yox oturub danışmaq lazımdır. Siz dalaşaraq dediyiniz sözləri o eşitmir, çünki yüksək səs tonu deyilən sözdən asılı olmayaraq insana özünüzü müdafiə etməli olduğunu hiss etdirər. Ən gözəli danışmaq və açıqlama gözləməməkdir. Sözün sonunu sən səhv edirsən deməyə də gətirmək lazım deyil. Sadəcə başqa birinə dərdinizi deyirmişsiniz kimi söhbət edin.
RUSETM
2016-09-11
MEn ureyimde heyacan his edirem yatanda yadim gelir ve birden ureyim heycanlanir sixilir patlamaq istiyir komey edin
Cavab: Salam Rüstəm bəy. Ola bilər ki, bu panik atak olsun. Vəziyyətinizi ciddiyə alıb qısa müddət ərzində psixoloqa müraciət etməlisiniz
Adınız 
Sualınız 
1234567891011121314151617181920
2122232425262728293031323334353637383940
4142434445464748495051525354555657585960
6162636465666768697071727374757677787980
81828384858687888990919293949596979899100
101102103104105106107108109110111112113114115116117118119120
121122123124125126127128129130131132133134135136137138139140
141142143144145146147148149150151152153154155156157158159160
161162163164165166167168169170171172173174175176177178179180
181182183184185186187188189190191192193194195196197198199200
201202203204205206207208209210211212213214215216217218219220
221222223224225226227228229230231232233234235236237238239240
241242243244245246247248249250251252253254255256257258259260
261262263264265266267268269270271272273274275276277278279280
281282283284285286287288289290291292293294295296297298299300
301302303304305306307308309310311312313314315316317318319320
321322323324325326327328329330331332333334335336337338339340
341342343344345346347348349350351352353354355356357358359360
361362363364365366367368369370371372373374375376377378379380
381382383384385386387388389390391392393394395396397398399400
401402403404405406407408409410411412413414415416417418419420
421422423424425426427428429430431432433434435436437438439440

LOGİN

 Email
 Parol
Qeydiyyat