Sual Cavab

Günel
2016-02-03
Salam doktor.20yawim var.Menim wikayetim esebiliyimdir.herweye yuksek tonla reaksiya verirem.cox sevdiyim insanlar qelbini qiriram amma birneçe saatdan sonra uzr isteyirem.kimlese unsiyyet,dostluq etmirem yeni ilk addimi özum atmiram.elebiliremki kenardan mene yaltaq deyecekler.cox deyiwken xarakterli biriyem.sizce niye beledi??
Cavab: Salam,Günel xanım.Bu durumda yaxşı olardı ki,əyani psixoloji yardım almaqla narahatlığı aradan qaldırasınız.www.pcc.az
Məhsəti
2016-02-01
Salam.32 yaşım var.gözəl ailəm,valideynlərim,qayğıkeş qaynata,qaynanam var.Amma niyə özümü xoşbəxt saya bilmirəm.boğuluram,nəsə məni sıxır,elə bil uorulmuşam bu həyatdan.mən nə edə bilərəm.mənə kömək edin
Cavab: Salam.Bu durumda proses araşdırılmalı,daha sonra korreksiya işləri görülməldir.Bunun üçün əyani psixoloji yardım daha faydalı olar.www.pcc.az
gunel1996
2016-01-31
salam men her weyden iyrenirem birde bir soz bawa salanda qiwqiramki bilirem. daniwma. deme. adice kimse elini yuyanda. deyirem elini sil. elesi var elini silmir. niye bele olmuwam
Cavab: Salam,Günel xanım.Bu hal obsessiv-kompulsiv pozuntu olaraq dəyərləndirilə bilər.Obsessiya-iradədən asılı olmadan,xarakterə zidd (ego-distonik) qovula bilməyən,təkrarlanan düşüncələr; Kompulsiya isə əksər hallarda obsessiv düşüncəni neytrallaşdırmaq üçün edilən təkrari hərəkətlərdir.Yaranmasında bioloji, psixodinamik və bihevioral model iştirak edir.terapiyasında əsasən psixoterapiya aparılır,lakin göstəriş olarsa medikamentoz müalicə də aparıla bilər.www.pcc.az
nargiz
2016-01-31
salam.əslində mənim məsələm böyükdür amma bura sığdırmağa çalışacam :).mən özümü tək hiss edirəm.14 yaşım var lakın düşüncələrimdə hər zaman ağırlıq,böyüklük olub.bu pis mənada deyil əksinə daha müdrik,düşüncəli fikirlər söyləməyimə səbəb olub.amma ətrafımdakılar mənim maskalandığımı,özümü böyük kimi apardığımı düşünüb məndən uzaqlaşıblar.mən onların istədiyi kimi olmağa çalışsam da bilirəm ki əsas bu zaman saxtalıq etmiş olaram.müğənni miri yusifi tanıyırsınız yəqin ki.mən ən çox onun mahnəları səsi ilə özümü rahat hiss edirəm və ona bağlılığım da pis qarşılanır ətrafımda.bir dostum var idi düzdür az tanış olmuşduqq amma mənə çox yaxın idi.lakin anladım ki məndən uzaqlaşıb.həkim nolar bu qapanıqlılığıma çarə tapın
Cavab: Salam,Nərgiz xanım.Bu hal əsasən yeniyetməlik dövründə müşahidə olunan davranış pozuntusudur.Bu mərhələdə aqressiv hərəkətlər, valideynlərlə münasibətdə müəyyən çətinliklər, ünsiyyət defisiti, sosial mühitdən uzaqlaşma kimi hallar yaşanır.Lakin qeyd olunan əlamətlərin zamanında aradan qaldırılması irəlidə müəyyən fəsadların yaranmasının qarşısını alır.Yaxşı olardı ki,yeniyetmə psixoloquna müraciət etməklə problemi aradan qaldırmağa çalışasınız.www.pcc.az
nurane
2016-01-31
Salam,menim dostumun 22 yawi var,universitet telebesidi,universiteti 5 illikdi,kesrlerinin sayi 15den artiq olduguna gore unini 2 il artiq oxumalidi,o ise heyatdan bezdiyini,fikirlerini toplaya bilmediyini deyir ve unini buraxmaq qerarina gelib,men ona nece komek ola bilerem,evvelceden tewekkur edirem
Cavab: Salam,Nuranə xanım.Psixoloqa yönəltməyiniz daha faydalı olardı.www.pcc.az
aka
2016-01-30
salam,menim 16 yasim var,eslinde cox agilliyam ,mentiqliyem,men uniye hazirlawiram,bu vaxta qeder ela oxumuwam ama indi esas vaxtda dersleri oxumaq isteyirem ama ders oxumaqa oturanda bawqa weyler fikirlewirem,problemlerimi fikirlewirem.nece edimki derslerimle tam mequl olum
Cavab: Salam.Çalışın,diqqətinizi yayındıran vasitələrdən uzaqlaşasınız.Diqqətinizi daha çox dərslərinizə yönəldin.www.pcc.az
zumrud
2016-01-30
salam .men dayanmadan beynimde hemise nese fikirlesirem.xeyal qururam. sonra xeyalmdaki adamlarla danısıram. ama bilirem basa dusurem oz ozume danisdigimi. verdiw halini alib artiq. xahis eliyirem bir meslehet verin
Cavab: Salam,Zümrüd xanım.İlk öncə səbəb olan faktorlar araşdırılıb,daha sonra korreksiya işləri aparılmalıdır.Yaxşı olardı ki,psixoloji yardım almaqla problemin həlli istiqamətində konkret addımlar atasınız.www.pcc.az
Mahire
2016-01-29
salam hekim xaiw edirem mene meslehet verin cox ehtiyacim var sizin meslehetinize.. menim 20 yawim var ozume qapaliyam cox sakitem adam icinde.. daniwa bilmirem heckimnen sohbet ede bilmirem usiyet qurmagi bacarmiram.. bir adam meni daniwdiirinda cavab vermeye cetinlik cekirem narahat oluram hemen deqiqe sixiliram.. tek hecara getmirem her yere anamla gedirem yoldada anamin qoluna girmesem narahat oluram tek yeriye bilmirem ozumu itirirem.. butun gunu evdeyem hecneden xeberim yoxdu televizorada baxmiram hecneye hevesim qalmiyib.. sanki yawayan bir olu kimiyem beynimi elebil dondurublar hecne menim vecime deyil.. birde menim ozume guvenim yoxdu ozumu beyenmirem ozumu eysilmiw kimi hiss edirem.. niye bele olmuwam bilmirem hekim cox eziyyet cekirem daha ozumnen bacara bilmirem herkes mene qeribe baxir elebilirler ki mende catiwmamazdiq var onlar mene ele baxanda pis oluram yawamaga hevesimde olur.. birde men tez tez bogulurem durdugum yerde. bogulma zamani heyacanlaniram.. herdende yemekden sonra olur bogulma herdende durdug yerde olur.. cox eziyyet cekirem her gunum mene haram olub xaiw eliyirem mene komek eliyin.. demiyin psixiloq yanina getmek lazimdi xaiw edirem mene meslehet verin birde problemi deyin neden ola biler menim bele olmagim
Cavab: Salam,Mahirə xanım.Bu hal sosial fobiya olaraq dəyərləndirilə bilər.Sosial fobiya xəstəliyində qorxu yaradan vəziyyətlə üz – üzə gəldikdə ilk öncə həyəcanın somatik əlamətləri özünü biruzə verməyə başlayır. Bunlar üzün qızarması, ürəkdöyünmə, tərləmə, ağız quruluğu, boğulma, əzələ gərginliyi və ayaqyoluna getmək istəyi ola bilər. Bu anda insanın beynindən keçən “mənim üzümün qızarmağını, əlimin titrəməsini hamı gördü, mən çox zəifəm, mən səhv etməməliyəm, mən mükəmməl olmalıyam” kimi düşüncələrdir. Bu düşüncələr insanın daha da həyəcanlanmasına gətirib çıxarır.Sosial fobiya müalicəsi olan problemdir.Əsasən terapiyasında psixoterapiya aparılır,lakin təyinata uyğun olaraq medikamentoz müalicə də aparıla bilər.www.pcc.az
Marryy
2016-01-29
Salam doktor men ozumu cox pıs hıss edırem gunduzler yatmaq geceler oyaq qslmagı sevırem bezen geceler yatanda pıs yuxu gorub ayılıram her yerım agrıyır hec yere getmek istemırem ozum derdımı danıssamda. Hemen Adam mene sual verende eseblesırem cox esebıyem ınsanlar yalan danısdıqca mene daha pıs tesır edır her sey maraqsızdı xais edıremdeyın men ne edım
Cavab: Salam.Qeyd etdiyiniz durum təşvişli-nevrotik pozuntu olaraq dəyərləndirilir.Təşvişli-nevrotik pozuntu (nevroz) narahatlıq, bir yerdə qərar tutmamaq, diqqət və motivasiyada pozulma, konsentrasiya pozulması, həyəcan, əsəbilik kimi psixoloji;taxikardiya,epiqastral nahiyədə ağrı,vegetativ reaksiyalar kimi somatik əlamətlərlə müşahidə olunur.Terapiyasında əsasən psixoterapiya aparılır.Təyinata uyğun medikamentoz terapiya da tətbiq oluna bilər.www.pcc.az
Aygun
2016-01-28
Men ozumu cox tenha hiss edirem. Ailem var. qizim var 3 yasinda. Duzdu yoldasimla cox vaxt kecire bilmirik. Hec olmasa var. anam 17 yasimda rehmete gedib. Bacim olsaydi keske. O da yoxdu. Xasiyyetim mulayimdi. Ve baxiram ki bunun ucbatindan da yene eziyyet cekirem. Evde kulfetik. Yorulmusam her seyden. O qeder deyilesi sey var ki .. Niye hemise eziyyet cekirem ..
Cavab: Salam,Aygün xanım.Bu hal Burn-out (emosional yanma) sindromu ilə əlaqədar ola bilər.Yəni uzun müddət fasiləsiz çalışdıqdan sonra həmin işə qarşı marağın itməsi,xroniki yorulma kimi hallar müşahidə edilir.Problemi aradan qaldırmaq üçün ən optimal variant əyani psixoloji yardımdır.www.pcc.az
ofeliya
2016-01-28
adım ofeliyadı 15 yaşım var.Qəbul imtanına hazırlaşıram özümə inamım yoxdu.sizdən özümə inamsızlığın özümə inamlılığımımı istəyirəm xaişedirəm kömək edəsiz belə olar?
Cavab: Salam,Ofeliya xanım.İmtahan öncəsi dönəmdə həyəcanın aradan qaldırılması və digər yaranan narahatlıqlarla bağlı əyani psixoloji yardım daha məqsədəuyğun olar.www.pcc.az
aysel
2016-01-27
Salam.men 7 ildiki aileliyem.iki ovladim var.bu yaxinlrda yoldawimin xeyanet etdiyini oyrendim hemde emin oldum.indi ne edim?cixiw yolu tapa bilmirem.komek edin
Cavab: Salam,Aysel xanım.Yaxşı olardı ki,əyani psixoloji yardım almaqla problemin həlli istiqamətində konkret addımlar atasınız.www.pcc.az
jale
2016-01-27
salam.men sac yolma xesteliyimle ozum bacara bileremmi,hekime muraciet etmeye utaniram.ozum mubarize aparmaq isteyirem.bu xestelikden qurtaranlar varmi tecrubenizde?
Cavab: Salam,Jalə xanım.Problemin terapiyası mütəxəssis yardımıyla mümkündür.www.pcc.az
Jalə
2016-01-27
Salam doktor.Sizdən xaiş edirəm ki,mənə kömək edin.Mən dərs oxumaq istəyirəm,amma sanki məni nəsə geriyə dartır.İcazə vermir mən oxuyum.Mən oxumaq istəyirəm və çox savadlı olmaq istəyirəm.Sizcə mən nə edim ki,dərs oxumağa həvəsim artsın?
Cavab: Salam,Jalə xanım.Çalışın,diqqətinizi yayındıran vasitərlədən uzaqlaşasınız.Daha çox dərslərinizə fokuslanın.Məqsədinizi müəyyənləşdirin və ona çatmağa cəhd edin.www.pcc.az
Rizvan
2016-01-26
Menim derdime komek etsez sevinerem 22yawim var 17yawimnan bir qizi isdirdim 2il munasibetimiz oldu sora ileler taniwdida ama alinmada onan sora onu unudanmiram kimle danisiram ele bil onun bawi o insanlarin usdundedi yuxuma girir gece ele bil gelib meni oyadirki men seni gozdurem bu neden ola biler artiq deli kimi bacilar mene( xaiw edrwm cvblandirin
Cavab: Salam,Rizvan bəy.Problemin korreksiyasında əyani psixoloji yardım daha faydalı olardı.www.pcc.az
Elvin
2016-01-26
Salam hekim,menim 14 yasim var,hekim men eseblesende hec kimi gormek istemirem,gorende daha da eseblesirem,mene kimse kenardan xeyrime dedikde men onu ziyanima basa dusurem,sizden komek isteyirem,
Cavab: Salam,Elvin bəy.Bu hal əsasən yeniyetməlik dövründə müşahidə olunan davranış pozuntusudur.Bu mərhələdə aqressiv hərəkətlər, valideynlərlə münasibətdə müəyyən çətinliklər, ünsiyyət defisiti, sosial mühitdən uzaqlaşma kimi hallar yaşanır.Lakin qeyd olunan əlamətlərin zamanında aradan qaldırılması irəlidə müəyyən fəsadların yaranmasının qarşısını alır.Yaxşı olardı ki,yeniyetmə psixoloquna müraciət etməklə problemi aradan qaldırmağa çalışasınız.www.pcc.az
nara
2016-01-26
Salam.menim oglumun 7yasi var. her seye tez eseblesir.ve her seyden tez kusur.kusen kimi gedib oz otaginda bir kuncde oturur.dediyini etmedikce ordan cixmir.evde balacalarimda var.xais edirem mene bir meslehet verin.tesekkurler.
Cavab: Salam.Problem müxtəlif səbəblərdən qaynaqlana bilər.İlk öncə həmin məqamlar araşdırılmalı,daha sonra korreksiya işləri aparılmalıdır.Bunun üçün əyani psixoloji yardım daha faydalı olardı.www.pcc.az
Semka
2016-01-25
Salam.Menim 16 yawim var.Men hansisa bir ewyani gorurem,aglima ele gelirki sanki o ewyanin yerini deyiwmesem,nese pis bir wey olacag.Daima aglimda aileme nese olacag deye qorxuram.Bunun sebebi ne ola biler ?
Cavab: Salam.Bu hal obsessiv-kompulsiv pozuntu olaraq dəyərləndirilə bilər.Obsessiya-iradədən asılı olmadan,xarakterə zidd (ego-distonik) qovula bilməyən,təkrarlanan düşüncələr; Kompulsiya isə əksər hallarda obsessiv düşüncəni neytrallaşdırmaq üçün edilən təkrari hərəkətlərdir.Yaranmasında bioloji, psixodinamik və bihevioral model iştirak edir.terapiyasında əsasən psixoterapiya aparılır,lakin göstəriş olarsa medikamentoz müalicə də aparıla bilər.www.pcc.az
Ruzanna
2016-01-25
salam.size sualim beledir qardawim oglu 3yawdadir bele yaxwiydi hecneden evvel qorxmurdu oynuyurdu uwaqlarla indi ise birden bire uwaq qorxur mamasinan ayri qala bilmir bawqa bir kimise gorende bawlayir aglamaga ancaq tanidiqlari insanla unsiyete girir halbuki ele deyildi.bu sizce neden ola biler?nece qorxusunu goturmek olar?onuda deyimki ilk defe ad gunu wenliyinde kloun gorub bawdadi qiwqirib aglamaga onan sonra waxta baba ve bawqa adamlari gorende bawladi qorxmaga.mumkunse cavablandirardiz ne ede bilerik bunun ucun?oz ozune kecib gedecekmi?
Cavab: Salam,Ruzanna xanım.Proses araşdırılmalıdır.Müxtəlif səbəblərdən qaynaqlana bilər.İlk pncə həmin məqamlar araşdırılmalı,daha sonra korreksiya işləri aparılmalıdır.Bunun üçün əyani psixoloji yardım daha faydalı olardı.www.pcc.az
Elif
2016-01-24
Salam Hekim. Men eseblewende bogazimda agri yaranir 10-15 deqiqe widdetli agri olur sanki dilimin koku qopacag o derecede. bogaz hekimine getmiwem bogazimda problem yoxdu.sebebin bilmey istiyerdimki ne problem var bes mende. Cox saolun
Cavab: Salam.Səbəb psixoloji ola bilər.Stressdən dolayı sinir sistemində gərginlik yaranar və qeyd etdiyiniz durum ortaya çıxa bilər.Bu halda əyani psixoloji yardım daha faydalı olardı.www.pcc.az
xalide sadiqova
2016-01-24
Salam men insan cox olan yere gire bilmirem menim 38 yasim var.esmede var nitqin pozulmasi diqqetim itmesi var xais edirem komek edesiniz
Cavab: Salam,Xalidə xanım.Çox insan olan yerə gedə bilməmə sosial fobiyadan qaynaqlana bilər.Belə halda cəmiyyət arasında narahatlıq, gərginlik, titrəmə, ürək döyüntülərinin artması və s hallar müşahidə oluna bilər.Yaxşı olardı ki,əyani psixoloji yardım almaqla problemi aradan qaldırmağa çalışasınız.www.pcc.az
Tehmine
2016-01-24
Salam.men Tehmine 15 yasim var men hedinen artiq cox eseblesirem. eseblesende ise aglamagi ustun tutura amma yenede eseblerim sakitlesmir bu neden ola biler?
Cavab: Salam,TƏhminə xanım.Qeyd etdiyiniz durum daha çox yeniyetməlik dövrü ilə əlaqədardır.Bu dövrdə aqressiya, ünsiyyət defisiti,cəmiyyətdən uzaqlaşma, valideynlərlə münasibətdə müəyyən problemlər, dərslərə qarşı marağın azalması kimi hallar müşahidə oluna bilər.Zamanında korreksiya olunduğu təqdirdə problem aradan qaldırıla bilər.Terapiya zamanı psixoterapiya tətbiq olunur.www.pcc.az
aygul
2016-01-24
3 ayliginda sudurqa kecirib.indiyə qədər həkim nəzarəti altinda olub.beli mektebe gedir yaddasi guclu olmagina baxmayaraq yazi yazib oxuya bilmir solaxaydi.pisxoloqa ehtiyacimiz var. men nece ede bilerem ki sizinle elaqe qurum?narinc xanim sizden cox xais edirem ki skaype vasitesiyle goruse bilerik mi?
Cavab: Salam,Aygül xanım.Psixologiya və Konsultasiya Mərkəzi ilə əlaqə saxlayın,sizə ətraflı məlumat verərlər.Əlaqə telefonu: (012) 480-36-29 yaxud da (055) 257-27-00 www.pcc.az
Rahil
2016-01-23
her hansi bir is gorende ozume inanmiram.nece eliyim ki ozume inamim artsin.ozume hemise inanim?????
Cavab: Salam,Rahil bəy.Çalışın,potensialınızın fərqinə varasınız.Gördüyünüz işlərin əhəmiyyətini anlayın və özünüzü yüksək qiymətləndirin.www.pcc.az
ceri
2016-01-22
salam hekim menim durdugum yerde elim ayagim cekilir neden ola biler esebden olar?
Cavab: Salam.Bu hal psixoloji və orqanik səbəblərdən qaynaqlana bilər.Bu səbəbdən də müayinə mütləqdir.www.pcc.az
Aydan
2016-01-22
Salam.. menim Adim Aydan.. 18 yawim var.. men cox esebiyem adi sese bele eseblewirem.. ve cox vaxt axsamlar nefes ala bilmirem elebil kimse icimde sixir meni imkan vermir rahat olum.. ele olanda ancaq agliyiram.. he birde eseblewende ozumu pis hiss edende ozumu incidirem ozumnen asili olmur bu.. qollarimda lezva izi doludu yeni bunu bura yazmaq ne derecede duzdundur bilmirem.. ama ozume soz verirem ki birde etmeyecem dayana bilmirem ozumu pis hiss edende eseblewende kesirem ve sakitlewirem.. gunumun cox hissesi pis kecir onsuzda yeni sanki nese olacaq yada nie yasiyiram deye fikirlesirem.. esasda kesmek yeni nie el ceke bilmirem anlamiram.. komeyiniz olar insAllah
Cavab: Salam,Aydan xanım.Yaxşı olardı ki,psixoloji yardım almaqla problemin həlli istiqamətində konkret addımlar atasınız.www.pcc.az
Adınız 
Sualınız 
1234567891011121314151617181920
2122232425262728293031323334353637383940
4142434445464748495051525354555657585960
6162636465666768697071727374757677787980
81828384858687888990919293949596979899100
101102103104105106107108109110111112113114115116117118119120
121122123124125126127128129130131132133134135136137138139140
141142143144145146147148149150151152153154155156157158159160
161162163164165166167168169170171172173174175176177178179180
181182183184185186187188189190191192193194195196197198199200
201202203204205206207208209210211212213214215216217218219220
221222223224225226

LOGİN

 Email
 Parol
Qeydiyyat