Sual Cavab

SEVDA
2017-07-26
SALAM ELNUR BEY MENIM 18 YASIM VAR HERDEN OZ OZUME COX ESEBLESIREM VE OZ OZUMLE DANISIRAM BU HALLAR MENDE COXDAN VAR HERDEN HETTA OZUMU XESDE DE HISS EDIREM XAHIS EDIREM MENE KOMEK EDIN VE CAVAB YAZIN
Cavab: Salam,Sevda xanım.Qeyd etdiyiniz durum təşvişli-nevrotik pozuntu olaraq dəyərləndirilir.Təşvişli-nevrotik pozuntu (nevroz) narahatlıq, bir yerdə qərar tutmamaq, diqqət və motivasiyada pozulma, konsentrasiya pozulması, həyəcan, əsəbilik kimi psixoloji;taxikardiya,epiqastral nahiyədə ağrı,vegetativ reaksiyalar kimi somatik əlamətlərlə müşahidə olunur.Terapiyasında əsasən psixoterapiya aparılır.Təyinata uyğun medikamentoz terapiya da tətbiq oluna bilər.
Inci
2017-07-26
Salam,Elnur bey.25 yawim var.Menim narahatciligim son 7-8 aydir muwahide olunur.Eger evden cole(bayira)cixiramsa ist,hemin an heyacan ve qarin agrisi hissi olur.Yol boyu getdiyim zaman ureybulantisi,heyacan,tengnefeslik hiss edirem(sanki nefesim tutulur).Eger avtos neqliyyat vasitesinden istifade ediremse,bu zaman da eyni cur hallar(baw gicellenme,baw agrisi,urey bulantisi) muwahide olunur.Metrodan istifade ediremse,bogulama,urey sixintisi ve s kimi hallar kecirdirem.Artiq mende fobiyalar yaranib bu cur.Tek yola cixa bilmirem,adeten.Mecbur iwle bagli tek yola cixanda ise bu cur narahatliq kexirdirem.Doktur,prablemim nedir?Bu bir xestelikdir mi?Hansi mutexessise muraciet etmeliyem?Onceden tewekkurlerimi bildirirem size.
Cavab: Salam,İnci xanım.Qeyd etdiyiniz durum təşvişli-nevrotik pozuntu olaraq dəyərləndirilə bilər.Narahatlığın fonunda narahatlıq, bir yerdə qərar tutmamaq, diqqət və motivasiyada pozulma, konsentrasiya pozulması, həyəcan, əsəbilik kimi psixoloji;taxikardiya,epiqastral nahiyədə ağrı,vegetativ reaksiyalar kimi somatik əlamətlər müşahidə edilir.Terapiyasında əsasən psixoterapiya aparılır.Təyinata uyğun medikamentoz terapiya da tətbiq oluna bilər.Bunun üçün əyani psixoloji yardım daha faydalı olardı.
Sevinc
2017-07-25
Salam Elnur hekim. Vaxtinizi aldigimcun uzr istiyirem. Hekim mende obsessiya var. Dini olub,zerer verme qorxusu olub. Amma indi yoxdu demek olar ki. Cox agir depresuyada olmuşam. Amma hemin vaxtlar heç kim deye bilmezdi ki,men depresuyadayam. İçim çöküb bu hal mende agir formada 1hefte biraz artiq devam edir esasen yaz aylarinda. Ve 3ay erzinde ara bir yungul formada özunu gosterir. Amma özumu gezmeye,gulmeye,nese meşguliiyyetlere mecbur edirem. Esas problemim keçmişde ilişib qalmamdi deyesen 26yaşim var. Uşaqligimiz çox agir olub. Atam paranoid pozuqluqdan eziyet ceksede mualiceni esla qebul etmeyib. Hec kim inanmasa da o israrla eminlikle anami xeyanetde gunahlandirib.Otagin penceresini demir listle bagliyib. Söyüb,döyüb. Amma onu da deyim ki men xatirlamasam da hami atamin nece ailecanli,uşaqcanli anami nece sevdiyi deyir. Cox esebi aqressiviydu bir kelme de bizle danişmirdi. Çox qorxurduq ses cixsrtmaq olmszdi. Bu hal keskin şekilde 3,4il davam etdi. Aile böyüklerinin yiğişmasi,mesleheti fayda vermedi. Birde kim anami mudafie edirdise onunla duşmen olur(Bacisi bele olsa). Başinizi çox agritdim. Men araşdirdim atamin xesteliyi haqqinda. Qarşima şizofren de cixdi. Oxumaz olaydim. Onun qorxusu meni rahat qoymur. Ses eşidecem,gözume nese gorunecek. Deli oluram. Deli olaram,ailem uzuler,utanc duyarlar deye aglimi itirirem. Anam neyniyer butun gun bu tip fikirler. Araşdiruram be sanki elametlerini ustume köcurdurem. O qorxu geldiyi an artiq eminlikle qebul edirem ki men artiq şizofrenem. Yaziq anam neyniyecek. Ailem neyniyecek menle. Demek olar ki, özumu hec 2.planda bele duşunmurem. Tezelikce ise atamin anami gunahlqndirmasi duşub beynime. Bundan dehşetli derecede xecalet çekirem anamin uzune baxmaga utaniram. Agliyiram. İcimde fikirler dayanmir. Deyirem goresen mende atam kimi oldum menim niye anama qarşi bele fikirler duşur beynime.Bilmirem şübhedimi yoxsa obsessiya. Şübhedirse deyirem Allah alsin canimi. Bu hem de şizofrenlik kimi qiymetlendirirem. Hekim uzun uzadi yazdigimcun uzr istiyirem. Deyerli fikirlerinize tessevvur etmezsiz ne qeder çox ehtiyacim var. Bir kelme bele mene stimul olur. Bilirem ki problemlerim var. Ve muayina mualice şertdir.Sadece bu nedir? İçimdeki susmayan şey xecaletinden ölsem kaş ki dediyim şey şübhedirmi,obsessiyadirmi? Şübhe bu curmu olur? Anamdan şubhemi duyuram indi men? Cox minnetdaram. Cox xahiş editem nolar mene nese meslehet verin
Cavab: Salam,Sevinc xanım. Hər iki narahatlığın terapiyasında psixoloji konsultasiya və paralel dərman terapiyası aparılır
Gulnar
2017-07-22
Salam,menim anam tezyiq xestesidir,mualice alir arada tezyiq qalxr dusur deyisir. Her defe ele olanda men ozmu itirirem.Ureyim tez tez doyunur.Qarnim agramaga baslayir. Ve s. Cox qorxaq biriyem.Men ne ede bilerem ki bu qorxunu ozumde mehv edim?
Cavab: Salam,Gülnar xanım.Qeyd etdiyiniz durum təşvişli-nevrotik pozuntu olaraq dəyərləndirilir.Təşvişli-nevrotik pozuntu (nevroz) narahatlıq, bir yerdə qərar tutmamaq, diqqət və motivasiyada pozulma, konsentrasiya pozulması, həyəcan, əsəbilik kimi psixoloji;taxikardiya,epiqastral nahiyədə ağrı,vegetativ reaksiyalar kimi somatik əlamətlərlə müşahidə olunur.Terapiyasında əsasən psixoterapiya aparılır.Təyinata uyğun medikamentoz terapiya da tətbiq oluna bilər.
Nilay
2017-07-22
Salam onceden tewekkur heyat o qeder sixdiki meni artiq her weyi qara gorurem ata dagi yandirir meni bariwmiram bu vaxtsiz olumle neyleyim men daha taqetim gucumde qalmayib.
Cavab: Salam,Nilay xanım.Yaşadığınız situasiya zamanı keçirdiyiniz aşırı stress, gərginlik posttravmatik stressi formalaşdırıb.Posttravmatik stress pozuntusu müəyyən psixoloji sarsıntıdan sonra başlayan və həyat keyfiyyətini aşağı salan bir problemdir. Travmatik hadisə və bunun perseptual-koqnitiv-emosional hissələri yuxuda öz əksini tapır və gün ərzində təkrarlanan şəkildə yaşanılır. Bu feedback`lar (geriyə dönmələr) hadisəni eyni canlılığı ilə şəxsə yaşadır və həyat keyfiyyətini diqqətə çarpan bir şəkildə aşağı salır. Yaxşı olardı ki, psixoloji yardım almaqla narahatlığı aradan qaldırasınız
Anar
2017-07-21
Salam doktor mende artiq 1 ilden coxdurki sosial fobiya var ozumu cox narahat hiss edirem medemde narahatliq hiss olur yungul qusmalar olur insan icine bu hissler mende olur ozumu pis edirem fobiyadan nece xilas ola bilerem tamamile sagalmaq olarmi ?? Cox adam deyir qorxunun uzerine get bu beledir? Ne etmeliyem
Cavab: Salam,Anar bəy.Sosial fobiya xəstəliyində qorxu yaradan vəziyyətlə üz – üzə gəldikdə ilk öncə həyəcanın somatik əlamətləri özünü biruzə verməyə başlayır. Bunlar üzün qızarması, ürəkdöyünmə, tərləmə, ağız quruluğu, boğulma, əzələ gərginliyi və ayaqyoluna getmək istəyi ola bilər. Bu anda insanın beynindən keçən “mənim üzümün qızarmağını, əlimin titrəməsini hamı gördü, mən çox zəifəm, mən səhv etməməliyəm, mən mükəmməl olmalıyam” kimi düşüncələrdir. Bu düşüncələr insanın daha da həyəcanlanmasına gətirib çıxarır.Sosial fobiya müalicəsi olan problemdir.Əsasən terapiyasında psixoterapiya aparılır,lakin təyinata uyğun olaraq medikamentoz müalicə də aparıla bilər.Yaxşı olardı ki,əyani psixoloji yardım almaqla,problemi aradan qaldırmağa çalışasınız.
Valeh
2017-07-21
SalamAleykum. Həkim, bağışlayın narahat edirəm. Həkim,28 yaşım var, 4, ya 5 ildir ailəliyəm,övladım yoxdur. Həkim,məndə özünə qapılma halları olur. Bu hal əvvəllər də var idi, lakin anam rəhmətə gedəndən sonra bu hal daha çox olur. Belə deyib-gülürəm ama normalda rahatlığı təklikdə,sakit qalmaqda,anamın məzarını zoyarətdə,orda vaxt keçirməkdə tapıram. İnsanlarla ünsüyyət qurmaqdan qaçıram (ama əvvəl belə deyildim), xasiyyətim çətinləşib, iş yoldaşlarım mənə sən nemess (faşist,alman) kimi adamsan deyirlər,ama mən bilirəm ki,mən çox yumuşaq adamam.Gecələri çox narahat yatıram,həttda yanımda yatan adamı vuracaq qədər narahat yatıram,bəəzən qara basmalar olur. Heç kimlə,heç bir qohum-əqarabayla ünsüyyət saxlamaq istəmirəm. Atamla sözlərimiz həmişə tərs gəlir,normal ünsüyyət saxlaya bilmirəm. Bəəzən mənə elə gəlirki, bu dünyada heç kim məni başa düşmür,buna görə də kiminləsə ünsüyyətə can atmıram. Həkim,kömək edin zəhmət olmasa. Mən nə edim həkim ?
Cavab: Salam,Valeh bəy.Yaşadığınız situasiya zamanı keçirdiyiniz aşırı stress, gərginlik posttravmatik stressi formalaşdırıb.Posttravmatik stress pozuntusu müəyyən psixoloji sarsıntıdan sonra başlayan və həyat keyfiyyətini aşağı salan bir problemdir. Travmatik hadisə və bunun perseptual-koqnitiv-emosional hissələri yuxuda öz əksini tapır və gün ərzində təkrarlanan şəkildə yaşanılır. Bu feedback`lar (geriyə dönmələr) hadisəni eyni canlılığı ilə şəxsə yaşadır və həyat keyfiyyətini diqqətə çarpan bir şəkildə aşağı salır. Yaxşı olardı ki, psixoloji yardım almaqla narahatlığı aradan qaldırasınız
Gunay
2017-07-20
Salam hekim.Menim bele bir problemim var 22 yawindayam canim agriyan kimi tewviwe duwurem bu mende panila yaradir sanki nese olacaqmiw kimi qeyri adi hissler kecirdirem.Aglimda beynimde o qeder weyler uydururamki by mene tesir edir duwunen kimi haramsa agriyasdi o saat agrilar hiss edirem.Bunun sebebi me ola biler? Xatirladimki kecen ilde bele hisslere qapilmiwdim by vaxdlari sonradan otuwub kecdi indi yene de tekrarlanir
Cavab: Salam.Qeyd etdiyiniz durum generalizə olunmuş təşviş pozuntusu olaraq dəyərləndirilir.Bu hal narahatlıq, bir yerdə qərar tutmamaq, diqqət və motivasiyada pozulma, konsentrasiya pozulması, həyəcan, əsəbilik kimi psixoloji;taxikardiya,epiqastral nahiyədə ağrı,vegetativ reaksiyalar kimi somatik əlamətlərlə müşahidə olunur.Terapiyasında əsasən psixoterapiya aparılır.Təyinata uyğun medikamentoz terapiya da tətbiq oluna bilər.
sebine
2017-07-18
salam axsaminiz xeyir Elnur mellim menim 15 ysim var aile icerisinde cox stress yasamisam doyulmusem indi ise o anlar gozumun onune gelir animi qorxu basir o anlar mne hetda canima qesd etmeye mecbur buraxir 2 usaq olmusuq meni ondan hemise secibler men ne ede bilerem mene komek edin xais edirem indiden cox sagolun
Cavab: Salam,Səbinə xanım.Bu hal depressiya olaraq dəyərləndirilə bilər.Depressiv vəziyyətə diqqət və marağın itməsi,konsentrasiyada pozulma,özgüvən əksikliyi,özünüqiymətləndirmənin aşağı olması,əhvalın olmaması və s. bu kimi psixoloji,həmçinin bütün bunlara müvafiq fizioloji simptomlar aid edilir.Yaxşı olardı ki,əyani psixoloji yardım almaqla,problemi aradan qaldırmağa çalışasınız.
Aypara
2017-07-18
Salam.Mənim 14 yaşım var . İnsanlarla ünsiyyət qurmaqda çətinlik çəkirəm . Əslində çox söhbətciləm . Sizcə bu problemin səbəbi nədir ?
Cavab: Salam,Aypara xanım.İlk öncə səbəb olan məqamlar araşdırılmalı, daha sonra korreksiya işləri aparılmalıdır
Sara Məmmədzadə
2017-07-18
Salam, mənim iki qızım var. boyuyun gələn ay 7 yaşı tamam olacaq, qorxuları var, adi bir otaqdan digərinə tək keçmir, tualetə belə tək getmir, mütləq yanında ailə üzvlərindən kimsə dayanmalıdır, bunu balaca qızımda görür, onun etdiklərini təkrarlayır. Çarəsiz qalıram, nə kimi rəftar etməliyəm ki usaqdakı buqorxuluğu yenim
Cavab: Salam,Sara xanım Bu hal nə zamandan müşahidə olunur? Uşaq hansısa travma keçiribmi? Öncələrdə davranışları necə olub?
Əfsanə
2017-07-17
Salam mən çox əsəbiyyəm çox içimə salıram hər şeyi ailəliyəm iki uşağım var amma ço stres keçirmişəm ailədə işləyirəm içimə o qədər hər şey salmışamki indi işdə də imi heçnəyi anlaya başa düşə bilmirəm başım dolub zəhmət olmasa mənə kömək olardənız
Cavab: Salam,Əfsanə xanım.Qeyd etdiyiniz durum təşvişli-nevrotik pozuntu olaraq dəyərləndirilir.Təşvişli-nevrotik pozuntu (nevroz) narahatlıq, bir yerdə qərar tutmamaq, diqqət və motivasiyada pozulma, konsentrasiya pozulması, həyəcan, əsəbilik kimi psixoloji;taxikardiya,epiqastral nahiyədə ağrı,vegetativ reaksiyalar kimi somatik əlamətlərlə müşahidə olunur.Terapiyasında əsasən psixoterapiya aparılır.Təyinata uyğun medikamentoz terapiya da tətbiq oluna bilər.
Elcin
2017-07-15
Salam. Menim oglumun 3 yaşi var. Son bir iki ay erzinde qeribe hallar bas verir. Aglayanda deyir gozumun yaşi yere dusmesin qoy yerine,agzimin suyu, burnymun suyu axmasin yuxarida qalsin.Masini qirilir deyirem tezesin alaram eybi yox agliyir ki yox bu duzelsin. Bu meni narahat edir xahiş edirem komekliyinizi bildiresiniz.
Cavab: Salam,Elçin bəy. Yaxşı olardı ki, psixoloqa müraciət etməklə durumu araşdırasınız daha sonra müvafiq korreksiya işləri aparılacaq
Vahid
2017-07-14
Salam hekim.ANAM ILLERDI Mede bagirsaq sisteminde problemi olub.bir cox hekimlere muraciet etdik ama xeyri olmadi.Anam artiq derman ice bilmir.bedeninde artiq dermana qarsi bir eks reaksiya verir.deyir derman meni zeherleyir.ailemizde uzun vaxt stress hallari olub coxlu eseb sarsintilari kecirib.indide annem kicib bir seyi beynine salir onu cox boyudur.hekimler deyirki problem pisixikasindadi.ele hey deyirki agzima zeher gelir bedenimde nese gedir.tez tez terleyir tenginefes olur.ruhdan dusur.ozune qapanandi.yasi 51.odu ve usaqligi gotrulub.
Cavab: Salam,Vahid bəy.Bu hal ipoxondriya olaraq dəyərləndirilə bilər.Yəni heç bir əsas olmadan hər hansı xəstəliyə tutulma və ya hansısa xəstəliyin daşıyıcısı olma kimi fikirlər narahat edir.Səbəb olaraq psixoloji faktorlar əsas götürülür. Terapiyasında əsasən psixoterapiya və təyinata uyğun medikamentoz terapiyadan istifadə edilir.Bunun üçün əyani psixoloji yardım daha məqsədəuyğun olardı.
Günay
2017-07-12
Elnur bey salam. Öncədən təşəkkür edirəm.Mən hər şeyi büküb paralel qoymaq hər yeri ideal şəkildə səliqəyə salmaq xəstəliyinə tutulmuşam.Öz özlüyümdə hər şeyi gözəl bilirəm bunun mümükün olmadiqin işlənən bir şeyin həz zaman daqildiqin vaxt itkisinin amma özümlə bacara bilmirəm.
Cavab: Salam Günay xanım. Bu Obsessiv-kompulsiv pozuntunun bir növüdür. Qurtulmağınız mümkün bir xəstəlikdir. Sadəcə diqqət edin bu müalicəni gecikdirməyəsiniz. Psixoloqa müraciət edərək bundan qurtula bilərsiniz. Terapiya zamanı nəyi necə etməli olduğunuz sizə izah ediləcəkdir.
Vüsal
2017-07-12
Hekim salam qızımın 6 yaşı var öten iledek normal danışıb ama il yarımdıkı nitqinde prablem yaranıb evvel iki gün danışıb bir gün susurdu ama indi may ayından beri danışmır hekimede aparmışıq deyibler Uşaq mühütüne düşmelidir baxçayada qoymuşuq
Cavab: Salam Vüsal bəy. Allah saxlasın balanızı. Sizə də elə glmir ki mi bir az məsələyə ciddi yanaşmaq lazımdır? Uşağın nitqi geriləyə bilər. Yetəri qədər vaxt itirmisiniz maydan bu zamana kimi xeyli zaman keçib. Sizi qorxutmaq istəməyik, ancaq həll olan bir məsələ üçün uşaq niyə görə çətinlik çəkməlidir. Uşaq psixoloqu mütləq şəkildə lazımlıdır. Müraciətinizi yazılı deyil tez bir zaman Uşaq Psixologiya Mərkəzinə əyani olaraq etməlisiniz. Psixoloq uşağı müşahidə və müayinə etməlidir.
Aytakin
2017-07-10
Salam dokdor.insan tek ailesi ile mubahise edirse ona aile pisxoloqu lazimdir yoxsa nece?zehmet olmasa cavablayardiz
Cavab: Salam Aytəkin xanım. Fərq etmir əslində. Ailə psixoloqu daha çox cütlüklər arasında rol oynayır. Ümumi olaraq isə hər iki vəziyyətdə də həm də ailə psixoloquna müraciət etmək mümkündür.
Leyla
2017-07-08
Salam. Men 18 yasindayam artiq 3ile yaxindirki obsesif kompulsif problemlerim var cox seyden iyrenirem kucede yeriyib eve gire bilmirem girsem gerek geydim salvari corabi cixardam . Zibilqabiya qarsi guclu fobyam var (kucede olan). Cox qorxu hissi yasayıram evveller rahat baxdıgım qorxu filmlerine indi baxa bilmirem narahat edir meni tesiri altına düşürem,en azi 1gun erzunde beynumden cixmir. yoruluram yasamaq istemediyim anlarda olur .güclü psixoterapevt müalicesi almışam ama 5-7 ay cünki ali mektebe hazırlaşdıgım üçün az aldım ne deyirsiz veziyet ciddidir
Cavab: Salam Leyla xanım. Asanlıqla aradan qalxa bilinəcək bir xəstəlik üçün xərclənə 3 il həddindən çox bir müddətdir. Psixoloqa müraciət edərək və doğru yanaşma üsulu ilə bundan qurtulmağınız mümkündür. Əlaqə saxlayın sizə yardım edəcəyik: 0552572700, 0124803629
ayan
2017-07-08
salam Elnur bey atamin 48yasi var. atamin tez tez beli boynu agrayir, her wweye cox eseblewir bizde fikirlewirik ki, bu agrilar esebdendir. adi bir weye reaksiya verir, uzu qizarir herareti olmasa bele herareti oldugunu hiss edir istiliyinin oldugunu hiss edir, oskureyi olur. xahiw edirem cavab veresiniz mene bu sizce neden ola biler?
Cavab: Salam Ayan xanım. Bəli, əgər əsəbilik və s kimi hallar zamanı bunlar baş verirsə, bu tamamilə psixolojidir. Bunu psixoloji dəyərləndirmək olar. Daha dəqiq diaqnoz üçün valideyninizi psixoloqla görüşdürün. Psixoloq əyani müayinə zamanı doğru diaqnozla, doğru terapiya üsulunu müəyyən edəcəkdir.
nazll
2017-07-06
salam ELNUR Bey.menim baclmisterik xestesdir onu sizde mualcesi varml//
Cavab: Salam Nazlı xanım. İsteriya hansı məqamlarda tutmalarla əvəz olunurmu olunmurmu bunlar müəyyən edilməlidir. Bəlkə müalicə olunacaq bir vəziyyət yoxdur ortada. Ancaq əgər isterik tutmalar baş verirsə, o zaman mütləq şəkildə lazımdır. Psixoloqa müraciət edərək bunu dəqiqləşdirə bilərsiniz: 0552572700 0124803629
Nihal
2017-04-05
salam Elnur muellim. evvelceden cooox xaahisss edirem , mene mektub yazin.2 ildir aileliyem bir oglan ovladim var, yoldasim narkotika ( tiryekin novunden)istifade edende defelerle gormushem, ailemi itirmek istemirem.herseye sebrliyem.2 ildir hecne ede bilmirem.bilmirem onu nece komek edim , valideynleride heckimde ede bilmir.sizin gorusunuzede getire bilmirem.sanki heyatim yoxdur.sohbet etmisem sixintilari var, isleri alinmadi, isden cixdi hara getdise eli bosa cixdi evde anasi atasi ile hergun mubahise edir. calisacam ozum sizinle goruse gelim mene yardim elinizi uzadasiniz.azda aolsa mene ne meslehet edirsiniz..'
Cavab: Salam Nihal xanım. Əgər o yolunda getməyən işlərə görə buna əl atdığının fərqindədirsə, deməli o qədər də qorxulu yerə çatmamışıq. Ona lazım olan sadəcə psixoloji dayaqdır. Hansı ki, o alınmayan işlərə görə özünü bədbəxt hiss etmək yerinə güclü hiss edib daha da iradəli olmağı öyrənəcək. İlk görüşün baş tutması üçün çalışın ondan sonrasında psixoloq sizə yardımcı olacaqdır.
Ramile
2017-03-29
Salam Elnur hekim ,menim qardashim 2 ildi psixatr yaninda mualice alir,atam aparmishdi psixatr yanina, ama mene ele gelir onun depresiyasi sadece psixoloq yardimi ile duzelecekdi, bunu evvelce atama dedim ama atam mene dediki oda psixoloqdur da , ama atam da indi basha dushur sehv etdiyini, qardasimin sadece psixoloji problemi olduqundan eminem, sizce iki illik aqir mualiceden sonra o dermanlardan asili qalmaz? ve psixoloq yardimi ile qardasim duzele biler? chox tesekkurler
Cavab: Salam Ramilə xanım. Bu kimi hallar üçün öncə psixoloqa müraciət etmək lazımdır. Əgər ehtiyac olarsa psixiatr yardımı da əlavə edilir. Ancaq proses psixoloqla davam etməlidir. Hansı dərmanları necə bir dozada qəbul etməsi çox vacibdir. Vaxt itirmədən psixoloqa müraciət edin və biz sizə doğru yolu göstərəcəyik. 0552572700, 0124803629
anonim
2017-03-28
Salam mənim 23 yaşım var. Evli adamı sevirəm o da məni sevir xatırladımki onun yoldaşınnan 3 uşağı var.Ondan ayrı qalada bilmirəm sizcə mən nə etməliyəm? sevgim üçün mübarizə aparmalıyam yoxsa necə?
Cavab: Salam. Ümumiyyətlə bunun sualını vermək belə zaman itkisidir. Niyə öz həyatınızı yaşamağa davam etmirsiniz? Öz yoldaşının dəyərini kənara qoysaq, 3 uşağına hörməti olmayan şəxs sizcə sizə qarşı həmişə dürüst ola bilərmi? Bu sevgi deyil. Bağlılıqdır. Çalışpın həyatınızı daha dəyərli yaşayın
No name
2017-03-22
Cinsi azlığı psixoloq müalice ede bilir?
Cavab: Salam. Bəli,öncə dəyərləndirmək lazımdır vəziyyətin bioloji olmadığından əmin olduqdan sonra psixoloji müdaxilə edilə bilər. Öncəliklə psixoloqa müraciət edin o özü sizə istiqamət verəcəkdir.
Nermin
2017-03-19
Men cox pisem axir vaxtlar hekim 20 yasim var helede valideynlerim mene bir yerin agrayanda nermin onun ele bunu ele dermanlari getitib elime verirler deyirem elemiyin bunu yene edirler dermanalri icdiyim halda birde sorusurlar nermin icmisen ?bezmisem daha aglayiram hergun her yeri dgaidib tokurem usaq kimi arxamca gezirler butungunu bunun sonunun olmayacaqini dusunende lap pis oluram bilmirem takintidi nedi ama her onlar mene bir soz deyendr ureyim bulanir ozumu oldurmek isteyirem xahis cavab yazin ((
Cavab: Salam Nərmin xanım. Əslində bu da sevgi qayğının bir növüdür və artıq vərdişə normaya çevrilib. Anormallığı isə sadəcə siz hiss edirsiniz. Qayğıdan doymusunuz hətta iyrənirsiniz. Valideynlərinizə böyüdüyünüzü demək yerinə onlara böyüdüyünüz göstərin. Hansısa bir işi bacararaq, güclü olaraq və s
məhəmməd
2017-03-18
Salam hekim menim başıma bele bir iş gəldi mənim küllü miqdarda pulum itdi indide salmişam ürəyimə yata bilbirem yuxu problemleri olur necə edimki bunu yadımnan çıxarım 14gündü beleyem
Cavab: Salam Məhəmməd bəy. Hələ də o pulu tapa bilərəm ümidi sizə icazə verməyəcək ki, bu itki ilə barışasınız. Əgər bu hal 1 aydan çox davam edərsə mütləq psixoloq yardımı alın.
Adınız 
Sualınız 
1234567891011121314151617181920
2122232425262728293031323334353637383940
4142434445464748495051525354555657585960
6162636465666768697071727374757677787980
81828384858687888990919293949596979899100
101102103104105106107108109110111112113114115116117118119120
121122123124125126127128129130131132133134135136137138139140
141142143144145146147148149150151152153154155156157158159160
161162163164165166167168169170171172173174175176177178179180
181182183184185186187188189190191192193194195196197198199200
201202203204205206207208209210211212213214215216217218219220
221222223224225226227228229230231232233234235236237238239240
241242243244245246247248249250251252253254255256257258259260
261262263264265266267268269270271272273274275276277278279280
281282283284285286287288289290291292293294295296297298299300
301302303304305306307308309310311312313314315316317318319320
321322323324325326327328329330331332333334335336337338339340
341342343344345346347348349350351352353354355356357358359360
361362363364365366367368369370371372373374375376377378379380
381382383384385386387388389390391392393394395396397398399400
401402403404405406407408409410411412413414415416417418419420
421422423424425426427428429430431432433434435436437438439440

LOGİN

 Email
 Parol
Qeydiyyat