Sual Cavab

Ialə
2016-07-13
Salam, 25 ildir ki evliyəm ailəmiz qurulandan 1 il sonra yoldaşımdan təhqir, şiddət gördüm, yoldaşım daima hər şeyimdə bir səhv axtarır, həmişə məni günahkar çıxarır, mənə, qızlarıma yuxarıdan aşağı baxır, yalnız özünü və bacısı uşaqlarınl öyür bircə özlərindən razıdı, heç kəsi bəyənmir, 56 yaşı var anasını, bacısını, qardaşını və onların uşaqlarını düşünür, yalnız onlara bağlıdı. Iş yoldaşları ilə də yola getdə birmir, onların hayfını da bizdən çıxır. Mənim qohum-qardaşımı saymır, halbuki onlar ona çox hörmət edirlər. Xahiş edirəm yardım edin, mən nə etməliyəm
Cavab: Salam Jalə xanım. Əgər bir insan ailədə başçı olduğunu hiss etmirsə, öncəliklə ona bunu aşılamaq lazımdır.
MiMahir
2016-07-13
Salam hekimmen tez tez darixiram ozumde narahatliq hiss edirem bideki Kollece sened vermisem qorxuramki axiri pis neticelener gire bilmerem ona gore darixiraam men nece edim
Cavab: Salam Mahir müəllim. Əgər imtahan nəticələriniz uğurludursa, sadəcə gözləmək sizi darıxdırırsa, buna həyəcan və səbrsizlik adını vermək olar. Sadəcə çalışın qapalı yerdə çox dayanmayın. Davamlı hərəkətdə olun, ən əsası isə özünüzlə söhbət edin, nəticənin pis olmama ehtimallarını dəyərləndirin.
adilə
2016-07-11
salam hekim. mən olmayan insanlar görürem ve olmayan sesler eşidirem insan seslerinin başqa versyası kimi..mən dəliyəm????
Cavab: Salam Adilə xanım. Təcili olaraq psixoloqa müraciət edib müayinədən keçməlisiniz.
kemale
2016-07-10
Salam Elnur bey. Yoldasim cox spirtli icki icir,her axsam.hecneden sozsohbet salir,dava edir. Cox eseb kecirirem.nece uzaxlasdirmax olar ickiden.? Bu hereketinin sebebi ne ola biler? Ne meslehet gorerdiz.ne edim? Bezmiwem hergun eseblesmekden.6
Cavab: Salam Kəmalə xanım. İçki içməyə nə zaman və nədən sonra başladığı önəmlidir. Bunu tərgitmək isə sadəcə onun istəyi ilə ola bilər. Siz sadəcə yönləndirə bilərsiniz. Məsələn, öncədən planlar edin, əgər gündüzdən sonra axşama doğru içkili olursa, səhər tezdəndən plan qurun axşam yerə gedərik deyə bilərsiniz. Məsələn onun qohumlarından birinə qonaq getməyi təklif edin. Razılaşıb evdən çıxıb axşam yenidən içkili gəlib planı unuda bilər səbrli olun və bir kəlimə belə etməyin, onsuz da o an onu anlamayacaq. Səhər yenidən həmin planı təklif edin. Sanki daha əvvəl heç deməmişsiniz o heç unutmayıbmış kimi. Bir gün mütləq fərqinə varacaqdır.
Yaxsi
2016-07-08
Salam.menim yoldasim icki aludecisidir ne ede bilerem tergitsin.xaiw edirem komek edesiz
Cavab: Salam. İçməyə nə zaman, nə qədər müddətdir başladığı önəmlidir. Daha sonra isə onun özü bunun tərgitməyi istəməlidir. Daha sonra isə psixoloqa müraciət edərək bunun aşmaq lazımdır.
Leman
2016-07-08
Axwaminiz xeyir men oz istediyim gelecekle ailem ve onlarin istedikleri gelecek arasinda qalmiwam oz arzularim cox ferqlidi ve meni heckim bawa duwe bilmez men cox qeyri adi bir insanam arzularim ucun ailemden vazgecmelimi yoxsa istemediyim heyati yawamaliyam?
Cavab: Salam Ləman xanım. Ailənizin bunu istəməmə səbəblərinə qulaq verin. Hansını seçsəniz hansını itirərsiniz qərarlaşdırın, hansını itirdiyiniz zaman daha az təsir edər bunu müəyyən edin daha sonra qərar verə bilərsiniz.
Ayan
2016-07-07
Salam,hekim menim 20 yaşım var, çox esebiyem, ellerim,, ayağllarım çox teriyir, teziqim çox tez-tez düşür, başım çox tez-tez ağrıyır, çox tez-tez ağlıyıram bir gün de çox ağlıyıram,qışqırıb nellerise qırıb ağlamağa da istiyirem amma çox vaxt alınmır, Bir sözle çox yerim ağrıyır, insaların qelbin qırıram, sonra da çox peşman oluram ve peşmançılığdan ağlıyıram, çox vaxt neyi isteyib neyi istemediyimi de bilmirem, qarsız qalıram ve bir de aşiqəm, xaiş edirem mene meslehet verin hekim
Cavab: Salam Ayan xanım, ola bilər ki, bu isterik tutmaların əlaməti olsun. Mütləq şəkildə psixoloqa müraciət etməlisiniz.
Gulnare
2016-07-06
Salam.Menim 32 yasim var.20 yasinda qrup yoldasimi sevmisem.O da meni.Lakin bir birimize acilmamisiw.Sadece men onu hiss etmisem.Cox mehriban olmusuq.Sonra men aile qurdum.Lakin onu hele de unuda bilmirem.Bu da meni heyatdan kusdurur.Heyatin menasi itir menimcun.Qeyd edim ki sevdiyim shexsle aramda hec bir sevgi munasibeti olmayib.Sadece zarafatlarinda bunu hiss etmisem.
Cavab: Salam Gülnarə xanım. Siz ailəlisiniz bəs o? Bəs o da görəsən sizi düşünür? Sanmıram. Vaxtilə etiraf etməməyinə səbəb nə ola bilər? Heç nə. Yəni o zarafatlarda hiss etdiyiniz ola bilər ki, sadəcə zarafat olsun o qədərilə qalsın. Dahasını siz yükləmisiniz. Çalışın ailənizə yönəlin. Sevgi mövzuları sadəcə evliliyiniz sabit keçir ona görə də belə maraqlarda qalırsınız. Ailənizdə ürəyinizaçan hallar yaradın. Canlılığı ailənizdə xəyal edin, bir başqasında deyil. Çalışın bu barədə xəyal qurmayın.
leyla
2016-07-05
salam.indi size deyeceklerim 7 ildir ki bagrimda das olub.sizden basqa hec kime hecne dememisem.aileliyem 2ovladim var.sevmeden aile qurdum muxtelif sebeblerden.ailem ugursuz oldu.biz yalniz resmi evliyik.illerdir aramizda er arvad munasibeti yoxdur.cunki onun meni doyub isgence verdiyi zamanlarda basimi sigallayan mene menevi destek olan bir qohumu qelbimin sahibi oldu.bilirem indi meni qinayirsiz amma ureyimle bacarmiram.onu cox sevirem o da meni.o subaydi evli olmayib.arzusu budur ki bir az isleyib pul toplasin meni de goturub buralardan getsin.o menimle aile qurmaq isteyir.bu menim en boyuk xeyalimdi.hemcinin de usaqlarin atasina ve usaqlara gore ezab cekirem.onu da bilirem ki onlar onsuzda meni itirecekler.sevdiyimle getmesem de ozumu oldurecem.cunki onsuz yasaya bilmerem.siz deyin men ne edim?cox gerginem bu movzuda sizden basqa heckimle danisa bilmerem.xahis edirem mene komek edin.
Cavab: Salam Leyla xanım. Hazırda yoldaşınız sizə pis davranırmı? Əgər vəziyyət normaldırsa, xəyallardan özünüzü ayıra bilərsiniz. Sizin uşaqlarınız var, ancaq əvvəla ana kimi düşünmürsünüz. Sanki 18 yaşlı başqa birinə aşiq olan biri kimi düşünürsünüz. Daha ciddi məsuliyyətləriniz olmalıdır.
orxan
2016-07-05
salam men bir muddet bir qadinla unsiyyetde olurdum bunun munasibete kecirmek isteyirdim qururuna gore gore bu alinmadi men de onan unsiyyetimi kesdim ve 1 ile yaxindi bir basqasiyla unsiyyete gire bilmirem
Cavab: Salam Orxan bəy. Tamamlanmamış vəziyyətlər yeni nələrinsə yaranmasına hər zaman manedir. Çalışın hər kəsdə onu axtarmayın.
lale
2016-07-05
Men 2 ildi evliyem yoldasim defelerle mene xeyanet edib,axir vaxtlar demey olarki lap cox olur.men niyesini sorusanda ise deyirki onlar2 3 gunlukdu onlara gore eseblesme esas odurki menim yoldasim sensen,soz verir birde olmuyacag amma yenede tekrarlayir,men neynemilyem,xais edrem cav yazin
Cavab: Salam Lalə xanım. Heç bir reaksiya bildirməyin, özünüzlə məşğul olun. Baxımlı olmağa çalışın. Bu barədə sual belə verməyin. Başınızın nəyə qarışdığını maraq etməyə başlayacaqdır.
Samire Umarova
2016-07-05
Salam Elnur necesiniz?Menim qardasimin 20yasi var.Onda lazimsiz hereketler var.Ozune fikir vermir.Sac ustasina getmir yemek yiyende dualar oxuyur eyni paltari cox geyir anama qarsi cox haqsizliq edir bir deqiqenin icinde eseblesir.Hemise deyir balacaliqdan mene oz cuven vermemisiniz.Anam atam mencox eziyyet cekirik.Bu xestelik ne qeder vaxt kececek.Xais edirem cavablandirin.
Cavab: Salam Samirə xanım. Qardaşınızın vəziyyəti heç də yaxşı görünmür. Yenə də daha dəqiq diaqnoz üçün psixoloq qəbulu şərtdir. Onun ya ciddi narahatçılığı var ya da o bunu bilərək edir. Həralda bu ancaq müayinə zamanı bilinəcəkdir.
lale
2016-07-04
salam elnur bey.meslehetinize ehtiyacim var.4 aydi aileliyem.aile qurannan sora yoldasimin rus qadinnan 8 yasinda uwagi oldugunu oyrendim.duzdu qadinnan ayridi ama uwaginin yanina gedib gelir.bu durum mene bezen eseb verir.xaricde yawiyirix.bu veziyeti bilennen cox eseb stres kecirdirem.yoldasimin mene qarwi munasibeti yaxwidi sadece bu veziyete gore yalniz men dava yaradiram.ozumle bacara bilmirem.bezen uwaginin yanina getmesicun ozum tekid eliyrem bezende niye getdin deye dava yaradiram.ne edeceyimi bilmirem.xahiw edirem komey edin bele halda men neynemeliyem?nece reftar etmeliyem?uje eseb xestesi olmuwam.
Cavab: Salam Lalə xanım. Doğrudur, bəlkə də qəbuledilməz haldır, ancaq əgər bizə pis davranmırlarsa, o zaman problem nədir? Elə bilməyin əgər bizə yaxşı davranırlarsa hər şeyi qəbullanıb susub oturmaq lazımdır. Xeyr, sadəcə dava yaradaraq həll olan bir məsələdirmi sizcə bunu düşünün. Dava salaraq birdən normal gedən münasibətinizi korlayarsınız onda necə? Zamanı geri döndərmək mümkün olacaqmı? Öz ailənizlə, ailə olmaqla maraqlanın. Qalan şeylər dünənə kimi sizin xəbəriniz olmadan da vardı və heç bir təsiri yox idi münasibətinizə. Bu gün də olmasın.
gunel
2016-07-03
Salam , men beyin daxili qiciqlanmadan eziyyet cekirem, cox tez eseblesirem ve eseblesende qarsimdaki insana zerer yetirmek isdeyirem sakitlesmek bu veziyyetde hec yadima da dusmur ozumde olmuram . Cox pis hadiseler yasamisam son vaxtlar indi hecne etmek isdemirem , meselen bir yere gedib basimi qatmagi dusunurem maraqsiz gelir kino aciram sebrim olmur baglayiram baxmiram hec ne ureyimden kecmir etmek darixiram bos vaxtlarda bele isdeksizlik is vaxti da islemeyime mane olur , bu depresiya sayilir? ve men bunu tek basima hell ede bilerem ? xais edirem komek edin
Cavab: Salam Günel xanım. Əsəbləşdiyiniz zaman hətta birinə zərar vermə barəsində düşüncələriniz yaranırsa, mütləq şəkildə dəstək almalısınız. Bu əsəbi nə qədər tez kontrola alsanız sizin üçün bir o qədər xeyirli olmuş olar.
Feride
2016-07-03
Salam ilk once sualima gore uzur isteyirem ama cox ezyet cekrem oma gore yazib sizden meslehet almag istedim.menim 23yawim var ayrilmiwam gelinem men oz refiqemi sevirem yani lezbiyanka deylem her qadina o hiser yoxdu sadece bir o qizdadi sevgim ama ona desemede o ele hissler yawamir mene qarwi men cox ezyet cekrem onu qisqaniram sevirem darixiram mene komek edin xaiw edirem men ne ede bilerem ki ureyimden cixsin hec cur cixmir ureyimden.o evlenen gunen menim her gunum qaradi cox pis hala qalmiwam komek edin bir meslehet gorun cox sagolun .
Cavab: Salam Fəridə xanım. Böyük ehtimalla siz onanköçürmə etmisiniz. Mütləq şəkildə psixoloq dəstəyi almalısınız. Çalışın ötəri yanaşmayın.
sima eliyeva
2016-07-02
Salam menim 28 yasim var aileliyem 11 ildi .iki usagim var ankoloji problerim var 3 defe aparis olunmusam usagligim goturulub .axrinci aparisden sonra lap pis hala dusmusem usaq boyuk bilmirem cigira cigira aglayiram qiriram dindiriram hemen vqxt meni sakitlesdirib xos soz deyilmese ozumu oldurme heddine catiram .yaddasimda zeifleme var .ama kecmisi xatirlayiram dunen neyi hara qoymusam bilmirem .deyirem kimse bunu deyib ama o adam o sozu demiyib. Eseplerim gergindi bir soze srazu hirslenirem meni tesdiqleyen olmasa deli olaram komeyinize ehtiyacim var
Cavab: Salam Sima xanım. Ümumiyyətlə bu kimi xəstəlik keçirənlərin ən birinci dərmanı müsbət motivasiyadır. Çalışın müsbət köklənin. Sizə evdə pis davranan yoxdur. Özünüz özünüzə yaxşı davranın. Mümkün olarsa qısa müddət ərzində psixoloq yardımından da yararlanın.
gulsen
2016-06-30
Salam men evliyem bir oglum var evde qaynana qaynata var her seye tez eseblesirem sinir prablemim var ama hansi hekime gedirem deyir sinirin muslicesi yoxdu herden ele hallar bas verir ki az qaliram usaqimi oldurem onu istemeden doyurem eseblerim pozulub evde hami ustume gelir cavab qaytara bilmirem icime vururam buda meni deli edir xais edirem mene komek edin
Cavab: Salam Gülşən xanım. Düşünürəm ki, tez bir zamanda və təcili olaraq psixoloqa müraciət etməli olduğunuzu qeyd etməyə ehtiyac yoxdur. Bu gün sizin qaçdığınız senaslara sabah övladınız getməli olmasın. Onun psixologiyasını korlamamaq adına bu gün dəstək almaq barədə yaxşı düşünün. Uğurlar
nnnccc
2016-06-29
salam men 2ildirki evliyem evliliyimin ilk aylari biz cox mehribandiq ama demek olarki hamile qaldiqdan sonra yoldasim mennen yavaw yavaw soyumaga bawladi telefonu mennen gizledir coxu vaxt kodda qoyur ne oldugunu mene demir.cinsi elaqeni temiz kesdi men demesem istemesem ozu mene hec yaxinlawmir buna ise probleri behane edir bu gunde onun boynunda bir iz gordum onun meni aldatmaginnan subhelenirem men indi neynemeliyem?
Cavab: Salam xanım. Çalışın üstünü açmayın və qabartmayın. Söz-söhbət yarandıqdan sonra onsuz da bunun ardı kəsilən deyil, olan hüzurunuza olacaq. Görməzdən gəlmək bəzən çətin olur, ancaq bunun digər adı səbrdir. Səbr edin qoyun özü bu kimi münasibətlərdən doymağa çalışsın. Sizin davalarınız onu sadəcə bir az daha soyudacaqdır.
Nara
2016-06-29
Men psixoterapevte ehtiyacim oldugunu hiss edirem ama utandigimdan,kompleksden hec cure cure edib muraciet ede bilmirem.Ele bilirem meni laga qoya qoyacaqlar.Men nece komek ede bilersiniz hormetli psixoloqlar?
Cavab: Salam Nara xanım. Kim sizi niyə lağa qoysun bunu deyə bilmərik, ancaq gerçək budur ki, ortada lağa qoyulası bir səbəb həqiqətən yoxdur. Biz pasiyentlərimizlə burada xoşbəxtik və heç kəs heç kəsə lağ etmir. Anonimlik qorunduğundan heç kəsin psixoloqa müraciəti barədə bilgi yayılmır. Özünüzü cəsarətləndirin ən qısa zamanda aramızda qatılın. :)
Tural
2016-06-29
Salam Elnur bey, qardaşim sevgilisden ayrilib, sebebler ise qarşiliqli anlaşmamazliqdan yaranib.eslinde xasiyyetleri de hec tutmurdu.qizin guvensizliyi, sehv axtarmaq çabalari, özü yalniş hereketler etmesine baxmayaraq üzr isteyen terefin o olmamamsi münasibetlerin pozulmasina sebeb olub.bir birilerini tam tanimamiş qiz israri ile aileleri de nişanlanmaq üçün taniş etmişdi.bir sözle öz istediyini her cür heyata keçirdirdi.Qardaşim defelerle onunla alinmayacagini bildirse de ancaq indiki hereketleri ferqlidir.yemek yemir,hey fikirleşir ve bu da bizi narahat edir.onlar hec vaxt xoşbext aile tablosunu yarada bilmeyecekler.ailemiz razi da deyil.hec özü de istemir sadece ikili fikirler onun bu veziyyete duşmesine sebeb olur.sizce o ne etmelidir? Önceden teşekkür edirem.Meslehetinize ehtiyac var.
Cavab: Salam Tural bəy. Əgər onun özü də bu münasibəti istəmir ancaq qopa bilmirsə, emosional bağlılıq var deməkdir. Mütəxəssis qəbulunda olmağını məsləhət görərdim. Tək özü bu vəziyyətdən çıxa bilməyə bilər və hələki gec də deyil.
kubre
2016-06-28
men geceler yata bilmirem 2 defe emeliyyat olmuşam indi 3 -cü defe emeliyyat olmaliyam hekim mene diaqnoz qoyduqdan sonra eve gelib durmadan ağlayıram mene tovsiyeniz nedir
Cavab: Salam xanım. Diaqnoz nədir bilmirik, ancaq müalicə varsa, bu sizi niyə qorxudur? Sadəcə normal olaraq əməliyyat qorxusu yaşayırsınız. Daha əvvəl 2 əməliyyat isə sizə bir çox şeyi canlandırmağınıza səbəb olur deyə, bu sizi daxilən qorxudur.
aynuwaa
2016-06-28
salam 20 yawim var niwanliyam mene ilk defe baxmaga gelende beyenmiwdim ama niwanlanan sora soyudum onan uzaqlawiram herden uzune baxmiram gezmeye gedende mene uzune hec herden aglamag isdiremki men niwani qaytarmaq isdirem seve bilmirem hey deyirem severem alinmir mene deyendeki uzume niye baxmirsan pis oluram oda pis olur niye bele olmuwam
Cavab: Salam xanım. Əgər daha əvvəl yaşadığınız münasibətin izi qalmayıbsa, ola bilər ki, evlilik sizi qorxudur. Ona baxdıqda isə bununla üzləşdiyiniz üçün ağlamaq hissi keçirirsiniz. Əgər sizə pis davranmırsa, sadəcə hər şey sizinlə əlaqəlidirsə, mütləq şəkildə psixoloqa müraciət edin.
Leyla
2016-06-27
Salamm dr.Ne olar mene komek edin.Choox charesizem bilmirem ne edim.Nishanlimla problemlerimiz var.Chox gisgancdi bir defe magazine getmishdim ona xeber elememishdim deye soydu yolda doydu meni.Chox pis xasiyeti var.Evvel bele deyildi sonradan gorsetdi ic uzunu.Men nishanlimla sehv eliyib elagede olmusham.Indi ayrilmag isdeyirem chox gorxuram onnan.Meni shantaj edir ki anana atana deyecem menle elagede oldugunu.Bilmirem ne edim o hedde chatmisham ki ozumu oldurmek istirem.Ne eliyim axi men?? Nece edimm atam bilmesin ama ondan ayrilim?Heyatim risk altindadi(((((
Cavab: Salam Leyla xanım. Bu barədə sizin ailənizi yaxından tanıyan biri ilə danışmağınızda fayda var. O sizin ailənizi də tanıdığı üçün daha doğru deyəcəkdir. Ancaq hər şeydən əlavə nişanlınızla oturub söhbət etməyiniz lazımdır. Onun belə davranmasına səbəb sizin ondan ayrılmamağa məcbur qalmağınızdır yoxsa nədir? Bunu həll etməyə çalışın.
Fidan
2016-06-27
Salam.19yawim var.Men butun gun depresiyadayam.Hecne etmek istemirem.Her wey maraqsiz gelir.cox sixici gelir.Ne gezmeye getmek isteyirem ne de bawqa bir wey.Tekce hamidan qacib musiqi dinlemek isteyirem.Xeyal qurmaq isteyirem.Xeyallarimdan qaca bilmirem.Hamisida olumle baqlidi.Sehv anlamayin.Intihar duwunmurem.sadece xeyallarimda hemiwe olurem.bir vaxtlar menim qedee gulub daniwan yoxuydu belkede.indise hemiwe qemginem.Gulmeliside odur ki ozumde psixologiya fakultesinde oxuyuram.Inanirsiniz burani oxumazdan evvel bele hemiwe haminin komeyine catirdim indide catiram.Indi daha cox yardimim deyir telebe olsam bele.amma ozum ucun hecne ede bilmirem.Tek bildiyim hec yaxwi deylem daha.duzelmeyecem.her wey bele qalacaq
Cavab: Salam Fidan xanım. Madam ki, ixtisaslar da eynidir, o zaman həm bu vəziyyətinlə bağlı, həm də bir şeylər öyrənmək adına psixoloqda olmağa dəyməzmi?
Sevinc
2016-06-24
Salam Elnur bey.men oz veziyyetimden bas aca bilmirem.mende damarlarda yanma olur.sadece meni narahat edir.bedenim partlamaga gelir nefes almam cetinlesir,gun erzinde bir nece defe tutur bu meni.butun analizderden cixmisam hamisi temizdi.bogazimda herden ele hal olurki ele bilirem qan donur bogazimda udqunanda ele bilirem et var ne oyana gedir nede bu yana.yoxlatdirmisam Sukur Allaha zobum yoxdu ,hekimin dediyine gore esebdendi.damarlarda herden sancmada olur.hemen an canima qorxu dusur pis seyler fikirlesirem.bu neyin elameti ola biler,bir nece defe mualice almisam xeyri yoxdu.ne meslehet vererdiniz?evveller teziyim ve urey doyuntum yuxari olardi.mualiceden sonra dusub qaydasina.ele yanma olan kimi heyean ,qorxu gelir mene .onceden tesekkurler.
Cavab: Salam Sevinc xanım. Qeyd etdiyiniz hallar ciddi bir vəziyyətin olduğunu göstərir. Daha dəqiq diaqnoz üçün mütləq şəkildə psixoloqa müraciət etməlisiniz. Çalışın müayinədən keçəsiniz.
Gulnar
2016-06-24
Salam men heyecannan cox eziyyet kecirem butun gun heyecan kecirirem bu neden olar?
Cavab: Salam Gülnar xanım. Həyəcan keçirən milyonlarla insan var və bunun milyonlarca səbəbi ola bilər. Bu hal nə zamandan sonra yaranıb, nə zaman daha çox artır bütün bunlar danışılıb araşdırılmalıdır. Yaxşı olardı ki, mütəxəssis yardımı alasınız.
Adınız 
Sualınız 
1234567891011121314151617181920
2122232425262728293031323334353637383940
4142434445464748495051525354555657585960
6162636465666768697071727374757677787980
81828384858687888990919293949596979899100
101102103104105106107108109110111112113114115116117118119120
121122123124125126127128129130131132133134135136137138139140
141142143144145146147148149150151152153154155156157158159160
161162163164165166167168169170171172173174175176177178179180
181182183184185186187188189190191192193194195196197198199200
201202203204205206207208209210211212213214215216217218219220
221222223224225226227

LOGİN

 Email
 Parol
Qeydiyyat