Sual Cavab

Nigar
2013-06-22
Salam.16 yasim var.bunun ne sebebden oldugunu bilmirem amma bezen ele olur ki oz aile uzvlerim bele mene yad gelir.anliya bilmirem.fikirlesirem ki onlarin ehate dairesi ayridir ve buna gore de onlar yad kimselerdi.onlara ne qeder yaxin olmaga calissam da yene eyni hissleri kecirirem.her kes mene uzaq gelir.buna sebeb ne ola biler?
Cavab: Salam Nigar xanım. Bu Sizə elə gəlir. Əslində problemin kökündə yeniyetmə psixologiyası dayanır. Çalışın ailə üzvləri ilə münasibətləri tənzimləyin. Bu Sizə yeniyetməliyi normal formada keçməyə də imkan verəcək.
kemaleddin
2013-06-22
salam men ozumu tez tez yorqun elden dusmus hiss edirem mene ele gelir ki kimse menim haqqimda danisir kimse meni teqib edir sekilden kimse mene baxir men komek istemirem men rahtliq isteyirem
Cavab: Salam Kəmaləddin müəllim. Bu da obsessiv fikirlərdi. Qeyri-ixtiyari insanda yaranır. Malicə alsanız düşünürəm tez bir zamanda aradan qalxacaq. Həm dərman müdaxiləsi, həm də psixoterapiya vacibdi. Mərkəzlə əlaqə saxlayın, Sizə müayinə və müalicə üçün zaman təyin edərlər.
david
2013-06-19
Salam Psixoloq mene zehmet olmasa tecili yardim edin mende hardasa 6-7 aydir ki psixoloji vəziyyətim çox pisləşib məndə ağır depressiya,sarışan hallar nevrozu və parafilya kimi çox ciddi psixoloji pozuntularım var 67 aydır ki əzab çəkirəm hər gün ağlıma özüm və digərləri haqqında çox iyrənc fikirlər gəlir əsasəndə (homoseseksualizm,zoffillik və digər iyrənc şeylər haqqında) və bu fikirlər beynimə gələndə məni məhv edir , özümə nifərt edirəm və çarəni intiharda görürəm (bir neçə dəfə intihara cəhd etmişəm). həkim düzdür 6-7 aydır bu vəziyyət dəvam edir amma mən elədə iradə göstərib ayaqda dururam (bəlkədə başqası olsaydı artıq heç yaşamazdıda) xaiş edirəm həkim mənə kömək edin mən yaxşı insanam və duyğusal insanam indiy əqədər heçkimə pislik etməmişəm amma bu fikirlər ucbatından özümü pisin pisi hesab edirəm mən mentalitetlə yaşayan bir insanam bu fikirlər məni mənim şəxsiyyətimi məhv edir. çox xaiş edirəm caban yazın və nə kimi məsləhətlər lazımdırsa zəhmət olamsa məsləhətlərinizi əsirgəməyin.
Cavab: Salam David. Bu obsessiv fikirlərə daha çox bənzəyir. Bu durumda olan insanlar da hazırda çoxdu. Dəqiqləşdirmə aparmaq lazımdı. Əzab çəkməyə lüzum yoxdu. Yaxşı olardı ki, öncə müayinə olasınız, diaqnoz qoyulandan sonra müalicə prosesini həyata keçrimək olar.Mərkəzlə əlaqə saxlayın, Sizə müayinə və müalicə üçün zaman təyin edərlər. Əlaqə telefonu 012 480-36-29 yaxud da 055 257-27-00
esmiralda
2013-06-18
salam menim 12 yawim var. men EMO olmaq isteyirem.amma bunu valideynlerime nece deyeceyimi bilmirem.xahis ediremki mene meslehet veresiz.indiden tesekkur
Cavab: Salam Esmiralda. Siz yaxşı olardı ki, öncə psixoloqla görüşəsiniz. Bunun nə səbəbdən Sizdə yarandığına diqqət edəsiniz. Nəzərə alın ki, yeniyetməlik dövrünü yaşayırsınız. Ola bilər ki, yaşla bağlı olsun. Bütün bunlardan sonra valideynlərinizlə danışa bilərsiniz.
Trhee
2013-06-16
Duzdur ki islamda telaq var amma islam pisogloxiyasi bosanmaq isdeyen sexslere son ana qeder gozel meslehetler verir ki onlar ayrilmasinlar cunki bu qanunun islamda olmasina baxmaya Allahtalanin telaqdan xoslanmadigi da islamda var axi biz niye onu nezere olmiriq ki islam bize evlenmey ucun qarsi terefi tanimaq ucun azadliq vermis ve iki terefin biri biri ile gorusub sohbet etmesine cercive daxolinde icazeni ele ona gore vermisdir ki sonra bele bosanma meseleri ortaya cixmasin İnseallah muselman baci ve qardaslarimiz evlemmezden evvel qarsi terefi gozel taniyandan sonra evlenerler ta islam aleminde bosanmalar olmain
Cavab: Dediklərinizə qatılırıq. Doğru buyurursunuz
Gülnara
2013-06-15
Salam cenab. Men bir neçe aydı özümde psixoloji pozğunluq hiss edirem. Her kesden uzaqlaşmışam hetta özümden ve ailemden bele. Evveller kiminse problemi olanda onu dinlemeyi, ona kömek etmeyi çox sevirdim. Amma on bir neçe aydır bunuda etmirem. Hetta mende o qeder dalğınlıq olur ki, kimse mene söz deyende bir neçe defe tekrarlayıram ki, yeniden de fikrim sende deyildi. Ve bu hal meni çox esebleşdirir. Ancaq özüme ziyan vermek isteyirem. Neçe defe etmek istemişem ama son anda fikrimden dönmüşem. Ve neyese esebleşende etrafımda olan heç neyi görmürem bir anlıq gözlerim tutulur. Her kesden qorxuram kim mene yaxınlaşır hiss esirem ki, sanki mene nese etmek niyyeti var.Geceleri yata bilmirem. Yemek yeye bilmirem ancaq ağlamaq isteyirem. Düzdür cenab biraz çox yazdım ama meslehetinize çox ehtiyacım var... Teşekkürler!
Cavab: Salam GÜlnarə xanım Sizin müayinə və müalicə olunmağa ehtiyacınız var. Bir çox məqamlar bir-birinə qarışıb. Onlara aydınlıq gətirmək lazımdı. Ondan sonra müalicə prosesinə başlamaq olar. Mərkəzlə əlaqə saxlayın, Sizə müayinə və müalicə üçün zaman təyin edərlər. Əlaqə telefonu 012 480-36-29 yaxud da 055 257-27-00
Lamiyə
2013-06-14
Salam Mələk xanım.Mən sizə 2013.05.26. tarixində halsizliqla əlaqədar yazmışdım.23 yaşım var.Bəli məni narahat eden fikirlər var.Ən çox ətrafımdakılardan şikayətim var.Kaş onları başqalarıyla əvəz etmək olardı.Yenilik,dəyişiklik istəyirəm.Bu fikirlərdən istəsəmdə qurtula bilmirəm.Ətrafımda heç rəfiqəm qalmayıb.Çünki hamısı ailə həyatı qurub, məndən uzaqlaşıblar.Çox tənhayam.İnanın mənə.Özum müəllimə işləyirəm.Dərs izah edəndə sanki bədənimdəki enerji balansı sıfıra düşür.Az qalıram dərsdə yuxulayım.Məktəbdən evə gələndə elə bilirəm bir maşın daş daşımışam deyə.İş olmayanda da eləyəm.Hətta yuxudan yorğun oyanıram.Bütün bunlar yuxarida sadaladiqlarimla əlaqədar ola bilər?Xahiş edirəm mənə məsləhət verin.:(
Cavab: Salam LAmiyə xanım Bəli, yuxarıdfakılarla bağlı ola bilər.
fira.qasimova_93@box.az
2013-06-14
salam menim qizimin 1 yasi var axir vaxtlar cox esebi olub soz demek mumkun deyil deyirem..qizim burada dur gelirem sirazi aglayir basini arxaya cirpir ne edeceyimi bilmirem?ne edim xais edirem cavab yazin
Cavab: Salam Fira xanım YAxşı olardı ki, uşaqğınızı uşaq nevropatoloquna göstərərdiniz. Ola bilsin ki, nevroloji problem olsun
vefa
2013-06-14
evvela salam komeyinize cox ehtiyacim var hec 1 il deyilki aileliyem bir defe 7 heftelik stresden balami ititmisem yoldasimin borclarinan baqli cox yalanini tutmusam bu yaxinlarda da qiznan telefonda danisanda tutdum onu,veziyyet son hedde qeder geldi,ama daqilmadi ailemiz indi ona ne hiss elyrem bilmirem,ama cox soyumusam,demek olarki dediyi sozlerin 70%ne inanmiram xahis elyrem mene komek olun
Cavab: Salam Vəfa xanım Yeni ailə qorubsunuz. O səbəbdən də münasibətləri konfliktə doğru aparmayın. Yoldaşınız hansı səbəbdən yalan danışır onu sıxan nədi, bu kimi hallarla bağlı ona yardımçı olun. Əks təqdirdə münasibətləriniz pozula bilər. Bu isə gələcəkdə daha ciddi fəsadlara yol açacaq.
elcin
2013-06-12
men gun erzinde 10 saatdan cox pornofilmlere baxiram. artiq bu menim heyatimi tukendirir ancaq uzaqlasa bilmirem.komeyiniz cox vacibdir
Cavab: Salam Elçin bəy. Mühitdən uzaqlaşın. O zaman bu alışqanlıqdan əl çəkə bilərsiniz. Əks təqdirdə psixologiyanızı kökündən zədələyə bilər. Psixoloqla əyani görüşüb də problemi həll edə bilərsiniz. Mərkəzlə əlaqə saxlayın, Sizə psixoloqla görüşmək üçün zaman təyin edərlər. Əlaqə telefonu 012 480-36-29 yaxud da 055 257-27-00
Nermin
2013-06-08
Salam.Size bir sualim var.Men dairevi demek olar hec neyi xowlamiram.daha cox kvadrat ya basqa formalar.gozumun qabaginda olanda dairevi nese demek olar meni eseblesdirir.Zehmet olmasa deye bilersinizmi bunun menasini?
Cavab: Salam Nərmin xanım Bu psixoloji problemdi. Psixoloqla əyani görüşüb problemi həll etməyi tövsiyə edərdim. 012 480-36-29 yaxud da 055 257-27-00 telefon nömrələri ilə əlaqə saxlayın, Sizə psixoloqla görüşmək üçün zaman təyin edərlər.
Aynur
2013-06-07
menim 25 yasim var.1 defe aileli olub ayrilmisam. aileli olduqum adam meni 5 il idi sevirdi( guya ). Men ailenin tek ovladiyam. biliremki ozume qapali insanam.Insanlari taniya bilmirem. neise aile qurandan sonra yoldasim mene qarsi cox qeddar davranislara basladi. 1 ci hamileliyim stres altinda oldu ve inkisafdan qaldi, 2 ci hamileliyimi cox isteyirdim ve elimden geleni edirdimki belke usaq olsa hersey duzeler.ailem maddi cehetden hersey edirdi. Amma men hamile iken qadinlarla elaqesi vardi . ve buna mane olanda tehqirler alirdim.betnimdeki usaqda bu hadiselere dozmedi ve 2 ci hamileliyimde 6 ayliq iken inkisafdan qaldi. Cox stres kecirdim o doqusda ve sonrasinda dozmedim ayrildim. indi mene komek edin veziyyetden cixim heyata duzgun baxisla baxim. (((
Cavab: Salam Aynur xanım Sizin sualınız cavablandırılıb.
nigar
2013-06-03
cox vaxt qerar vermekde cetinlik cekirem. her kesin usdume geldiyin dusunurem tek qalmaq sakit olmaq isdiyirem meslehet necdi
Cavab: Salam Nigar xanım Adətən belə hallar özgüvən əksikliyindən dolayı baş verir. bunu formalaşdırmaq üçün özünüzü analiz etməyiniz yaxşı olardı.
fatima
2013-06-02
salam.bir nece ay bundan qabag yoldawim mene xeyanet edib.mesajlarina baxanda gormuwdum.ama mene soz verdiki birde hec vaxt ele wey olmuyacag.hem inaniram hemde yox.sadece hemin gunnen indiyecen ozume gelmemiwem.yadima duwende deli oluram.bow bow durdug yerde agliyiram.o ise deyirki bir sehv idi oldu hamida olur.teze teze uzune baxa bilmirdim.herden cox esebi oluram.6 aylig qizim var.belkede ona gore yawiyiram cunki ele olubkii ozumu oldurmey istemiwem.psixoloq meslehetine cox ehtiyacim var.
Cavab: Salam FAtimə xanım. Bucür hallar adətən ailələrdə baş verir. Kimsə bundan sığortalanmayıb. Əsas bundan sonra tərəflərin özlərini necə aparacaqları vacib məqamdı. Siz bunu münasibətləri daha da möhkəmləndirməyə də apara bilərsiniz, aranızda uçurum yaratmağa da. Çalışın birinci varianta diqqət edin. Düşünürəm buna çalışsanız alınacaq. Əgər xüsusi çətinlik yaşadığınız məqamlar olarsa bərabər psixoloq yardımından da istifadə edə bilərsiniz. Mərkəzlə əlaqə saxlayın, Sizə psixoloqla görüşmək üçün zaman təyin edərlər. Əlaqə telefonu 012 480-36-29 yaxud da 055 257-27-00 Psixoloq Elnur Rüstəmov
memmedova aysel
2013-05-31
salam men 3 aydir aile qurmusam ama yoldasim 2ci defedi aile qurur men onun 1ci defe aileli oldugunu hele gelmemisden bilirdim ama bu yaxinda onun komputerinde 1ci yoldasi ile olan sekillerini gordum guya yadindan cixib silmiyib ama mene o qeder psixi tesir elediki helede beynimde qalib o tesirden nece cixim bilmirem mene yol gosterin indiden cox sagolun
Cavab: Salam Aysel xanım Bunu problem etməməyiniz yaxşı olardı. Ola bilsin ki, gerçəkdən silməyi unudub. Ancaq Sizin belə düşünməyiniz münasibətlərinizə mənfi təsir göstərəcək.PCC-nin psixoloqu Elnur Rüstəmov
sehla
2013-05-31
salam. men nevrozam, ama bezen ozumu ele ala bilirem, bezen dealinmir. ele bilirem deli olacam, oz - ozume durdugum yerde qishqiracam. herden ele olur ki, evde olanda oz icimde ele bilirem ki, hansisa ecaib bir varliq meni arxadan, yandan meni tutacaq. mene meslehet verin men psixoloq muayinesinde olmaliyam, yoxsa psixoterapevt? eger psixoloq muayinesinde olsam nece seans olmaliyam texmini?
Cavab: Salam Şəhla xanım. 012 480-36-29 yaxud da 055 257-27-00 telefon nömrələri ilə əlaqə saxlayın, Sizə psixoloqla görüşmək üçün zaman təyin edərlər. Birinci görüşdən sonra öz durumunuz haqında ətraflı məlumat alacaqsınız. PCC-nin psixoloqu Elnur Rüstəmov
Yegane
2013-05-29
salam, mende fikir daginiqligi var, kiminlese danisanda diqqetim yayinir, ona qulaq asa bilmirem.
Cavab: Salam Yeganə xanım. Əgər bu psixoloji narahatlıqlar səbəbindən baş verirsə o zaman psixoloqla görüşməyiniz faydalı olardı. Bütün hallarda müayinə vacibdi.
aynure
2013-05-28
salam menim psixoloq meslehetine ehtiyacim var oz -ozume daniwiram ozume qapaniram bu neden ola biler
Cavab: Salam depresiya elameti ola bilər. Psixoloqa müraciət edin. PCC-nin psixoloqu Mələk Kərimova 012 4803629
Lamiyə
2013-05-26
Salam.Mən özümü çox pis hiss edirəm.Heç bir fiziki və ya zehni əməklə həddindən çox məşğul olmuram.Lakin özümü çox yorğun hiss edirəm.Yuxudan oyana bilmirəm.11 saat yatmağıma baxmayaraq bütün günü əzgin oluram.Heç nəyə həvəsim yoxdur.Sadəcə yatmaq istəyirəm.Hər şey məni əsəbləşdirir.Hər şey gündən-günə mənasını itirir.(belə ruh düşkünlüyü yaşayacaq bir hadisə yaşamamışam.kimisə itirmək,ayrılmaq,atilmaq kimi.)Mənə kömək edin.
Cavab: Salam Lamiyə xanım.Əvvəlcə fiziki müayinədən keçməniz məsləhətdir. Sizi narahat edən fikirləriniz varmı? Neçə yaşınız var? PCC-nin psixoloqu Mələk Kərimova
xeyale
2013-05-25
salam.menim 14 yasim var ama yasima gore heyatda cox ezab cekirem ailede ki problemler meni cox yorur her gun eyni sey artiq dayana bilmirem valdeyinlerim meni dusunmur anlamir mene komek olmur cetin vaxtlar kecirirem mekteb heyatim mene ezab cekdirir sevgiden ezab cekirem sevdiyim oqlan en yaxin refiqemi sevir.bezin olmek buralardan uzaqa getmek iseyirem bacarmiram aqlamam isteyirem belke biraz acilarim dine onuda bacarmiram icime qapanmaq meni oldurur ne etmeliyem aqlima gelen sey dusuncelerden nece qaca bilerem?
Cavab: Salam Xəyalə xanım. Bu yeniyetməlikdən qaynaqlanan bir problemdi. Sizə psixoloqla əyani görüşüb problemi həll etməyi tövsiyə edərdim. 012 480-36-29 yaxud da 055 257-27-00 telefon nömrələri ilə əlaqə saxlayın, Sizə psixoloqla görüşmək üçün zaman təyin edərlər.Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov
xeyale
2013-05-25
salam.menim 14 yasim var ama yasima gore cox eseb kecirirem heyat meni cox yorur ailede ki problemler mekteb heyatdi her sey ustume gelir bezen her seyi qoyub qacmaq isteyirem. aqlamaq isteyirem bacara bilirem icime qapam maq meni cox boqur ama meni hec kim basa dusmur ailemde mene komek olmur ne etmeliyem icime qapamaqdan nece qurtula bilerem
Cavab: Salam Xəyalə xanım. Sizə psixoloqla görüşüb problemi birgə həll etməyinizi tövsiyə edərdim. PCC-nin psixoloqu Elnur Rüstəmov
ayan
2013-05-25
salam.menim derdim cox boyukdu hec kim meni anlamir 14yasinda biri ucun cox aci cekirem sevdiyim insan en yaxin refiqemi sevir.ailem mene komek olmur her dava meni dinlemirler aqlamaq isteyiem ama bunuda bacarmiram ne etmeliyem xayis edirem komek edin
Cavab: Salam Ayan xanım YAxşı olardı ki, bir qədər valideynlərin dediklərinə diqqət edəsiniz. Bəlkə onlar gerçəkdən Sizin gələcəyiniz üçün nələrsə deyirlər. Adətən biz bucür situasiyalarda kiməsə qular istəmirik. Nəticədə gələcəyə yönəlik yablışlıqlara yol veririk. Bir qədər anlayış göstərin, o zaman hər şey istədiyiniz istiqamətdə gedəcək.
lama
2013-05-18
salam!men 5 ildir sevdiyim oglanla problemler yawayiram.buil niwanlanacaqdiq ama bezi problemlere gore alinmir.buda mene pis tesir edir.artiq onan uzaqlawiram.esgerliye gedecek bu bele mene tesir etmir,nebilim ozumu boguluram kimi hiss edirem.evveler mene pis davrandi duwunuremki ona gore belke bele hiss edirem.herkesden herweyden uzaqlawiram.
Cavab: Salam. Bir qədər münasibətlərə ara verin. O zaman qarşı tərəfi gerçəkdən sevib-sevmədiyinizə əmin olacaqsınız.PCC-nin psixoloqu Elnur Rüstəmov
eqoist bir insanam ne edim?
2013-05-17
eqoist bir insanam ne edim?
Cavab: Salam. Həyatınızda problem yaradırsa psixoloqa müraciət edin və həyatınızı gözəl formada yaşayın. PCC-nin psixoloqu Elnur Rüstəmov
AnonimMva
2013-05-12
Salam doktor evvelceden oxudugunuz ucun minnetdaram...Sizden qeribede olsa bir sey sorucmaq isteyirem..bilirsiniz bizim qeribe inanclarimiz var mesele qizin arxasindan vursan geri cekmesen qiz evde qalar ve ya elinden opsen kiminse gerey o biri elindende opesen yoxsa kasib olar ves.bu inanclari xususi ile yazmagim hecde tesadufu deyil ele size vereceyim sualda bununla baglidir..menim 19 yasim var menden 4 yas kicik bacim var o menden daha unsiyyetcil daha sen insanlarin diqqetini ceken ve cox insana gorede belkede mendende gozeldir nedense her zaman deyirlerki o meni evde qoyacaq menden evvel aile quracaq bu meni bu gune qeder qiciqlandirmirdi ama bacimin etdiyi bezi hereketlerden sonra artiq qiciqlandirir...bacim bezi inanclar gereyi menim arxamdan vurur ve men zarafatca geri cek evde qalaram deyirem ama oda cekmirem deyir mende zarafatla ona vuranda az daha yalvarirki ne olar cek demek ki buna inanir ama bele alinirki meni vurub cekmemesindende menim evde qalmami isteyir veya elimi opur durduq yerde birini opur digerini opmrki kasib ol kecen defde tesaduf neticesinde evde qal menden sora gedersen dedi bu ne anlama gelir bacim menim paxilligmi cekir axi o hele uwaqdir bu haqda duwunmesi cox tezdir ve bu paxilliq neden qaynaqlana biler???neceki onu menden cox terif edirler bu eqaistliye ehtiyac yoxdur hetta belkede gerek men bunlari ona edim cavablasaniz cox sevinerem minnettaram
Cavab: Salam İnanclara bu dərəcədə inanmağınız obsessiya ilə bağlı ola bilər. Eyni bir hal bacınızda da müşahidə olunur. Diqqət etməsəniz həyatınız və eyni zamanda ruh halınız qaydaya düşıcık. O zaman bacınız da bu kimi hərəkətlərini təkrar etməyəcək. Çox zaman o bunu xüsusi məqsəd daşımadan sadəcə əsəbiləşdirmək üçün də edir yəqin ki. Ona grə də fikir verməməyinizi tövsiyə edərdim.
parvana
2013-05-05
men size yazmisam veziyyetimi aile qurmaq hevesi yoxdu mende hal-hazirda elci gelen aile cox yaxsidi oglanda yaxsidi hemise ozum qerar qebul edende yanilmisam ancaq anamin meslehetine qulaq asanda xeyir tapiram
Cavab: Salam Pərvanı xanım Belə hallar adətən travmatik olaylardan sonra insanlarda baş verir. Qərar verməkdə çətinlik çəkirlər. Psixoloqla əyani görüşüb problemi həll etməyinizi tövsiyə edərdim.
Adınız 
Sualınız 
1234567891011121314151617181920
2122232425262728293031323334353637383940
4142434445464748495051525354555657585960
6162636465666768697071727374757677787980
81828384858687888990919293949596979899100
101102103104105106107108109110111112113114115116117118119120
121122123124125126127128129130131132133134135136137138139140
141142143144145146147148149150151152153154155156157158159160
161162163164165166167168169170171172173174175176177178179180
181182183184185186187188189190191192193194195196197198199200
201202203204205206207208209210211212213214215216217218219220
221222223224225226227228229230231232233234235236237238239240
241242243244245246247248249250251252

LOGİN

 Email
 Parol
Qeydiyyat