Sual Cavab

samir
2017-03-17
salam hekim necesiz?men 6ildi gedmediyim.xestexanalar qalmadi.duzgun diaqnoz qoyulmur ele gun oluram yaxwi oluram ele gun.narahat.baw sixintisi,heyacan,istirec,baw gicelemesi,urey,doyuntusu,qorxu,sizce bu nedi,?
Cavab: Salam Samir bəy. Xəstəxanaya deyil də psixoloji mərkəzə müraciət etmək lazımdır. Vəziyyətiniz psixoloji ola bilər. Psixoloq ilk müayinədən sonra sizə dəqiq diaqnoz qoyacaqdır.
sara
2017-03-08
Salam Hekim. Menim nenemin 87yasi var ve agli itib. 1sozu gun boyu yuz defe sorusur. Beyninde bezi hadiseler qurur ve bunu basqalarina danisib onlara da inandirmaga calisir.Bu hadise anama cox pis tesir edir. Anamin eleyhine yalandan ser sozler uydurur ve hamiya danisir. Anamda da artiq eseb pozgunluqlari hiss edirem. Eyni suallari o qeder soruwur ki artiq anamda da yaddawsizliq yaranib. Nenem o qeder eseblewdirir ki hetta esebden anamin el-ayagi da esir.Bunun ucun men ne ede bilerem? Anama nese olar deye cox qorxuram. Xahis edirem mene meslehet verin.
Cavab: Salam Sara xanım. Valideyniniz artıq mənfi köklənib yaxşı olardı ki, bir müddər psixoloqda olsun sonra isə psixoloq sizi yaxından tanıdıqdan sonra verəcəyi məsləhətlə nəyi necə edə biləyinizi asanlaşdıracaqdır.
Mehriban
2017-03-05
Elnur bey Çox sağ olun desteyiniz üçün. Minnetdaram. Allah sizi, ailenizi, övladınızı qorusun.. Ne yaxşı ki sizin kimi xeyirhax nsanlar var....
Cavab: Salam Mehriban xanım siz sağ olun. Allah hər birimizdən razı olsun.
Sara
2017-02-20
Salam Sualima gore cox uzur isteyirem sizden Men 2aydi aileliyem ama yoldawimla elaqede ola bilmirem cox qorxu kecirirem hekime getmiwem hec bir prablemimin olmadigini deyir sadece qorxuram ve cehd etdikde agri hiss edirem Yoldawimla 3il sevgili olmuwam yeni mecbur evlilik olmiyub sadece elaqede ola bilmirem hamidanda gizledirik tekce ikimiz bilirik xaiw edirem komek edesiz
Cavab: Salam Sara xanım. Bu kimi problem üçün öncəliklə psixoloq əyani müraciət etmək lazımdır. Əyani mayinə zamanı psixoloq bunun yaranma səbəblərini sizə deyəcəkdir və ondan sonra korreksiya etmək mümkün olacaqdır.
revane
2017-02-10
salam hekim menim 5 yasinda oglu var cox sen usaq idi. sonra bizim evde boyuk davalar dusdu hetta men bosaqnmaq bele istedim. indi usaq bir cur olub. yeni usaq kimi oyunlar oynamir. halsizdi. istahasizdi. butun gunu yatmaq istiyir. cox kobut olub. soz demek olmur. her seyden agliyir. mektebe gedende qaca qaca gedirdi hemise indi yorulur. gede bilmir. ne edeceyimi bilmirem. yemek yemir. gunnen gune ariqliyir. caresiz qalmisam. komek edin. hetta sizin yaniva bele geetire bilerem
Cavab: Salam Rəvanə xanım. Ola bilər uşaq baş verənlərdən pis köklənib. Yaxşı olardı ki, uşaq psixoloqu ilə məsləhət edəsiniz.
Mehriban
2017-02-09
Salam Elnur bey. Men bir neçe defe size yazmışam, meslehetinizden yararlanıb müsbet neticesini görmüşem. Buna göre Çox sağ olun. Ancaq men prablemlerden qaçsam da yene nese prablemlerdi qarşılaşıram. Menim prablemim o idi ki, qaynanam meni istemir, her gün dava salır, yoldaşımla aramızı soyutmaq üçün elinnen geleni edir bir müddet evvel nisbeten buna nail olmuşdu. Yoldaşım esebi insandı, o üzden evden qaçırdı her gün davalarımız olurdu. Hetta mene xeyanet bele edirdi.. Çox sarsılmışdım, intihar etmeyi bele düşünürdüm, 2övladım var. Buna göre aileni dağıdıb, uşaqlara zerbe vurmaq istemedim. Birteher dözdüm, sizin dediyiniz kimi, artıq Heç neye fikir vermeyib yalnız yoldaşımla mehriban davranıb onunla vaxt keçirmeye çalışdım, Heç.neyi üzüne vurmurdum, gelen zeng ve mesajdarı görmezden gelirdim. İnanın ki her şey yoluna girmişdi hetta meni anasına müdafie bele edirdi. İndi bir neçe gündü bunların en yaxın qohumu mene msj atır, özümü alçalmış hiss edirem, men ailem dağılsa bele yoldaşıma, övladlarıma qarşı sehv addım atacaq qadın deyilem. Bu da ele durumdu ki, yoldaşıma desem hemin adamı gedib mütleq öldürecek. Demiyende de, daha pis şeylerin baş vereceyinden qorxuram. Bu işin de qaynanamın telesi olduğunu.. düşünürem. ailemii dağıtmaqçun her şey eder. Çox olmuşam.men axı edim?? deyim ya yox?? Çox ezab çekirem
Cavab: Salam Mehriban xanım. Tam olaraq pis niyətli yazdığını yəni şəxsi fikrinizi bildirmədən ona bunu bildirə bilərsiniz. Məsələn deyə bilərsiniz ki, sanki mesajı yeni görmüsünüz aa bu kimdir filakəs mənə niyə yazıb, yaxud da deyə bilərsiniz ki, filankəs görəsən mənim nömrəmi hardan tapıb soruşsa nə yazıb deyərsiniz ki, başa düşmədim yazdığını yenə yazsa sənə göstərərəm.
Crystal
2017-02-08
Salam,hormetli Hekim. Uzr isteyirem narahat etdim. Men abituriyentem ve 17 yashim var,son vaxtlar cox qarishiq duygular yashayiram. Bu duygularin sevgi-mehebbet ile elaqesi yoxdur,qurtulmaga chalishiram,amma bu duygulardan qurtula bilmirem. Ele bir hissdir ki,canimi yandirir. Cox yaxshi derk edirem cox sheyi,amma irademi ozume tabe ede bilmirem. Adi cox sevdiyim bir hazirliq muellimim ders dediyi ushaga ilgi gosterende icim icimi kesir. Nece edim bu ushaqsi hisslerden qurtulum. Bunun ustunde nece defe aglamisham.Meslehetiniz menim ucun deyerli ve onemlidir. Onceden teshekkurler.
Cavab: Salam, ola bilər ki, qəbul yaxınlaşdıqca yetərsizlik hissi sizə bunları hiss etdirir. Ancaq tək yol dərsinizlə məşğul olub özünüzə güvənməyinizdir. Belə olduğu halda kim kimi niyə tərifləyir sizə maraqlı olmayacaqdır.
kera
2017-02-04
Salam.men ozumle daima mubahise apariram beynimde oz ozumle daniwiram tenqid edirem ozumu ve heckime inanmiram guvenmirem...bunun sebebi nedi??
Cavab: Salam. əgər birinə inanmaq istəyiriksə, öncə özümüzə inanmağı öyrənməliyik. Özünü tənqid hissinin olmağı gözəl bir şeydir daim insanı irəli aparar, öz üzərində çalışmasına yardımcı olar. Ancaq normadan kənara çıxdığı zaman fəsad yaranar. Ən doğru üsul isə özünüzü tənqid etdiyiniz zaman sanki tənqid olunan başqa birini müdafiə edirmişsiniz kimi onu müdafiə etməyə çalışmaqdır.
anonim
2017-02-02
Salam. Men her hansısa teşviş keçirəndə, heycanlananda 5-6 dəqiqə davam edən göz qaralması, baş gicəllənməsi və ürək sıxılmaları olur. gözlərimə qaranlıq çökür. elə bilirəm özümdən gedəcəyəm. Mən düşünürəm ki, bu psixoloji prosesdir. panik atak ola bilərmi? bunun mulicesi varmı? zəhmət olmasa komeklik gosterin.
Cavab: Salam, bu həyəcan-təşviş pozuntusudur. Psixoloji müdaxilə şərtdir. psixoloq məsləhəti almağınızda fayda var.
Aylin
2017-02-02
Salam Elnur bəy. Men yoldaşımın xəyanətin dən çox əziyət çəkirəm. Yoldaşı olmayan övladli Qadınla münasibətdedi. Hər şeyi bildiyimi mesajlarını gördüyümü dedim. Məni boşanmaqla hədələdi, mən də razılaşdım. Evə gələndə heç nə olmamış kimi davrandı. Nə məndən keçir nə ondan. Ailəmi o qadına görə itirmək istəmirəm. 2yasli qızımız var.ne edim ki yenidən ailəsinə baglansin
Cavab: Salam Aylin xanım. Sizdən keçə bilməməsinin səbəbi sizi ailəsi kimi görməsidir. Ondan keçə bilməməsinin səbəbi bunda səhv görməməsidir. Ancaq o bunu sizin onunla danışmağınız yaxud dalaşmağınız sayəsində görməyəcəkdir. Ən yaxşısı özünüzə zaman ayırın sanki hər şey yolundaymış kimi, onun diqqətinə çox ehtiyacınız yoxmuş kimi davranın, ancaq onun istəklərini etməməzlik etməyin, yoldaş kimi qulluğunu çəkin, ancaq ondan gələcək olan əlavə nələrəsə ehtiyacınız olmadığını hiss etdirin, qızınıza zaman ayırın.
aysel
2017-01-30
salam men 2016-ci ilin dekabr ayinda ozumde deyildim ozumden asli olmayacaq bicaq zerbesi almaq isteyirdim qarin nahiyemden bu menlik bir hiss deyil ne qeder aqlimdan cixamaqa caliwsamda aqlimdan cixmirdi sizce bu nedendi mene komek edin men tez-tez stirese girirem yalniz qalmaqi saatlarla qaranliq otaqda oturub aqlamaq isteyirem sebeb nedi??
Cavab: Salam Aysel xanım. Məsələ artıq özümüzə xəsarət verməyə qədər gedib çıxıbsa birmənalı psixoloq dəstəyinin şərt olduğunun sübutudur. Çalışın bu dəstəkdən yararlanasınız, vəziyyətiniz ciddi ola bilər. İdarəni itirmək yaxşı bir hal deyil. 0552572700 0124803629 nömrələri ilə əlaqə saxlayın
Üfüq
2017-01-29
Salam Elnur bey.biz ailelıkce size cox hörmet edırık cox inaniriq..menım anam illerdır boynunda onurq yırtıqı var.ona gore de nece illerdı mualce alor.amcaq son 2ildır tezyıqı düşmür.deyir sinem ureyim yandi .daıma eseb kecıror.hekım dedı nevepzdandı.nevropotoloq yardımı alir..ama yene de bıraz duzelır sora yene eyni şey.qeyd edımkı şekerı de var.ancaq öen duwünüremki ,butun gun ancaq xetelok duwunur butun gun xestelıkden danıwır yenı enynen bawın qatsan xeyrı yoxdu yene de xestelıyı duwunur.kecmış zulmlerın düşünür..yenı buna nece yardım edek bız?medı problem?
Cavab: Salam. Əgər əsəb nəticəsində bu hallar baş verir və müalicə qismən yaxud heç təsir etmirsə, psixoloq yardımı almağında fayda var. Ehtiyac olarsa psixiatrla da görüşdürmək mümkündür. 0552572700 0124803629 nömrəsi ilə əlaqə saxlayın sizə ətraflı məlumat verəcəklər.
Fəridə
2017-01-28
Salam menim 25yaşim var.Hedden artıq esebiyem.Özümü yaşayan ölü kimi hiss edirem. Gülmeyi bele unutmuşam.Bütün günü yatmaq isteyirem.Tezyiqimde aşağıdır.3ovladim var. Onlara gore çox narahat oluram. Meni bele gormek onlara pis tesir edir.
Cavab: Salam Fəridə xanım. Depressiyada ola bilərsiniz. Uşaqlarınızı daha artıq bu görüntüyə şahid etmədən psixoloq yardımı almağınız daha doğru olardı. 0552572700 0124803629 əlaqə saxlaya bilərsiniz
Lalə
2017-01-25
Salam.mənim oglumun 14yasi var.əl ayaq tərləməsindən əziyyət çəkir.cox həkimə aparmişam.neçə illərdiki bununla mübarizə apariram.ama bir çarəsi olmurki olmur.gundəlik həyat tərzində ona cox əziyyət verir.sizcə mən nə edim?indidən təşəkkur
Cavab: Salam Lalə xanım. Əgər tibbi heç bir problem yoxdursa, araşdırmaq lazımdır, ola bilər həyəcan-təşviş pozuntusu olsun. Psixoloqa göstərməyinizdə fayda var.
Sevda
2017-01-23
Salam hekim. Oglumun 13 yashi var. O usagligdan beri cox agilli, zekali, savadli olub maashallah. Hem derslerinde, hem musigide, hem sosyal felaiyyetlerinde, hem idmanda boyuk nailiyyetleri var, Allaha shukur. Amma kecen il Fevral ayindan bashlayarag onda bir problem meydana gelmeye bashladi. Yungul soyugdeymesi oldu, ondan sonra bashladi bu problem: Halsiz olur, hec neye hevesi olmur, ancag yatmaq isteyir, hetta ailevi olaraq gezintiye gedende de tez tez eve gayitmagimizi isteyir, yaddasi zeifleyir, so deyende sanki seni esitmir, fikri cox daginig olur, hetta sozleri bezen kekelemeye bashlayir, mektebe getmeye hevesi olmur ve s. Halbuki normal vaxtlarda mektebe getmeye, oxumaga daha cox can atir. Bu proses aniden bashlayir ve 2 hefte davam edir. Bu 2 hefte erzinde get gede dir. Sonra 3-4 hefte normal davam edir, sonra yene de problem bashlayir. Bu sekilde dovr edir. Kecen il Fevral ayinda bashladi, Aprele qeder davam eledi. sonra olmadi getiyyen. Bu il yene de indi bashladi. Bize bunun sebebi cox maraglidir, doktor? Bunun sebebi ne ola biler? Ne meslehet gorursunuz? Evvelceden tesekkurler...
Cavab: Salam Sevda xanım. Fəsil yaxud da bu aylara tənəzzül edən hansısa psixoloji ağırlığın olduğu dəqiqdir. Bunlar uşaqla danışılıb aydınlaşdırılmalıdır.Çalışın əyani müraciət edin biz uşaqla da danışaq.
rufane
2017-01-21
salam hekim menim 20 yasim var mende unutqanliq oldugunu hiss edirem yeni sakit oldugum halda biranda ne ucun harda oldugumu unuduram birnece saniyeden sonra xatirlayiram bu aralar bu tutmalar dahada coxalib bu neden ola biler bunun ucun hara muraciet ede bilerem
Cavab: Salam Rufanə. Hansısa bir stress vəziyyəti buna gətirib çıxara bilir bəzən. öncəliklə psixoloqa müraciət edirsiniz, sonra isə ehtiyac olarsa, bütün hallar nəzarətdən keçdikdən və psixoloji hal aşkarlanmadıqda MRT məsləhət edilə bilər. Ancaq ilk iş psixoloji müdaxilədir. 0552572700 0124803629 əlaqə saxlayın sizə yardım edəcəklər.
sebine
2017-01-20
salam.men 4ildir aileliyem.usagim yoxdur.hal hazirda ayrilma erfesindeyik.men anamgildeyem.ikimizde bir birimizi sevirik .ama qaynanama gore ayriliriq.yoladisimda anasinin sozune baxir.coxx pis gunler gecirdirem.her yasadiqlarimi xatirlayib agliyiram.herseye eseblesirem.ve icimde cox yorgunluq var.ozumu cox yorgun hiss edirem.
Cavab: Salam Səbinə xanım. Nə olursa olsun, ayrılmağa səbəb olmadığını izah etmək lazımdır. Yoldaşınızla dalaşmaq yerinə sadəcə sakit dayanın onunla münasibətinizi normada saxlayın, ona qarşı mülayim olum ona sevdiyi qadını xatırladın
Sekine
2017-01-16
Salam oglum 11ci sinifde oxuyur yasidlarindan geride qalir usaq aglindadir adi warin partlamasindan qorxur.dusunceleri yersizdi Sizce hara muraciet eteliyem dioqnozu ne ola biler
Cavab: Salam Səkinə xanım. Narınc uşaq psixologiya mərkəzi ilə əlaqə saxlayın. 0552542700
Aaa
2017-01-16
23yasim var 4ildi ailəliyəm. 3yasli qız var. Xanımam. Və çox narahat insanam. Yeni hər şeyi çox düşünürəm Necə iller once olan və o zanlardaeni əsəb edən şeyləri yenidən xatırlayıb əsəbi oluram stres keçirirəm. Bu xasiyyetimeni çox incidir üzür. Düşünməkdən beynim artıq yorulub. Mənə kömək edin xahiş edirəm. Heç nəyi düşünmək.istemirem. necə edimki biraz sərbəst buraxın beynimi?
Cavab: Salam xanım. Əgər bu proses uzun müddətdir davam edirsə və həll yolu tapmayıbsa, çalışın bir mütəxəssisdən yardım alasınız. 0552572700 0124803629 əlaqə saxlaya bilərsiniz
Aytac
2017-01-16
Salam hekım menım 17yasım var men eyacanlanda urey bulama olur hetta qaytarıram nıye bele olur xayiş edırem sualıma cabab yazın
Cavab: Salam Aytac xanım. Həyəcan təşviş pozuntusu ola bilər. Psixoloqla əlaqə saxlayın: 0552572700 0124803629
NEZ
2017-01-13
salam men birlikde yawadiqim insan meni chox sixir yorulmuwam dukenmiwem her xirda bir weyi boyudur ruhumu oldurur ayriliram mene iwgence verir deli oluram
Cavab: Salam xanım. Əgər işgəncə ilə sizi məcbur tutub saxlayırsa, psixoloqa deyil də lazımı yerlərə ümraciət etməyiniz daha doğru olardı. Ancaq sizin aldığınız psixoloji basqı isə sadəcə ondan qurtulmaq olardı. Çünki göstərilən hər psixoloji müdaxilə sizə yaxşı təsir edə bilər, ancaq vəziyyət davam etdiyi üçün yenidən bu hallar sizdə təkrarlanacaqdır. Odur ki, iradənizi toplayın və sizə yaxşı gələn nədirsə ona doğru addım atın. Geri addım barədə isə düşünməyin
sevda
2017-01-11
Salam.menim psixoloqa getmeye heccur imkanim yoxdu.ama buna cox ehtiyacim olduqunu bilirem.mene nece kömek ede bilersiz?
Cavab: Salam Sevda xanım. Probleminizi qeyd edin zəhmət olmasa
cansu
2017-01-10
merhaba... benim bi iliwkim oldu bu iliwkide eski iliwkimle ilgili bazi weyleri soylemedim fakat gunun birinde bunu kendisi oyrendi ve kabullenmek istemedi...bana cok kotuluk yapdi duyqularimla oynadi bitdi diyorum her gun fakat onu hala seviyorum duwunmediyim bir an bile yok ve onu her gun gormek zorundayim arkadaw ortamimiz bile ayni...napmaliyim artik delirecek gibi oluyorum lutfen yardimci olun sinir krizleri geciriyorum her gun
Cavab: Merhaba Cansu hanım. Büyük ihtimal kişi kendisini aldatılmış olarak hissettiği için bunu kabullenmeği düşünmüyor olabilir. Eğer konuşursanız ona neden bunu gizlediğinizi anlatın ve asla aldatılma, aptal yerine konulmanın söz konusu olmadığını belirtin. Bu konuşmadan da bişey beklemediğinizi de söyleyin ve zamana bırakın. Arkadaş çevrenizin aynı olması bu acının hafiflemesine engel değildir. Bu engeli sadece sizin beyniniz yaratmaktadır. Önce beyninizi bu yönde eğitin. Onu her gördüyünüzde hayallerinizi hatırlatma yapmayın kendinize. Çok fazla kasmamak gerek, unutmalıyım dememek gerek.
Hetem
2017-01-10
salam bagisliyin sizi narahat edirem men oglanam ama bir oglani sevirem cox eziyyet cekirem mene ne komek ede bilersiz
Cavab: Salam Hətəm bəy. Öncəliklə nəzərinizə çatdıraq ki, eyni cinsdən birini sevmək homoseksuallıq mənasına gəlməz. OKPdə cinsi obsessiyalar da buna səbəb ola bilər. psixoloq yardımı alaraq bunun hansı olduğunu müəyyən edə bilərsiniz. 0552572700 0124803629
Aysel
2017-01-09
Salam hekim menim eseb prablemim var.10 aydi usagim olub tez ozumden cixiram ozumu ele almag ucun dislerimi sixiram.Bu esebim qizimada tesir edir aglayanda jimese veriremki sesini esitmeyim az qala onu vurmag bele isdemisem amma pesman olaram deye incitmemisem.Birde men adam cox olan yerden qorxuram unsiyet qura bilmirem men ne efim???
Cavab: Salam Aysel xanım. Hamiləlik sonrası yarana bilən psixoloji gərginliklərdəndir. Yaxşı olardı ki, psixoloq qəbulunda olasınız və müalicədən keçəsiniz. Bu həm sizə həm də körpənizi sağlam böyütməyinizə lazımlıdır.
Könül
2017-01-09
Salam Elnur bey.sevgilim var qısa müddetde tanış olsaqda birbirimizi cox sevirik.ama deyirki men söz vermişem anamın dediyi qızla evlenecem.hecvaxt sevdiyimle evlenmeyecem.bu söz meni yıxsada ayrıla bilmirem.deyir sende evlen o vaxta qederde heyatımda ol ama menle evlenmek söhbetini açma.sizce men düzmü edirem??sonumu bilmeden onla yola cıxmaq ne derecede düzgündür?
Cavab: Salam kpnül xanım. Zamanınızı sizə dəyər verən şəxslərə xərcləyin. Ən birinci özünüzə. Kimi aldatsanız da özünüzü aldatmayın. Həyatınızı vaxt itirmədən qurun. Bu münasibətin sizə də lazım olmadığını bilirsiniz.
Adınız 
Sualınız 
1234567891011121314151617181920
2122232425262728293031323334353637383940
4142434445464748495051525354555657585960
6162636465666768697071727374757677787980
81828384858687888990919293949596979899100
101102103104105106107108109110111112113114115116117118119120
121122123124125126127128129130131132133134135136137138139140
141142143144145146147148149150151152153154155156157158159160
161162163164165166167168169170171172173174175176177178179180
181182183184185186187188189190191192193194195196197198199200
201202203204205206207208209210211212213214215216217218219220
221222223224225226227228229230231232233234235236237238239240
241242243244245246247248249250251252253254255256257258259260
261262263264265266267268269270271272273274275276277278279280
281282283284285286287288289290291292293294295296297298299300
301302303304305306307308309310311312313314315316317318319320
321322323324325326327328329330331332333334335336337338339340
341342343344345346347348349350351352353354355356357358359360
361362363364365366367368369370371372373374375376377378379380
381382383384385386387388389390391392393394395396397398399400
401402403404405406407408409410411412413414415416417418419420
421422423424425426427428429430431432433434435436437438439440

LOGİN

 Email
 Parol
Qeydiyyat