Sual Cavab

fatime seidova
2013-07-22
salam men sizden meslehet alamaq isteyirem anam meni narahat edir menim14 yasim hele is gormek yasim deyil meden is gormekimi teleb edir sadece bu deyil cox xetrime deyir qardsima menden daha cox istiyir ozude ki uzume deyirki senden nifret edirem qardasini sennen daha cox istiyirem seni yox ama meni hec doymur hecne elemir mene sadece cox danliyir qohumlerin yaninda meni pisliyir buna ana demek olar atamda eldi ama o bir az cox istiyir ailem deyirki ancaq is gor is gor hemde bir az kokelmisem uzume vurur ki okuz boydasan mende aglayiram buna ana demek olar? naraziyam xasiyyeti cox pisdi caamatin anasi qizin daima opur yanimda oturan qizin uzunden anasi ne qeder opur ama men bunu anamdan gormemisem xais edirem meslehet verin mene ama men ana cooox isteyirem
Cavab: Salam Fatimə xanım Nəzərə alın ki, Sizin yeniyetməlik dövrünü keçirirsiniz. Narahatçılığın bir qismi bundan qaynaqlanır. Digər tərəfdən isə Sizin bir fərd olaraq özünü tapmaqda yaşamış olduğunuz çətinlik də buna təsir göstərir. Yəni müəyyən uğursuzluğu ailənizlə konkret olaraq ananızla əlaqələndirirsiniz. Əslində bu Sizə elə gəlir. Ana sevgisini Sizə Sizi danlamaqla bildirir. Siz bundan doğru nəticə çıxarmağa çalışın. Bir müddət ananızın dedikləri üzərindən hərəkət edin. 1 həftə olsa belə. O zaman münasibətləriniz tənzimlənəcək. Ondan sonra prosesi nizamlı saxlamaq problem olmaz. Yetər ki, buna cəhd edəsiniz. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Aida
2013-07-22
salam,men axir gunler cox stressliyem,sevgilimden xeber ala bilmirem buda meni deli edir..bilmirem neyniyim aglimdan cixara bilmirem..stressi birazda olsa ustumden atmag ucun men neyniyim???
Cavab: Salam Aida xanım. Diqqətinizi kənar şeylərə yönləndirin. Hazırda düşüncəniz bu problemə fokuslandığından stress keçirirsiniz. Bunu kənar proseslərə - kitab oxumaq, ev işlərində yardımçı olmaq, və s şeylərə yönləndirə bilərsiniz. Düşünürəm, faydalı olacaq. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Salam
2013-07-21
Hormetsiz Admin... Test Vermisiniz Amma Cavab Yazmaga Yer Yoxdu..!
Cavab: Salam hörmətli istifadəçi. Tesdən keçirsiniz. Cavab yazmağa lüzum yoxdu. Cavabı özü deyir. Oxuyaq, inkişaf edək.
Aytac
2013-07-21
salam ... menim bi problemim var ... dehwet cox xeyallarnan yawamagim ve qarwima bi meqsed qoydugda onu ede bilmemeyim . yeniki isteylerim arxasiyca duwe bilmirem arzularimin .....amaki tez tez agliyiram tez tez arzularimi reallawdirmaq istiyirem her wey oz elimdedi amaki bun ucun hecne ede bilmirem .. yeniki cox iimi yarida atiram axra kimi arzularimin dalinca getmirem .... qarwima meqsed qoydugda onun dalinca axra kimi gede bilmirem ... atiram yarida ..... ne qede istemiwemki bacarim alinmiyib ...
Cavab: Salam Aytac xanım Bu psixoloji baryerdi. Yaxşı olardı ki, bunu psixoloqla əyani görüşüb, həll edəsiniz. Narahat olmaqdansa konkret həll etmə yolunu seçin. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
aka
2013-07-20
men birini sevirem yaddan cixaranmiram onu basqasini seve bilmirem ancaq baglaniram sohbet edirem ve esebime bir sey toxundusa qiriram sora yene danisiram baxin beledi men neyneyim ozmde fikirlesirem k menimcun hami var danisiram amma tez qiram sizce o nedendi mesleet verin xais edirem((
Cavab: Salam Bu əvvəlki sevdiyinizlə münasibətin düşüncənizdə tamamlanmaması ilə bağlı bir problemdi. Ona görə də digər insanları bəlli bir zamanda özünzdən uzaqlaşdırırsınız. Şüuraltı o qayıda bilər fikri Sizi buna vadar edir. Onun həyatınızdan getdyini qəbul etsəniz digər insanlarla münasibətiniz də normallaşacaq. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
gulsan
2013-07-20
men heyatimda 1defe birini deli kimi sevmism onunlada artiq 3ildi ayrilmisiq duzdu artiq onu sevmirem indi bir basqadiyla birlikdeyem ama hec cur onu seve bilmirem yanimda olanda hiss eliyiremki cox istiyirem ele ki ayrilib eve gelirem sanki heyatimda ele biri yoxmuw kimi hiss eliyirem.Mende istiyiremki hami kimi sevim ele bilki icimdeki hisslerim olub hec neye maragim qalmiyib ne edimki sevgi hiss yaransin mendede?
Cavab: Salam Gulsan xanım! Sevə bilməməyinizə səbəb əvvəl sevdiyiniz insanla münasibətin yarımçıq qırılmasıdı ki, bu da Sizə bugün yenidən sevməyə mane olur. Siz yaxşı olardı ki, bu halı aradan qaldırmaq üçün psixoloqla əyani görüşüb problemi həll edərdiniz. Bu Sizə hazırki sevdiyiniz insanla münasibətin normallaşmasına müsbət təsirini göstərəcək.Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Ayan Huseynova
2013-07-20
Salam!! Men bilmedim kime daniwim derdimi ve size daniwmaq qerarina geldim.Bilmirem belke de daniwmagnan yaxwi elemirem ama doze bilmirem ujey ona gorede daniwmaliyam size nece aylardi bu sirri gizledirem heckese de diye bilmirem ancaq geceler agliyiram ancaq oz ureyimde fikirlewirem ama bir care tapa bilmirem belke siz mene komek olduz ona gorede size muraciyet eledim menim Anam bawqa bir oglanla uzun muddetdi bir elaqesi var ve men bunu lap coxdan bilirem ama heckese diye bilmirem cox istemiwem ozumu oldurum ama oldure bilmemeiwem cox pisem bunu Atamada diye bilmirem cun ki qorxuram ki nese olar istemirem bacim Atasiz Anasiz qalsin ama istemirem de Anam Atami aldatsin kimlese men ona demek istemiwem nece deferlerle ama diye bilmemiwem herdefe dilim tutulub nese olub diye bilmemiwem ve men onun daniwdigi adam bilrem kimdi herdefe o insani gorende onu oldurmek istiyirem hetda fikirlewirem ki biraz boyusem onu oldurecem cun ki haqqi yoxdu onun mene aci cekdirmeye bir weyide vurguluyum ki Anam namaz qilmaga bawdiyan da men sevinmiwdim ki birde heckesele daniwmaz uzun muddet ele bildim ki daniwmir sonra ama bildim ki yende daniwir ve men yende pis oldum inanin mene bular daniwmag cox cetindi cun ki bir uwag nece Anasi haqda bele weyler yaza biler ama men doze bilmirem diyena bilmirem daniwag istiyirem kimlese bir meslehet verin mene sizce men neynemeliyem bu haqda cox xaiw eliyirem.
Cavab: Salam Ayan xanım. Siz yaxşı olardı ki, baş verənləri uyğunzamanda ananızla bölüşəsiniz. Bunun Sizin psixologiyanıza, ailənizə nə dərəcədə pis təsirini göstərdiyini ona bildirəsiniz. Bu ananızın onunla münasibəti dayandırmasına müsbət təsirini göstərəcək. Əks təqdirdə onların münasibəti gələcəkdə faciəyə də səbəb ola bilər. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
xeyale
2013-07-20
salam menim problemim hisslerimdi yawadigim hissleri bilmirem nedi ... sevgilim var ..onunla herden xowbextem herden yox .. o meni deli kimi sevir amaki men onu bilmirem . biz onunla tek qalanda cox sevdiymi diyirem ve darixdigimi ureyden diyirem ,,, amaki o ki cemiyyet icinde olanda herden yeni cox vaxt hisslerim deyiwir .... ele bilki onunla sixiliram meselen gorunuwde elede yaxwi deyil .. onu cox qiz istyir amaki herden diyiremki bunu nece istirler elede yarawixi zadi yoxdu ..ve bi problemde varki en ee weyler varki mecburam onunla sevgili olmaxa.... amaki onu cox qisqaniram .... yeniki kimse yanimda olanda onucun cox darixmiram yeniki cox yadima duwmur amaki tek qalanda darixiram ... men ne hissler kecirdiyimi anlamiram ...
Cavab: Salam Xəyalə xanım Bu sevgi yox, daha çox tək qalma bilmə qorxusudu. Diqqətli olmağınız vacibdi. Yaxşı olardı ki, psixoloqla əyani görüşüb problemi müzakirə edəsiniz. Bu gələcəkdə bu kimi situasiyalara düşməməyinizə səbəb olacaq.Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Gunel
2013-07-20
Salam. 12 yaşlı uşaqda tık xəstəliyi əlamətləri var, səbəbləri nələrdir ,necə müalicə oluna bilər, müalicə olunmasa nə kimi fəsadları ola bilər?
Cavab: Salam Günel xanım Siz yaxşı olardı ki, sualı www.narinc.az saytında uşaq psixoloqlarına yönləndirəsiniz. Onlar ətraflı cavab vercəklər. Ümumən komplekslərin yaranmasına səbəb ola bilər. Bütün hallarda uşaqğın müayinə və müalicəsi vacibdi. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
gulucka
2013-07-19
cox sagolun psixoloq.size de eziyyet verdim.bagiwlayin.
Cavab: Allaha əmanət olun. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
gulucka
2013-07-19
salam,psixoloq.xahiw edirem menim de sualimi oxuyub cvb yazasiniz.menim problemim sevgidi.mene komek edin.menim 22 yasim var.sevdiyimle yasidiq.biz mekteb yaslarindan bir birimize vurulmusduq.amma gizledirdik.nehayet men 2ci kursda oxuyanda o mene sevdiyini dedi.biz hem de uzaq qohumuq.mene qarsi da munasibeti ciddi idi.buna eminem.biz bir az danisdiq.men ondan ayrimaq qorxusu sebebinden,hem de qohum oldugumuz ucun gelecek barede sohbeti tez acdim.yeni onu hurkutdum.o da bunu basa dusurdu.bir defe mene sozgelisi dediki,anam mene deyirki,sen bilmersen ozum alacam qiz sene.men de pis oldum ve aqressivlesdim.ona dedim ki ok,onda get anan kimi almaq isteyirse onu da alarsan.o dedi ki niye bedbinsen belke her sey yaxsi olacaq.amma ananin da xeyir duasi l;azimdi.sora dedi 100% mubarize aparacam.amma anam razi olmasa istemirem adin hallansin.men de dedim vapse men sene inanmiram sagol.biz ayrildiq.amma hele de bir birimizi isteyirik.psixoloq biz 1 il 8aydir ki danismiriq.o bu ay esger getdi amma mene hec ne demeden.men ayrildigimizdan 1,2 ay sora xalasioglu ile onun telefonda mesajlarini oxudum.sen deme anasi soralar bizim munasibetden xeber tutub,razi olmayib.1ci razi idi,sora fikrini deyisib.oglan da 1 nece defe menim adimi evlerinde cekib amma fayda olmayib.o bilmir meni secsin yoxsa anasini.meni de umidlendirmek istemir,anasini da qirmaq istemir.menle barisacaqmis anasi istemiyib.psixoloq,xahiw edirem mene meslehet verin.men neyleyim?fikrim budu ki,ona herbi and icme gunu mesaj yazim.sadece tebrik edim.sizce men bunu edim?meni qirar?hacansa ailesini razi saldira biler?men duwunuremki,eger ondan ayrilmasaydim onunla bu meseleni birlikde hell ederdik.hem de mubarize aparardi.eledi psixoloq?evvelceden tewekkurler...
Cavab: Xanım sualınız cavablandırılıb. Qeyd etdiyiniz isə sualdan çıxan sualdı. Bu isə bu bölmənin konsepsiyasına uyğun deyil. Burada problem haqqında ümumi məlumatlar və çıxış yolu yazılır. Eyni ilə Sizə də yazılıb. Hər bir şeyi buradan yazmaq və psixoloqdan məsləhət almaq bizi düzgün başa düşün mümkün olmur. Yaxşı olardı ki, tanıdığınız psixoloqla görüşüb problemi detallı ananliz edəsiniz. Sizin öncəki, suallarınız sonrakı sualın təkrarıdı. Allaha əmanət olun. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
vefa
2013-07-19
Salam.size evvelden de defelerle yazmisam.veziyetim cox pisdi.yoldasimi hardasa 1 ay bunnan qabaq telefonla bir qizla danisanda tutdum.qiz da is yoldasidi.dediyne gore hele ilk danisqlari idi.ama kifayet qeder aciq danisq idi.yoldasimin dediyine gore aralarinda basqa hecbir munasibet olmuyb.onuynanda sona catdi ele men bilende.bu xeyanet ustunde emelli basdi davamiz dusdu.mene ozun bil cix get atan evine dedi.getdm zeng vurdu qaytmadm.geldi dansdq hell eledk,qaynanamgilde geldi qaytdm.ama indide icimde onu baqsdaya bilmirem.o xeyanet hissi yeyib bitirir meni.tek problemim bu deyil,qaynanam evde herseyi problem elyr.yola getmek qeyri mumkundur.mene qarsi elediyi her pisliyinde susuramki hormetsizlik elemym,ama olmur.meselcun deyimki birgun seher o qeder fikirli olmusamki qaynanama salam dememisem,inanrsiz bunun ustunde meni aqlatdi.butun bular meni o qeder sixirki herseyi ureyime salmaqdan artiq deli olan hedde catmisam.bir sey olankimi esebden partdyram.saclarmi yoluram.tekliye cekilib aqliyram.cemiyet icinde olsam bu halda qisqirmaq dizlerme cirpmaq istyrem.sehven secim elyb aile qurduqmu ele hey fikirlesirem.daim aqlimdaki bosanmaqdi.ama onnanda qorxuramki nece olaram.ozumnende cox atami,anami,qohun eqraba olara nece baxar onu fikirlesirem.ozumde hiss elyremki veziyetm getdkce pislesr, o qeder Allahdan olum arzulamisamki butun cekdylermnen canim qurtarsindeye.aile heyati qurannan 4 ay sonra hamile qalib korpemi de cekdym eseblerden itirdm.indi hamile qalmaq bele istemirem.bu muhitde dunyaya getrdym korpe yaziqdi fkrlesirem.ozum isleyirem.inanrsiz veziyetm elediki isden cixib o eve bele getmey bele istemirem.ozum serbest muasir ailede boyuyen qiz olmusam,indi dusduyum ailenin fkrlerin,hereketlerin gorub havalaniram haqsizliqlara.nolar mene meslehet verin yol gosterin.eyani qebula cox gelmek istiyerem ama aile muhiti elediki kend adetleri tipi.dememis hec yere getmek olmaz.sizden meslehet gozduyrem....
Cavab: Salam Vəfa xanım. Bu situasiyada psixoloji müayinə və müalicə vacibdi. Ona görə də psixoloq qəbulunda olmağınızı tövsiyə edərdim. Proses bir istiqamətli olmadığından buradan konkret nəsə demək çətindi. Mərkəzlə əlaqə saxlayın, Sizə psixoloqla görüşmək üçün zaman təyin edərlər. Əlaqə telefonu 012 480-36-29 yaxud da 055 257-27-00 Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Nigar Quliyeva
2013-07-19
salam men sizinle sohbet etmek istiyirem ancaq kimse gormese olar?
Cavab: Salam Nigar xanım. office@pcc.az emailine yaza bilersiniz.
salam
2013-07-18
men cox qisqancam duzdu yoldasim mene xeyanet edib bagiwlamiwam ama men ozum hedsiz derecede qisqancam yolda tanimadiqim bir qizi telnen daniwaan gorende ele vilirem yoldasimla daniwir men .eyniyim cox eziyet cekirem
Cavab: Salam. Sizdə baş verən travmatik olaydı. Aradan qaldırmaq üçün psixoloji konsultasiya vacibdi.Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Nigar
2013-07-18
Salam hekim.29 yasim var,7 ildir ki bosanmisam.kecmisde olanlari unuda bilmirem,cox agressiv olmusam,aile uzvlerimi uzurem,kobudluq edirem,sonra aglayiram.ozumden asili olmur.bezmisem herseyden,ag qara renglerdn yorulmusam.nikbin olmaq isteyirem,amma bacarmiram.xahis edirem,mene meslehet verin.Tshekkur edirem.
Cavab: Salam Nigar xanım. Siz yaxşı olardı ki, bununla bağlı psixoloji müayinə keçəsiniz. Ozaman baş verən olay düşüncənizdə tamamlanaq, kimsə Sizdən inciməyəcək. Dolayısı ilə özünüz də narahat olmayacaqsınız. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
afet
2013-07-18
salam.men oz derdimi sizlerle paylawmaq istedim.men cox pis vezyetdeyem komeyinize ehtiyaci var.ozumun 18 sevgilim ise 21 yawi var.3ildisevgiliy.sevgilim cox yarawiqli biridi buna cox qizlar gelinler zeng eleyir hetda nomresinde nece defelernen deyiwib yenede tapirlar.biz yan yana gezendede hele gelinler qizlar baxirki men ola ola bawa duwe bilmirem indiki insanlari cox qisqancam sevgilimi paylawa bilmirem heckimnen.bizim hec bir prablemimz olmur daha cox o weylere gore dalawiriq ki ni bawqalari ona zeng eleyir.daha cox bele dalawiriq birde bariwiq istemriem bele olsun,men ne edim ehtiyacm var meslehetinze.evvelceden tewekkurler
Cavab: Salam Afet xanım Sevgiliniz bundan zövq alır. Əgər o istəsə heç bir xanım ona tərəf baxmayacaq. Siz yaxşı olardı ki, onun bu haqda söhbətlərinə, gələn zənglərinə diqqət etməyəsiniz, əhəmiyyət verməyəsiniz. O zaman o hərəkətlərindən əl çəkəcək. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Sevil
2013-07-17
Salam, menim problemim qaynanamladi, dava edir soyur meni tehqir edir, senin deyir ailen varki,sen alasan, senden arvad olmaz. Deyimki yox temizleyenem,yigishdiranam. Harada gedir qapini baglayir Acari qoyur cibine, oz otagini adi hamama gedende baglayir.guyaki men qurcalayanam, deyimki nese etmisem yox. 1 defe tezyiqi qalxanda otagindan derman getirmisem onuda soz edibki guya gec getirmisem,Esla. Menimcun insanlarin etibari vacibdir,hec vaxt haramlig etmemisem. Hamileyem 7 aydayam meni yenede tehqir edir. Men onu gormekde istemirem, bashimi goturub qacib getmek isteyirem ne edim?komek edin.
Cavab: Salam Sevil xanım Müqavimət göstərməyin. O zaman təslim olacaq. Əks təqdirdə konflikt böyüyəcək. Çalışın həyat yoldaşınızla münasibəti gözəl qorun. Ailəyə adaptasiya prosesində bu kimi hallar yaşanır. Bunu dərinləşdirməmək lazımdı. Çox zaman da həyat yoldaşı olmayan, yaxud da həyat yoldaşı ilə problem yaşayan qaynanalar bu kimi hərəkətlərə yol verirlər. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Aysuman
2013-07-17
Cox sagolun cvbiviza gore minnetdaram
Cavab: Sizdə Allaha əmanət olun!
Ayan
2013-07-16
Salam hekim.Menim bele bir problemim var ki,men oz-ozume daniwiram.Mes.yolda ya da ki,evde tek oz otagimda olanda.Ele bilirem qarwimda kimse var.deye bilmediklerimi lazim olan wexslere deyirem.Ozumun xeberi olmur amma.Qorxuram ki,deli oldugumu sanarlar.Bir de ki,neise duwunende,telle daniwanda,kitab oxuyanda elimle saclarimin dibini masaj edirem.Bunlar verdiw olub artiq.Bunlar neyin elametleridir?
Cavab: Salam Ayan xanım Siz yaxşı olardı ki, psixoloji müayinə olasınız. Bu bizə konkret nə baş verdiyini anlamaqda kömək edəcək. Ondan sonra müalicə prosesinə də başlamaq olar. Mərkəzlə əlaqə saxlayın, Sizə müayinə üçün zaman təyin edərlər. Əlaqə telefonu 012 480-36-29 yaxud da 055 257-27-00 Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
aysuman
2013-07-16
salam.biz dunen ayrildig.cunki onun dediyim kimi xirdaciligi meni bezdirdi.yeni davada kecmiwde olan davalari ortaya qatmasi onu bezdirici edirdi.oz sehvini gormurdu.dunen ozu yazdiki mene seni sevirem ama ayrilmaliyiq.tutarli sebeb getirmedi hec mene.siz o insani nece analiz ede bildiz?
Cavab: Salam Aysuman Yaxşı olardı ki, bir müddət ayrı qalasınız. Bu Sizə həyatınızda nələrin baş verdiyini anlamağa kömək edəcək.Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
gulucka
2013-07-16
salam,psixoloq.xahiw edirem mene cvb yazasiniz.
Cavab: Salam. Sualınız cavablandırılıb.
aysuman
2013-07-15
salam.cox xahiw edirem menim sualimi cvblandirasiz.menimde problemim sevgidir.menim 20 yawim var.sevdiyim oglanla eyni yawidig.biz de her wey yaxwi getdiyi vaxtda davamioz olur ve xirda weylere gore qelbimi sindirib gedir.sonra da 3-4 gun quruna sindirib mene hecne yazmir.davadan sonra da bariwdiqda da bele evvel olan davani yene ortaya salir ve ozunu duzgun cixartmaga caliwir.onun ne demek istediyini de anlamiram.sizce bizim munasibetin axiri ola biler yaxwi menada?men son qoyum munasibete?qorxuram ki indiden beledise gelecekde de her xirda weye gore dalawar ve qurur eliyer.mene bir meslehet vermeyivizi xahiw edirem.
Cavab: Salam Aysuman Qarçı tərəfi bir müddət cəzalandırın. Onunla gec barışın. O zaman o dalaşmağı tərgidəcək. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
GUNEL
2013-07-15
salam hekim menim problemim yoldasimdandi o mene xeyanet edir 1 defe kecdim bagisladim cox yalvarirdi ama demisdim daha bagislamayacam o insan bunu bile bile sehvini tekrar etdi hekim ozumu cox pis hiss edirem ortada 2 qiz usaqi var xeyanetinde kece bilmirem cunki o insan deyisen deyil ayrilmaq isteyirem lakin geleceyde pesmanciliq kecirmeyimden qorxuram valdeynlerim meni basa dusendiler ama bilmirem nece secim
Cavab: Salam GÜnel xanım. Ayrılmaq çıxış yolu deyil. Qarşı tərəfin diqqətini uşaqlara yönlədirin. Ortada qız uşaqlarınız var. Onun günahkarlıq hissi ilə yükləyin. O bu işindən əl çəkəcək. Bütün hallarda onu evə çəkməyə çalışın. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Gunay
2013-07-15
evvela cox sag olun hekim mene refiqeme gore meslehet verdiniz,ama qorxuram onu ozu ile tek qoysam dahada pis olar,yeqin ki bawa duwersiz ki psixoloqla goruwmek ucun valdeyini bawa salmaq lazimdi bu da cetindi,siz bir meslehet versez olar xahiw edirem
Cavab: Salam Günay xanım Onu kənardan müşahidə edin. Müatəqil qərar verməyi öyrənsin. Siz hər zaman onun yanında olmayacaqsınız. Sonda qarşı tərəf yaşamağı və qərar verməyi öyrənməlidir. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
gulucka
2013-07-15
salam.cox sagolun psixoloq.sizin meslehetiniz heqiqeten meni rahatlatdi.onu da deyim ki,meni qohumluqdan cox talib cixir.amma men hamisina yox deyirem.yox demeyime bir terefden de deyer.hec biri xosuma gelmeyib.anam meni mecbur etmir.amma cox yaxsi elciler cixir menim de yox demeyimin sebebini anlamir.anam dedi ki.bundan sonra kim gelse artiq secim et.men bilmirem neyleyim?cox xahiw edirem mene meslehet veresiniz.men sevdiyim oglanla daniwandan nece muddet sonra bu meseleleri ona deyim?qorxuram ki o meni pis ve sehv basa duser.neticede mubahise olar ve biz ayrilariq.meni cox qorxudur bu.men ise onu itirmek istemirem.psixoloq men ona gelecek haqqinda nece sohbet acim?o esgerlikden gelenden sonra istiyirem ailesi bize gelsin.xahiw edirem sizden suallarima cavab yazasiniz.tewekkurler
Cavab: Salam Bir qədər də səbirli olun. Məsələni ananızla danışın, onun da fikirlərini almağa çalışın. Ondan sonra qərar verə bilərsiniz. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
gulucka
2013-07-14
salam,psixoloq.sizce men onu hacana qeder gozleyim?o indi esgerlikdedi.mene hacan zeng eleyer sizce ?men onun prisiyaqasinda yaza bilerem ona mesaj?meni qirmaz?gelecek barede sohbeti daniwdigmiz vaxtda ne qeder muddete acmaliyam?men acim yoxsa gozluyum ozu acacag?cox xahiw edirem bu sualima da cvb yazasiz men ona giriw soz kimi ne yaza bilerem?ama onun anasi bizim munasibetimize razi deyil.oglan bilmir neynesin onu da qira bilmir,meni de umidlendirmek istemir....siz bizim munasibetimizi bir psixoloq kimi nece gorursunuz? cox xahiw edirem sizden butun suallarimi cvblanduirasiniz.c unki bu suallarin hamsinin cvbi menimcun cox onemlidir.nece ildiki suallarima cvb tapa bilmirem. evvelceden tewekkurler...........
Cavab: Salam Siz onu hərbi and içmək münasibəti ilə təbrik edə bilərsiniz. Bunun üçün narahat olmağa dəyməz. Digər tərəfdən Sizin münasibətlər nə qədər normal olsa anası da bir o qədər yumşalacaq. Önəmli Siz ikinizin münasibətidi. Çalışın bunu sağlam təməl üzərində qorun. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Adınız 
Sualınız 
1234567891011121314151617181920
2122232425262728293031323334353637383940
4142434445464748495051525354555657585960
6162636465666768697071727374757677787980
81828384858687888990919293949596979899100
101102103104105106107108109110111112113114115116117118119120
121122123124125126127128129130131132133134135136137138139140
141142143144145146147148149150151152153154155156157158159160
161162163164165166167168169170171172173174175176177178179180
181182183184185186187188189190191192193194195196197198199200
201202203204205206207208209210211212213214215216217218219220
221222223224225226

LOGİN

 Email
 Parol
Qeydiyyat