Sual Cavab

Sevinc
2016-06-24
Salam,menim hedsiz chox sevdiyim birisi olub , o da meni mennen chox sevirdi, artiq 5 aydirki ayrilmisiq, daha dogrusu o mennen ayrildi, bu hadise meni sarsitdi, hele de ozume gele bilmirem,hetta psixoloji problemlerim yaranib, ozume guvensizlik yaranib. Aglimda ancaq sual isareleri durur niye ayrildi, dediyine gore ailesi narazi oldugu uchun, ama bele olsa da insan sevdiyinden bele tez vaz kecermi. Men bunnan sonra bir heyat dusune bilmirem.
Cavab: Salam Sevinc xanım. Siz həyat düşünə bilmədiyinizi deyirsiniz, ancaq o artıq düşünə bilib. Münasibəti tək siz yaşamırdınız, əgər birisi ayrı qala biləcək cəsarətdədirsə,deməli bu cəsarəti bir az da siz tapmalısınız. Həyat hər zaman davam edir, ancaq biz onu pis davam etdirməyə qərarlıyıqsa, deyə bilmərik ki, o pisdir.
Ayten Huseynova
2016-06-24
Salam men ayten.menim problemim gercekden zor ve cetin.imkan ede bilmirem pisixologun yanina gedim maddi cehedden.anamla qaliram bosanmisam birinci tramma orda aldim.kecdi amma kecmedi kecdi sandim.sonra ikinci yasak ask yasadim.turuldum ona amma ailesi var 3usagi var iki ilden sonra ozme cesaret toplayib ayrilmagmizi dedim amma dost qalmagi teklif etdim sevgiden dost qaldik tebiki o bu sohbeti mecburda olsa gebul etdi.indi sizden meslehet almaq isteyirem men ne edim nece edim onu unudum teklif etdiyim dost qalmagmizi devam edim dostcasina hemde aile dostumuzdu.bir yol tapa bilmirem ureyim agriyir her gun her degge aglamagdan gunum kecmir.sizden meslehet almaq isteyirem herseyi unutacaq dermanlar varmi edim tapletkalar varmi gebul edim?mene komek edin cox ehtiyacim var yardiminiza.ozme cox kapandim evden cixa bilmirem uatniram yasak ask oldugundan herkes meni gulecekler tufurcekler uzme cekinirem iki ildi evden bayra cixmiram
Cavab: Salam Aytən xanım. Sizcə də toparlanmağın vaxtı çatmayıbmı? Dostluğu sizin nəyinizə gərəkdir? Nəsə verirmi bu sizə? Qırıntılarla doymağa çalışmayın. Ayağa qalxın və real həyata qarışın. Siz evdə oturmaqla heç nəyin qarşısını almış sayılmırsınız. Sadəcə özünüzü cəzalandırırsınız. Ancaq bu cəza belə heç nəyi həll etmir.
Aynura
2016-06-24
salam elnur emi necesiz? Hemiwede size yaziram Allah razi olsun cavabsiz qoymursuz,deyerli meslehetler verirsiz cox tewekkur edirik.Bizim imtahanimiza az qalib sayili gunler qalib, heyacan var ne edek biz??? :((
Cavab: Salam Aynurə, imtahana az qalmış qatıla bilsəniz seansa qatılın. Motivasiya alaraq imtahana gedin. Dahası isə əgər dəsrlərinizə hazır getmisinizsə, hədəfləriniz bəllidirsə, qorxmaq üçün səbəb yoxdur.
Akshin
2016-06-22
Salam uzur isdeyirem sul verim menbu heyat 5 ildi bir iw e nail olamieaminan allaha heyat vezmisem bilrem gunahdu ama ne edim Olmek isdeyirem ne edim bezmisem hamidan her seyden bezmisem evde hami mene deir bexidnyoxdu iwin duzelmir ne edimne
Cavab: Salam Aqşin bəy. Əgər bir işiniz alınmırsa, bir müddət alınmağına köklənməyin, bir az zaman məsafəsi verin.
Helime
2016-06-22
Salam. Mənim qardaşım çox pis xanıma ilişib,xanım boşanıb uşaqıda var ve düzgün yolun yolçusu deyl. Qardaşımda aslılıq yaradıb qardasşım ayrıla bilmir dalaçır ayrılır ama təzdəmn qardaşım özü yazır ona, küslü olanda qardaşım yata bilmir, ümiyyıtlə yata bilmir neçə gündü,5 gün öncədə üreyi partiyirdi deirdi havam catmir, deirki mənə mən biləmki pisdi nədi nə deil ama ele biləmki onu görməsəm üreyim partiyar, deir köməy edin mənəki onan ayrilim, sizden xais edireım bizı komey edin sizin yaninza gələk
Cavab: Salam Həlimə xanım. Emosional bağlılıq yaranıb. Narahat olmayın bizimlə əlaqə saxlayın qalanı asandır. 0552572700, 0124803629
Fariz
2016-06-22
Salam .demek olarki 1 ildir evliyem ama isdemeden yoldasima cox yalan daniwiram ve yersiz yersiz cox qisqaniram bu da problemler yaradir.yoldasimi heddinden artix cox sevirem ama buna inanmir heyat yoldawim.hemiwe mene deyirki eqoistem,ancax ozumu dusunurem.hec cure sevgimi catdira bilmirem.menim problemim hardadi nece edimki her wey duzelsin?birde heyat yoldasimin meni sevmesine subhem var
Cavab: Salam Fariz bəy. Böyük ehtimalla münasibətlərdən gözləntiləriniz fərqlidir. Çalışın daha öncə bir-birinizi tanıyın. Birlikdə vaxt keçirin, bu vaxt ərzində isə özünüzdən az danışın. Çalışın birlikdə olarkən yeni nələrsə kəşf edəsiniz.
Samir
2016-06-22
salam bir yaxin insan var evde olarken qulaqqina ses gelir ele dusunurki kimse onu soyur ve o ozu ozune danisir ancaq normal insandi her deyqe olmur . cavabiniza gore minnetdaram
Cavab: Salam Samir bəy. İnsan özü normaldır tamam ona söz yox, ancaq qulağa səsin gəlməsi heç də normal bir hal deyildir. Səbəbi çox şey ola bilər. Bəzi psixoloji narahatlıqların başlanğıcı da ola bilər. Tez bir zamanda psixoloqa müraciətində fayda var.
Vusal
2016-06-19
Salam Elnur Bey 2014 cu ilin yanvar ayinda bir qizla dost oldum get-gede ona olan dostlugum sevgiye cevrildi ve nehayet 5 aydan sora may ayinda bunu qiza etiraf etdim,munasibete basladiq gun kecdikce onu daha cox sevdim daha cox baglandim Sanki menim her aldigim nefes oldu. ve munasibetimizden 1 il 6 ay kecdi ve o menden ayrildi sebeb ise baska oglana asiq olmagi idi. Menim ondan Ayriligimnan 8 ay kecib ama men helede onu unuda bilmirem arabir uzaqdan onu gorurem heyecannan esirem o qeder pis oluramki demek olarki butun gunu onu fikirlesirem helede bir gun onun mene qayidacagni dusunrem nedense. Xaiw edirem bu barede fikir bildiresiz.
Cavab: Salam Vüsal bəy. Böyük ehtimalla özünüzə çox suallar verirsiniz. Niyə necə və s. Ancaq bunlar sual deyil, yəni cavab yoxdur, məna axtarmayın, məna verməyə çalışmayın. Sorğulamayın. Bəzən bitəndə bitir. Onun hazırda başqasıyla olduğunu da düşünməyin, onsuz da ortada ayrılıq varsa, iki tərəfin ikisi də sonacan tək qalacaq deyil, gec tez hər kəs bir gün yenidən sevir. Özünüzü bundan təcrid etməyin. Sizə desələr ki, o bir oğlanı atıb başqa birini sevir, gözünüzdən düşər, ancaq münasibət yaşamısınız deyə bir yandan da ona bunu yaraşdıra bilmirsiniz. Halbuki, bir başqasının başına gəlsə belə bir qız haqqında sizə danışılsa, heç vaxt belə biri ilə münasibət düşünməzsiniz. Yəni onun geri gəlməsi gəlməməsi mənasızdır.
Aysel
2016-06-17
Salam men aileliyem ver 1 uwagim var,qizim 1 yaw 5 ayliqdi,hedsen artiq deceldi,butun gun onunla mewgul oluram,hetta yemek yemeye bele vaxtim olmur,bu ebebdeb 40 kq yam h,ariqliq mende komoleks yaradir,kimmgorse qinaq merkezine cevirir meni,bilmirem neyniyim,uwagi atib dincelw bilmirem,ozum de haldan duwmuwem,eseblerimden pozulub
Cavab: Salam Aysel xanım. Çalışın özünüzə qrafik düzəldəsiniz, xüsusi rejiminiz olmalıdır. Uşaq çox dəcəldirsə, onun enerjisini azaldacaq məşğələlərə göndərin, yaxud yoracaq işlərlə məşğul edin.
Albelda
2016-06-16
Salam men nece gundur psixologiyam pozulub tez heyacanlaniram herseyden qorxuram ve haliz veya basim gicellenir bu neden elaqedar ola biler?
Cavab: Salam son günlərdə, sizi sarsıdan, stressli nə yaşadığınızı xatırlamağa çalışın.
Gülnar
2016-06-16
Salam .Mən həddinnən artiq əsəbi olmusam psixoloq məsləhətinə eytiyacim var usagada cox əsəbləsrəm hətta əsəbimi usaqdan cixram əsəblərimi cilovluya bilmirəm
Cavab: Salam Gülnar xanım. Əgər əsəbiniz artıq çevrənizdəki hətta kiçik uşağa belə təsir edirsə, psixoloq almağınızda fayda var və mütləqdir.
rasul...
2016-06-15
Salam. Elnur bey men cox heyacanlaniram qorxu hisleri kecirirem demey olar ki hedden artiq cox seylerden qorxuram.hekimlerden lap cox qorxuram. Hetta psixoloq yanina getmeye bele hecanlaniram. Ne meslehet ederdiniz??? Saqalma ehtimali varmi yoxsa omurlukdu??? Tesekkur edirem....
Cavab: Salam Rəsul müəllim, siz qorxdunuz qorxmadınız əgər vəziyyətiniz həkimə getməyə məcburdursa, hər dəfə qorxaraq bunu yaşayıb gedəcəksiniz, yaxşısı bir dəfə cəsarətinizi toplayıb psixoloq qəbulundan keçin ki, bunu bir dəfəlik aşasınız.
Fira
2016-06-15
Salam.menim istediyim var her wey cox yaxwi idi.axir vaxtlar mene soyumaga bawdadi.men ona qarwi nece olmaliyam ki o yaxwi olsun?
Cavab: Salam Fira xanım. Çalışın üzərinə getməyin, az sual verin. Səbəb axtarmayın.
Sevda
2016-06-14
Salam psixoloq.men 20yasndayam 2il sevgili oldugum insanin niwanli oldugunu oyrendim ustunen 1ay kecmemis yene bawqa biriyle gordum onu yadimnan cixara bilmirem hec cure ozumnen asili deyil gozmun qabagna gelir bawqasiynan sekilleri smsleri ozmu pis hiss edirem mene pis tesir edir ailemle kobud daniwiram 2aydi bu hadise baw verib men.helede ozme gele bilmirem xaiw edirem.meslehet verin men neynemeliyem
Cavab: Salam Sevda xanım. Çalışın onu xatırladacaq hər şeydən uzaq durasınız. Məsələn onun şəkillərinə baxmaqŞ hətta profilini izləmək və s bunun kimi xırda işlərdən uzaq qalın. Ondan əvvəl həyatınız nədən ibarət idi xatırlamağa çalışın və qaldığınız yerdən davam edin. Əgər çətinlik çəksəniz psixoloq dəstəyi almağınızda fayda var. Aşılmayacaq problem deyil, güclü olun.
sasa
2016-06-14
salam hekim sizde koqnetif davranis terapiyasi varmi?
Cavab: Salam, bəli, var.
Fuad
2016-06-13
Salam menim 19 yawim var.Usaq vaxti 2-3 yawlarinda epilepsiyanin yungul novun kecirtmiwem.Gozumun qarwisina goruntuler gelirdi.Sonradan hekimler guclu dermanlarla,iynelerle mualice yazib qarwisini aldilar.5-10 yawlarimda diqqet zeifliyi,yaddaw zeifliyi bawladi mende.Nese bir sey deyirdiler.helebil esitmemiw kimi.gec reaksiya verirdim.gec cavab verirdim.10-15 yawlarima qeder mende beyin tutulmalari oldu.heyecanlananda.yada eseblewende.beyin tutulurdu.gozum onunde her sey sari-qirmizi reng alirdi.bu 3-4 deq cekirdi.hemin an hecne esitmidim.hiss etmirdim.indi ise iwdiye bilmirem.diqqetim yayinir.nese bir duwundurucu bir sey dedikde ya iw olduqda heyecanlaniram.beynim sixilir.nese hadise baw verir.cox xaiw edirem mene komek edim.indi oyrenmiwemki mende autizm sindromu var.cemiyyete qariwmiram.neyinse yerinindeyiwende eseblewirem.hemen esyani evvelki yerinde hesab edirem her defesinde.tek qalmaqa ustunluk verirem.1 il olarki bunu bilmiwem.mene komek edim cox xaiw edirem.etrafdakilar mene qeribe baxirlar.buda mene pis tesir edir.artiq 8ci iwimdi deyueirem.ne etmeliyem?
Cavab: Salam Fuad bəy. Autizm sindromu diaqnozunu sizə kim qoyub? Sadəcə mütləq şəkildə psixoloq qəbulunda olmalısınız. Davamlı görüşlərdən sonra daxili rahatlıqla bu kimi bir çox sıxıntılarınıza son verməlisiniz. Məsələn bir narahatlığınızı aradan qaldırdıqdan sonra digəri başlayıb. Deməli ortada başqa bir şey var və davamlı olaraq bizə narahatlıq yaradır. Psixoloqla görüşün çalışın bunun kökünü tapasınız. Ondan sonra daha rahat həyat yaşamağa başlamış olarsınız. İşinizdə uğurlar
gunay
2016-06-12
Salam men yuxusuzluqdan cox eziyyet cekirem ama yuxu dermanlarinda ziyani oldugu ucun qebul ede bilmirem esitdiyime gore novakain spirtin iylemekle adam yuxuya gedir dogrudurmu? ve ziyani olarmi?
Cavab: Salam Günay xanım. Yuxusuzluq kimi psixoloji problemin səbəbləri müxtəlif və birbaşa psixoloq işlənib aradan qaldırılması lazım olan narahatlıqdır. Dərman sadəcə sizi yatırda bilər. O olmadıqda yenidən yuxusuzluq davam edəcəkdir. Yaxşı olardı ki, işi kökündən həll etməyə çalışasınız.
Nigar
2016-06-12
salam. men nisanliyam ve nisanlimla aramdaki soyuqluq narahat edir. hal hazirda butun isleri ters getirib cox narahatdi. ve soyuqluq yaradir bizde. sevdiyim oglandi mende onun sevdiyi qiz, .. ne etmeliyem bele olanda? nisanlim etiraf edirdiki islerim ters getirib cox eseblesirem oz ozume hovselem catmir. ne etmeliyem?
Cavab: Salam Nigar xanım. Yaxşı olardı ki, onun üzərinə çox getməyəsiniz. Kişilər problemləri barədə danışmağı sevmir. Siz nişanlısı, sevdiyi belə olsanız bu heç nəyi dəyişmir. Bir az işi yoluna qoyub rahatladıqdan sonra zatən özü sizinlə nəyisə böləcək.
Gulu
2016-06-11
Salam .Menim dûsunurem ki,psixoloji problemlerim var .Buna özgûvenin olmamasi ve irade zeifliyi gôstere bilerem.Bunlar aradan qaldirmaq ûçûn ne etmek olar.Mumkunse cavablandirasiz,onceden tesekkurumu bildirem
Cavab: Salam xanım. Əvvəla bunun yaranma səbəblərini bilmək önəmlidir. Aradan qaldırılması isə əyani olaraq psixoloqunuzla birgə işləməkdən asılıdır. Kənardan gələn dəstək və qiymətləndirmə sizi daha da gümrah edib yüksək motivasiya verəcəkdir.
Ayten
2016-06-11
Salam, 1 ildirki nişanlıyam, öz qohumula, nişan oz isteyimizle olub, oz qerarimiz olubŞ esasda qarsi terefin qerari ilə. artiq toya hazirlasirdiq, plan qururduq ama bezi problemler ortaya cixdi ve oturub danisdiq melum olduki iki il bundan once menden de once ei heyatinda olmus bir sehv evlenmeye mane olur, bir qizla birlikdeliyi olub evvel bunu adi kecici qebul edib, sonra ie mesele daha da boyuyub, qiz ozune nese edir onu qorxudur, ailesine deyer ve onun ucun yaxsi olmaz deye qorxur ve ayrilmagi deyir, artiq mende de depresiya veziyyeti alir, insanlardan uzaqlasmisam, evde hecne bildire bilmirik, herden eve de getmek istemire, cox sixiliram artiq hami deyisdiyimi deyir, nece edeceyimi bilmirem, komek etseniz sevinerem. cox sagolun.
Cavab: Salam Aytən xanım. Bu barədə ailənizlə məsləhətləşməlisiniz. Əgər nişan pozulursa, səbəb bilinməlidir. Belə olarsa, bəlkə də o qızın özünə nəsə edəcək deyib sizi qorxutması problemi aradan qalxar. Ancaq ilk əvvəl nişanlınız nə etmək istədiyini, nə istədiyini hər şeydən uzaqlaşaraq dəqiqləşdirməlidir.
Aysel
2016-06-09
Salam Elnur müəllim mən 5 ildi ailələiyəm 2 dəfə uşaq itirmişəm 1 həftə yaşayıblar üzlərini yadımnan çıxarda bilmirəm bütün gün həkimləri gəzirəm onlarda problemi tapa bilmirlər
Cavab: Salam Aysel xanım. Hamiməlik dövrünü necə keçirdiyinizə diqqət edin. Bir müddət bu fikirdən uzaqlaşıb istirahət edin, sonra yenidən övlad sahibi olmağı planlaya bilərsiniz.
Sahsenem
2016-06-09
Salam hekim.men ailelilem yoldasimin xeyanetin yaxalamiwdim bagiwladim onu uzun vaxtdi olub bu hadise indi yadima duwur hem istemeden yoldawimi incidirem hem ozum eziyet cekirem.cox esebi olmuwam
Cavab: Salam Şahsənəm xanım. Sizə qarşı münasibətinə baxın. Əgər pis oldu olmadı ona qarşı şübhələri davam etdirirsinizsə, başa düşməlisiniz ki, o insan üçün xəyanət edib etməməyə fərq qoymursunuz. Yəni sizə qarşı yaxşı olduqda da şübhə edirsiniz, xəyanət etdiyində də. Özünüzə aid ayırdığınız zaman olduğu zaman yaranan özgüvənlə xəyanət fikri ağlınızdan silinəcək. Bəlkə də önəmsizləşəcək.
Arzu Memmedova
2016-06-08
Salam hekim menim 18 yasim var mende sosyal fobiya var.nece ildi bundan eziyyet cekirem.men eyani gele bilmirem online konsultasiya olarmi sosyal fobiyada?
Cavab: Salam Arzu xanım. Sosial fobia kimi psixoloji narahatlıqlardan əyani məşq və söhbətlər şərtdir. Sonradan yenidən geri qayıtmaması üçün psixoloqla -üz-üzə söhbət məsləhət edilir.
çinare
2016-06-07
salam Elnur bey men 17 yaşımda aile qurmuşam 3 ildi,yoldaşımnan hecur yola gede bilmirem aramizda yaş ferqi boyuk (13il)oldugundan bir birimizi başa duşmuruk o qeder pisemki her gun agliyiram onan aile qurmaga ele peşmanam ki, iki övladimiz var mene bir meslehet verin axi men ne edim ailemle nece xoşbext yaşayim xaiş edirem evelceden sag olun.
Cavab: Salam Çinarə xanım. Bu 3 ildə nəyin yaşandığına diqqət edin. Daha sonra onunla aranızda 13 il fərq olduğunu unudun. 13 il fərq olduğundan yola getmədiyinizə inandırmayın özünüzü. Biz valideynləri ilə aralarında 20 il fərq olan övladlarıq. Bəzən yola getmişik, bəzən yox. Ancaq hər zaman birlikdə olmuşuq.
Roya
2016-06-07
Salam Elnur m. Men artiq son 1 ildı yaddaş pozulması yaşayıram.danişarkən sozləri ifadə etməyi unuduram və gozləyib fikirləşirəm.yeni eslində mənim güclü yaddaşim olub.men hal hazırda kecmişdə baş verənləri daha yaxşı xatirlyıram nəinki dünün baş verenləri. oncədən təşəkurlər.
Cavab: Salam Röya xanım. Daha dəqiq diaqnoz üçün psixoloq sizi mayinə etməlidir. Ciddi narahatlıq ola bilər. Mütəmadi olaraq psixoloq yardımı almağınızı məsləhət edirəm.
Fariz
2016-06-07
Salam. Men 3-4 il evvel ciddi stress kecirmisdim, ilk defe idi bele halnan rastlasirdim, hemin vaxt bedenim esirdi, tezyiqim cox yukselmisdi. Artiq ondan sonra mende sanki bir zeiflik yarandi, xirda bir seyde heyecan kecirirem: telefonuma zeng gelende,ilk defe her hansi bir yere getdikde ve s. kimi kicik hallar yarananda danisanda kekeliyirem, ureyim cirpinir, bulanir, istaham kesilir. Bu artiq isime de tesir edir, telesirem, casiram,bacardigim bir isi gorende bele her hansi bir kobud sehv edirem.. Uzun sozun qisasi bu menim heyatima cox tesir edir. Ozum bunun ohtesinden gele bileceyime inanmiram.. Cox xahis edirem bununla bagli mene komek edesiniz...
Cavab: Salam Fariz müəllim. 3-4 il az bir müddət deyil. Təbii əgər 3-4 ildir ki, bu vəziyyət davam edirsə. Əgər tək özünüz özünüze heç cürə cilovlaya bilmirsinizsə, mütəxəssis dəstəyi almağın zamanı gəlmişdir deməkdir.
Adınız 
Sualınız 
1234567891011121314151617181920
2122232425262728293031323334353637383940
4142434445464748495051525354555657585960
6162636465666768697071727374757677787980
81828384858687888990919293949596979899100
101102103104105106107108109110111112113114115116117118119120
121122123124125126127128129130131132133134135136137138139140
141142143144145146147148149150151152153154155156157158159160
161162163164165166167168169170171172173174175176177178179180
181182183184185186187188189190191192193194195196197198199200
201202203204205206207208209210211212213214215216217218219220
221222223224225226227228229230231232233234235236237238239240
241242243244245246247248249250251252253254255256257258259260
261262263264265266267268269270271272273274275276277278279280
281282283284285286287288289290291292293294295296297298299300
301302303304305306307308309310311312313314315316317318319320
321322323324325326327328329330331332333334335336337338339340
341342343344345346347348349350351352353354355356357358359360
361362363364365366367368369370371372373374375376377378379380
381382383384385386387388389390391392393394395396397398399400
401402403404405406407408409410411412413414415416417418419420
421422423424425426427428429430431432433434435436437438439440

LOGİN

 Email
 Parol
Qeydiyyat