Sual Cavab

Ayten
2014-06-13
Salam,20 yasim var, indiye qeder her bir seyim normal olub.heyatimda ilk defe bu yasda sevmisem,munasibetmiz 4 aydi artiq.o insan 1 ay tanisliqdan sonra getdi xarici olkeye islemeye, hazirda da oradadi.ailemle de tanis oldu getmemis.her bir sey normal idi lakin son 3 hefdedi, mene diqqet gostememesine gore cox pis emosional hallar kecirirem, demek olarki gunlerle danismiriq, deyir vaxtim olmur, aglina hecne getirme.menim ise veziyyetim getdikce pislesir, imtahan erefesindeyem, oxuya bilmirem, fikrimi toplaya bilmirem, valideynlerimle munasibetim pozulub, ozume qapanib aglayiram, herden cox pis depressiya hali kecirirem, yuxum gelmir ve istahim itir.hec cure ozumu ele ala bilmirem, pis veziyyetimi hetta kenar cemiyyetde de hiss eletdirirem, men sevdiyimden ayrilmaq isdemirem, lakin onun bu cur munasibeti meni isdemediyim veziyyete aparir.meslehet vermeyinizi isderdim, evvelceden tesekkur edirem
Cavab: Salam.Aytən xanım.Çalışın,hazırki vəziyyətdə fikrinizi dərslərinizə yönəldəsiniz.Kommunikativ əlaqələrinizin bərpası və yaşadığınız emosionallıqla bağlı əyani psixoloji yardım almağınız daha məqsədəuyğundur.Psixologiya və Konsultasiya Mərkəzi ilə əlaqə saxlayın, Sizə müayinə və müalicə üçün zaman təyin edərlər. Əlaqə telefonu (012) 480-36-29 yaxud da (055) 257-27-00 www.pcc.az
Orxan
2014-06-12
Salam. Mənim problemim çox böyükdür. Sevdiyimi unutmaq istəyirəm, amma mümkün olmur. Yuxularım tamam pozulub, iş və şəxsi həyatıma diqqət verə bilmirəm. Çox narahatam. Sigaret və içkinin miqdarını artırmışam. Evdə valideynlərimlə belə istəmədən çox agressiv davranıram. Bütün işlərim agressiya üzərindədir. Çox əsəbiyəm. Heçnə etmək istəmirəm. İnsanlara və həyata marağım tamamən ölüb. Ancaq tənhalıq və içki istəyirəm. Lütfən,mənə kömək edin.
Cavab: Salam,Orxan bəy.Yaxşı olardı ki,əyani psixoloji yardım almaqla problemi həll etməyə çalışasınız.Əks təqdirdə irəlidə həm həyat tərzinizin mənfi istiqamətdə dəyişməsinə,həmçinin digər münasibətlərdə problemlərin ortaya çıxmasına səbəb ola bilər.Psixologiya və Konsultasiya Mərkəzi ilə əlaqə saxlayın, Sizə müayinə və müalicə üçün zaman təyin edərlər. Əlaqə telefonu (012) 480-36-29 yaxud da (055) 257-27-00 www.pcc.az
Fidawka
2014-06-12
salam.menim elim ve ayagimda tez tez terleyir bunun eseble stresle elaqesi ola biler?
Cavab: Salam.Bəli,bu stresslə əlaqəli ola bilər.Çalışın,bir müddət belə vəziyyətlərdən uzaq olun.www.pcc.az
xaliq
2014-06-11
mən həmişə xəyallarnan yaşayiram ailəliəm 2övladim var
Cavab: Salam,Xaliq bəy.Bu hal xarakter tipinizlə əlaqədar ola bilər.Çalışın,düşündüklərinizi reallıqla əlaqələndirin.www.pcc.az
gulya
2014-06-11
salam men her zaman mene gozel demelerini isteyirem eger bele olmasa ya da bashqasina gozel deyilse ozumu chirkin hesab edirem digerlerinin fikrinden asiliyam mene komek edin
Cavab: Salam.Bu daha çox narsistik tip şəxsiyyətə malik olduğunuzun göstəricisidir.Yəni hər zaman Sizin haqqınızda müsbət fikirlərin söylənilməsini istəmək,tənqidlərə qarşı mənfi reaksiya bu şəxsiyyət tipinin əsas göstəriciləri sırasındadır.Çalışın,mənfi fikirlərə qarşı yanaşmanızı dəyişin,həmin hissələrə korreksiya edin.www.pcc.az
emine
2014-06-11
Salam.16 yasim var.indi yazacagimi cox vaxt ozumede etiraf elemeye cekinirem.ozumu toparlayib gucle yaziram.Icimde bir Qeribe hiss var.etrafda ozumu cox cirkin hiss eleyirem.hemiwe hami menden gozel Kimi gelir sekillerimden hec vaxt o reasiyani almiram.amma insanlar meni sanki qebul elemir.mesajla sozumu qebul Eden deyerlendiren insanlar uz beuz ozlanda ehemiyyet vermir men qebul oluna bilmiren bu mene cox pis tesir eleyir.men ne ede bilerem?
Cavab: Salam,Əminə xanım.Özünüzlə bağlı yaranan mənfi fikirlər yeniyetməlik dövrü ilə əlaqədardır.Bu dövrdə özgüvən hissinin aşağı olması,özünü qiymətləndirmənin aşağı düşməsi və s. bu kimi hallar yaşanır.Çalışın,ətrafdakıların mənfi münasibətinə çox da əhəmiyyət verməyəsiniz.Özünüzlə bağlı pozitiv fikirlər formalaşdırın.www.pcc.az
sevinc
2014-06-11
salam Elnur bəy.Narahat edirəm bağışlayın . biraz köməyinizə ehtiyacım var. sevgilim menen uzaqlaşır yeni soyuyur. bunun sebebi ne ola bilər? günah mendedi yoxsa necə. ve mən ne etməliyəm? ilk ğncədən təşəkkür
Cavab: Salam,Sevinc xanım.İlk önə çalışın,münasibətinizdə yaşanan problemin səbəblərini araşdırıb,mənfi və müsbət tərəfləri nəzərdən keçirib,daha sonra bu istiqamətdə müəyyən addımlar atasınız.www.pcc.az
Dilwad
2014-06-10
salam menim 1 problemim var,men hec kime cvb qaytara bilmirem yeni meselen mene yolnan kecen 1 oglan soz atsin durub key kimi uzune baxiram cavab qaytara bilmirem sonra eve gelirem oz ozume daniwiram ki,kaw onu deyerdim kaw bunu deyrdim,ele pis oluram ki,cavblarin vere bilmediyim ucun mene soz atanlarin,nece edim ki,cvblarin verim????nolar tez cvblandirin
Cavab: Salam,Dilşad xanım.Bu özgüvən əksikliyi ilə əlaqədar ola bilər.Çalışın özünüzə olan inamınızı artırın.Yaxşı olardı ki,bununla bağlı əyani psixoloji yardım alasınız.Psixologiya və Konsultasiya Mərkəzi ilə əlaqə saxlayın, Sizə müayinə və müalicə üçün zaman təyin edərlər. Əlaqə telefonu (012) 480-36-29 yaxud da (055) 257-27-00 www.pcc.az
Mehdi
2014-06-10
Hər şeyə tez esebleşirem ele bil boşluqdayam.Hec kesdən danişmaq istəmir hamıya kobud cavab verirəm.İşdəd vəziyyətim ürək açan deyil.Gəh tənga qalmaq gəhdə gəzmək istəyirəm.Ama bilmirəm hara gedim nə edim.Çox sıxılıram xahiş edirəm kömək edəsiniz
Cavab: Salam,Mehdi bəy.Bu vəziyyət gərginlik və stresslə əlaqədar ola bilər.Çalışın,istirahətinizə zaman ayırın.Aqressiyanızı azaldın.Yaxşı olardı ki,durumunuzla bağlı əyani psixoloji yardım alasınız.Psixologiya və Konsultasiya Mərkəzi ilə əlaqə saxlayın, Sizə müayinə və müalicə üçün zaman təyin edərlər. Əlaqə telefonu (012) 480-36-29 yaxud da (055) 257-27-00 www.pcc.az
vusale
2014-06-10
geceler narahat yatiram
Cavab: Salam,Vüsalə xanım.Bu hal gərginliklə əlaqəli ola bilər.Çalışın,istirahətinizə zaman ayırasınız.Narahatlıq və stressdən uzaq olun.Bu yuxunun normaya düşməsinə kömək edə bilər.www.pcc.az
arzum
2014-06-10
Salam. Menim sevdiyim bir oglan var oda meni sevir ama o niwanlidi niwani qaytaracam deyir ama niwanli olduqu qiz onu cox isdediyinden ondan el cekmir vaxti uzadirki niwan qaytarilmasin biz bilmirik ki bele veziyyetde ne edek xahiw edirem mene bir meslehet verin
Cavab: Salam.Yaxşı olardı ki,münasibətinizi nəzərdən keçirib,daha sonra buna uyğun şəkildə qərar verəsiniz.www.pcc.az
Sevda
2014-06-08
Men qorxuram, cox qorxuram, hamidan, herweyden, her addimnan.
Cavab: Salam,Sevda xanım.Bu hal sosial fobiya ilə bağlı ola bilər.Aşağıdakı linkə daxil olmaqla bu barədə məlumatlana bilərsiniz:http://dusunce.az/entries/orxan-fərəcli/-çıxa-bilmədiyin-bir-qəfəs- www.pcc.az
Jale
2014-06-08
salam,cox sevdiyim birisi var,o insan menden he almaqdan otru her wey etdi,,iwde falan her yerde sevgisini etiraf etdi,,men ona inandim,men de sevdim,,,ama bir nece gundur ki,biz artig davalar edirik,,,meni her defesinde qorxudur,beleki,ayrilaqdeyir bezen,,,problemlerinin oldugunu soyleyir,daha sonra ise bunun meni sinamag ucun dediyini soyleyir,ama mn hec vaxt ona yox demedim,,onu coooox sevdiyimi her defesinde bildirirem,ama ondan istediyim ilgini gore bilmirem,,,elimden geleni edirem ki,birce ayrilmiyaq,,,dozebilmerem,,,bezen duwunurem ki,mene ylan daniwir,,,men neylemeliyem,,,ozumu sevilmeyen,,aciz hiss eirem,,lutfen meslehet verin.oneceden tewekkurler
Cavab: Salam,Jalə xanım.Çalışın,narahat olduğunuz məqamları qarşı tərəfə bildirəsiniz.www.pcc.az
aynur
2014-06-08
salam men derdimi heckesle boluwe bilmirem bezirem dehwetttttt heyat meni oqeder yorurr artiq ozumu bele taniya bilmirem ozumu nece haldayam hec bilmirem artiq ne edeceyimi bilmirem cooooxx caresizem
Cavab: Salam,Aynur xanım.Bu hal depressiya ilə əlaqədar ola bilər.Yaxşı olardı ki,əyani psixoloji yardım almaqla,problemin həlli istiqamətində konkret addımlar atasınız.Psixologiya və Konsultasiya Mərkəzi ilə əlaqə saxlayın, Sizə müayinə və müalicə üçün zaman təyin edərlər. Əlaqə telefonu (012) 480-36-29 yaxud da (055) 257-27-00 www.pcc.az
sirinka
2014-06-07
Salam mene komek edin ele hami mene deyir oxu men yeterince oxuyuram amma onlar yene el cekmirler meni teyziqleri altina salirlar men neynim hekim xahis edirem komek edin.
Cavab: Salam.Çalışın,narahat olduğunuz məqamları valideynlərinizlə bölüşəsiniz.Onların dəstəyini alın.www.pcc.az
şirin
2014-06-07
salam hekim menim ciddi problemim var usaqliqdan men qorxu kecirmisem yuxudan balaca cirilti sesine oyanirdim ve yatmirdim ele bilirdimki evde kimse gezir veyaxuda divanda kimse yatib defelerle durub baxirdim heckim yoxuydu gedirdim sinifde yatirdim her gun bele idi anama deyirddiki yalan deyirsen indide adi balaca hirslenim bguluram evvel hirslenende sol elim esirdise indi hec ozumu saxlaya bilmirem 1 saat butun bedenim esir
Cavab: Salam.Yaxşı olardı ki,əyani psixoloji yardım almaqla ilk öncə problemin səbəbini araşdırasınız daha sonra bu istiqamətdə müəyyən tədbirlər görəsiniz.Psixologiya və Konsultasiya Mərkəzi ilə əlaqə saxlayın, Sizə müayinə və müalicə üçün zaman təyin edərlər. Əlaqə telefonu (012) 480-36-29 yaxud da (055) 257-27-00 www.pcc.az
Tural
2014-06-06
Panik atakdan eziyyet cekirem ALlah rizasi ucun bunu mualice eda bilacak hekim tapin mene.
Cavab: Salam,Tural bəy.Psixologiya və Konsultasiya Mərkəzi ilə əlaqə saxlayın, Sizə müayinə və müalicə üçün zaman təyin edərlər. Əlaqə telefonu (012) 480-36-29 yaxud da (055) 257-27-00 www.pcc.az
guler
2014-06-06
14 yasim var aybasi olmuram ozumu pis his edirem sinif yoldaslarimin arasinda utaniram
Cavab: Salam,Gülər xanım.Yaxşı olardı ki,bununla bağlı mütəxəssisə müraciət edəsiniz.www.pcc.az
Nurana
2014-06-06
Hekim suali cavablandirdiginiz ucun coxsagolun.Mende bu kimi seyler evvel yox idi.Bir oglani istemisem vaxt var idi,ona demey istiyirdim ve dedimde.Ama o buna deyer vermedi cox pis oldum.Ele bil bu hadiseden sora Mende bu kimi seyler bas verdi,hemde cox seyi artiq vecime almiram ele bil,bunu ozumdede hiss elemisem.
Cavab: Salam,Nuranə xanım.Bu hadisə travma halında qalıb.Bunu aradan qaldırmaqda fayda var.Əks təqdirdə irəlidə yaşayacağınız münasibətlərinizə mənfi təsir göstərə bilər.www.pcc.az
bayramova vusale
2014-06-06
Salam hekim menim sualim qic olmayla baglidir.ellerim bedenim qic olur.qic olma yarim saat davam edir.hemcini basim tez tez agriyir. Her seye eseblesirem.xais edirem tecili cavab verin mene komek edin.Adinizi soyadinizi nomrenizi islediyini yeri yazin ki,sizinle elaqe saxlayim.
Cavab: Salam,Vüsalə xanım.Psixologiya və Konsultasiya Mərkəzi ilə əlaqə saxlayın, Sizə müayinə və müalicə üçün zaman təyin edərlər. Əlaqə telefonu (012) 480-36-29 yaxud da (055) 257-27-00 www.pcc.az
lale
2014-06-06
Hekim bir daha salamlar suali cavablandirdiginiz ucun tesekkur edirem.menim 14 yasim var hec kime deye bilmirem bunu ona gore xahis edirem evde ozume ne ede bilerem.dunenki suala gore.bir de ki son zamanlar dersi cox oxuyuram kimse mene nese deyen kimi ozumden cixiram ozumu nece toparlayim aqresivlesmisem twk sagolun.
Cavab: Salam,Lalə xanım.Çalışın,istirahətinizə zaman ayırın.Fasiləsiz oxumağınız aqressivliyinizin artmasına səbəb olur.Zamanınızı düzgün bölməyə çalışın.Beyninizə neqativ fikirlər gəldikdə isə onu başqa istiqamətə yönləndirin.Həmin an başqa nə iləsə məşğul olun.www.pcc.az
Nurka
2014-06-06
Salam hekim.Men 8 ildir ki bir oglanla birlikdeyem.Bir birimizi sevirik.Amma onun ailesi bizim birlikde olmagimiza razi deyil.Sebeb olaraq ise tanimadiqlarini deyirler.Bunun ucun qohum alacaqlarini bele bildiribler.Istediyim oglan mubarize aparacagini deyir.Amma menim gucum qalmayib.Cox pis veziyyetdeyem.Otagimdan cixmiram hec kimle munasibet qurmaq istemirem.Hami gulub daniwanda men ele bil bu dunyanin insani deyilem.Cox aglayiram.Hetta qonaq getdiyimiz yerde bele gizli aglayiram.Herden yawadiwlaqrima gucumun catmayacagini fikirlewib olmek bele isteyirem.Xahiw edirem mene bir meslehet verin
Cavab: Salam.Bu depressiv vəziyyət olaraq dəyərləndirilə bilər.Yaxşı olardı ki,əyani psixoloji yardım almaqla problemin həlli istiqamətində müəyyən addımlar atasınız.Psixologiya və Konsultasiya Mərkəzi ilə əlaqə saxlayın, Sizə müayinə və müalicə üçün zaman təyin edərlər. Əlaqə telefonu (012) 480-36-29 yaxud da (055) 257-27-00 www.pcc.az
Nurana
2014-06-05
Salam hekim menim 16 yasim var.Hami meni etrafdan sixir ele bil.buna gore hec kimle rahat danisa nede yaxsi unsiyyet saxlaya bilmirem.Her seyi ureyime tez saliram.Ozume cox qapaniram.Her seyi ureyime tez saliram.Bilmirem neyniyim,Xahis eliyrem komek edin.
Cavab: Salam,Nuranə xanım.Yaxşı olardı ki,əyani psixoloji yardım almaqla problemin ilk öncə səbəbləri araşdırılsın,daha sonra bu istiqamətdə korekksion tədbirlər görülsün.Psixologiya və Konsultasiya Mərkəzi ilə əlaqə saxlayın, Sizə müayinə və müalicə üçün zaman təyin edərlər. Əlaqə telefonu (012) 480-36-29 yaxud da (055) 257-27-00 www.pcc.az
Eziz
2014-06-05
salam hekim men depressiv bipolyar pozuntu kecirdirem 2 il olar 21 yasim var ki bilmirem normal heyat nedir ozume cox qapanmisam hecne zovq vermir mene hemde rengler qeribe gelir etraf muhutu coox solgun gorurem tez tez heyacanlaniram cox guclu ajiotaja dususrem bir nece defe hekimde olmusam bir necesi sehv diagnoz qoyub mualice sehv aparilib sonra cox guclu bir psixiatrin qebulunda oldum onunda mualicesi meni sagaldmadi depokina xromo 500 , gune 2 tapletka icirdim amma hec bir effeft olmadi amma bir ara cox yaxsilasdim sonra tesiri itdi bilmirem neyniyim doktor bu xestelik lap basimi xereb edib butun heyatim iflic olub doktor ECT-la mualice almag isteyirem xais edirem komek edin mene birde doktor zehmet olmasa deyerdiz dermanlarla mualice muddeti nece aya olur yeniki tam sagalmag coox xais edirem sizden menim sualimi tez cavablandirardiz veziyyetim deheset derecede agirdi inanmiram ki gelen ile sag qalim
Cavab: Salam,Əziz bəy.Dərmanlarla müalicə təsir müddətindən asılı olaraq müxtəlif olur.Yaxşı olardı ki,əyani mütəxəssislə görüşüb,problemin həlli istiqamətdin müəyyən addımlar atasınız.Psixologiya və Konsultasiya Mərkəzi ilə əlaqə saxlayın, Sizə müayinə və müalicə üçün zaman təyin edərlər. Əlaqə telefonu (012) 480-36-29 yaxud da (055) 257-27-00 www.pcc.az
lale
2014-06-05
Salam hekim,men evvelceden geleceyi dusunub oz ozume aglayiram meselen kimise itirmekden cox qorxuram deye,her defe fikirlesirem sevgilim menden ayrilacaqmi komek edin xahis edirem twk
Cavab: Salam,Lalə xanım.Bu hal generalizə olunmuş təşviş pozuntusu kimi dəyərləndirilə bilər.konkret bir hadisə, əşya və yerə fokuslanmayan sanki pis xəbər eşidəcəyi,bədbəxt hadisə olacaqmış kimi səbəbi bəlli olmayan bir hisslərlə müşayiət olunan psixoloji problemdir.Yaxşı olardı ki,əyani psixoloji yardım almaqla problemi həll etməyə çalışasınız.Psixologiya və Konsultasiya Mərkəzi ilə əlaqə saxlayın, Sizə müayinə və müalicə üçün zaman təyin edərlər. Əlaqə telefonu (012) 480-36-29 yaxud da (055) 257-27-00 www.pcc.az
Nuray
2014-06-05
SALAM,16 YAWIM VAR HER SEYI OZUME PROBLEM EDIREM,COX ESEBIYEM XIDA SEYLER OZUMDEN CIXARDIR MENI ADI YOLNAN KECEN MENE BIR SOZ DESIN ESEBLEWIREM VE ESEBIMDEN GULUREM,GECE YATA BILMIREM ANCAQ BEYNIM DUSUNUR ANACQ DUSUNUR,BELKE DE BUTUN GUNU DERS OXUYURAM ONA GOREDI ELE OLUR KI,YUXUDA DERS OXUYURAM MISALLAR HELL EDIREM SEHER OYANIB GOREMKI BAWIM ELE BIL DOLUB AGIRLAWIR...HEM DE SEVGIYE EHTIYYACIM VAR HEC KIM MENE GOZEL SOZLER DEMIR ANAM ANCAQ DEYIR ONU ELE BUNU ELEME HEC SIGAL CEKMIR BAWIMDAN EHHH NEBILIM HEC MEN OZUMU ANLAMIRAM HEC BAWA DUWE BILMIREM KI,NE TIP XARAKTERIM VAR HEC ONUDA BILMIREM COX QORXURAM HEM DE COX UNVERSITETE HAZIRLAWIRAM 2 CI QRUP AGLIMA COX SEYLER GELIR,UNIYE GIRMEK MESELESIN COX CIDDIYE ALIRAM,DEYIREM BIRDEN GIRMEREM ANAMIN ATAMIN VE MENIM EZIYYETIM,SONRA ANAM ATAM NE QEDER MUELLIMLERIME PUL TOKUR,ONLARIN PULLARI BATAR NE BILIM MIN CUR FIKIRLER AZCA DERS OXUMAYANDA VICDAN EZABI CEKIREM,OZUMU SOYUREM QAGIW EDIREM UREYIM SIXILIR,HEM DE NEBILIMEEE OZUME QAPANMIWAM ETRAFIMDAKI QIZLARA HAMSINA SEVGI TEKLIFI GELIR,AMMA MENE YOX EHHHHH BELE SEYLER FIKIRLEWENDE DEYIREM OZUNE GEL BELE OLMAZ FIKRINI CEMLE COX VAXT OZUME TESELLI VERIREM INANIN OZUMU BAWA DUWE BILMIREM MESLEHET VERIN MENE AMMA XAHIW EDIREM MENE PSIXOLOQ MURACIET EDIN DEMEYIN IMKANIM YOXDU NOLAR MESLEHET VERIN TEZ BIR ZAMANDA
Cavab: Salam,Nuray xanım.Çalışın,oxumaqla yanaşı istirahətinizə də zaman ayırın.Müəyyən fasilələrlə dərslərinizi çalışın.İmtahanla bağlı neqativ düşüncələrdən uzaq olun.Pozitivə köklənin.Valideynlərinizlə bağlı narahat olduğunuz məqamları isə çalışın onlarla bölüşəsiniz.problemlərinizi onlara bildirin.www.pcc.az
Adınız 
Sualınız 
1234567891011121314151617181920
2122232425262728293031323334353637383940
4142434445464748495051525354555657585960
6162636465666768697071727374757677787980
81828384858687888990919293949596979899100
101102103104105106107108109110111112113114115116117118119120
121122123124125126127128129130131132133134135136137138139140
141142143144145146147148149150151152153154155156157158159160
161162163164165166167168169170171172173174175176177178179180
181182183184185186187188189190191192193194195196197198199200
201202203204205206207208209210211212213214215216217218219220
221222223224225226227228229230231232233234235236237238239240
241242243244245246247248249250251252

LOGİN

 Email
 Parol
Qeydiyyat