Sual Cavab

Aytac
2014-06-23
Salam doktor sizi bir mesele ile bagli narahat edirem. Menim 34 yashim var. Rafiqamin 16 yashli oglu meni sevir, o bunu hergun mene bildirir ve konlumu qazanmag ucun jestler edir. Deyir ki, senden he cavabi almayinca ichkiden el cekmiyecem ve bir sira anormal ishler gorur. ve olmek istediyini deyir. men ne edim bu veziyyetde zehmet olmasa komek edin
Cavab: Salam,Aytac xanım.Çalışın,soyuqqanlı davranın.Davranışları yeniyetməik dövrü ilə əlaqədardır.Yaxşı olardı ki,valideynləri ilə məsləhətləşib yeniyetmə psixoloqu ilə görüşdürmələrini bildirəsiniz.Psixologiya və Konsultasiya Mərkəzi ilə əlaqə saxlayın, Sizə müayinə və müalicə üçün zaman təyin edərlər. Əlaqə telefonu (012) 480-36-29 yaxud da (055) 257-27-00 www.pcc.az
Sabina
2014-06-23
Salam doktor menim 33 yashim var boshanmisham.insanlarla unsiyyetde olduqda chox tez ozumden cixiram.onlardan qiciqlaniram.harseye eseblesirem aglayiram. ozumu ele almaga calisiram alinmir/ bu hal ne ile alaqadardir?
Cavab: Salam,Səbinə xanım.Bu hal yaşadığınız emosional gərginliklə əlaqədardır.Yaxşı olardı ki,əyani psixoloji yardım almaqla,situasiyanı aradan qaldırmağa çalışasınız.Psixologiya və Konsultasiya Mərkəzi ilə əlaqə saxlayın, Sizə müayinə və müalicə üçün zaman təyin edərlər. Əlaqə telefonu (012) 480-36-29 yaxud da (055) 257-27-00 www.pcc.az
Guler
2014-06-23
Guler 2014-06-20 Salam hekim. Men nisanliyam, nishanlimin anasi bizi tek qalmaga qoymur, hara getsek bizimle gedir. herseye heddinden artiq qarishir, ozumuz qarar vere bilmirik ve men bu haldan eseb kecirirem. ne edim mene komek edin zahmat olmasa Cavab: Salam,Gülər xanım.Çalışın,narahat olduğunuz məqamları nişanlınızla bölüşəsiniz.www.pcc.az Salam doktor men sizin cavabinizi oxudum amma siza bildirmek isteyirem ki, nisanlim bele meselelerde meni dinlemek bele istemir. basga ne ede bilerem?
Cavab: Salam,Gülər xanım.Birlikdə ailə psixoloqu ilə görüşüb,problemi həll etməyə çalışmağınız daha məqsədəuyğun olardı.www.pcc.az
Sona
2014-06-23
salam Elnur bey men sabah imgtahana gedecem eslinde ele bir heyecanim yoxdu amma mene ele gelir ki neticem hec yaxsi olmayacaq buda ailemde naraziliqa yol acacaq atam meni danlayacaq yaxsi qiymet ucun 22 23 suala duz cavab yazmalisan amma men nedense ozume inanmiram amma ele zeifde oxumuram cebrden melim yanina getmiwem 5 ay.amma yenede istemirem valideynlerim meni danlasin.umumiyyetle mene kimse qiwqirsa ya pis soz dese o deqiqe xetrime deyir esebimden diwlerimi qicayiram o saat ozumu oldurmek isteyirem adi bir soze gore.hemiwe tekliye ustunluk verirem.
Cavab: Salam,Sona xanım.Çalışın,imtahanlı bağlı neqativ fikirlərdən uzaq olasınız.Kənar düşüncələrdən uzaqlaşın.Bütün diqqətinizi yalnız imtahana yönəldin.www.pcc.az
AYAN
2014-06-23
Salam hekim bagislayin sizi narahat edirem.Men 8 ay bundan once oz qohumumuzun erini aldatdigini oyrendim daha dogrusu mesajlarini gordum ozu mene gizli telefonunu gostermisdi ama dediki isden veribler.ilk inanmisdim ama sonra mesajlarin gorenden sonra emin oldum ki erini aldadir.men basqa yolla ona basa saldim ki bele seyler gunahdi olmaz dedi bos sohbetdi ayan inanma.bu sirrli 5 ay tutdum ama o sirrli oyrendiyimden yuxularima haram girdi ariqladim cox pis idim 1 gun mamam geldi dediki bu sirri mene ded yoxsa olesen de rahatlas 1ay demedim ama gordum bu sirr meni oldurur and verdim mamaki hec kime deme and icdi neyse dedim bele bele inanmadi mene.1gun menden xebersiz o qizin anasina deyerki qizin haqqinda bele seyler esimisem qizinin qabagini al anasi deyer qiz inkar eder.bu yaxinlarda bacim geldi dediki mama lalenin gizlin telefonun tutub oglu aparib verib atasina evlerin qirgindi.indi o qiz menim mamama dediyimi bilir mene dedi meni niye satdin mamana onsuz da cox utanirdim o sozden sonra lap pis olmusam.dogru bu sirri men acmadim oglu acdi ama yenede ozume gele bilmirem ozumu bagislaya bilmirem sanki satkinam
Cavab: Salam,Ayan xanım.Çalışın,həmin situasiyaya yönəlməyəsiniz.Diqqətinizi daha çox öz həyatınıza fokuslandırın.www.pcc.az
Zaur
2014-06-22
salam hekim, emosionalligi nece azalda bilerem? Hetta yox elemek istiyirem
Cavab: Salam,Zaur bəy.Çalışın,proseslərə bir qədər soyuqqanlı yanaşın.Emosiyalarınızı bir qədər məhdudlaşdırın.www.pcc.az
kenan
2014-06-22
Salam hekim mende urey sixilma olur yeni hekim muayine edib her sey qaydasindadir sadece ele bil qorxuram ancag bir sey haqda fikirlesirem yasadigim yerden uzaga gede bilmirem cekinirem halim deyisir yalniz fikrimde pis olaram birden yixilaram qalatam burda bele seyler olur neden ola biler pisxalojidir ?
Cavab: Salam,Kənan bəy.Bəli,bu hal psixolojidir.Panik atak olaraq dəyərləndirilə bilər.Panik atak qorxu (ölüm qorxusu) və narahatlıq hisslərinin tutma şəklində qəflətən başlayıb, 10 dəqiqə ərzində ən pik səviyyəyə çatan psixoloji narahatlıqdır.Bu tip krizlər adətən insanların çox olduğu yerlərdə, qapalı otaqda, tıxaclarda olur və yarım saatdan sonra azalmağa doğru gedir. Buna baxmayaraq, xəstə tutmadan sonra çox halsız və ümidsiz olur. Bu səbəbdən də evdən tək çıxmağa qorxur, daim yanında güvənəcəyi bir adamın olmağını istəyir. Eləcə də tez-tez müxtəlif həkimlərə gedərək özlərini müayinə etdirir, evdə olarkən təzyiqlərini ölçdürüb, əlləri ilə nəbzini və ya ürək döyüntülərini yoxlayırlar.Terapiyası ilə bağlı yaxşı olardı ki,əyani psixoloji yardım almaqla,aradan qaldırmağa çalışasınız.Psixologiya və Konsultasiya Mərkəzi ilə əlaqə saxlayın, Sizə müayinə və müalicə üçün zaman təyin edərlər. Əlaqə telefonu (012) 480-36-29 yaxud da (055) 257-27-00 www.pcc.az
sevil
2014-06-22
psixoloqla goruwmeye ve muaine etmeye ne qeder pul lazimdir
Cavab: Salam,Sevil xanım.Psixologiya və Konsultasiya Mərkəzi ilə əlaqə saxlayın,Sizə ətraflı məlumat verərlər.Əlaqə telefonları:(012)480-36-29,(055)257-27-00 www.pcc.az
zulya
2014-06-22
salam hekim men müellimeyem hemde rehberem bilirsiniz gerginliklerim coxdur her bir insanı öz diliynen dindirirem sonra enerjim eve gelende tükenir mene ne meslehet görersiz çalışıram birce eseblerim pozulmasın hele 35 yaşım var
Cavab: Salam.Bu hal psixologiyada Bernaur sindromu digər adı iləsə emosional yanma sindromu olaraq adlandırılır.Uzun müddətli yorğunluq,gərginlikdən dolayı müəyyən müddət daxilində işdən soyuma,həvəssizlik kimi hallar müşahidə edilir.Aşağıdakı linkə daxil olaraq problemin dərəcəsini müəyyən edə bilərsiniz:http://psixotest.az/?smode=page&item=main_test&test_id=144
sevil
2014-06-22
salam hekim.menim 18 yawim vaar 5 ildi baw agridan eziyyet cekirdim. wukur bAw agrilarim indi duzelib amma yaddaqim temiz pozulub. universitetde oxuyuram qeti imtahanlara hazirlawa bilmirem. ele bil oyrenme yadda saxlama qabliyyetmi itirmwem neyniye bilerem? evvelceden twkler
Cavab: Salam,Sevil xanım.Bu hal xroniki yorğunluq sindromu olaraq qiymətləndirilə bilər.Xroniki yorğunluq sindromu,həyat keyfiyyətinə mənfi istiqamətdə təsir edir.Bu sindromun təsiri altında qalan insanlar,ciddi bir əmək itkisinə uğrayır.Həmçinin yuxu problemləriylə qarşılaşdığı üçün gün ərzində diqqətini yığmaqda çətinlik çəkə,unutqan ola bilər və aqressiv hərəkətlər göstərə bilər.Aradan qaldırmaq üçün Fərd əvvəlcə stresi idarə etməyi bacarmalıdır.Hər kəsin bir stress norması vardır və bu normanı aşmamaq lazımdır.Nizamlı həyat tərzi,yüngül fiziki məşqlər, sağlam qidalanmaq və ideal kilonu qorumaq da xroniki yorğunluq sindromu və bənzəri narahatlıqlardan qorunmaq üçün tətbiq olunması lazım olan təməl qaydalardır.Həmçinin yuxu ritminə diqqət etmək lazımdır.Rahat bir yuxu üçün yatağa girmədən əvvəl gündəlik bütün stress səbəblərinizi ağılınızdan uzaqlaşdırmaq,xoşunuza gələn mövzuları düşünmək və ya xoşladığınız bir filmi seyr etmək nizamlı bir yuxunu təmin edə bilər. www.pcc.az
Ilahe
2014-06-22
Salam hekim menim bir narahatciligim var, isteyirem mene oz meslehetinizi veresiz Menim qaynimin usaqi olmur menden onlara usaq dunyaya getirib vermeyimi isteyiller, duzdu men istemriem cunki qorxuram 1 Allaha aciq geler deye, 2 de fikirlesiremki usaqi verdim gelecekde yanimdaki usaqlarla elaqe saxmamaga izin vermezler meni onu gormeye izin vermezler, 3 de usaq gelecekde menden nifret eder deye oz yanimdakilarda,ama onlarin bele veziyyetiniede doze bilmirem sizce ne edim ? Onceden tesekkur edirem mene vaxat ayirdiginiz ucun.
Cavab: Salam,İlahə xanım.Qərarınızı dəqiqləşdirin,daha sonra uyğun bir dillə fikirlərinizi onlarla bölüşün.Durumu başa salmağa çalışın.www.pcc.az
seva
2014-06-22
salam elnur bey menim anamin 48 yawi var her gun donennen sora icine olum qorxusu duwur basdayir eli ayagi buz olur yanimda durun getmiyin deyir elimi ayagagimi sixin deyir her axsam duwende ele olur sora agliyir biraz biraz ozune gelir bu neden ola biler menim anam neden ele olur sualima cvb vereceyiniz ucun cox sagolun allah butun analarin canin sag elesin
Cavab: Salam.Bu hal təşvişli-nevrotik pozuntu olaraq dəyərləndirilə bilər.Qeyd etdiyiniz hallar bu pozuntuda müşahidə edilir.Yaxşı olardı ki,əyani psixoloji yardım almaqla problemi aradan qaldırmağa çalışasınız.Psixologiya və Konsultasiya Mərkəzi ilə əlaqə saxlayın, Sizə müayinə və müalicə üçün zaman təyin edərlər. Əlaqə telefonu (012) 480-36-29 yaxud da (055) 257-27-00 www.pcc.az
Leyla
2014-06-21
Salam hekim bir sayt var orda psixoloqa ehtiyacimiz var devet etsem gelersiz?
Cavab: Salam,Leyla xanım.Mümkünsə,saytla bağlı məlumat verin.
sema
2014-06-21
salam menim on alti yasim var bir ay bundan evvel men sinaq imtahaninnan cox asagi netice gostermisem onnan sonra ozumu cox pis hiss ediremyadima dusende esebi oluram xahiw edirem komek edin coxsagolun
Cavab: Salam,Səma xanım.Çalışın,sınaq imtahanının təsirindən çıxasınız.Daha çox diqqətinizi irəlidə olacaq imtahanınıza yönəldin.Özünüzü həyəcanlandırmayın.İmtahanla bağlı neqativ fikirlərdən uzaq olun.Bu Sizdə imtahana qarşı qorxunun yaranmasına səbəb ola bilər.Psixologiya və Konsultasiya Mərkəzi ilə əlaqə saxlayın, Sizə müayinə və müalicə üçün zaman təyin edərlər.www.pcc.az
ayxan
2014-06-21
salam hekim menim 23 yasim var ve 3 ildir ki tek yasayiram ailemse bunu hec cur qebul etmir onlar meni tek yasamaqimla hec cure razilawa bilmirler gozel iwim ve yaxsi heyatim var her seyi oz gucume edirem amma onlarla olanda ozumde boyuk inamsizliq ve arxanliq yaradir men ne ede bilerem
Cavab: Salam,Ayxan bəy.Çalışın,bu əlamətlərin nədən qaynaqlandığını araşdırıb,daha sonra həmin məqamları düzəldəsiniz.www.pcc.az
AYLA
2014-06-21
Salam hekim.menim babamin 80 - den cox yasi var.bu yasinda baslayib nenemi izlemeye, qisqanmaga.nenem otaqdan cixanda hetta ona qiwqirir ki, sen kiminse yanina getdin.Qiwqiraraq ona lazimsiz sozler deyir.Halbu ki, bu vaxta kimi bele sohbetler olmasi ucun hec bir sebeb olmayib ve hec bele sozler demeyib neneme.Yaziq arvad da xestedi hec ayaq uste dura bilmir.Bu neden ola biler?
Cavab: Salam,Ayla xanım.Bu hal yaşloa əlaqədar ola bilər.Çalışın,həmin insana daha çox diqqət ayırasınız.www.pcc.az
lale
2014-06-21
men su ciceyiyem ve men bundan tez xilas olamaq isteyirem xais edirem mene komek edin
Cavab: Salam,Lalə xanım.Bununla bağlı həkimə müraciət etməniz daha məqsədəuyğundur.www.pcc.az
fidan
2014-06-20
salam hekim menim 16 yasim var bir ay bundan evvel sinaq imtahanindan cox asagi netice gozterdim onnan sonra ozume gele bilmirem cox esebi olmusam adi weylere gore tez eseblewirem ve fiki eliyirem mende imtahan qorxusu var xahiw edirem komek edin coxsagolun
Cavab: Salam,Fidan xanım.Çalışın,sınaq imtahanının təsirindən çıxın.Özünüzü irəlidə verəcəyiniz imtahanınıza hazırlayın.İmtahanla bağlı neqativ fikirləri özünüzdən uzaqlaşdırın.Çünki bunlar effektivliyi aşağı sala bilər.www.pcc.az
ayan
2014-06-20
salam elnur emi necesiz,men size bir soz demey isteyirem evdekiler mene hec qulaq asmaq istemirler hemiwe bawima qiwqirirlar mende sade oldugum ucun tez kovrelirem ve bawlayiram aglamaga bezmiwemeeeeeeee daha herkes menden uzaqlawir mene komey edin nolar ve sevdiyimi hec zaman unuda bilmirem men ne edim?derslerede gedirem men hemiwe deyiremki hacan derse gederem eve hec gelemyim bilmirem men neyniyim nolar elnur emi 10-cu sinifi bitirmiwem meni bawa duwmurler men oz derdimi kime deyim?mene komek edin
Cavab: Salam,Ayan xanım.Yaxşı olardı ki,problemlə bağlı valideynlərinizə Sizi psixoloqa müraciət etməyi bildirəsiniz.Psixologiya və Konsultasiya Mərkəzi ilə əlaqə saxlayın, Sizə müayinə və müalicə üçün zaman təyin edərlər. Əlaqə telefonu (012) 480-36-29 yaxud da (055) 257-27-00 www.pcc.az
Aygun
2014-06-20
Salam hekim, menim 30 yasim var, aileliyem ekiz usaqlarim var. Agir cekili qadinam, her seyi ureyime saliram her seye eseblesirem buna gorede tezyiqim dusur. Sizce buna sebeb ne ola biler, cox sag olun.
Cavab: Salam,Aygün xanım.Ola bilsin ki,yaşadığınız stress,gərginlik Sizdə belə halların yaşanmasına gətirib çıxarır.Çalışın,daha çox istirahətinizə zaman ayırın.Gərginlik yaradan fəaliyyətlərdən uzaqlaşın.www.pcc.az
Guler
2014-06-20
Salam hekim. Men nisanliyam, nishanlimin anasi bizi tek qalmaga qoymur, hara getsek bizimle gedir. herseye heddinden artiq qarishir, ozumuz qarar vere bilmirik ve men bu haldan eseb kecirirem. ne edim mene komek edin zahmat olmasa
Cavab: Salam,Gülər xanım.Çalışın,narahat olduğunuz məqamları nişanlınızla bölüşəsiniz.www.pcc.az
larisa
2014-06-20
Salam hekim cox sag olun ki sualima cavab verdiz. Men ele seraitdeyem ki ora gelme imkanim yoxdu, bu veziyyetimin oz-ozune kecib getme ehtimali varmi, yoxsa vaxt kecdikce bu bir xesteliyemi cevrilecek? herden ele qorxuram ki ya deli olaram yada, basimda sis emele gele biler. Sizden artiq derecede xahis edirem ki mene bu vasiteyle komek edesizin.Sizce menim bu veziyyetim nevroz ola bilermi? komek etseniz size omur boyu duaci olaram, indiden cox sag olun size minnetdaram.
Cavab: Salam,Larisa xanım.Qeyd etdiyiniz əlamətlər yaşadığınız problemlə əlaqədardır.Generalizə olunmuş təşviş pozuntusu heç bir ölümcül xəstəliyə çevrilmir.Sadəcə müəyyən dövrlərdə fərqli fikirlər,yanaşma tərzləri formalaşır.Aşağıdakı linkə daxil olmaqla problemlə bağlı daha ətraflı məlumat əldə edə bilərsiniz:http://www.youtube.com/watch?v=C6aiCjLN72Q
Nergiz
2014-06-20
Salam..men evliyem...ovladim var...evde cox kulfet var...evveller cox sakit idim..get gede evin darligi insanlarin evde coxlugu menim esebimi dehwetli veziyyete getirdi...eseblewende cox qiwqiriram gozum hec ne gormur.adice ovladimin adi bir hereketi eseblerime toxunur...sakitlewe bilmirem...unutqanliq emele gelib mendee esebden...psixoloqa getmey wansimda yoxdu...men ne ede bilerem eseblerim sakitlewsin...cox xahiw edirem.... ilk onceden Təşəkkür
Cavab: Salam,Nərgiz xanım.Çalışın,yadağınız mühitin gərginliyini qabarıq formada ifadə etməyin.Prosesə qarşı yanaşma tərzinizi dəyişdiyiniz təqdirdə problem də aradan qalxacaq.Daha çox istirahətinizə zaman ayırın.Sevdiyiniz fəaliyyətlərlə məşğul olun.www.pcc.az
gulnare
2014-06-20
Salam hekim.menim 19 yasim var hemise esebi olmusam ama bu son 6 7 aydi ozumu saxlaya bilmirem dehsetli derece eseb meni oldurur.insanlarin gelbini qiriram gece qaranliqda yata bilmirem mutleq isiqda yatmaliyam qaranliq olan kimi sanki kimse gelir qordxulu varliqlar.her seyi icime atiram atam ustume cox gelir deyir deyir sen supurgeci olasan.ama hekim menim senetim ressamliqdi ozume ressamliqda oxuyuram.evde hec kimle danismiram aglayiram ancaq ama ozumden asli deyil dayana bilmirem
Cavab: Salam,Gülnarə xanım.Belə bir vəziyyətdə əyani psixoloji yardım almağınız daha məqsədəuyğundur.İlk öncə problemin yaranmasına şərait yaradan faktorlar araşdırmalı,daha sonra bu istiqamətdə korreksion metodlardan istifadə edilməlidir.Psixologiya və Konsultasiya Mərkəzi ilə əlaqə saxlayın, Sizə müayinə və müalicə üçün zaman təyin edərlər. Əlaqə telefonu (012) 480-36-29 yaxud da (055) 257-27-00 www.pcc.az
ella
2014-06-19
Salam,men 4ildirki aileliyem,yoldasimla munasibetler yaxsidi.amma o cox laqeyd insandi,ailecanli deyil.isden gelir,yeyir ele isteyirki tez qacsin dostlarinin yanina.biz qaynatamgille biryerde qalirig,bu da onu arxayin edir,yeni aile problemleri ile maraqlanmir.onu nece aileye bagli etmek olar?qeyd edimki mene qarsi mehribandir,basa dusendir,ama...
Cavab: Salam,Ella xanım.Yaxşı olardı ki,bu məqamları qarşı tərəflə bölüşüb,Sizi narahat etdiyini bildirəsiniz.Düşünürəm,faydası olacaq.www.pcc.az
ulker
2014-06-19
Salam hekim menim 18 yasim var tek harasa gedende ureyim tez tez döyunur özumu qorxuduram ele biliremki yolnan gedende yigilacam ama yanimda adam olanda bele seyler olmur bu nedendi bunu elaci nedi xahis cvb yazin hekim qabagcadan twk
Cavab: Salam,Ulkər xanım.Bu özgüvən əksikliyi ilə əlaqədar ola bilər.Çalışın,problemlə bağlı əyani psixoloji yardım alasınız.İlk əvvəl problemin mənbəyi araşdırılıb,daha sonra bu istiqamətdə konkret addımlar atılsın.Psixologiya və Konsultasiya Mərkəzi ilə əlaqə saxlayın, Sizə müayinə və müalicə üçün zaman təyin edərlər. Əlaqə telefonu (012) 480-36-29 yaxud da (055) 257-27-00 www.pcc.az
Adınız 
Sualınız 
1234567891011121314151617181920
2122232425262728293031323334353637383940
4142434445464748495051525354555657585960
6162636465666768697071727374757677787980
81828384858687888990919293949596979899100
101102103104105106107108109110111112113114115116117118119120
121122123124125126127128129130131132133134135136137138139140
141142143144145146147148149150151152153154155156157158159160
161162163164165166167168169170171172173174175176177178179180
181182183184185186187188189190191192193194195196197198199200
201202203204205206207208209210211212213214215216217218219220
221222223224225226227228229230231232233234235236237238239240
241242243244245246247248249250251252253254

LOGİN

 Email
 Parol
Qeydiyyat