Sual Cavab

aytac
2014-09-04
salam.normalda sakit insanam.amma xetrime deyende cox pis eseblesirem.her seyi qirib dagidiram.hec neyi unutmuram.cox kinliyem.evvelki insan olmaq ucun uzun zaman alir.
Cavab: Salam,Aytac xanım.Bu hal xarakterlə bağlı ola bilər.Çalışın,proseslərə emosional yanaşmayasınız.www.pcc.az
melek
2014-09-04
salam menim 14 yawim var.amma heyatdan bezmiwem.bilirem guleceksiz amma menim en boyuk arzum olmekdi.bilmirem niye.anam hemise qardawlarima yaxsi reftar eleyir.hemiwe onlar sohbed ederken meni yanlarinda istemirler.men kok qizam deye meni hemiwe basqi eleyirlerki tenbelsen is gor arigla.men ailemden cox soyumuwam.onlari gormek istemirem.bilmirem ne edim. xaiw edirem mene komek edin.
Cavab: Salam,Mələk xanım.Hal-hazırda yenyetməlik dövrünü keçirirsiniz.Qeyd etdiyiniz durum da məhz bu yaş dövrü ilə əlaqədardır.Bu dövrü keçirən şəxslər bir qədər həssas olur,xarici görünüşü ilə bağlı narazılıqlar yaşayır,valideynləri ilə münasibətdə problemlər olur. Yaxşı olardı ki,yaranan problemləri aradan qaldırmaq üçün əyani psixoloqla görüşəsiniz.Psixologiya və Konsultasiya Mərkəzi ilə əlaqə saxlayın, Sizə psixoloqla görüşmək üçün zaman təyin edərlər.Əlaqə telefonu (012) 480-36-29 yaxud da (055) 257-27-00 www.pcc.az
Dilara
2014-09-04
Salam 26 yasim var subayam .Cox titizem yalan olmasin gun erzinde belke 50 defeden cox el yuyuram bu meni yorur.birdeki xeyal gucum dehset coxdur.ureyimden kecenleri ifrat derecede xeyalimda canlandiriram sanki ikinci men kimi yasiyiram elemek isdediklerimi duwunurem ve canlandiriram sizce niye beleyem?
Cavab: Salam,Dilarə xanım.Bu hal obsessiv-kompulsiv pozuntu olaraq dəyərləndirilə bilər.Obsessiya-iradədən asılı olmadan,xarakterə zidd (ego-distonik) qovula bilməyən,təkrarlanan düşüncələr; Kompulsiya isə əksər hallarda obsessiv düşüncəni neytrallaşdırmaq üçün edilən təkrari hərəkətlərdir.Yaranmasında bioloji, psixodinamik və bihevioral model iştirak edir.terapiyasında əsasən psixoterapiya aparılır,lakin göstəriş olarsa medikamentoz müalicə də aparıla bilər.Yaxşı olardı ki,problemi aradan qaldırmaq üçün əyani psixoloji yardım alasınız.Psixologiya və Konsultasiya Mərkəzi ilə əlaqə saxlayın, Sizə müayinə və müalicə üçün zaman təyin edərlər. Əlaqə telefonu (012) 480-36-29 yaxud da (055) 257-27-00
AYDAN
2014-09-04
Salam hekim menim istediyim oglan oldukden sonra cox aqresiv sulu goz ice qapaniq herkesden uzaqlasmisam evde aile uzuvlerime kobut davraniram tek ailemde deyil etrafimdaki insanlarada qarsi beleyem evveler guleriz mehriban heyata bagli idim indi ise ele bil deli olmusam ancaq olumu fikirlesirem ozunu olduren insanlara men gulerdim onlari qinayardim amma indi ozum olmek isteyirem onsuz heyat mene haramdi ailemde bilmir men ona gore beleyem sinirlerim temiz korlanib
Cavab: Salam,Aydan xanım.Əyani psixoloji yardım almağınızda fayda var.Psixologiya və Konsultasiya Mərkəzi ilə əlaqə saxlayın, Sizə müayinə və müalicə üçün zaman təyin edərlər. Əlaqə telefonu (012) 480-36-29 yaxud da (055) 257-27-00 www.pcc.az
Alyona
2014-09-04
Cox sag ol hekim. bizde bir sualda verim bele hallarda ona nece davraniw veyane kimi hereketlet ona yaxwi tesir bagiliya biler?yenede cox sga olun
Cavab: Salam.Çalışın,onu anladığınızı bildirəsiniz.Onunla empatiya qurun.www.pcc.az
Huseynli Nurlana
2014-09-03
sALAM MENIM 21 YASIM VAR 2 ildi ozumde bilmirem ne xestelikidi 2ildi ki kusuram mualice olnuram biraz gecir sonra yene baslayir her sey ozumden aslidir beynime salam kusmagi ne edim bacaram beynimden cixarim olmur nolar mrne komek edi
Cavab: Salam,Nurlana xanım.Problemin səbəbi psixoloji ola bilər.İlk öncə araşdırılmalı,daha bu istiqamətdə korreksiya işləri aparılmalıdır.Yaxşı olardı ki,əyani psixoloji yardım alasınız.Psixologiya və Konsultasiya Mərkəzi ilə əlaqə saxlayın, Sizə müayinə və müalicə üçün zaman təyin edərlər. Əlaqə telefonu (012) 480-36-29 yaxud da (055) 257-27-00 www.pcc.az
aydan
2014-09-03
salam.menim 20 yaşım var aile de bezi problemlerim var qabaqlar anam ve atam mene serhed qoymurdular ama indi qoyurlar ora getme bura getme getme zeng eden kim idi ve s. bu ise menim xosuma gelmir bilmirem ne edim deyiremki qabaq mene serhed qoymurduz ama indi qoyursuz deyir indi boyumusen ona gore qiz usagi her yere getmez.bilmirem nese hiss ediblermi cunki menim sevdiyim oglan var qabaq yox idi menimde ustume bu qeder dusmurduler xais edirem cavab yazin bir meslehet verin ozumde psixologiyani oxuyuram ama bilmirem ne edim.indiden tessekkurler.
Cavab: Salam,Aydan xanım.VAlideynləriniz Sizin üçün narahat olur və bu səbəbdən də müəyyən məhdudlaşdırmalar yaranır.Çalışın,onlarla ətraflı şəkildə danışın və Sizi narahat edən məqamları bildirin.www.pcc.az
Ulviyye
2014-09-03
Salam.hekım men nevroz ola bılerem?cox esebıyem heddınden artıq zamanla cox stres kecırmısem pıs gunlerım olub teklık ıstemeyım bundan ırelı gele bıler?hamıdan uzaqlasıram bu vezıyyetım menı cox narahat edır.hıss edıremkı etrafımdakılar menden uzaqlasırlar.menı qorxudan nevroz olmagımdı
Cavab: Salam,Ülviyyə xanım.Bütün baş verən situasiyalar nevroz yaratmır.Nevrozun yaranması üçün müəyyən qrup faktorlar var ki onların nəticəsində ortaya çıxır.Bu hal daha çox depressiya olaraq dəyərləndirilə bilər.Tənhalıq istəyi,sosial mühitdən uzaqlaşma,aşırı stress və gərginlik bu vəziyətdə müşahidə oluna bilər.Problemin həllində əyani psixoloji yardım daha faydalı olardı.Psixologiya və Konsultasiya Mərkəzi ilə əlaqə saxlayın, Sizə müayinə və müalicə üçün zaman təyin edərlər. Əlaqə telefonu (012) 480-36-29 yaxud da (055) 257-27-00 www.pcc.az
yagmur
2014-09-03
oz ozumde eseblewirem..cox esebiyem ne ede bilerem?
Cavab: Salam.Stress və gərginlikdən qaynaqlana bilər.Çalışın,əsəb yaradan faktorlardan uzaqlaşasınız,daha çox istirahətinizə zaman ayırasınız.www.pcc.az
AYDAN
2014-09-02
Salam hekim men hekime gede bilmirem cekinirem etrafimdaki insanlar mene guler deye men hekime muraciet etmirem siz mene meslehet verin men nece onu unudum ele bil o olende menide diri-diri torpaga basdirdi onsuz nefes ala bilmirem ailem yaxinimdaki insanlar bilmirler men onu sevdiyimi basimin icinde qaruska kimi gezir aglimnan cixmir basimi yastiga qoyanda gizliden gizliye aglayiram olmek isteyirem amma ALLAHA qarsi gele bilmerem valideyinlerimi gozu yasli qoya bilmerem olurem onsuz
Cavab: Salam,Aydan xanım.Çalışın,diqqətinizi müxtəlif istiqamətlərə Sizi maraqlandıran sahələrə yönəldəsiniz.Həmin insanı xatırladan durumlardan uzaq olun.Daha çox öz həyatnıza fokuslanın.www.pcc.az
senuber
2014-09-02
Eseblerimi cilovlamagi nece oyrenim? Meselen xosuma gelmiyen veziyyet yarananda o deqiqe hadiseye sert reaksiya verirem ve o andaca munasibeti korlayacak sekilde aciqli danisar ve qarsi terefin xetrine deye bilerem ve buna layiq oldugunu dusunurem. Ama bele oz eseblerime daha cox ziyan vurdugumu dusunurem ne meslehet bilirsiniz?
Cavab: Salam,Sənubər xanım.İnsanlara qarşı münasibətinizi bir qədər dəyişin.Mülayim rəftar etməyə çalışın.Bu əsəblərinizin də sakitləşməsinə kömək edəcək.Emosional davranmayın.www.pcc.az
Ulviyye
2014-09-02
salam hekım men ozume cox qapanmısam hec kımı gormek ıstemıren yalnız tek qalmaq ısteyırem.sakıtlım ısteyırem her gece sebebsız yere aglayıram cox fıkır edırem her soz menn pıs tesır edır menım bele olmagımun sebebı nedır xaıs edırem deyesız
Cavab: Salam,Ülviyyə xanım.İlk öncə durumunuza şərait yaradan faktorlar araşdırılmalı,daha sonra həmin məqamlar nəzərə alınaraq korreksiya işləri aparılmalıdır.Bununla bağlı ən optimal variant əyani psixoloji yardımdır.Psixologiya və Konsultasiya Mərkəzi ilə əlaqə saxlayın, Sizə müayinə və müalicə üçün zaman təyin edərlər. Əlaqə telefonu (012) 480-36-29 yaxud da (055) 257-27-00 www.pcc.az
leyla
2014-09-02
Salam.hec yaxsi veziyyetde deyilem.bu il qebul imtahani vermisem.istediyim fakulte mualice isi idi duse bilmedim.mecbur tibbi profilaktika yazasi oldum.menim diger yoldaslarim ise mualiceye dusdu.cox pis oluram.bununla barisa bilmirem.ozume gele bilmirem.tek qalanda aglayiram.butun sinaqlarda en yuksek netice menim olurdu.ama alinmadi.ozumu eksik hiss edirem.ozumu ayaquste,basi dik saxlaya bilmirem.heyecan kecirdiyime gore duse bilmedim arzuladigim fakulteye.ele bir seydiki yadimnan da cixara bilmirem.6il her gun uniye gedende ne edecem deye fikirlesirem.ne ede bilerem?xahis edirem mene komeklik gosterin.cox xahis edirem
Cavab: Salam,Leyla xanım.Hər nə olursa yaxşılığa olur.Çalışın,neqativ fikirləri özünüzdən uzaqlaşdırasınız.Daha çox təhsilinizlə,gələcəyinizlə bağlı müsbət fikirlər formalaşdırın.Yeni hədəflərə köklənin.www.pcc.az
aygun emirova
2014-09-02
men tez tez esebilewirem. Necer edim ki esebim sakitlewsin.
Cavab: Salam,Aygün xanım.Çalşın,stress faktorlardan uzaq olasınız.İstirahətinizə zaman ayırın.www.pcc.az
Alyona
2014-09-02
Salam. bagiwliyin narahat edirem. men niwanliyam 1 ildi uje. evveller niwanlim mulayim sebirli biriydi. ama zaman kecdikce cox deyiwdi:( cox aqressiv olmaga bawladi hetda daniwigida deyiwdi. eseblewir tez tez amma esbi kecenden sora elediklerine pewman olur. bu hallar esasen atasi rehmete gedenden sonra daha cox coxalid. xaiw edirem komey edin ne ede bilerem nece davraniw ya ne komey eder ona?:*
Cavab: Salam.Durum posttravmatik stress olaraq dəyərləndirilə bilər.Yeni keçirdiyi itki nəticəsində yaranan stress vəziyyəti.Bu vəziyyətdə olan şəxslər aqressiv davranışlar sərgiləyə bilərlər.Çalışın,hərəkətlərinə qarşı dözümlülük göstərib,durumunu anlayasınız.Yaxşı olardı ki,əyani psixoloji yardım alsın.Çünki bu vəziyyət uzun periodu əhatə edə bilər.Psixologiya və Konsultasiya Mərkəzi ilə əlaqə saxlayın, Sizə müayinə və müalicə üçün zaman təyin edərlər. Əlaqə telefonu (012) 480-36-29 yaxud da (055) 257-27-00 www.pcc.az
sonaaa
2014-09-02
salam men bu gun cox pis oldumelece nefesim sixildi sesimden butun qonsular bizde idi 2 dene tecili yardim geldi sakitlese bilmirdim 1 saat ellewdiler nece derman vurdular hamisi venadan ne qeder derman icdim .ureyim sixilir ureyim agriyirdi zornan indi sakitlewdim .kardikoloq cagiriblar baxdi dedi urekde hec ne yoxdu..men ne edim ?
Cavab: Salam,Sona xanım.Problem psixoloji səbəblərdən qaynaqlana bilər.Bunun üçün birmənalı şəkildə əyani psixoloji yardım almalısınız.Psixologiya və Konsultasiya Mərkəzi ilə əlaqə saxlayın, Sizə müayinə və müalicə üçün zaman təyin edərlər. Əlaqə telefonu (012) 480-36-29 yaxud da (055) 257-27-00 www.pcc.az
gülya
2014-09-02
Salam mən dəhşətli dərəcədə şirin yemək istəyirəm,və yedikcə yenə istəyirəm daha çox şokolat,dayanmadan yemək istəyim var şokolat və şiriniyyat bu nə ilə bağlı ola bilər?əvvəlcədən təşəkkürlər
Cavab: Salam,Gülya xanım.Bu qəbul etdiyiniz qidaya qarşı tələbatınızın olması ilə əlaqədar ola bilər.Yaxşı olardı ki,mütəxəssisə müraciət edərək,problemi həll etməyə çalışasınız.www.pcc.az
ayla
2014-09-01
salam necesiz ALLAH sizden cox cox razi olsun yaxwiki siz varsiz men ozumu tenka yalqiz hiss edirem buna men cvb tapa bilmirem bu niye beleir men niye beleyem neden ireli gele biler?Ozude cox narahatam qorxuram hec kim yanimda yoxdur dostlarim hec kim ureyim hec rahat deyil.aglyiram her gece fikir fikir edirem.(Bizde bir insan olub oglandir onun heyat yoldawi onu terk edib 1 il yawadiqan sonra yoldawi terk edibo oglan onu ele cox sevirdiki cox sevirdi sonra o xeste oldu mende arawdirdim o niye xeste olub sen deme o fiki edirmiw ureyine salirmiw mende ona gore qorxuram mende cox fikir fikir edirem cox qorxuram )Mene meslehet verin
Cavab: Salam,Ayla xanım.Yaxşı olardı ki,əyani psixoloji yardım almaqla problemə səbəb olan faktorları araşdırıb,daha sonra bu istiqamətdə konkret addımlar atasınız.Psixologiya və Konsultasiya Mərkəzi ilə əlaqə saxlayın, Sizə müayinə və müalicə üçün zaman təyin edərlər. Əlaqə telefonu (012) 480-36-29 yaxud da (055) 257-27-00 www.pcc.az
Suna
2014-09-01
Salam Hekim menim anamin tez tez teyziqi qalxir sizden komek isteyirem ne etmek olar xahis edirem,mene bir cavab yazin.
Cavab: Salam,Suna xanım.Müayinə olunmağı daha məqsədəuyğun olardı.www.pcc.az
gulay
2014-09-01
salam men oz problemimi size demek isdeyirdim demek menim bir qaynanam var bu qaynana ayri yasamagimiza baxmayaraq az qaliraramiza girsin bizde qalmaqdan otru min behaneler edir qalandada geceler gelir otagimiza erimle yatdigim yerde uzr isdirem gelib guya usdumuz ortur harasa gezmeye gedmek isdeyende ozunu de salir ortaliga ki mende gedirem inanin ki bezmisem bu qadinin psixoloji problemleri var ya yox? men nece edim axi ne cur hereket edim bilmirem ozumde hamileyem inanin bezdirib meni
Cavab: Salam,Gülay xanım.Çalışın,narahatlıqlarınızı yoldaşınıza bildirəsiniz.Birlikdə problemi həll etməyə cəhd edin.www.pcc.az
Sona
2014-09-01
Slm men her keslere tez inaniram buda menim basima bela olur siz mene komek ede bilersiz xahis edirem sualima cvb yazin.
Cavab: Salam,Sona xanım.Çalışın,proseslərə soyuqqanlı yanaşasınız.Hər hansı situasiyanı tam dəqiqləşdirdikdən sonra ona qarşı inam formalaşdırın.www.pcc.az
ananim
2014-09-01
Men yoldashimi baldizima qisqaniram,artiq bu hal 6ildi davam edir,ozumnen beynimde bezi sheyler uydururam,bir defe nervipatoluq yaninda olmusham sayrishan nevrozdu deyib,mualiceni tam etmemishem..sizce bunun bir charesi var?
Cavab: Salam.yaxşı olardı ki,müalicəni davam etdirəsiniz.Terapiyanın sonunda müsbət nəticə əldə etmək mümkündür.www.pcc.az
jale
2014-08-31
salam Enur muellim.men ailleliyem 2 ovladim var.yoldasiminla munasibetimiz demek olarki ne yaxsi nede pis deyil ,yoldasim her zaman davaya hazirdi her soz davadi meni basqalrinin yaninda alcadir hemde daha ona ehtibar ede bilmirem aile arasinda danisigimiz sozu ailesi xalasi qohumlarina deyir inamim itib .uzr isdyrem bzim otaglarimizda ayridi.munasibetimizde gec gec olur.cox cetinlik cekmisem hem menevi hem maddi hemde hemsohbet olmaga insanda olmayab nece iller ailemden vetenimden uzagda oldugum ucun eseblerim pozulur bezen doze bilmirem.mene meslehetiniz isdyerdim meselehet verersiniz,tesekkur edirem
Cavab: Salam,Jale xanım.Bu hal qarşı tərəfin xarakteri ilə əlaqədardır.Çalışın,davranışlarına uyğun hərəkət edəsiniz.Birlikdə ailə psixoloquna müraciət etməyiniz daha faydalı olardı.www.pcc.az
Sona
2014-08-31
Slm necesiz menim adim Sonadir men xestelik derecesinde qisqancam mene komek ede bilersiz zehmet olmasa sualima cvb yazin xahis edirem.
Cavab: Salam,Sona xanım.Problemlə bağlı əyani psixoloji yardım almağınız daha faydalı olardı.Psixologiya və Konsultasiya Mərkəzi ilə əlaqə saxlayın, Sizə müayinə və müalicə üçün zaman təyin edərlər. Əlaqə telefonu (012) 480-36-29 yaxud da (055) 257-27-00 www.pcc.az
ayan
2014-08-31
salam men ozumu cox tenka hiss edirem bu neden ireli gele biler
Cavab: Salam,Ayan xanım.Bu müxtəlif səbəblərdən qaynaqlana bilər.Yaxşı olardı ki,əyani psixoloji yardım almaqla problemi həll etməyə çalışasınız.Psixologiya və Konsultasiya Mərkəzi ilə əlaqə saxlayın, Sizə müayinə və müalicə üçün zaman təyin edərlər. Əlaqə telefonu (012) 480-36-29 yaxud da (055) 257-27-00 www.pcc.az
leyla
2014-08-31
salam hekim.menim yawim var her weye cox esebilewirem herden ozumu oldurmek isteyirem amma anami atami duwunurem onlara ovlad derdi vermek istemirem nolar mene komek edin bu derden nece qurtulum he birde esebilewende ancaq ozume zerer yetirirem elimi divara cirpiram xahiw edirem cavab yazin.
Cavab: Salam,Leyla xanım.Bu hal aqressivlik dərəcənizin yüksək olması ilə əlaqədardır.proseslərə bir qədər soyuqqanlı yanaşsanız,emosiyalarınızı azaltsanız problemi aradan qaldıra bilərsiniz.Yaxşı olardı ki,əyani psixoloji yardım almaqla problemin həlli istiqamətində konkret addımlar atasınız.Psixologiya və Konsultasiya Mərkəzi ilə əlaqə saxlayın, Sizə müayinə və müalicə üçün zaman təyin edərlər. Əlaqə telefonu (012) 480-36-29 yaxud da (055) 257-27-00 www.pcc.az
Adınız 
Sualınız 
1234567891011121314151617181920
2122232425262728293031323334353637383940
4142434445464748495051525354555657585960
6162636465666768697071727374757677787980
81828384858687888990919293949596979899100
101102103104105106107108109110111112113114115116117118119120
121122123124125126127128129130131132133134135136137138139140
141142143144145146147148149150151152153154155156157158159160
161162163164165166167168169170171172173174175176177178179180
181182183184185186187188189190191192193194195196197198199200
201202203204205206207208209210211212213214215216217218219220
221222223224225226

LOGİN

 Email
 Parol
Qeydiyyat