Sual Cavab

cicek
2016-01-22
salam men hardasa sekil gorduyumde gozlerim le o sekli cekirem bu xasiyyetden artiq bezmisem etmeyende tincixiram eseb gelir meselen her hansi insanin ustunde bir bezek gorurem qonaq getdiyimizde hemin sexsi saxlayiram sekli cizib rahatlayiram eger ede bilmiremse harda gorsem yene xasiyyetimden el ceke bilmirem birde ki "ç","k" heri8flerini hem teleffuz hemde yazanda cet8inlik cekirem kunci sozunu de deye bilmirem xais edirem komek edin
Cavab: Salam.Yaxşı olardı ki,psixoloji yardım almaqla problemin həlli istiqamətində konkret addımlar atasınız.www.pcc.az
aygul
2016-01-22
Salam Narinc xanim.Menim bacimin 10 yasi var. Ancaq yazib oxuya bilmir. Dilindede qusur yəni kekeliyir. Qelemi bele tuta bilmir.Buna gore ne etmeliyik?
Cavab: Salam,Aygül xanım.Məktəbə gedirmi? Niqtinqəki qüsur nə zamandan var?www.pcc.az
ellada
2016-01-21
salam menim bir ovladim var 4 yas tekrar ana ola bilmediyim ucun coh qorhuram sanki allah elemesin bu usaqa nese olar coh qorhuram coh hais edirem mene komey edin
Cavab: Salam.Bu daha çox itirmə qorxusu ilə bağlı keçirdiyiniz narahatlıqdır.Psixoloji yardım almaqla problemi aradan qaldıra bilərsiniz.www.pcc.az
Sevinc
2016-01-21
Salam.men 5 aydi aile qurmusham ve hal-hazirda hamileyem.evde cox esebleshirem erimle,qaynanamla..kecimsizlik uzunden eseblerimde pozulub,bu soz-sohbetler qarnimdakinada tesir edir.artiq boshanmaq derecesindeyem..xahish meslehet verin ne edim men?
Cavab: Salam,Sevinc xanım.Çalışın emosional reaksiya verməyəsiniz.Yaxşı olardı ki,əyani psixoloji yardım almaqla prosesi araşdırasınız.www.pcc.az
Gunel
2016-01-20
Salam men uje bezmişem ele bil başımda kimse deyir ki ged özünü öldür neyniyim men bilmirem
Cavab: Salam,Günel xanım.Bu durumda əyani psixoloji yardım daha məqsədəuyğun olardı.Çünki ilk pncə yaranmasına səbəb olan faktorlar araşdırılmalı,diaqnoz dəqiqləşdikdən sonra korreksiya işləri aparılmalıdır.www.pcc.az
Nargiz
2016-01-20
Salam.men de yuxusuzluq problemi var.3 gune 8 saat yata bilirem.ciddi yaddaw pozuntusu,diqqet daginiqligi,baw agrilari da var.xaiw edirem bir meslehet veresiz.bunlar hamisi yuxusuzluqla elaqedardir?
Cavab: Salam,Nərgiz xanım.Qeyd etdiyiniz durum yuxu pozuntusu olaraq dəyərləndirilə bilər.Narahatlığın yaranmasına səbəb kimi ağır və stressli həyat şəraiti, gərginlik göstərilir.Bu durumda əyani psixoloji yardım daha məqsədəuyğun olardı.Əks təqdirdə narahatlıq daha sonra digər klinik problemlərin yaranmasına gətirib çıxara bilər (təşvişli-nevtorik pozuntu, obsessiv-kompulsiv pozuntu və s) www.pcc.az
Zaur
2016-01-20
Salam.Həkim mənim yoldaşımın 32 yaşı var.Neçə il öncə başında sinir ağrıları olub,bir neçə yerdə müalıcə alıb.İndi o ağrılar yoxdur, ancaq axır vaxtlar titrəmə, ürək döyüntüləri artır və qorxu yaranıb.Tək qalmaq istəyir həmin vaxtı, deyir ancaq pis şeylər fikirləşirəm.Heç bir ağrı olmur hemin vaxtı, ancaq üşütmə, titrəmə və ürək döyüntüləri artır.Bu nədən ola bilər, nevroloji əlamət və ya başqa.Məs:qorxudan ola bilər?
Cavab: Salam,Zaur bəy.Qeyd etdiyiniz durum təşvişli-nevrotik pozuntu olaraq dəyərləndirilir.Təşvişli-nevrotik pozuntu (nevroz) narahatlıq, bir yerdə qərar tutmamaq, diqqət və motivasiyada pozulma, konsentrasiya pozulması, həyəcan, əsəbilik kimi psixoloji;taxikardiya,epiqastral nahiyədə ağrı,vegetativ reaksiyalar kimi somatik əlamətlərlə müşahidə olunur.Terapiyasında əsasən psixoterapiya aparılır.Təyinata uyğun medikamentoz terapiya da tətbiq oluna bilər.www.pcc.az
Nermin
2016-01-19
Salam men 2 ildirki aile qurmuwam amma hec ailem seher gedir iwe axwam gelir yeyib cixr dostlariyla ancaq gunumuz bele kecir.O hec menimle maraqlanmir sohbet etmir men isteyirem sohbet edek daniwaq maraqli kecsin gunumuz menali olsun o ise hecne etmirki menim ureyim acilsin ne bilim e men de caliwiram maraqli edim ama gorem alnmir ondan aslidir her wey. Elebilki menden qacir.Ancaq dostlari.Men de bele halda bezirem her weyden.Yawamaga hevesim qalmir ailem bele oldugu halda
Cavab: Salam,Nərmin xanım.Çalışın, fikirlərinizi qarşı tərəflə bölüşəsiniz, problemin səbəblərini araşdırın.www.pcc.az
Senan
2016-01-19
Salam men xahis edirem axira qeder oxuyun mescide quran dersi oyrenmeye gedirem ama mene evden cox usdume dusurler ki vehabiler var getme get isle men islemey isdiyirem ama namazima engel olur qezaya dusur meni evden basa dusen yoxdu 15 yasim var oxumaga qoymurlar bilmirem neyliyim isden basqa hecne demirler evde artiq bezmisem
Cavab: Salam,Sənan bəy.Qeyd etdiyiniz durum təşvişli-nevrotik pozuntu olaraq dəyərləndirilir.Təşvişli-nevrotik pozuntu (nevroz) narahatlıq, bir yerdə qərar tutmamaq, diqqət və motivasiyada pozulma, konsentrasiya pozulması, həyəcan, əsəbilik kimi psixoloji;taxikardiya,epiqastral nahiyədə ağrı,vegetativ reaksiyalar kimi somatik əlamətlərlə müşahidə olunur.Terapiyasında əsasən psixoterapiya aparılır.Təyinata uyğun medikamentoz terapiya da tətbiq oluna bilər.www.pcc.az
Fidan
2016-01-17
Salam.men ozumu hedsiz derecede yorgun halsiz ezgin hiss edirem. Halbuki hech bir fizili iw gormemiwemki belede olum. Dayanmadan yuxum gelir yerimnen chixmag istemirem. Bedenim chox agrir yorgunlux baximnan. Gollarim belim agriyir. Sanki beynim donub hewne fikirlewe bilmirem. Ancag yatmag aglamag isteyirem. Bu agir depresia elametleri deilki?
Cavab: Salam,Fidan xanım.Qeyd etdiyiniz durum depressiv epizod olaraq dəyərləndirilə bilər.Problemin fonunda özgüvən əksikliyi,özünüqiymətləndirmənin enməsi, əhvalın enməsi, hərəki tormozlanma, ünsiyyət defisiti, sosial mühitdən uzaqlaşma kimi psixoloji və bunların fonunda başağrıları,vegetativ reaksiyalar kimi somatik simptomlar müşahidə olunur.Problemin terapiyasında psixoterapiya və ağırlıq dərəcəsindən asılı olaraq medikamentoz terapiyadan istifadə olunur.www.pcc.az
ulduz
2016-01-17
Salam həkim 11 ildi ailəliyəm 1 oğlum var cox hiperaktifti hər yeri dagidir onu elə görende məndə əsəbləşirəm agliyiram başım agriyir ureyim agriyir özümə ölüm istiyirem həyatdan bezirəm xaiş edirəm mənə kömək edin
Cavab: Salam.Bu durumda uşaq psixoloquna müraciət etməniz faydalı olardı.Və durumunuz gərginlik və stressdən qaynaqlanır.Həmçinin əyani psixoloji yardım almanız faydalı olardı.www.pcc.az
ruslan
2016-01-17
Salam hekim. Men esgerden gelennen qorxum itib. Heddinnen artiq cox problemler olur. Evveler bunu hec fikilewmirdim. ValedeyinleriM mennen bu barede daniwannan sonra o barede fikirlewmeye bawladim. Defelerle olumden qutarmiwam elebil sonra her wey yaddan cixir. Bilirem ki, bu probleme girsem axiri yaxwi olmaz belkede amma yene girirem. Wukur indiye kimi sag qalmiwam. Bilmey istirem bu adi haldi yoxsa pis neticedi? Eger pisdise bunu nece aradan qaldirmaq olar? Istemirem valideyni pis veziyetde qoyum
Cavab: Salam,Ruslan bəy.İlk öncə qeyd etdiyiniz durum araşdırılmalı,daha sonra korreksiya işləri aparılmalıdır.www.pcc.az
leyla
2016-01-16
salam hekim men hamileyem ve cox qusqamc olmiwam bilmirem neden beldir yoldawima inanmiram her defe haqinda pis pis weyler fikirlewirem amma o ise hemiwe iwte olur deyir iwteyem eve gelir vaxtinda 1,2yenkimide bel ele vaxt olu 12ye kimi iwi cox olanda 2zatda gelir amma mene heyatini gec daniwib bir qozi olduqunu mene deyib amma olarnan elaqeau yoxdu deyib rasiyada oluruq men ise qisqaniram cox belece dalawiriq sizce men ne edimki qisqanc olmayib
Cavab: Salam,Leyla xanım.Hamiləlik dönəmində rastlanılan haldır.Çalışın, diqqətinizi başqa istiqamətə yayındırasınız.www.pcc.az
Namiq
2016-01-16
Salam hekim.Men tez eseblesirem, eseble bagli mualice almiwam ama yenede mualicenin komeyi olmayib adeten eseblesende elim ureyim titreyir bir anliq yaddasim gedib gelir zehmet olmasa fikir bildirerdiz.Evvelceden minnetdaram
Cavab: Salam,Namiq bəy.Qeyd etdiyiniz durum təşvişli-nevrotik pozuntu olaraq dəyərləndirilir.Təşvişli-nevrotik pozuntu (nevroz) narahatlıq, bir yerdə qərar tutmamaq, diqqət və motivasiyada pozulma, konsentrasiya pozulması, həyəcan, əsəbilik kimi psixoloji;taxikardiya,epiqastral nahiyədə ağrı,vegetativ reaksiyalar kimi somatik əlamətlərlə müşahidə olunur.Terapiyasında əsasən psixoterapiya aparılır.Təyinata uyğun medikamentoz terapiya da tətbiq oluna bilər.www.pcc.az
Mahir
2016-01-15
Salam həkim.Məndə əvvəllər belə olmayıb 5-6 ay olarki belə vəziyyətə düşmüşəm.Mən insanlarnan ünsiyyət quranda həddən çox həyacanlanıram, qorxu olur, göz təması qura bilmirəm.Buda məni əsəbləşdirir.Bunun səbəbi nədi???
Cavab: Salam,Mahir bəy.eyd etdiyiniz durum təşvişli-nevrotik pozuntu olaraq dəyərləndirilir.Təşvişli-nevrotik pozuntu (nevroz) narahatlıq, bir yerdə qərar tutmamaq, diqqət və motivasiyada pozulma, konsentrasiya pozulması, həyəcan, əsəbilik kimi psixoloji;taxikardiya,epiqastral nahiyədə ağrı,vegetativ reaksiyalar kimi somatik əlamətlərlə müşahidə olunur.Terapiyasında əsasən psixoterapiya aparılır.Təyinata uyğun medikamentoz terapiya da tətbiq oluna bilər.www.pcc.az
Shefeq
2016-01-15
salam. Mən xəstəlikdən çoox qorxuram. Hər an hansısa pis xesteliklerin mende olduğunu düşünürəm.Ya televizorda ya ətrafimda kiminsə harasısa ağrıdığını görəndə məndə də eyni yer ağrayır və qorxuram . Həkimə də getmək istəmirəm mənə hansısa sağalmaz xəstəliyimin olduğunu deməsindən qorxuram. Mən hər şeydən qorxuram adi qapı açılmasının səsindən belə. Uzaqdan kiminsə gülüş səsi gəlsə belə deyirəm yəqin ağlayırlar nəsə olub. Hər an pis bir şey olacaq deyə gözləyirəm. Və bunlar məni narahat edir. Bu fikirlərə yaşaya bilmirəm. Hələ bura fikirlerimin bir qismini yazmışam :(
Cavab: Salam,Şəfəq xanım.Bu hal ipoxondriya olaraq dəyərləndirilə bilər.Yəni heç bir əsas olmadan hər hansı xəstəliyə tutulma və ya hansısa xəstəliyin daşıyıcısı olma kimi fikirlər narahat edir.Səbəb olaraq psixoloji faktorlar əsas götürülür. Terapiyasında əsasən psixoterapiya və təyinata uyğun medikamentoz terapiyadan istifadə edilir.www.pcc.az
nara
2016-01-15
Salam xanim menim niwanlimla bagli problemim var mece aydi iwsizdi ve cox esebi olub ozunu saxlaya bilmir sade meseleni probleme cevirir tek qalmaq isdediyini coxob getmey isdeidyini deyir ne edeceyimi bilmirem hekime getmeye razi sala bilmirem ancaq yaxwoyam deyir ne meslehet gorersiz
Cavab: Salam.çalışın bu dönəmdə daha anlayışla yanaşasınız.Fikirlərini sizinlə bölməsinə şərait yaradın.www.pcc.az
gunay
2016-01-14
Salam hekim men meselen bir seyi etmiyeceyime and icirem en muqeddes andlari ustunnen 1 muddet kecir hemin seyi etmek istirem etmiyence ureyim doyunur narahat oluram edennen sorada andima gore pesman oluram.sanki bir xestelikdi nece edim gunah isdi
Cavab: Salam,Günay xanım. Yaxşı olardı ki,əyani psixoloji yardım almaqla problemi aradan qaldırasınız.www.pcc.az
Aytən
2016-01-13
Salam hal halizrda mənim yaxin adamım sizin merkezde konsultasiyada olur 3gundu ki gelir onunla bagli sizle elaqe saxlamaq istiyirem Lalə xanimin pasiyentidir.nece elaqe saxlaya bilerem?
Cavab: Salam,Aytən xanım.Mərkəzə gələndə müraciət edə bilərsiniz.www.pcc.az
samire
2016-01-13
Salam hekim men nece ildirki eziyyet cekirem bilmirem nevropatoloqa muraciet edim yoxsa psixoloqa .Men 8 il once qorxmusam 20yasim var indi amma ondan sonra mende sevdiklerimi yaxinlarimi itirmek qorxusu yarandi elebiliremki budeq olecekler. hemde mende eyni isleri tekrar etmek verdisi yarandi elebil menu kimse mecbur edir tekrar etmeye meselen yazi yaziram burden ele olurki dogru oldugu halda onu pozub birds yaziram buni elemesem sanki ureyim partdayar .Yol getdikde qsyifib birds getmek isteyirem amma calismiwamki kimse gormesin by hereketimi herden evdekiler hiss edibdi arada ama bhane elemisem cunki kiminse mene gulmeyini istemirem.Xahis edirem mene meslehet veresiz .Bele yasamaq cox cetindi menu herweyden geri qoyir isimden hemde beynimde istenilmez dusunceler yaranir basimi agridir yatmaga qoymur
Cavab: Salam,Samirə xanım.Bu hal generalizə olunmuş təşviş pozuntusu adlandırıla bilər.Problemin fonunda narahatlıq, bir yerdə qərar tutmamaq, diqqət və motivasiyada pozulma, konsentrasiya pozulması, həyəcan, əsəbilik kimi psixoloji;taxikardiya,epiqastral nahiyədə ağrı,vegetativ reaksiyalar kimi somatik əlamətlərlə müşahidə olunur.Terapiyasında əsasən psixoterapiya aparılır.Təyinata uyğun medikamentoz terapiya da tətbiq oluna bilər.www.pcc.az
Guner
2016-01-12
Salam Hekim Mene Nevroz niaqnozu qoyulub prablemim odurki her xirda ses Meni qiciqlandirir Bedenin qiz olur qorxuram ne ede bilerem
Cavab: Salam.Təşvişli-nevrotik pozuntu (nevroz) narahatlıq, bir yerdə qərar tutmamaq, diqqət və motivasiyada pozulma, konsentrasiya pozulması, həyəcan, əsəbilik kimi psixoloji;taxikardiya,epiqastral nahiyədə ağrı,vegetativ reaksiyalar kimi somatik əlamətlərlə müşahidə olunur.Terapiyasında əsasən psixoterapiya aparılır.Təyinata uyğun medikamentoz terapiya da tətbiq oluna bilər.www.pcc.az
yaqut
2016-01-12
Salam,manim sualim qizimla baglidi.Cox savadli usaqdir amma har yerda sixilir,axir vaxtlar sadika apariram evdan gozal ahvalda cixiriq sadikin hayatina catanda baslayir oskurub qusmaga.Bu nadan ola bilar
Cavab: Salam,Yaqut xanım.Problemi araşdırmaq üçün əyani psixoloji yardım daha faydalı olardı.www.pcc.az
xanim
2016-01-11
Salam hekim sizden cox xaiw edirem mene bir komek edesiniz qebul imtahanlarina hazirlawiram ve cox gerginem yorgun kimiyem dersi oxuyan zaman fikrim dagilir ve ozume inanmiram qebul imtahanlarinda ugur qazanacagimi ccox xaiw edirem nolar mne komek edin
Cavab: Salam.İmtahan öncəsi dönəmdə əyani psixoloji yardım daha məqsədəuyğun olardı.www.pcc.az
Rauf
2016-01-10
Salam doktor. men her hansi bir hadise bas verdikde etraf muhutun bu hadise ile baqli mennen subhelendiyini dusunurem. Ozume qapaniram.heyacanlaniram. hadisede hec bir elim olmadiqi halda subheleri oz uzerime yoneldirem.Bu mende 2-3 il evvel bohtandan sonra yarandi.mes yanimda kimse deseki filan esyam itib derhal mennen subhelendiyini dusunurem. Heyacanlaniram ve hemin adamnan aramda perde yaradiram. Hemin insanla cox gozel zarafatcil munasibetim olduqu halda derhal onunla aramda munasibetler aftomatik olaqaraq ozumnen asili olmayaraq kesilir.Belelikle mennen subhe emele gelir. Bunu nece mualice etmek olar?
Cavab: Salam,Rauf bəy.Qeyd etdiyiniz kimi yaşadığınız problemdən sonra şübhə-paranoid fikirlər ortaya çıxıb.Terapiyasında psixoterapiya tətbiq olunur.Zamanında korreksiya olunduğu təqdirdə əlamətlər aradan qalxır.www.pcc.az
xxxx
2016-01-10
salam hekim.men bezen gedeceyim yolu harada oldugumu unuduram ve kecmisimi xatirlaya bilmirem.bu neden ireli gelir zehmet olmasa deyin
Cavab: Salam.Qeyd etdiyiniz durum diqqət dağınıqlığı və ya yaddaş pozuntusundan qaynaqlana bilər.Bu hal hər hansı travmadan və ya orqanik problemdən yarana bilər.Lakin ilk öncə dəqiq diaqnozun qoyulması üçün proses araşdırılmalı,daja sonra bu istiqamətdə korreksiya işləri aparılmalıdır.www.pcc.az
Nigar
2016-01-10
Salam.Men Nigar 13 yasim var.heddinden artiq cox esebiyem.Her weye gore qisqiriram.Bezi problemlerim var.Hedefime cata bilmire.Her kesden ferqli olaraq aglamagi evde tek qalmagi xoslayiram.bu neden ola biler?
Cavab: Salam,Nigar xanım.Bu hal əsasən yeniyetməlik dövründə müşahidə olunan davranış pozuntusudur.Bu mərhələdə aqressiv hərəkətlər, valideynlərlə münasibətdə müəyyən çətinliklər, ünsiyyət defisiti, sosial mühitdən uzaqlaşma kimi hallar yaşanır.Lakin qeyd olunan əlamətlərin zamanında aradan qaldırılması irəlidə müəyyən fəsadların yaranmasının qarşısını alır.Yaxşı olardı ki,yeniyetmə psixoloquna müraciət etməklə problemi aradan qaldırmağa çalışasınız.www.pcc.az
Adınız 
Sualınız 
1234567891011121314151617181920
2122232425262728293031323334353637383940
4142434445464748495051525354555657585960
6162636465666768697071727374757677787980
81828384858687888990919293949596979899100
101102103104105106107108109110111112113114115116117118119120
121122123124125126127128129130131132133134135136137138139140
141142143144145146147148149150151152153154155156157158159160
161162163164165166167168169170171172173174175176177178179180
181182183184185186187188189190191192193194195196197198199200
201202203204205206207208209210211212213214215216217218219220
221222223224225226227228229230231232233234235236237238239240
241242243244245246247248249250251252253254255256257258259260
261262263264265266267268269270271272273274275276277278279280
281282283284285286287288289290291292293

LOGİN

 Email
 Parol
Qeydiyyat