Sual Cavab

sema
2015-11-19
Salam mene aile psixoloqu lazimdir xahis edirem komek edesiniz
Cavab: Salam.Psixologiya və Konsultasiya Mərkəzi ilə əlaqə saxlayın,Sizə müayinə və müalicə üçün zaman təyin edərlər.Əlaqə telefonu: (012) 480-36-29 yaxud da (055) 257-27-00 www.pcc.az
ayan
2015-11-18
Salam hekim.Menim15 yawim var ama cox esebiyem,tez ozumden cixiram cox vaxt dalawiram yoldawlarimla.evde ailede problemler oldugu ucun atamla anam dalawirlar,men tez tez anamla mubahise edirem.ozumde das qelbliyem sevmeyi hec bacarmiram cunki 3 il qarwiliqsi sevgi yawamiwam. yawamaq istemirem.men pessimistem cox.mene ne kimi meslehet vere bilersiniz?
Cavab: Salam,Ayan xanım.Bu durumda əyani psixoloji yardım almanız daha faydalı olardı.www.pcc.az
Tünzalə
2015-11-17
Salam dok. Mən bilmək istərdim: 11 yaşlı uşağa "RISPOLEPT' dərmanı yazıblar (tiklərə qarşı) bu nə qədəd düzgündür?Uşağın orqanizminə təhlükəli ola bilərmi? Bir də öyrənmək istərdim bu tiklər keçicidirmi? Xahiş edirəm sualımı cavablandırasınız.Təşəkkürümü bildirirəm.
Cavab: Salam,Tünzalə xanım.Tiklər anadangəlmə və sonradan qazanılmış olmaqla iki hissəyə bölünür. Sonradan qazanılmış tiklər keçici xarakter daşıyır.İlk öncə problemin nə zamandan yarandığı və hansı fonda ortaya çıxdığı araşdırılmalıdır.Dərmanla bağlı psixiatra müraciət etməyiniz daha faydalı olardı.www.pcc.az
Aziza
2015-11-16
salam doktur size bir sual verecem xaiw edirem cavablandirasiz. men aileliyem 1ovladim var .men niwanli vaxti boyuk sterss kecirmiwem mualice almiwdim duzelmiwdim uje 2ildi aileliyem 3gundu qeribe hal baw verib mende bilmirem ne edim. elebil ozumde deyilem meni kimse idare edir ruh kimiyem ozumde deyilem kimiyem neden olar nevroz dermanida icirem mene bir meslehet verinde Allah xatrina ne ede bilerem neyden aslidi goresen . bu depressiyadi ya nevroloji problem ne edim (((( neden bu hallar kecib gedecek?
Cavab: Salam,Əzizə xanım.Bu durum durum təşvişli-nevrotik pozuntu (nevroz)olaraq dəyərləndirilə bilər.Problemin fonunda narahatlıq, bir yerdə qərar tutmamaq, diqqət və motivasiyada pozulma, konsentrasiya pozulması, həyəcan, əsəbilik kimi psixoloji;taxikardiya,epiqastral nahiyədə ağrı,vegetativ reaksiyalar kimi somatik əlamətlər müşahidə edilir.Terapiyasında əsasən psixoterapiya aparılır.Təyinata uyğun medikamentoz terapiya da tətbiq oluna bilər.Problemin əlamətlərinin dərinləşməməsi səbəbindən zamanında korreksiya olunması mütləqdir.www.pcc.az
Gunay
2015-11-15
Salam.özümü normal hiss elemirem.aglımda pis fikrlerle özümü hersheyden mehrum elemishem.heyatımda hershey normaldı hec bir problemim yoxdu.ve buna sebeb tapa bilmirem men niye beleyem.hec kime danısa bilmirem gulmeli geler diye bu halım
Cavab: Salam,Günay xanım.Bu hal Bu hal qeyd olunan əlamətlərə əsasən obsessiv-kompulsiv pozuntu olaraq adlandırıla bilər.Obsessiya-iradədən asılı olmadan,xarakterə zidd (ego-distonik) qovula bilməyən,təkrarlanan düşüncələr; Kompulsiya isə əksər hallarda obsessiv düşüncəni neytrallaşdırmaq üçün edilən təkrari hərəkətlərdir.Yaranmasında bioloji, psixodinamik və bihevioral model iştirak edir.Terapiyasında əsasən psixoterapiya aparılır,lakin göstəriş olarsa medikamentoz müalicə də aparıla bilər.www.pcc.az
Ilhame
2015-11-15
Salam Çox xahiş edirəm mənə məsləhət verin. Mənə durduq yerə həyacan gəlir və həmin an təzyiqimdə qalxıb 200 olur. Bu həyacan gələndə heçbir dərman kömək eləmir təzyiqimə. Mən nə edim. Yoldaşımıda işə qoymuram ölüm qorxusu vəs gəlir mənə çox xahiş edirəm məsləhət veirn mə nə edim .
Cavab: Salam,İlhamə xanım.Qeyd etdiyiniz durum təşvişli-nevrotik pozuntu olaraq dəyərləndirilə bilər.Problemin fonunda narahatlıq, bir yerdə qərar tutmamaq, diqqət və motivasiyada pozulma, konsentrasiya pozulması, həyəcan, əsəbilik kimi psixoloji;taxikardiya,epiqastral nahiyədə ağrı,vegetativ reaksiyalar kimi somatik əlamətlər müşahidə edilir.Terapiyasında əsasən psixoterapiya aparılır.Təyinata uyğun medikamentoz terapiya da tətbiq oluna bilər.www.pcc.az
fidan
2015-11-15
salam. men sizden komey isdiyirem, uzun muddetdi ozumu toparliya bilmirem. heyatdan bezmiw,tukenmiw,bitgin ve yalniz hiss edirem ozumu. son gulduyum ani vele xatirlamaz oldum. sevdiklerimi iturire itire gedirem. bu da mene pis tesir edir. ve menim pis olmagim bezilerine zovq verir. xahiw komek edin mene bu barede((
Cavab: Salam,Fidan xanım.Bu durum depressiv epizod olaraq dəyərləndirilə bilər.Problemin fonunda özgüvən əksikliyi,özünüqiymətləndirmənin enməsi, əhvalın enməsi, hərəki tormozlanma, ünsiyyət defisiti, sosial mühitdən uzaqlaşma kimi psixoloji və bunların fonunda başağrıları,vegetativ reaksiyalar kimi somatik simptomlar müşahidə olunur.Problemin terapiyasında psixoterapiya və ağırlıq dərəcəsindən asılı olaraq medikamentoz terapiyadan istifadə olunur.www.pcc.az
Arzu
2015-11-14
Salam aleykum. Men 1ci kurs telebesiyem. Eseblerim cox pozulub. Derse bawlayandan beri yavaw yavaw eseblerimin pik noqteye geldiyini hiss edirem. Her weye eseblewirem. Hovselem daralir. Geceler gec yuxuluyuram cunki beynimde cox weyleri fikirlewirem. Imtahan stresi, bezi wexsi meseleler, derler, institutda problemler, tebii ki her bir qiz kimi ariqlamaq derdi demek olar ki her wey derd eleyirem. ozumle bacarmiram. Ozume "dur" deyirem ama ozumu saxlayammiram. Hetta bu yaxinlarda bir sira psixoloji testlerden kecdim. Testin neticelerinde de urekacan netice olmadigindan ona da birteher oluram. Hetta qorxuram ki, Allah elememiw birden nervoz olaram :(((((((( Men ne ede bilerem mene meslehet verin.....
Cavab: Salam,Arzu xanım.Yaxşı olardı ki,əyani psixoloji yardım almaqla problemi aradan qaldırasınız.www.pcc.az
Vusal
2015-11-14
salam menim 27 yasim var. hemise neyese heyacanlananada esirem ureyim tez tez doyunur bedenimi esmece tutur. kimese onda sozumu catdira bilmirem. ureyim agriyir onda. xais edirem komek edin
Cavab: Salam,Vüsalə bəy.Bildirdiyiniz kimi bu əlamətlər həyəcandan qaynaqlanan somatik simptomatikadır.Yaxşı olardı ki,əyani psixoloji yardım almaqla problemin həlli istiqamətində müəyyən addımlar atasınız.www.pcc.az
Aysel
2015-11-14
Salam Elnur bey. necesiz? men cox fikirli oluram cox eseblesirem tez tez amma tezde sakitlesirem eseblesen zaman beynimde ses yaranir siqanala benzer bu neden ola biler? onceden tesekkur edirem
Cavab: Salam,Aysel xanım.İlk öncə səbəb olan faktorlar araşdırılmalı,daha sonra korreksiya işləri aparılmalıdır.Bunun üçün yaxşı olardı ki,əyani psixoloji yardım alasınız.www.pcc.az
jale
2015-11-14
Salam hekim.men her seye eseblewirem yaxinlariminda xetrine deyirem pis oluram ozumde hamileyem eseblewen kimide oskurek tutur bogulan kimi oluram.sizce ne edim eseblewmiyim
Cavab: Salam,Jalə xanım.Qeyd etdiyiniz durum hamiləlik dönəmi ilə də əlaqədar ola bilər.Bu durumda əyani psixoloji yardım almağınız daha məqsədəuyğun olardı.www.pcc.az
Gunel
2015-11-14
Salam. Mamamin 56 yaşi var son 2 ildi yuksek tezyiqden eziyet cekir. 280 dereceye dek tezyiqi qalxa bilir. Aparmadigimiz hekim qalmayib defelerle analizlerin vermişik muayinelerden kecirmişik orqanlarinda hec bir problem yoxdu hekim nevrozdan eziyet cekdiyin deyir. Mualicelerde komek edmir. Qefil heyecanlananda bir iki deqiqelik harda oldugun ne etdiyin unudur gozunnen yaş gelen kimi duzelir. Bu problemin psixoloji helli var?
Cavab: Salam,Günel xanım.Problem əyani psixoloji yardım vasitəsilə aradan qaldırıla bilər.Psixologiya və Konsultasiya Mərkəzi ilə əlaqə saxlayın,Sizə müayinə və müalicə üçün zaman təyin edərlər.Əlaqə telefonu: (012) 480-36-29 yaxud da (055) 257-27-00 www.pcc.az
gulcan
2015-11-13
menim sizin komeyinize cox ehtiyacim var. men ozumu cox narahat hiss edirem. beynim cox narahatdi. ozumu ele ala bilmirem. butun gun ancaq pis seyler aglima gelir. o pis seyler hec getmir . bu hal hemuse olmur. kecen vaxtlarida olur. esasda tek qalanda olur. cox narahat oluram . ne olar mene yardim edin
Cavab: Salam,Gülcan xanım.Qeyd etdiyiniz durum obsessiv düşüncələrlə bağlıdır.Obsessiya-iradədən asılı olmadan,xarakterə zidd (ego-distonik) qovula bilməyən,təkrarlanan düşüncələrdir.Yaranmasında bioloji, psixodinamik və bihevioral model iştirak edir.Terapiyasında əsasən psixoterapiya aparılır,lakin göstəriş olarsa medikamentoz müalicə də aparıla bilər.www.pcc.az
Ayten
2015-11-13
Salam!Men hal- hazirda bir yeniyetmeyem..ve bezi problemlerim var..Anamla unsiyyetim bir o qederde yaxin deyil.Her zaman aramiza mesafeler olub.Buna gore de bezi probblemlerim ve suallarim olacaq..1.Evvela cox esebi,cox aqressiv,cox stress kecirden,daim deprasiyyadayam bunun ucun ne etmeliyem..2.Dostumla aramda bezi problemler olub..dostum satqinliq edib..ve men artiq onun adi cekilende her zaman eseblesirem..yeni nifretliyem ne etmeliyem? 3.ozumu yalniz hiss eidrem..sanki dunyada hec kimsem yoxdu...
Cavab: Salam,Aytən xanım.Bu durumda əyani psixoloji yardım almağınız daha məqsədəuyğun olardı.www.pcc.az
Sedef
2015-11-12
salam,menim bele birproblemim var.demeki titremem var ammaki yoxdu sag gozum bulanig gorur sonram kecir 5,10 deqiqe erzinde ele bil nese olacag basimda uzumde kureyimde istilik olur buda kecir,olmekden cox qorxu gelir amma sonra bu veziyyetime gulmeyim gelir basimda herlenir.Ps:Hekim qeydiyyatindan kecmisem problemin olmadigini psixoloji oldugunu dediler.heyatimda pis anlar olub amma hal hazirda her sey yaxsidi men nie beleyem ?
Cavab: Salam.Qeyd olunan əlamətlərə əsasən təşvişli-nevrotik pozuntu olaraq dəyərləndirilə bilər.Problemin fonunda narahatlıq, bir yerdə qərar tutmamaq, diqqət və motivasiyada pozulma, konsentrasiya pozulması, həyəcan, əsəbilik kimi psixoloji;taxikardiya,epiqastral nahiyədə ağrı,vegetativ reaksiyalar kimi somatik əlamətlər müşahidə edilir.Terapiyasında əsasən psixoterapiya aparılır.Təyinata uyğun medikamentoz terapiya da tətbiq oluna bilər.www.pcc.az
Aysu
2015-11-11
Anam Parkinson xəstəsidir və daim depressiya halindadir bunun psixoloji mualicəsi var mi?
Cavab: Salam,Aysu xanım.Parkinson xəstəliyi gec proqressivləşən neyrodegenerativ (qabıqaltı nücələrdə hüceyrələrin məhv olunması ilə müşahidə edilən) beyin patologiyasıdır. Parkinson xəstələri diaqnoz qoyulduqdan sonra 20 il və ya daha uzun müddət bu xəstəliklə birlikdə həyatlarını davam etdirirlər. Xəstəlik İstirahət vəziyyətində titrəmə, hərəkətlərin yavaşlaması,passiv oynaq hərəkətlərini çətinləşdirən əzələlərdə sərtləşmə,koordinasiyada disbalansın yaranması əlamətləriylə müşahidə olunur. Fonunda inkişaf edən depressiv epizodun nəticəsində zgüvən əksikliyi,özünüqiymətləndirmənin enməsi, əhvalın enməsi, hərəki tormozlanma, ünsiyyət defisiti, sosial mühitdən uzaqlaşma kimi psixoloji və bunların fonunda başağrıları,vegetativ reaksiyalar kimi somatik simptomlar ortaya çıxır.Problemin terapiyasında depressiv epizod üzərində işlənilir və psixoterapiya tətbiq olunur.www.pcc.az
Gülnarə
2015-11-10
Salam mənim 29 yaşım var. Çox əsəbiyəm. Nə qədər çalışsamda əsəbləşmiyim adi su şırıltısınada əsəb oluram. Gecələr yata bilmirəm. üzümün dərisi belə dartılır sanki, üzümdə qarışqa yeriyir.
Cavab: Salam,Gülnarə xanım.İlk öncə stress və gərginliyə səbəb olan faktorlar araşdırılmalı,daha sonra bu istiqamətdə korreksiya işləri aparılmalıdır.www.pcc.az
solmaz
2015-11-09
Salam hekim men cox esebiyem her weye tez reaksiya verirem her weyden utaniram qorxuram cekinirem yol gederken ele biliremki insanlar mene baxir gulur coz heyacanliyam biraz boydan balaca oldugum ucunde her weyi ozume kompleks edirem nece muddetdiki bele davam edir
Cavab: Salam,Solmaz xanım.Bu hal sosial fobiya olaraq dəyərləndirilə bilər.Sosial fobiyadi utancaqlıqdan şəxsin gündəlik fəaliyyətinə, eləcə də social əlaqələrinə ciddi mənada təsir etməsi ilə fərqlənən problemdir.Narahatlıq zamanı bir sıra somatik pozuntular;üzün qızarması, ürəkdöyünmə, tərləmə, ağız quruluğu, boğulma, əzələ gərginliyi və ayaqyoluna getmək istəyi və müvafiq psixoloji narahatlıqlar müşahidə olunur.Terapiyasında əsasən psixoterapiyadan və təyinata uyğun farmakoterapiyadan istifadə olunur.Yaxşı olardı ki,əyani psixoloji yardım almaqla problemi aradan qaldırmağa çalışasınız.www.pcc.az
Tünzalə
2015-11-08
Salam.Mənim problemim qızımladı.Onun 11 yaşı var. 3 ay bundan qabaq gözlərini qıpmağa başladı.Sonra boğaz hissədən səslər çıxartdı.Həkim məsləhəti ilə nervniy tik dedilər.Müalicə yazdılar. Medakalm Fenibut Pantagam Eglonil. Lakin heç bir təsir olmadı.Mənə qarşı çox aqresivdi.Evdə mən ona yaxınlaşıb bir söz deyəndə əsəbləşir göz qırpmaları çoxalır. Qəribə hərəkətlər etməyə başlayır.Yəni normal olmayan.Mənə kömək edin mən nə edim.Çox xahiş edirəm.
Cavab: Salam,Tünzalə xanım.İlk öncə problemin nə zamandan sonra yarandığına diqqət yönəldin.Çünki sarsıntı səbəbindən yaranan, nevroloji səbəbdən qaynaqlanan tiklər müxtəlif növdə olur və düzgün diaqnozun qoyulması üçün bu məqamlar nəzərə alınaraq korreksiya işləri aparılmalıdır.www.pcc.az
feride rehimova
2015-11-07
Salam Elnur bey. necesiniz? men depresiyadan cixa bilmirem. hec birseye umidim yoxdu. umidsizem herseye. rayondayam. sizin merkeze gele bilmirem. meslehet vererdizde
Cavab: Salam,Fəridə xanım.Problemin fonunda özgüvən əksikliyi,özünüqiymətləndirmənin enməsi, əhvalın enməsi, hərəki tormozlanma, ünsiyyət defisiti, sosial mühitdən uzaqlaşma kimi psixoloji və bunların fonunda başağrıları,vegetativ reaksiyalar kimi somatik simptomlar müşahidə olunur.Problemin terapiyasında psixoterapiya və ağırlıq dərəcəsindən asılı olaraq medikamentoz terapiyadan istifadə olunur.www.pcc.az
Lale
2015-11-07
Salam hekim. Menim problemim yoldasimin heddinden artiq qisqanc olmasidir .26ildir evliyik amma bu iller erzinde butun davalarimiz qisqancliq ustunde olub .onu dunyada hec kime deyismerem o da sadiq biridir eslinde ancaq mene subhe ile yanasir herden tezden qalxib qapilari aciram ki hava deyissin otaqda onda da subhe edir ki xeyanet ede bilerem. Artiq dozulmez hedde catmisiq nalàayiq sozler davalar. Neveĺerim var daha evvelki kimi sebrli ola bilmirem Eseb pozgunluqlari sehhetime de menfi tesir gosterib xesteliklere tutulmusam xahis edirem meslehet verin ne edim men??
Cavab: Salam,Lalə xanım.Problem obsessiv düşüncələrlə bağlıdır. Obsessiya-qeyri-iradi olaraq daxil olan və müəyyən narahatlıqlar yaradan düşüncələrdir. Daimi olaraq müxtəlif şəkildə ortaya çıxır.Buna bağlı olaraq insan depressiv epizod keçirir, ətrafdakılarla münasibətlərində müəyyən problem yaşayır, insanlara qarşı inamı azalır.Problemin zamanında aradan qaldırılması proqressivləşməsinin qarşısını alır.www.pcc.az
zzz
2015-11-06
salam/qizimin 5 yasi var cox esebi usagdir.menim hec bir sozume qulaq asmir.ancag isteyirki oz bildiyi kimi hereket etsin.ona neyise ciddi sekilde deyende ve ya mecbur edende qeribe hereketler edir eline duseni ora bura atir.hetta bayag stulu iteleyib evin icine atdi ona deyremki niye bele edirsen gelib hirsnen menim uzumu cirmagladi meni arxaya itirib ustume qisqirmahga basladi.hec ozumde bilmirem bu usagla nece hereket edim.xais edirem mene komey edesiniz.
Cavab: Salam.Qeyd etdiyiniz durum psixoloji gərginlik və ya narahatlıq səbəbindən qaynaqlana bilər.Yaxşı olardı ki,psixoloqa müraciət etməklə problemi araşdırasınız.www.pcc.az
ulker
2015-11-06
Salam men 5 ildi evliyem. Qaynanamla birge yasayiram ancaq o cox cetin adamdi..her seyi soz edir ve yoldasimla arami acmaq isteyir. Men men axir 4 ilde cox esebi olmusam. Hetta mende zob bele emele gelib. Sizce men hansi sakitlesdiriciden istifade etsem bir azda olsa eseblerim sakitleser.
Cavab: Salam,Ülkər xanım.Bu durumda əyani psixoloji yardım daha faydalı olardı.www.pcc.az
leyla
2015-11-06
salam men aileliyem atam anam haqda fikirlesende hemise onlarin olduyunu fikirlesirem bu fikirden azad ola bilmirem onlarin olmeyini fikirlesmek meni qorxudur ele de qoca deyiller anamin 55 atamin 60 yasi var
Cavab: Salam,Leyla xanım.Bu hal generalizə olunmuş təşviş pozuntusu olaraq dəyərləndirilə bilər.Problemin fonunda narahatlıq, bir yerdə qərar tutmamaq, diqqət və motivasiyada pozulma, konsentrasiya pozulması, həyəcan, əsəbilik kimi psixoloji;taxikardiya,epiqastral nahiyədə ağrı,vegetativ reaksiyalar kimi somatik əlamətlər müşahidə edilir.Terapiyasında əsasən psixoterapiya aparılır.Təyinata uyğun medikamentoz terapiya da tətbiq oluna bilər.Bunun üçün əyani psixoloji yardım daha faydalı olardı.
Sema
2015-11-05
salam.her vaxtiniz xeyir.size sualim beledir..Evden cixandan sonra her kesin mene baxdigini hiss edirem.etrafima baxiram hec kim yoxdu.ama yenede o hiss aglimdan cixmir.avtobusa minerken de yanimdan masinlar kecerkende de bu hisleri yasayiram.komplexlerim var sebebi bu ola bilermi bilmirem..bunun deqiq sebebu nedir ve bundan nec equrtula bilerem bunu bilmek isterdim.. indiden minnetdaram.tesekkurler..
Cavab: Salam.Bu hal sosial fobiya olaraq dəyərləndirilə bilər.Sosial fobiyadi utancaqlıqdan şəxsin gündəlik fəaliyyətinə, eləcə də social əlaqələrinə ciddi mənada təsir etməsi ilə fərqlənən problemdir.Narahatlıq zamanı bir sıra somatik pozuntular;üzün qızarması, ürəkdöyünmə, tərləmə, ağız quruluğu, boğulma, əzələ gərginliyi və ayaqyoluna getmək istəyi və müvafiq psixoloji narahatlıqlar müşahidə olunur.Terapiyasında əsasən psixoterapiyadan və təyinata uyğun farmakoterapiyadan istifadə olunur.Yaxşı olardı ki,əyani psixoloji yardım almaqla problemi aradan qaldırmağa çalışasınız.www.pcc.az
Salam
2015-11-05
Salam eziz psixoloq. Mende hedden ziyade xeyalperestlik var. Onu heç cilovlaya bilmirem. Qulacıqla qaça qaça xeyal edirem sonda ise sıxıntı gelir mene. Seher durandan axşama kimi xeyal edirem. Ne qeder çalışıram dayanmaq bilmir. Eqli işlerle meşğul oldum, idmanla meşğul oldum her ne etdimse keçmir. Geceler depressiv hala düşürem ve xeyal eden kimi rahatlanıram. Bunun üzünden men heyatda çox şey itirmişem. Mene bir ipucu verin axı sebeb nedir? Men ne edim? Onu deyim ki, uşaqlıqdan bu mende var sadece yaş ötdükce artıq mene problem yaradır. Sosiallaşa bilmirem, il tapa bilmirem. Heç ne ancaq xeyal.
Cavab: Salam.Bu hal reallıqla barışmaq istməməyinizdən qaynaqlana bilər. Qeyd etdiyiniz kimi itirdikləriniz çox olduğu üçün bunların gerçək olduğuna şüuraltı olaraq inanmaq istəmirsiniz.www.pcc.az
Adınız 
Sualınız 
1234567891011121314151617181920
2122232425262728293031323334353637383940
4142434445464748495051525354555657585960
6162636465666768697071727374757677787980
81828384858687888990919293949596979899100
101102103104105106107108109110111112113114115116117118119120
121122123124125126127128129130131132133134135136137138139140
141142143144145146147148149150151152153154155156157158159160
161162163164165166167168169170171172173174175176177178179180
181182183184185186187188189190191192193194195196197198199200
201202203204205206207208209210211212213214215216217218219220
221222223224225226227228229230231232233234235236237238239240
241242243244245246247248249250251252253254255256257258259260
261262263264265266267268269270271272273274275276277278279280
281282283284285286287288289290291292293294295296297298299300
301302303304305306307308309310311312313314315316317318319320
321322323324325326327328329330331332333334335336337338339340
341342343344345346347348349350351352353354355356357358359360
361362363364365366367368369370371372373374375376377378379380
381382383384385386387388389390391392393394395396397398399400
401402403404405406407408409410411412413414415416417418419420
421422423424425426427428429430431432433434435436437438439440

LOGİN

 Email
 Parol
Qeydiyyat