Sual Cavab

GUNAY
2014-01-09
salam menim problemim qizimin baldizi ile elaqedardir o imkan vermirki qizim oz heyatini yasasin her seye cox qarisir,ancaq qardasindan hemise nese teleb edir,deyirki onlarin qazanci menimle yari bolmelidirler,ozude dindar bir xanimdir,bilmek isderdimki bele insanlarin cezasi olur hacansa?xais edirem mene komek edin,evvelceden tesekkurler.
Cavab: Salam Günay xanım Olur. Onun bu durumun özü cəza deyilmi, Sizcə? Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Rena
2014-01-09
Salam men istediyim oglannan texminen iki ildirki daniwiram amma iki gunnen bir yadaki ele olur iki hefteden bezende ay olurki daniwmirig.Amma necese olur qirilmirix.Aramizda olan munasibete ad qoymamiwig. men isteyerdim qoyum amma hiss eliyremki o istemir. Goruwuruy ayda bi defe zad onda elimnen tutur ancag.amma men cox istiremki sevgili olax .Mene hecne demir. bilmirem neyniyim bele fikirlewiremki bu cur munasibeti davam etdirmeynen ozume zulm verirem ama dehwet cox baglanmiwam hemiweliy qirila bilmerem(( zehmet olmasa meslehet vererdiz mene(
Cavab: Salam Rəna xanım Çalışın buna Siz təşəbbüs göstərməyin. Bir qədər zaman tanıyın. Əgər münasibət indiyə qədər davam edirsə demək ki qarşı tərəfi də Sizə bağlayan hansısa məqamlar var. Ona görə də səbirli olun. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Xumar
2014-01-09
Salam dr. cox xaish edirem cvblandirin menim qardasimin 22 yasi var cox esebidi eseblesende butun evi dagidir bahali esyalari qirir qapilari qirir hal buki basqa vaxt sakit agilli danisir hami ele bilirki bir agsaqqal insan danisir valdeyinlerim onu usaqliqda futbolcu olmaga icaze vermeyibler indi onun qisasin alir, ama univerde ele idmanda oxuyur, hec kimi qulaq asmir, evde esya qalmir hamsin qirir.Usaqliqda sakit olub, yenede deyirem hami onu cox isteyir dostlari coxdu, isdede hamiyla yola gedir mudur beyenir sadece qisas alir anamdan deyir omur boyu bele edecem birde cox kinlidi, biz ne ede bilerik?
Cavab: Salam Xumar xanım Psixoloji müayinə olması və müalicə alması vacibdi. Səbəb müxtəlif ola bilər. Zərərli vərdişlərdən istifadə edirmi? Bunu da dəqiqləşdirməmiş lazımdı. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
anonim elizade
2014-01-09
Salam. Bir meselede sizaden yardim almaq isterdim. Men yoldasimin mene xeyanet etduyunu dusunurem. bir gun telefonuna baxanda basqa bir evli qadinla mesajlarini oxudum. Yoldasim ona onu sevdiyini yazmisdi. Bunu oxuduqdan sonra dayana bilmedim sabahisi gunun axsami evden cixib ondan bunu niye etdiyi sorusdum. oda inkar etmedi ama cox pesman oldugunu soyledi.Lakin onunla hec vaxt birlikde olmadigini soyledi. Amma menim ona hec bir inamim guvenim qalmayib ona inanmiram artiq. Pesmanligini defelerle qeyd etdi ama men onun yaninda qalmagi mecbur hiss edirem. onu gormeye gozum yoxdur. bosanmaq istediyimi dedim qebul etmedi. Menden vaxt istedi. Sizce men neyleyim? Ozumu cox pis hiss edirem.
Cavab: Salam Alizadə ŞAns verin. Bu məsələni çalışın xüsusi qabartmayın. Önəmli olan onun bundan peşimançılıq keçirməsi və Sizdən ayrılmaq istəməməsidi. Ailənizi qoruyub saxlasanız bir müddət sonra bütün problemlər arxada qalacaq. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
anonim
2014-01-09
salam.xais edirem mene duzgun yoi gosterin.menim problemim erimledi. 9 aydi evliyik,erim menden once aileli olub ayrilib 1 ovladi var,men bunu narmal qarsiladim .ama onlar helede elaqe saxlayirlar ,men onu anlayiram evladini sorusmalidi,ama onlarin yazismalarini oxuyuram usaqdan soz bele getmir ancaq ozlerinden dansirlar,mende qalmisam bele bilmirem ne edim,ozumde hamileyem butun eseblerim korlanib .men bu vezyetde ne etmeliyem bilmirem,men ona gore herseyimden kecib gelmisem universtetden isimden en esasi ailemden sef etmisem deye dusunurem indi(ozu meni pesman edir,vee men ne edim bilmiren, hemde cox icir demek olar ki gunde, onunla omrum nece kecer bilmirem, hal hazirda cox pis halldayam hecneye hevesim qalmayib,ustelikde dunyaya bir usaqda getirecem((((men ne edim nece addim atim???? 30 yasi var o bundan sonra duzeler sizce, 10 yas menden boyukdu, ama hecne haqda dusunmur,men ne edimmm?????????
Cavab: Salam Anonim Situasiya bir qədər dolaşıqdı. Açığı yazışmalar bir qədər məsələni dolaşığa salır. Siz yaxşı olardı ki, hazırda diqqətinizi daha çox övladınızı sağlam dünyaya gətirməyə yönləndirərdiniz. Bu daha faydalı olardı. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Leman
2014-01-08
Bir daha salam ELnur bey,men size yazmiwdim niwanlimla bagli problem,uzuyu getirib iwiq woccikinin icine qoymuwdu ve aradan 2gun kecdi anasi geldi,evde daniwdilar ancaq oglan ozu gelmedi,men ona ne zeng etmirem nede internetde ne yazir cavab yazmiram,evde deyirem ki 1hefte gozluyecem eyer gelib ozu qoydugu uzyu goturmese ve mennen uzr istemse deeiyi sozlere ve etdiyi herekete gore uzr istemese men ayrilmaq isteyirem,bu zaman icindede men oz iwimi gorecem ona hecnde demiyecem.Sizce duz duwunurem?Ne etmek lazimdirki onun meni sevib sevmediyini bilmek ucun?Bu problemin hell oluna biler,cunki oglna oz ailesiyle gelmemiwdi daha sonra gele biler?Onun mene qarwi hisslerini nece oyrene bilerem?
Cavab: Salam LƏman xanım Bəli gələ bilər. Sadəcə çalışın münasibətləri dalaşma mərhələsinə qaldırmayın.Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Asya
2014-01-08
Salam hekim.Men sevdiyim insandan ayrilmisam amma cox darixiram onsuz.Ona guvenmediyimden ayrildim 1 ay danismadim.N e men zeng etdim ona ne de o.Sonra o mene yazdi men cavab yazmadim.Bir nece gun sora doze bilmeyib zeng etdim acmadi.Mesaj yazdim cavab yazmir.Cox xahis edirem mene bir sey deyin sizce niye bele edir meni unudubmu istemirmi daha.Eger elese onda niye mene yazmisdi/.Cox fikirlesirem niye bele etdiyini bilmirem.Xahis edirem mene komek ederdiz bu ne demek.Evvelceden tesekkur edirem.
Cavab: Salam Asya xanım Yazmasanız bir müddət sonra özü yenidən Sizə yazacaq. Bir qədər səbirli olmağı tövsiyə edərdim. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Kenan
2014-01-08
salam eleykum. xahish edirem mene bir yol gosterin. 22 yashim var subayam heleki valideynlerimle yashayiram. ureyim isteyen ela ishim qazancim var. Ama valideynlerim mene deyir magistr tehsili alim hansiki bosh bir sheydir bu olkede. hem menim ehtiyacim yoxdur ishim var shukur. her gun evde mubahise yashiyiram. inanin butun eseblerim pozulub. her ishime qarishirlar. mene deyirler ishden cix magistratura oxu. basha sala bilmiremki bu mene lazim deyil. ele mukemmel ishi itirmek agilsizliqdi hansiki oz savadim zehmetimle elde elemishem o ishi. o hedde gelmishemki olkeni terk eliyib getmey istiyirem.
Cavab: Salam Kənan bəy Düşünürəm getmək çıxış yolu deyil. Sadəcə ailənin nə səbəbə bunu Sizdən istəməyinə obyektiv diqqət yönləndirin. Əgər ciddi bir səbəb gətirirlərsə nəzərə alın, yox əgər əsassızdırsa o zaman çalışın onlarla bu müstəvidə söhbətlərdən qaçın. Bir müddət sonra onlar müzakirə etməyə başqa mövzu tapacaqlar. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Nara
2014-01-08
salam.2 il bundan evvel 1 oglanla taniw olmuwdum.her wey normal idi.birden bire uzaqlawdiq.ama helede elaqemiz var men ondan isteyendeki tamam elaqeni kesek o razi olmadi.ad gununde bayramlarda tebrikler yazir,ama adi gunlerde daniwmiriq tamamda elaqeni kesmir.bundan cox narahat oluram,son vaxtlarda tamam soyuq daniwir bilmirem sebebini soruwmagada cekinirem.bilmirem ne edim cox pis tesir edir bu insanin mene qarwi bu qeder yadlawmagi.cox xahiw edirem meslehet vererdiz
Cavab: Salam Nara xanım Çalışın soyuqqanlı davranın. O zaman qarşı tərəfin Sizə qarşı diqqəti artacaq. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
2014-01-07
2014-01-08
salam. men ehtiyaci olan insanlarin halina yanib tekliye qapanib saatlarca aglayiram.. cox esebiyem ama hemiwe gulurem icimde boguram esebi.. bow bowuna mahniya qulaq asib saatlarca aglayiram. herden ele biliremki men qeyri adi insanam . mene meslehet verin
Cavab: Salam Bu daha çox bir insan olaraq özünüzü tapa bilməməyinizlə bağlıdır. Düşünürəm bu məqama diqqət etsəniz problem də aradan qalxacaq. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
cahan
2014-01-08
salam men sebebsiz yere eseblesirem deyib gulerken dalawmaga bawlayiram kimse yanimda sohbet edende ele biliremki menden daniwir niye bele olurki
Cavab: Salam Bu obsessiv fikirlərdi. Aradan qaldırmaq üçün psixoloji müayinə və müalicə almaq vacibdi. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Kemale
2014-01-08
Salam hekim. 20 yasim var telebeyem size derdimi demek isterdim mene meslehet verin. Texminen 5 ay bundan qabaq ne söhbetler olurdusa pis yozurdum pissimist olmuwdum dersin acilan vaxti men demek olar ki vezyetim emelli basli pislewdi metroya minende üreyim sixilmaga basladi dayana bilmirdim birde agliyirdim özbasina demek olar ki her gün cox cetin günler idi. Özümü pis hiss edirdim ele bilirdim mene nese olacaq her seyi ölumle elaqelendiridim elebilirdim ki ölecem 3 günden sora mene nese olacaq cox qorxurdum. Derman müalicesi aldim zalaksan birde estaplan icirdim indi yaxsiyam ama qorxuram ki bu hallar birde tekrarlanar ne edim birdeki bunun sebei nedendi
Cavab: Salam Kəmalə xanım YAxşı olardı ki, paralel olaraq psixoloji yardım alasınız. Bu Sizə problemi detallı aradan qaldırmaqğa imkan verəcək. DOlayısı ilə bunun səbəbini bilmək Sizə gələcəkdə bu cür hallarda nəcür davranmağı müəyyən etməyə imkan verəcək. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Güneş
2014-01-08
Salam.size bir sualim olacaq Qizla Oglanin dostulugu mumkundur? Gercek dostluq, sadece dost olmalari yeni Etrafli izah versez sevinerdim
Cavab: Salam Günəş xanım Mümkündür. Sadəcə diqqətli olmaq lazımdı. Xüsusən münasibətlərin ilkin mərhələsində.
salam
2014-01-08
salam 18 yaşım var adım Xalidədir. Tələbəyəm ilk öncə onu diyim ki, qorxuram metroya minende halım pislışir panikaya düşürəm sinəm sıxılır.Adi vaxtlarda belim əsir , qaşımın üstü evde çox dava olur dayana bilmirəm osaat ağlayıram . gECƏ YATANDA SIXILIRAM ELƏ BİLİRƏM KİM MƏNƏ NƏSƏ OLACAQ BU DAHA ÇOX BU İL OLDU YAYDAN BU VAXTA KİMİ DERMAN QEBUL RDİRƏM AMA XEYRİ YOXDU. çOX XAİŞ EDİRƏM SUALIMA CAVAB YAZIN.
Cavab: Salam Əgər problem panik atakdısa müalicəsi var. Dərman müdaxiləsi və psixoloji konsultasiya vacibdi. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Aysel
2014-01-08
salam,hekim.menim 20 yawim var,cox qorxagam,hem de ozuneguven hissim cox awagidi:(mene meslehet verin.onceden tewekkurler.
Cavab: Salam Aysel xanım Məsləhətim əyani psixoloji yardım almaqdır. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
aysen
2014-01-08
salam men yalnizligi cox sevirem..hemiwe yalniz qalmag istirem..hec bezmirem..meselen saatlarla deniz qiraginda oturub duwunurem..agliyiram..cox fikirli oluram..bezilerine onemsiz olan weylere men cox onem verirem..hemiwe duwunceli oluram..cox yaxin dostum var onunla daniwanda biraz rahatliyiram amma yene qayidiram evvelki veziyyetime..bunun sebebi nedi??xahiw eliyirem etrafli melumat yazin..
Cavab: Salam Aysen xanım Ola bilsin depressiya əlamətidi. Bütün hallarda səbəb ilkin psixoloji müayinədən sonra bəlli olacaq. Mərkəzlə əlaqə saxlayın, Sizə müayinə üçün zaman təyin edərlər. Əlaqə telefonu 012 480-36-29 yaxud da 055 257-27-00 Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Ramil
2014-01-07
Salam .Xaish edirem eger Imkanlariviz Daxilindedirse Sualimi Cavablandirin Men Ozumle Cox danishiram .Bashqalarinin Suallarina Konkret cavab verirem .bu ne Ile elaqeli Ola biler ? Tesekkurler
Cavab: Salam RAmil bəy. Daxili nitq bütün insanlarda var. Əgər bu sizdə normadan artıq və ətrafla münasibətə təsir göstərirsə o zaman Sizə psixoloji müayinə və müalicə almağı tövsiyə edərdim. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
salam
2014-01-07
Salam men her zaman her yerde edaletle davranir-danisiram.Lakin insanlar mene inanmir.Hetta yuksek tehsilim olmagina baxmayaraq men etrafdakilar terefinden savadsiz hesab olunuram --Ne edim?--
Cavab: Salam Özgüvənlə bağlı probleminiz var. Bunu aradan qaldırmaq lazımdı. Yaxşı olardı ki, bununla bağlı əyani psixoloji yardım alasınız.Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
mursudova deniz
2014-01-07
salam hekim menim bir problemim var.aileliyem 2 ovladim var erimi cox sevirem,sadece yola gede bilmirik evde cox dava-dalas olur,men qaynanam ve qaynatamin arzulamadigi gelin olmusam 3 ildi evliyem helede meni qebullana bilmirler eve cox soz sohbet salilar.sanki ellerinden geleni edirlerki biz ayrilaq.onlar meni acilayanda mende hirsimi yoldasimdan cixiram belelikle yoldasimda menden bezmeye baslayir men yoldasimi cox sevirem ondan ayrilmaq isdemirem men ne ede bilerem axi qaynanam ve qaynatam meni qebul etsin ailemi dagidmasilar?xahis edirem cavab yazin
Cavab: Salam DƏniz xanım Aktual bir problemdi. Sonunua qədər yaxşı olduğunuzu ortaya qoyun. Önəmli olan həyat yoldaşınızın bu situasiyada yanınızda olmasıdı. Birdə diqqət edin, qarşı tərəf Sizdən gözləntisi nədi. Onu qaydasına qoymağa çalışın. Söhbət qaynana və qaynatanızdan gedir. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
salam,müəlllimlərin nə dərəcədə yaradıcı olmasını təyin etmək üçün hansı testdən istifadə edə bilərəm
2014-01-07
salam,müəllimlərin nə dərəcədə yaradıcı olmaını təyin etmək üçün hansı testdən istifadə edə bilərəm?
Cavab: Salam İntellekt testlərindən istifadə edə bilərsiniz.
anonim
2014-01-07
mene ele gelir ki heyat yoldasim meni sevmir ,niye bele dusunduyumu anlaya bilmirem
Cavab: Salam Anonim Ola bilsin ki, qarşı tərəfdən hansısa bir diqqətsizlik görüşsünüz. Ola da bilsin ki, daha öncələrdə yaşamış olduğunuz psixoloji travma buna səbəb olub. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
GUNEL
2014-01-07
Birdaha salam, Elnur bey, bagislayin narahat edirem, Xahis edirem cavablandirin, cox xahis edirem.men size problemimi yazmisdim, sizde 2014.01.06 tarixde cavablandirmisdiz.Evvelce deyimki 21 yasim var.Problem sevgilimden 1 aydir ayrilmisiq, barismir menle sizde meslehetVermisdizki yazmayim, ona zaman verim dusunsun, ozu barisacaq menle.Amma men dusunuremki heyatinda biri var, cunki hergun whatsappda online-dir,gece saat 4,5 qeder, bir insan o saatda oglanla yaziwasi deyilki.Mene deyirler zeng etse barismaq istese barisma surundur,men indi neynim mene yazsa cavab yazim?barismaq istese tez barisim yoxsa biraz vaxti uzadim?birden men tez barissam o barismaz.men ne edim, birden meni axtarmadi daha, barismadi onda ne edim?Oglanin yasi 25 yasi var? Tesekkurler..
Cavab: Salam Günel xanım Yazsa cavab yazın
aynur
2014-01-07
evvela salam..menim 18 yawim var..bir oglanla daniwiram ama tez bezirem..tez baglanib tez soyuya bilirem..18 yawim olmagina baxmayaraq daniwdigim cox olub..istiremki sadece bir neferle daniwim ele onlada evlenim amma olmur..ya mende yada qarwi terefde problem olur..en coxda mende..sevdiyimi saniram amma tez el ceke bilirem..sadece onu biliremki cox qariwigam..komey eliyin meslehete ehtiyacim var..indiden twkler..
Cavab: Salam Aynur xanım Bu xarakterlə bağlı bir problemdi. Psixologiyada buna isterik xarakter tipi deyilir. Aradan qaldırmaq üçün Siz yaxşı olardı ki, əyani psixoloji dəstək alasınız. 012 480-36-29 yaxud da 055 257-27-00 telefon nömrələri ilə əlaqə saxlayın, Sizə psixoloqla görüşmək üçün zaman təyin edərlər. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
sahibe
2014-01-07
salam.menim oqlum 4 yasindadir.amma barbie ve gelinciklerle oynamaqi,geyindirmeyi,bezemeyi ,onlarin cizgi filmlerine baxmaqi cox sevir.demek olar ki,oqlan usaqlarina aid oyuncaqlari mecburi aliriq.istemir.1,5 ildir ki, bucurdur. men ne edim.evvelceden tesekkurler/
Cavab: Salam Sahibə xanım Allah saxlasın. Siz yaxşı olardı ki, uşaq psixoloqu ilə görüşəsiniz. 012 480-40-16 yaxud da 055 254-27-00 telefon nömrələri ilə əlaqə saxlayın, Sizə uşaq psixoloqu ilə görüşmək üçün zaman təyin edərlər. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
heyata gulumse)
2014-01-07
xeyr almamisham psixoloji yardim. nece almaliyamki?
Cavab: Psixologiya və Konsultasiya Mərkəzi ilə əlaqə saxlayın, Sizə psixoloqla görüşmək üçün zaman təyin edərlər. Əlaqə telefonu 012 480-36-29 yaxud da 055 257-27-00
gulnaz
2014-01-06
salam men ozume qapali insanam icimde firtinalar qopur amma hettda anama deye bilmirem nedenin bilmirem mene meslehet verin
Cavab: Salam Gülnaz xanım Psixoloqla əyani görüşüb düşüncələrinizə aydınlıq gətirməyinizi tövsiyə edərdim. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Adınız 
Sualınız 
1234567891011121314151617181920
2122232425262728293031323334353637383940
4142434445464748495051525354555657585960
6162636465666768697071727374757677787980
81828384858687888990919293949596979899100
101102103104105106107108109110111112113114115116117118119120
121122123124125126127128129130131132133134135136137138139140
141142143144145146147148149150151152153154155156157158159160
161162163164165166167168169170171172173174175176177178179180
181182183184185186187188189190191192193194195196197198199200
201202203204205206207208209210211212213214215216217218219220
221222223224225226227228229230231232233234235236237238239240
241242243244245246247248249250251252253254255256257258259260
261262263264265266267268269270271272273274275276277

LOGİN

 Email
 Parol
Qeydiyyat