Sual Cavab

Aygul
2015-12-07
Slm hekim.men 5ildirki aileliyem.indi yoldawimla munasibetim cox pisdi.dunen ozume qesd etdim hetta.derman icerek ozumu zeherledim.2ovladim bele gozume gorunmedi.problemimiz menim qisqancligimdi.meni sevdiyini bilirem ama yenede mene ele gelirki o menim deyil mene aid deyl.bawqlarinnan daniwdigini msjlawdigini oyrenmiwem defelerle.ona inamim itib tamam.turkler demiw paranoyak olmuwam.herdefe tel.nan daniwdigini gorende ele bilirem bawqalarinnan daniwir.onuda bezdirmiwem uje.mennen qacir sanki.acimir mene.dunen ozume qesd elediyimi bilsede hec vecine almadi.dahada qiciq verir mene.men neyniyim?artiq ona xeyanetin 1addimligindayam sirf onnan qisas almaq ucun.ozumle bacara bilmirem.yada intihar fikirlewirem.mene komek olun.psixi durumumu deyerlendirin.ozumde deyilem hec.etrafli yazin nolar
Cavab: Salam,Aygül xanım.Bu situasiyada psixoloji dəstək alsanız münasibətiniz normallaşar və xoşagəlməz hallardan sığortalanmağa kömək edər. İntihar bu halda çıxış yolu deyil,nəticədə övladınız var.Bu səbəbdən də psixoloji yardım almanız daha faydalı olardı.www.pcc.az
fidan
2015-12-07
salam hekim.menim bir qohumum var 51yasli kisidi yoldasini bilmirem qisqanir ya onda pisixoloji durumdu ele fikirlesirki yoldasi bunu aldadir basqasiynan.ama onida deyimki coxdan hundurlukden yixilmisdi basini das desmisdi ola bilerki bas damari zedelenib onun ucun bele fikirler fikirlesi.her gun yoldasini telfonuna baxir ordaki nomreleri goturub bir bir arasdirir.ele dusunurku yoldasi onu aldadir.
Cavab: Salam,Fidan xanım.Qeyd etdiyiniz patoloji qısqanclıq klinik psixologiyada paranoid fikirlər olaraq adlandırılır.Heç bir əsas olmadan aşırı qısqanclıq, şübhəçilik, anidən başlayan yoxlama davranışları problemin əsas əlamətləridir.Yaş faktorunu da nəzərə problemin keçirdiyi hər hansı psixoloji və ya fizioloji sarsıtıdan qaynaqlandığını araşdırmaq lazımdır.Yaxşı olardı ki,əyani psixoloji yardım almaqla problemin həlli istiqamətində konkret addımlar atasınız.www.pcc.az
Turkan
2015-12-06
Salam hekim men coox esebi oluram bezen agliyram hirsimi icime atram sanki bogluram ama hemin an gulme baslayr mende ozmu ele almaga calsiram bu neden ola biler hansisa bir xesteliyin baslangicidirmi?? Cox sag olun
Cavab: Salam,Türkan xanım.Qeyd etdiyiniz durum gərginlikdən qaynaqlanır.Lakin proses ilk öncə araşdırılmalı,daha sonra korreksiya işləri aparılmalıdır.Bunun üçün əyani psixoloji yardım daha faydalı olardı.www.pcc.az
konul
2015-12-04
Salam menim problemim ozume qapaniq olmagimdir buda meni heddinden artiq yukleyir bezen beynim mene agir yuk kimi gelir dasiya bilmirem sanki hecbir informasiya qebul etmir yuklenir sanki bele oldugu halda cuzi birsey meni inciderse sexsi munasibetde nese birsey ve ya kenardan kiminse cuzi birseyi meni uzerse beynim keylesir ellerim kilidlenir hereketlerimi itirirem sakitlesdiricilerden sonra bir nece saat yatiram ozume gelmeye baslayiram sonra yeniden etdiyim sehvler ve bunlari kimseye danisa bilmemeyim beynimi yorur isteyirem bir muddet herkesden uzaqlasim heckim danismasin yanimda deyilen hersoz sanki beynime isleyir ve mene daha da yuk olmaga baslayir bunun ohdesinden nece gelmek olar men ne etmeliyem?
Cavab: Salam.Könül xanım.Bu durumda korreksiya işləri aparılmalıdır.Bunun üçün əyani psixoloji yardım daha faydalı olardı.www.pcc.az
Cemale
2015-12-02
Salam men nevrozdan mualice almisam 1 aydi bitib mualicenin xeyli komeyi oldu lakin pis fikirler urek sancmalari tez doyunme (doyunmelerin azalmasi )men her gun urek doyuntulerimi yoxlayiram evvel her sey daha pis idi sukur indi ise elametleri azda olsa var daim deri rengime baxiram hamidan sorusuram men cox agarmisam he deyende fikirlesiremki olecem guzguden ozume baxiram deri rengim qaralir fikirlesiremki qan catmir nevropatoloq deyirki bu mumkun deyil panik atakdir buuu ? harda agri yaranirsa derhal qorxu buruyur meni menim butun gunum bele kecir.butun gunum internetde bu xesteliyi oxumaqla kecirirem.Tesekkurler
Cavab: Salam,Cəmalə xanım. Çalışın,həkiminizlə məsləhətləşin ehtiyac duyursa, müalicəni davam etdirin və daha effektiv nəticə üçün paralel şəkildə psixoloji yardım almanız da faydalı olardı. İlkin olaraq isə xəstəliklə bağlı hər hansı məlumatlar axtarmaqdan qaçının, çalışın diqqətinizi bu istiqamətdən yayındırasınız.www.pcc.az
Gunel
2015-12-02
Salam menim yoldasim narkamandi meni soyur doyur ezab verir ama yaxsi xasiyetide var indi biz bosaniriq men ondan ayrilmaq isdemirem ama mecburam buna ne edim?
Cavab: Salam,Günel xanım.Bu durumda əyani psixoloji yardım daha faydalı olardı.www.pcc.az
Sabina x
2015-12-02
salam.Men vezifeli bir neferin xanimiyam.Ozune guvenen lakin sakit tebietli biriyem.Yolashimin mene xeyanet etmesini defelerle tutmuwam.Indi artiq nevemiz var.Daha doze bilmirem.Adina leke gelmesin deye her sheye dozurem.Hipertonik,agir dereceli nevroz olmusham.Sehvini uzune deyen kimi ses kuy salir boynuna almir ve meni atacagi ile hedeleyir.Neynemeliyrm???
Cavab: Salam,Səbinə xanım.Təşvişli-nevrotik pozuntu (nevroz) narahatlıq, bir yerdə qərar tutmamaq, diqqət və motivasiyada pozulma, konsentrasiya pozulması, həyəcan, əsəbilik kimi psixoloji;taxikardiya,epiqastral nahiyədə ağrı,vegetativ reaksiyalar kimi somatik əlamətlərlə müşahidə olunur.Terapiyasında əsasən psixoterapiya aparılır.Təyinata uyğun medikamentoz terapiya da tətbiq oluna bilər.Hipertoniya əsasən bu problemin fonunda müşahidə olunan somatik narahatlıqdır.www.pcc.az
sevinc
2015-12-02
salam. menim 36 yasim var.16 ildi evliyem. 2 usagim var. yoldasimin asiri derecede psixaloji prablemleri var ozude bilir. hec bir psixaloji yardim almiyib. elediyi hereketden pesman olur ama yene tekrarlayir. her seyi bile bile eliyir.qisqancligida coxdu. menimde eseblerimi cox pozub. ozumu ele ala bilmirem hetta intihara bele el atmisam. basara bilmirem. ayrilmagada hec cure razilasmir.maddi durumumuzda yaxsi deyil. islemeyede icaze vermir.ama mennen pul teleb edir. usaglariminda esebleri pozulub. her gun evde bos seyler usdunde dalasir. ne edeceyimi bilmirem fikirlerim cox qarisigdir.ozumu idare eliye bilmirem.xahis edrem meslehet verin
Cavab: Salam,Sevinc xanım.İntihar çıxış yolu deyil, sadəcə problemin həll yolunu tapmaq və tətbiq etmək lazımdır.Yoldaşınızla bağlı qeyd etdiyiniz durum paranoid fikirlər olaraq dəyərləndirilə bilər.Yəni aşırı dərəcədə qısqanclıq qeyd etdiyim problemdən qaynaqlanır.Bu səbəbdən də daimi olaraq konflikt yaradır, aqressiv olur.Çalışın prosesə qarşı yanaşmanızı dəyişəsiniz.Bu tip davranışlar olduğu təqdirdə emosional davranmaq əvəzinə daha soyuqqanlı davranın, konflikt situasiyadan uzaqlaşın.Uyğun zamanda narahat olduğunuz məqamları, bu davranışın yaratdığı fəsadları yoldaşınızla bölüşün.www.pcc.az
Salam aleykum
2015-11-30
Men insanlarin derdini cekmekden yorulmuwam,mes,televizorda,hardasa ewidende ki,kimse kimise doyub,hansisa ana uwagin gore bilmir,kimise incidirler geceler yuxum qacir,ozumu o insanlarin yerine qoyub stress kecirirem,yata bilmirem,bawqalarin duwunmekden ozum ucun hec ne ede bilmirem.
Cavab: Salam.Çalışın, aşırı emosional davranmayasınız.Proseslərə daha adekvat yanaşın.www.pcc.az
ulviyye
2015-11-29
salam. menim 15 yasim var.cox esebiyem her seye eseblesirem. aqresivem sebirsizem. tez tez strese girirem. qorxagam. bunlardan nece azad ola bilerem?
Cavab: Salam,Ülviyyə xanım.Problem aşırı aqressiya və gərginlikdən qaynaqlanır.Bu dövrdə müəyyən fizioloji proseslər baş verdiyi üçün psixoloji müəyyən narahatlıqlar ortaya çıxır. Problemi aradan qaldırmaq üçün yaxşı olardı ki,əyani psixoloji yardım alasınız.www.pcc.az
gunay
2015-11-29
salam men 2012ci ilde facebookda tesadufen biri ile tanis oldun onda menim 19 yasim var idi ve ilk defe idi sosial sebekede bir o]lanla danisirdim bir ay salam sagol munasibeti oldu tanisligimizda tesadufen olmusdu.5 - 6 ay sonra artiq mende verdis olmusud onunla danismaq ve bu muddetde mena ne qeder baglansamda ozum haqda duzgun melumat vermemisdim hetda adimi bele sehv bilirdi guvene bilmedim deye evveller yalan danisdim sonra davam eledi yalanim artiq o mene qarsi nelerse hiss etdiyini deyirdi mende sen meni gormemisen nece nese his ede bilersen deyirdim ama o israrla sene baglanmisam sevirem deyirdi men ise bele olmayacagini dusunurdun duzdu baglanmisdim ama qorxurdum sevgiden ve men ona son yalanimi soyleyib basqasi ile nisanlaniram deyib cixdim facebokdan. ve daha sonra o menim facebokdada dostum idi real heyatdada dostum olan bir qiza yazib ki o necedi o dogurdan nisanlanib na denen birce gunluk menimle danissin 1 ay her gun qiza yazdi.artiq mende anladimki o menim ucun adi bir baglanti deyil 1 ay nece kecdi bilmirem yeniden ona yazdim ve anladimki mende onu sevirem ve her seyi ona danisdim butun yalanlarimi sebebini dedim o ise evvelce sessiz qaldi sonra qebul etdi ve biz sevgili olduq 2012 ci ilin avgust ayi idi o gorusmeyi teklif etdi mense biraz zaman istedim cunki ilk defe biriyle munasibetim olurdu 1 ay her gun gorusek dedi mense qebul etmedim ve sentyabr ayinda ayrilmaq qerarina geldik.... o gunleri izah etmeye soz tapmiram omrumden nece ilimi silib o gunler o keder.sonra bir ay sonra barisib alasdiq barisib dalasdiq bir nece ayda bele davam eledi mart aprel ayinda heyatinda basqasi oldugunu dedi meni itirmek istemediyi dost qalmaq istediyini dedi mense qebul etmedim...ve 9 ay hec xeberim olmadi ondan sonra bir mesaj yazdi menden tanis bir adamin nomresini sorucdu ve belelikle biz 2012ci ilin martindan munasibeti bitirdik duzdu 8.9 ay sonra facebookda yazmisdi ne ise isi dusmusdu deye sonra oda silindi men 3 il her gun her gece onu dusunurdun adi kecmeyen gunum yox idi yaxinlarimda mene uje xeste gozuynen baxirdi sakitlesdirici dermanlar icirdim yata bilmirdim yatmaq ucun derman qebul edirdim.. 3 il men beynimde o yanimdaymis kimi yasadim.. dusunurdumki o qayitsa mene ne dese edrem yeterki qayitsin dualar edirdim mene yazsin yeniden dost olmaq istesede raziyam ve indi 3 il sonra o mene yazdi evvel neler istemisdimse o oldu mene yazirdi her gun pesman oldugunu demesede sozlerinden basa dusmek olurdu kecmisden soz acir ve darixdigini deyir...indi o yazanda sevinirem ama men bilmirem onu sevirem ya yox yeni onunla bir gelecek dusunurem evlenek dese qebul etmerem deyirem amma evveller xeyalini qururdum....men ne edim hekim bu xestelikden nece canimi qurtarim... qorxuram yeniden o gunleri yasayaram yeni yeni ozume gelmisem
Cavab: Salam,Günay xanım.Həmin şəxsə qarşı olan bağlılığınız şəxsiyyət tipinizlə əlaqədardır.Psixologiyada bu tip dependent (asılı) şəxsiyyət tipi olaraq adlandırılır.Yəni həmin insana qarşı güvənsizlik yarandığı təqdirdə bu asılılıq digər bir insana keçə bilər.Və bağlandığınız insana qarşı hədsiz güvən yaranır ki,bu halda həmin insandan ayrıldığınız zaman ağır sarsıntı keçirirsiniz.Yaxşı olardı ki,əyani psixoloji yardım almaqla problemin həlli istiqamətində müəyyən addımlar atasınız.www.pcc.az
Sema
2015-11-28
Salam, hekim. 6 ildir aileliyem, 2 ovladim var. problemim ise qisqancliqdir. Heyat yoldashimin her anini izleyirem. Hara getdiyini, ne etdiyini bilmesem deli oluram. Qadinlarla sosial shebekede dost olmasina tehamulum yoxdur. Xeyanetden soz ola bilmez. Amma gel yene de guvensizlikden, qisqancliqdan ömrümü yeyirem. Deli kimi qişqiriram. Ağlima gelen her şeye inaniram. Ne edim? Psixoloqa ya psixiatra müraciet edin?
Cavab: Salam.Qeyd etdiyiniz durum obsessiv düşüncələrlə bağlıdır.Obsessiya-iradədən asılı olmadan,xarakterə zidd (ego-distonik) qovula bilməyən,təkrarlanan düşüncələrdir.Yaranmasında bioloji, psixodinamik və bihevioral model iştirak edir.Terapiyasında əsasən psixoterapiya aparılır,lakin göstəriş olarsa medikamentoz müalicə də aparıla bilər.www.pcc.az
hemide
2015-11-28
Salam. Men ali tehsilli qizam. Hemise deyirdim ki men savadsiz insanla hec vaxt yasaya bilmerem. Yoldasim orta tehsilli olsada savadi yoxd. Elementar biliklerden xeberi yoxdu eslinde ailecanli meni cox seven biridi.cox agilli pulun qedrini bilen biridi. Bir ilden coxdurki issizdi oturub butun gunu aglayiram ki savadli olsaydi ali tehsili olsaydi bu gun bele cetinlik cekmezdik men ise korpe balama gore isleye bilmirem.. Bu fikir meni butun gunu didib parcalayir. Xahis edirem mene teselli verici bir sey yazin. Cox sagolun
Cavab: Salam,Həmidə xanım.Yoldaşınızın statusuna diqqət yönəltmək yerinə şəxsi keyfiyyətlərini nəzərə alsanız münasibətnizin düzəlməsinə yardım edər.Çalışın,xarakterinin müsbət tərəflərinə diqqət yetirin.www.pcc.az
sevda
2015-11-27
Salam Elnur bəy. Mən bu yaxınlarda yeni işə qəbul olunmuşam. Amma bu işimə heç cür alışa bilmirəm.Bütün günüm ağlamaqla, əsəblə keçir. Bilmirəm nə edim. İstəyirəm keçmiş işimə qayıdım.Sonra düşünürəm ki, keçmiş kollektiv mənim haqqımda nəsə xoşagəlməz fikirlər düşünər. Xahiş edirəm mənə bir məsləhət verərdiniz. Əvvəlcədən təşəkkür edirəm.
Cavab: Salam,Sevda xanım.Çalışın,adaptasiya dönəmini keçirəsiniz.Yeni kollektiv, yeni iş mühiti olduğundan ilkin adaptasiya müəyyən qədər çətin ola bilər.www.pcc.az
Aynur
2015-11-27
Salam xahiw meen komek edin men biirem ox esebiyem ya nese bir prableme dozmeye gucum qalmiyib hansidi bilmirem ama uje ozumu oldurmeyi bele fikirlewrem evde atam anama nese soz deyende doze bilmirem cvb qaytarmag isdiyirem onlarin munaqiweleri mene cox tesir edir anamin pis oldugunu gorende dunya bawima ucur ele bil men neyniye bilerem bunucun?
Cavab: Salam,Aynur xanım..Bunun üçün əyani psixoloji yardım daha faydalı olardı.Psixologiya və Konsultasiya Mərkəzi ilə əlaqə saxlayın, Sizə müayinə və müalicə üçün zaman təyin edərlər. Əlaqə telefonu (012) 480-36-29 yaxud da (055) 257-27-00 www.pcc.az
Nezrin
2015-11-27
salam men bu heyatdan heqiqi menada bezmiwem yawamaga bele hevesim yoxdu eseblewen kimi ozumu bilmirem nece oldirum allaha yalvariram ki meni tez oldur canim qurtarsin bu heyetdan o gun cox pis esebiydim hette qendir tapsaydim ozomu asacagdim her gun ozumu oldurmek haqqinda fikirlewirem deyiremki bu heyetda yawamagin menasi yoxdu internetde axtariram olum haqqinda birden size rast geldim yazdim xaiw mene meslehet vererdizde
Cavab: Salam,Nəzrin xanım.Qeyd etdiyiniz durum depressiv epizod olaraq dəyərləndirilə bilər.Problemin fonunda özgüvən əksikliyi,özünüqiymətləndirmənin enməsi, əhvalın enməsi, hərəki tormozlanma, ünsiyyət defisiti, sosial mühitdən uzaqlaşma kimi psixoloji və bunların fonunda başağrıları,vegetativ reaksiyalar kimi somatik simptomlar müşahidə olunur.Problemin terapiyasında psixoterapiya və ağırlıq dərəcəsindən asılı olaraq medikamentoz terapiyadan istifadə olunur.www.pcc.az
Selimli Deniz
2015-11-26
Salam hekim.Menim 34 yaşım var.İki uşaq anasiyam.13 yaşında qızım var,11 yaşında oglum.Qaynanam qaynatamla birge yaşayıram.Qızım sözümə qulaq asmır.Çox əsəbləşirəm,hərdən əl açıram.Dünən hətta elə əsəbləşdim ki,hirsimnən dəli kimi özümü döydüm.Biz uşaqlıqdan görmüşük ki,anadan çox uşagı heç kim istəyə bilməz düzgün yoluda onlar bilirlər.Ancaq qızım mənimlə heç gür razılaşmır.Atasına deyib işi bir azda çətinləşdirmək istəmirəm.Ancaq daha dözədə bilmirəm.Qızım məni görəndə elə bil qutuda ilan görür.Ondan özümə qarşı zərrə qədərdə olsun istək görmürəm.Hər yolu sınamışam ancaq faydasını görmürəm .Hər şey get-gedə çətinləşir.Hətta dünən elə pis hala qalmışam ki,ayaqlarim da yıgılmışdı.Mən söz dedim üzümə qabardı ki, dedi:elemeyecem bircə məktəbi qurtarıb instituta girsəydim canım qurtarardı sənin əlindən.Çox pis oldum ondan sonra özümün başıma-başıma vurdum ki ölüm qurtarım ki bele uşaq tərbiyə etmişəm.Hə birdə baldızım var iki ogluyla 12 ildi dul qalıb.Düzdü öz evi var ancaq çox vaxt bizdə qalır mənim yoldaşım baxır onlarada.Qızım birgə o bibisini istəyir.Hörmətli həkim sizdən artıq dərəcə xahiş edirəm mənə kömək edəsiniz.İnandırım sizi ki,mənə kömək etməklə yaşadıgınız həyatda ən savab iş görmüş olarsınız.İnanın ki,gücüm tükənmək üzrədir.Mənim balam anaya qarşı aqressiv və rəhimsiz olub.Mehriban,həlim xasiyyət,rəhimli qızımı istəyirəm.Xahiş edirəm köməyinizi əsirgəməyin.
Cavab: Salam.Problemlə bağlı yaxşı olardı ki,əyani psixoloji yardım almaqla aradan qaldırasınız.www.pcc.az
Simare
2015-11-25
Salam.Menim sualim beledirki men cox sebrsiz esebi ve gergin oluam.Ve en esasi her gece yatanda cox esebi oluram evdekilere eseblewiremki iwigi sondur qapini bagla sakit ol bu mende her defe tekrar olur bunu nece aradn qaldira bilerem?
Cavab: Salam,Simarə xanım.Bunun üçün əyani psixoloji yardım daha məqsədəuyğun olardı.www.pcc.az
Ekrem
2015-11-25
Salam menim 14 yawim var evde anamla problemin var sözümüz hec düz gelmir eslinde o bir wey istemir deyir yaxwi oxu zeif olma unsiyyet qur mende unsiyyet qurmaqda çetinlik cekirem hetta öz sınıf yoldawlarimla bele çetin unsiyyet qururam ne etmek lazımdı ki utancaqliq hissi kecsin ?
Cavab: Salam,Əkrəm bəy.Yaxşı olardı ki,psixoloqa müraciət etməklə problemi aradan qaldırmağa çalışasınız.www.pcc.az
Nigar
2015-11-24
Salam 3 ildi aileliyəm ama 1 defe toy günü elaqede olmuşam.neçe hekimlere getmişəm deyibler beyninde qorxu var get yene cehd ele alinacaq ama olmur bu ne qeder davam ede biler ki?
Cavab: Salam,Nigar xanım.Qeyd etdiyiniz durum vaginizm problemi olaraq dəyərləndirilə bilər.Bu halda əyani psixoloji yardım almanız daha faydalı olardı.www.pcc.az
elnare
2015-11-24
salam mende yaddaw problemi var aileliyem fikrimi cemleye bilmirem xaiw edirem mene meslehet veresiz
Cavab: Salam,Elnarə xanım.Simptomatika daha çox diqqət dağınıqlığına uyğun gəlir.Bu hal əsasən hiperaktivlik sindromu və ya xroniki yorğunluq sindromuolan şəxslərdə rastlanılır.İlk öncə diaqnoz dəqiqləşdirilməli,daha sonra korreksiya işləri aparılmalıdır.Bunun üçün əyani psixoloji yardım daha faydalı olardı.www.pcc.az
kenan
2015-11-23
salam 23 yasim var,esebiyem olum qorxusu yukseklik qorxusu ozume inamsizliq,eseblesen zaman qol nayihemde ujusme titreme. eseble alaqeli basda agrilar ve bu kimi hallar musahide olunur .bunlarin aradan qaldirilmasi yollari
Cavab: Salam,Kənan bəy.Bütün qeyd etdiyiniz əlamətlər təşvişli-nevrotik pozuntu ilə əlaqədardır.Problemin fonunda narahatlıq, bir yerdə qərar tutmamaq, diqqət və motivasiyada pozulma, konsentrasiya pozulması, həyəcan, əsəbilik kimi psixoloji;taxikardiya,epiqastral nahiyədə ağrı,vegetativ reaksiyalar kimi somatik əlamətlər müşahidə edilir.Terapiyasında əsasən psixoterapiya aparılır.Təyinata uyğun medikamentoz terapiya da tətbiq oluna bilər.www.pcc.az
Murad
2015-11-22
salam. sualıma görə çox üzr istəyirəm. menim 21 yaşım var özüm dindar biriyəm 5 ildirki namaz qılıram, amma çox böyük gunah etmişəm vicdan əzabından yata bilirəm hər gün eyni şeyləri fikirləşirəm. Deməli 3 il əvvəl universitete daxil olanda bir qızı sevməyə başlamışdım hələdə davam edir yəni bunu ailəmdə bilir sevdiyimlədə tez-tez görüşürəm. özü bakıda kirayə qalır bizim ikinci evimiz universitetə yaxın olduğu üçün 4 dəfə bəhanə ilə orda tək qalmışam daha doğrusu sevgilimlə bir qalmışıq.aramızda yaşananlar məni dəli edir hər dəfə söz veriər ona yaxınlaşmayacam amma özünə hakim ola bilmirəm. çəkdiyim peşimançılıqda onu buna mənim sovq etməyimdi hər dəfə ağlayır.mənə nifrət etdiyini deyir. axırıncı dəfə olanlardan sonra 1 aydırki hər dəfə görüşəndə olanları deyir mənə nifrət edir. 1 aydırki özümdə deyiləm. demək olarki otağdan çıxmıram.heçnə yemirəm. bu vəziyyətdən bir çıxış yolu tapmaq istiyirəm. diqqətinizə görə təşəkkür edirəm
Cavab: Salam,Murad bəy.Əyani psixoloji yardım almanız daha faydalı olardı.www.pcc.az
nurana
2015-11-22
men cox pesimistem...heyatdan cooxx yorulmusham ama sebebini bilmirem sebebsiz cox aglayiram hergun darixiram (( ama heecbir sebeb olmadan sizce mende ne bash verir?
Cavab: Salam,Nuranə xanım.Qeyd etdiyiniz durum depressiv epizod olaraq dəyərləndirilə bilər.Problemin fonunda özgüvən əksikliyi,özünüqiymətləndirmənin enməsi, əhvalın enməsi, hərəki tormozlanma, ünsiyyət defisiti, sosial mühitdən uzaqlaşma kimi psixoloji və bunların fonunda başağrıları,vegetativ reaksiyalar kimi somatik simptomlar müşahidə olunur.Problemin terapiyasında psixoterapiya və ağırlıq dərəcəsindən asılı olaraq medikamentoz terapiyadan istifadə olunur.www.pcc.az
Dilek
2015-11-22
Salam.meslehetinize ehtiyacim var.heyatimda yasadigim stressler,zerbeler neticesinde heddinden artiq aqressivlesmisem.istemiremki ailem valideynlerim bundan mene gore eziyyet ceksinler.tez ozumden cixiram.evvelceden tesekkur edirem.
Cavab: Salam,Dilək xanım.Bu durumda ən optimal variant əyani psixoloji yardımdır.www.pcc.az
anonim xanim
2015-11-20
salam.19yawim var.men sehv etmiwem eyni sehvi tekrarlayiram ama isdemeden ele bil mecbur edirler.fikrimden cixaranmiram ozume derd edirem.xahiw edirem komek ederdiz
Cavab: Salam.Yaxşı olardı ki,əyani psixoloji yardım almaqla problemi aradan qaldırasınız.www.pcc.az
Adınız 
Sualınız 
1234567891011121314151617181920
2122232425262728293031323334353637383940
4142434445464748495051525354555657585960
6162636465666768697071727374757677787980
81828384858687888990919293949596979899100
101102103104105106107108109110111112113114115116117118119120
121122123124125126127128129130131132133134135136137138139140
141142143144145146147148149150151152153154155156157158159160
161162163164165166167168169170171172173174175176177178179180
181182183184185186187188189190191192193194195196197198199200
201202203204205206207208209210211212213214215216217218219220
221222223224225226

LOGİN

 Email
 Parol
Qeydiyyat