Sual Cavab

Rena
2014-01-29
Salam Elnur bey niwanlim menimle sohbet etmir. Deyendede daniw deyir ne daniwim 3-4 gunden bir bize gelir oda yaxwi televizora baxir yada telefonla oynayir. Qorxuram toydan sonrada bele ola. Doostlarina menden cox fikir verir menimle hec yana cixmir gezmeye deyir istemirem ama butun gun dostlarinandi. Isteyirem menede biraz vaxt ayirsin. Bunun ucun ne etmeliyem?? Indide Tewekkurler
Cavab: Salam RƏna xanım Onunla uyğun zamanda konkret formada bu münasibətin onu qane etmədiyini söyləyin. Və gələcəkdə ailə həyatına mənfi təsir göstərəcəyini bildirin. Sizi itirmək qorxusu onda hərəkətlərində düzəliş etməyə səbəb olacaq. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
sema
2014-01-29
salam!heyat bezen cox sixici ve darixdirici olur bezen intihari dusunurem cixilmaz bir durumdu ki,minse mene yardim ede bilmeyesceyini dusunurem insamnlara guvenim sarsilib ve onu yeniden berpa ede bilmirem
Cavab: Salam Səma xanım Sizə psixoloji müayinə və müalicə almağı tövsiyə edərdim. Psixologiya və Konsultasiya Mərkəzi ilə əlaqə saxlayın, Sizə müayinə və müalicə üçün zaman təyin edərlər. Əlaqə telefonu 012 480-36-29 yaxud da 055 257-27-00 Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
kemale 29-01-2014
2014-01-29
salam hekim men axwam duwende evde oturmaq istemirem ele bilki axwam duwende bawima daw duwur kovrek ve tek yalqiz oluram.sizce bu evdeki abu havanin urek acan olmadiginnan ola biermi?
Cavab: Salam Kəmalə xanım Böyük ehtimalla ondan ola bilər. Birdə Sizin psixoloji durumunuz buna təsir göstərə bilər. Çalışın bu məqamı da diqqətə götürün. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Gunka
2014-01-29
Salam menim sualim sevdiyim insanla baglidir.bi bu yaxinlarda niwanlanacagiz.ama meni narahat eden bir mesele var.men onunla daniwdigim ilk gunden diline icki vurmamasini dedim.oda mene soz verdi.duzdur o derecede icen deyil ama olub menden sonra cox deyiwib ama yenede arada icir.men onun qeti icmesini istemirem.her onun icmeyini bilende daniwmiram telefonlarini goturmurem sonra nece olursa bariwiriq.indi ise qeti qerarimdi ve bir wert qoymuwam qarwisina.ya meni sec yada zeherini.eger ickini tamamile tergitmeyinden emin olsan ozaman meni itirib axtararsan deye ona mesaj yazdim.menim bele wert qoymagim sizce dogrudurmu? Men nece edimki o tamamile uzaq olsun bundan.etrafli cavablandirsaniz cox sevinerem.tewekkur edir.Allah sizden razi olsun.
Cavab: Salam Gunka xanım Allah xoşbəxt etsin. Çalışın bunu şərt kimi qoymayın. Gələcək münasibətlərinizə mənfi təsir göstərə bilər. Ailə qurandan sonra əsəbiləşdirmək üçün yaxud da münasibətlərdə xırda problem olan kimi içəcək. Bunu zaman-zaman edərsiniz. Özü fərqinə varsnı ki, işki ailə münasibətləinə mənfi təsir göstərə bilər, öz səhhətinə ziyan vura bilər. Çalışın anlayışla məsələni həll etməyə çalışın. Belə daha məqsədəuyğun olardı. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
deniz aslanli
2014-01-29
salam elnur hekim men sizinle nece elaqe saxlaya bilerem bakida yasamiram gosterilen tel nomresiyle danisa bileremmi prablemlerim barede 1-2 sualim var tesekkur edirem.
Cavab: Salam 012 480-36-29 yaxud da 055 257-27-00 tel nömrələri ilə əlaqə saxlayın
aytac
2014-01-29
Salam. sizden cox xahis edirem mene meslehet verin uje ne edeceyimi bilmirem 5 ildiki bir oqlanla sevgiliyem aileminde tanidiqi biridi menide ozu isteyib onu cox sevirem onnanda bunu hiss edirem sadece bir muddet ayrilmiwdiq 8 ay soradan yeniden bariwdiq seni cox istediyin deyir olmasam hecneyem deyir amma nese soyuxluq hiss edirem arada yiqmir iwderi olduqun deyir vaxt tapmadiqin deyir baw aca bilmirem tam guvene bilmirem ayrilada bilmirem qalmiwam bele nece edim axi? soyumasinin sebebi ne ola biler?
Cavab: Salam Aytac xanım Səbəb gerçəkdən işləri ola bilər. Çalışın anlayış göstərin. Belə olan təqdirdə münasibətlər bir müddət sonra bərpa olunacaq. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
zerqer
2014-01-29
salam hekim menim oglumun 17 yawi var.11 ci sinifde oxuyur. eseblewende hirsdenende gozleri dolur hetta agliyiurda. ozu de cox pis olur bu halina ki doslarimin yaninda pert oluram. niye meni aglamag tutur? psixoloqnan meslehetlew neyniyim? oglum eslinde agliyan biri deyil bir yani ezilib incitse bele dozumludur hec aglamaz. amma eseblewen kimi gozleri dolur. men neyniye bilerem tewekkurler
Cavab: Salam Allah saxlasın övladınızı. Fikrini ifadə edə bilmir bu səbəbdən ağlayır. Səbəb özgüvən əksikliyidir. Yaxşı olardı ki, onu psixoloqla görüşdürərdiniz. Bu daha məqsədəuyğun olardı. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
aynur-E.N
2014-01-29
SALAM ELNUR BEY.MENIM 27 YASHIM VAR,6 ILDIR EVLIYEM.1 QIZIM,1 OGLUM VAR,OGLUM 11 AYLIQDIR,OGLUM OLANDAN SONRA QIZIMA COX ESEBLESHIREM,NE EDIRSE HIRSDENIREM,USDUNE QISHQIRIRAM,ESEBLERIMI CILOVLAYA BILMIREM,ADI BIR SHEYE GORE ONU DANLAYIRAM,NE EIM?USHAG OZUDE HERDEN DEYIRKI MAMA,NIYE BU QEDER USDUME QISHQIRIRSAN?BILMIREM NE DEYIM,ZAHMET OLMASA KOMEY EDIN...EVVELCEDEN TESHEKKURLER...
Cavab: Salam Aynur xanım Allah qorusun övladlarınızı. Böyük ehtimalla bu hamiləlik sonrakı depressiya ilə bağlı bir problemdi. Sizə psixoloji müayinə və müalicə almağı tövsiyə edərdim. Bu daha faydalı olardı. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Aida
2014-01-29
Salam. bagiwlayin narahat edirem. men 4 ayliq hamileyem ve ozumu hecde yaxsi hiss elemirem. esebi oluram. yata bilmirem ve urek sixilmasindan eziyyet cekirem. lazimi analizler vermisem, hec ne cixmayib. amma bu yazdigim agrilar meni incidir. bezen herseyden esebilesirem. her deyilen soz xetrime deyir. aglamaqdan daha mende hal qalmayib. ailemde meni anlamir. bugun yoldasim get ishe ve atangilde qal-atan ceksin nazini- dedi. bu sozu 1-2 defe de demisdi. men artiq doze bilmirem. olmeyi istedim ama bacarmadim. ozune qesd etmek gunadhi bilirem, heleki hamile vaxti. ama neyleyim bilmirem. atamgili menden inanmiram ki imtina elesin. ama atamda, anamda xestedir.onlara derd vermek istemirem ama yoldasimin o sozunden sonra men o eve qayida bilmerem. qururum inciyib. urek agrisinda sikayet eleyirem, axsamlar aglaya aglaya dururam agridan. hekim deyende mene-seni mualice eletdirmeye pulum yoxdur dedi. paltar isteyirem ozun al deyir. men evlenmek istemirdim meni aldatdilar deyir. artiq doze bilmirem ve neyleyim bilmirem. xahis edirem mene komek edin. ehtiyacim var meslehetnize. beri basdan twk
Cavab: Salam Aida xanım Allah qorusun. Siz yaxşı olardı ki, bu aralar əyani psixoloji dəstək alasınız. Bunun üçün intensiv konsultasiya gərək olmaz. Sadəcə düşünücələrinizə aydınlıq gətirə bilərsiniz, prosesə normal reaksiya verə bilərsiniz. Bununla da həm özünüzü həm də körpəni psixoloji sarsıntılardan sığortalaya bilərsiniz. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Aytekin
2014-01-28
salam.menim ozumle bagli problemlerim cox olur.ele bil hansisa guvve intihara tehrik edir meni.esasli sebebde yoxdu intiharcun ama,oz ozume deyiremki yox olmaz gunahdi.ama yene bacaramiram ozumle.ozumu pencereden atmaq.ozumu asmaq kimi herwey butun sehneler kecir gozumun onunden.qisacasi qorxuram ozumden,komeyinize ehtiyacim var
Cavab: Salam Aytəkin xanım Sizə əyani psixoloji dəstək almağı tövsiyə edərdim. Psixologiya və Konsultasiya Mərkəzi ilə əlaqə saxlayın, Sizə psixoloqla görüşmək üçün zaman təyin edərlər. Əlaqə telefonu 012 480-36-29 yaxud da 055 257-27-00 Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Gulsen
2014-01-28
Salam.Menim atam 6 aydir rehmete gedib.ondan sonra anam cox deywilib.cox esebi olub,ozune qapanibdir.ne soz deyirik eseblewir.nese gulmeli hadise olanda gulur hec 1deqiqe kecmir goruruk qemgin oturubdur.deyirik ki,6 aydir aglayiriq atamiz qayitmadi biraz sebirli ol.amma bize qulaq asmir.xeberlerde nese olum hadisesi daniwiilanda deyir yatanda butun oluler gozumun qabagina gelir.geceler yata bilmir.sehere yaxin gozune yuxu gedir.ne ede bilerik?Xahiw edirem cavab yazasiniz.Evvelceden tewwekurler.
Cavab: Salam Gülşən xanım Allah atanıza rəhmət etsin. Ananızı birmənalı şəkildə müayinəyə götürməyinizi tövsiyə edərdim. Dərman müdaxiləsi və psixoloji konsultasiya vacibdi. Psixologiya və KOnsultasiya Mərkəzi ilə əlaqə saxlayın, Sİzə müayinə və müalicə üçün zaman təyin edərlər. Əlaqə telefonu 012 480-36-29 yaxud da 055 257-27-00 Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
gulnur
2014-01-28
salam hekim necesiz menim komeye ehtiyacim var men iradeli olmaq sevgimi gostermek isteyirem cunki mama menim ona olan sevgimi gormur men onu cox sevirem ondan ayrila bilmerem mene nece komek ede bilesiz men neylemeliyemki
Cavab: Salam Gülnur xanım Öz güvən hissinin aşağı olma səbəbindən yaranır bu hal. Bəzən də bir qism insanlarda bu hal "düyərəm, itirə bilərəm" düşüncəsi olur. Aydınlıq gətirmək lazımdı. Hansı səbəbdən yaranır. Ondan sonra aradan qaldırmaq problem olmayacaq. Bütün hallarda Siz esevginizi göstərməkdən geri çəkilməyin.
emil
2014-01-27
Elnur bey salam.Mene bir meslehet verin.bir qizla bir nece vaxtdir ki ,birlikdeyik.qiz milliyetce rusdu.21 yawim var,menden 7 yaw boyukdu.yaxwi qizdi.Atam munasibetimizi bildi,fikirlewdi ki onla evlenerem.menim bele fikrim yoxdu.oxuyuram,sadece onunla mene yaxwidi.Atamla daniwandan sonra beynimde her wey qariwdi.Qiza dedim ayrilaq.Her gun aglayir,zeng edir,anamla daniwir.anam da deyir birden ayrilma,travma verme qiza.evvel ele bilirdim ayrila bilmerem.Qiz o qeder ustume geldi ki,bezirem.El cekmir.NEedim?indi ayrilim,ya wans verim
Cavab: Salam Emil bəy İndi ayrılmağı tövsiyə edərdim. Qızda bir müddət sonra reallığı qəbul edəcək.
tamilla ramazanova
2014-01-27
salam xahiş edirəm mənə məsləhət verin.oğlum 11-ci sinifdə oxuyur.yəni pis oxumur müəllimlər hətta repetitorlar həmişə razılıq ediblər ki,tərbiyəlidir,dərsləri yaxşı qavrayır və bizim ümidimiz var ki yüksək bal toplaya biləcək.amma oğlum sınaq imtahanına gedəndə az bal toplayır.soruşuram niyə belə az yığırsan deyir sinifə daxil olanda ağlıma gəlir ki,pis yazacam.deyirəm pis fikirləşmə Allaha təvəkkül et yenə eyni şey təkrar olur.deyim ki,evdə heç kim onu danlamır əksinə həmişə ona da qızıma da yaxşı dost olmuşuq hər barədə dəstək olmuşuq atası da mən də.həmişə necə deyərlər sevgimizi hiss etdirmişik.indi mənim qorxum onun əsl imtahanı verib yaxşı yaza bilməməsidir.mən necə kömək edə bilərəm oğluma? cavabınızı səbirsizliklə gözləyirəm
Cavab: Salam Tamilla xanım Allah saxlasın övladınızı. Sizə tövsiyəm bu aralar övladınızı psixoloqla görüşdürməyinizdi. Abituriyentlərdə qeyd etdiyiniz hallar tez-tez baş verir. Səbəb də çox zaman özgüvən əksikliyi, gözləntilərin normallaşdıra bilməmə və s hallar olur. Psixologiya və Konsultasiya Mərkəzində abituriyentləri imtahana psixoloji cəhətdən hazırlayan mütəxəssis çalışır. Onun yardımından faydalana bilərsiniz. 012 480-36-29 yaxud da 055 257-27-00 telefon nömrələri ilə əlaqə saxlayın, Sizi bu istiqamətdə çalışan mütəxəssisə yönləndirərlər. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Gulnar
2014-01-27
Salam,Elnur bey,men nece vaxtdi elime qelem alan kimi 8 reqemi formasinda sonsuzluq isharesine benzer dayanmadan ust-uste birshey cekirem.texminen 4-5 il olar.3ildir ki aileliyem,munasibetlerimiz de yaxsidi.sizce bu ne menani verir?ne ile elaqedardir?
Cavab: Salam GÜlnar xanım Xoşbəxt olun. Bu daha çox xarakterdən qaynaqlanan bir məqamdı. NArahat olmağa dəyməz. Həyatınızı yaşayın. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Fidan
2014-01-27
Salam menim problemim unutqanliq,esebilik,ozne inamsizliq,aglima qoydugum planlari nece olur olsun heyata kecirme amma sonra pesman olma ,daima ozumde xestelik hiss etme,yorgunluq,bas agrilari,her seyi cox fikirlesirem,dostlarima inamsizliq,cox gulurem ve neye gulduyumu bilmirem komek etsez sevinerem.
Cavab: Salam Fidan xanım Birmənalı şəkildə əyani psixoloji dəstək vacibdi. MÜxtəlif təzahür formalarını qeyd etdiniz. Bütün hallarda konkret diaqnoz qoymağa kifayət etmir. Bu səbəbdən də müayinə və müalicə almağınızı tövsiyə edərdim. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
nigar meherremova
2014-01-27
salam elnur hekim.hekim men hemise fikirlesiremki men olecem, menim omrum yarimciqdi,nese fiirlesirem yaxsi olsun yenede aqlima pis fikirler gelir xahis edirem mene komek edib aciq meslehet veresiz cox-cox xahis edirem cox saqolun.
Cavab: Salam Nigar xanım psixologiyada buna obsessiv fikirlər deyilir. Aradan qaldırmaq üçün psixoloji müayinə və müalicə almağınız vacibdi. Yaranma səbəbi genetik faktor yaxud da öncələrdə alınan psixoloji travmalar səbəb olur. Zamanında aradan qaldırmaq üçün tədbirlər görməyinizi tpvsiyə edərdim. Psixologiya və Konsultasiya Mərkəzi ilə əlaqə saxlayın, Sizə müayinə və müalicə üçün zaman təyin edərlər. Əlaqə telefonu 012 480-36-29 yaxud da 055 257-27-00 Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
AYTAC
2014-01-27
SALAM MEN HEC KIMI GORMEK ISTEMIREM IWE DE GEDIREM UREYIM PARTLAYIR EVE GETMEK ISTEYIREM. EVE DE GELDIMSE ANCAQ OTAQDAN CIXMAQ ISTEMIREM 23 YASHIM VAR TOYA GIRENDE 5 DEQ OTURUB EVE ISTEYIREM ALLAH HAMIYA KOMEK OLSUN REBBIMIZ AMIN CAVABLASANIZ SEVINEREM.
Cavab: Salam Aytac xanım İlkin diaqnozu müəyyən etmək üçün depressiya testindən keçməyinizi tövsiyə edərdim. Ona uyğun hərəkət etməyinizi tövsiyə edərdim. Bütün hallarda aradan qaldırmaq üçün psixoloji müalicə almağınız vacibdi. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
seferova samire
2014-01-27
salam.menim qizimin 10 yasi var.tanimadigi adamlarla unsiyyete girmeyi bacarmir.mektebdede,hazirliqdada danismir bildiyini zorla alirsan ondan bilmese basini salir hec ne danismir ne qeder istesen de ozu istemese cavab ala bilmirsen ondan umumiyyetle fikirlerini demeyi bacarmir.salam verirler cavab vermir sagollasanda da deyende niye bele edirsen deyir utaniram .ne qeder basa saliram xeyri yoxdu.men ne edim ?
Cavab: Salam Samirə xanım Allah saxlasın. Siz yaxşı olardı ki, övladınızı psixoloqla görüşdürərdiniz. Çünki,yeniyetməlik dövrünə qədəm qoyur. Bu dövrdə psixoloji dəstək onun gələcək inkişafına faydalı olardı. Psixologiya və Konsultasiya Mərkəzi ilə əlaqə saxlayın, Sizə psixoloqla görüşmək üçün zaman təyin edərlər. Əlaqə telefonu 012 480-36-29 yaxud da 055 257-27-00 Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
nermin
2014-01-27
salam.menim 13 yasim var.ailede 2 baciyiq.ozumden basqa 14 yasli bir bacim var.ve mene tez tez ele gelirki anam onu daha cox isteyir.eslinde elede boyuk sebeb olmur.sadece men bele dusunduyume gore ele biliremki her seyin yaxsisini ona isteyir.sinifde usaqlarin demek olarki hamisi ile yaxsi munasibetdeyem.lakin herden ele olurki onlari istemeden acilayiram.esebi olduguma gore tez tez olmasada sinif yoldaslarimla mubahise edirem.hemde ozumden raziyam.onlar bunu mene demeselerde mene ele gelirki ureylerinde bunu dusunurler.zehmet olmasa mene meslehet verin.cox sagolun
Cavab: Salam Nərmin xanım Bu Sizə elə gəlir gəlir. Şübhəsiz bacınız Sizdən yaşca böyükdü. Və məsuliyyət də onda Sizə nisbətdə daha çoxdu. Bu məqamı nəzərə alın. Çalışın aqressiyanı bacınıza yönlətməyin. Belı olan təqdirdə Sizin bacınız və ətrafdakılarla münasibətlərniz də qaydaya düşəcək. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Ulker
2014-01-27
Salam hekim, uzr isteyirem narahat etdiyim ucun. Menim problemim unsiyyetimle baglidir. Bu mene cox eziyyet verir. Men en yaxin refiqelerimle bele unsiyyet qura bilmirem. Onlar zeng edir, ya qonaq gelir, sohbet ede bilmirem ve sixilib gedirler. Ona gore men onlardan qaciram hemishe. Men hecne barede dushunmurem hecvaxt. Ele bil dushuncelerim, beynim ölüb. Her hansi bir hadise barede hec vaxt hec bir fikirde olmuram, muhakime yurutmurem. Sonra men insanlarin uz qurulushunu unuduram ve ya benzer nese olur ki, dunen yolda gorub salam verdiyimi bugun gorende deyirem \"bu hemin adamdirmi? Salam vermeliyem?\" hemin adam yanima catanda salam vermirem. Cunki bilmirem dunen gorduyum adamdirmi deye. (yeni sohbet tanishlardan gedir) ama sonra bilirem mehz ele hemin adamdi. Bilmirem deshetli durumdayam. Xilas olmaq isteyirem. En cox dushunduyum shey intihardir. Ama qorxuram, bacarmiram ne ole, ne yashiya :\'(
Cavab: Salam Ülkər xanım Ünsiyyət problemi müxtəlif səbəblərdən ola bilər. Bura ailənin strukturu, fərdin hansı şəraitdə böyüdüyü, keçirmiş olduğu psixoloji travmalar səbəb ola bilər. Açığı öncə bunun səbəbi bəlli olmalıdır. Ondan sonra çıxış yolunu tapmaq problem yaratmayacaq. Ola bilsin ki, bu hal Sizdə depressiya səbəbindən də baş versin. Bütün hallarda dəqiqləşdirmə vacibdi. Birdə bu cür situasiyalarda intihar heç bir halda çıxşış yolu deyil. Psixoloji dəstək almaqla bu vəziyyətdən çıxıb həyatınızı davam etdirə bilərsiniz. Psixologiya və Konsultasiya Mərkəzi ilə əlaqə saxlayın, Sizə psixoloqla görüşmək üçün zaman təyin edərlər. Əlaqə telefonu 012 480-36-29 yaxud da 055 257-27-00 Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
nigar meherremova
2014-01-27
salam hekim yeniki mene ne meslehet edirsiniz ki menim ehvalim duzelsin,pis fikirler basimnan cixsin?sagolun
Cavab: Salam Nigar xanım TÖvsiyəm ən pis şeylərdə belə yaxşıları tapmağa çalışın.
Gunel
2014-01-26
salam.men niwanliyamm ama niwanlimla hec anlawa bilmiriy tez tez davalar baw verir..primitiv bir wey bele bizim dalawib gunlerle daniwamagimiza sebeb olur.niwanlim cox esebidi ve dalawarken qirici sozler iwledir mende qebul ede bilmirem bunu ayrilmaq istesemde o buna raziliq vermir.cox xaiw edirem men ne ede bileremki bu dava dalaw bitsin..men cox qururluyam buda onu eseblewdirir prablemler bundan bawlayir.bu xasiyetimi terqize bilmirem.ne ede bilerem???
Cavab: Salam GÜnel xanım Öncə Sizə xoişbəxtlik arzu edirəm. ÇAlıın münasibətlərdə ortaq məxrəclər tapın. Sizi narahat edən məqamlarlarla bağlı nişanlınızla danışın. Düşünürəm nişanlılıq dönəmi ortaq qaydalar formalaşdırmaq üçün ən optimal zamandır. Bundan faydalanmağa çalışın. Əks təqdirdə bu hal bir ömür boyu davam edə bilər. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
narmiwa
2014-01-26
Elnur beye bele sualar veribsiz ki,guya o falcidi.narmalni sual veriz deeeeeeeeeeeee
Cavab: Diqqətiniz üçün minnətdaram Nərmin xanım. Doğru qeyd edirsiniz, ziyarətçilərdən xahişim psixoloji probolemlərlə bağlı sualların verilməsidir. Çünki, buna gerçəkdən ehtiyac duyan insanlar var. Bir daha minnətdarlığımı bildirirəm. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Nermine
2014-01-26
salam hekim men sevgilimle bagli problemler yasayiram onu cox sevirem ancaq meni sevmediyini dusunurem mene gore hersey edir ancaq yenede ona inana bilmirem icimden hansisa quvve meni ondan uzaqlasdirir nece ede bilerem bu hiss ureyimnen atmaq ucun?cox sagolun
Cavab: Salam Nərminə xanım Adətən bucür situasiyalar öncələrdə yaranan güvənsizlik səbəbindən yaranır. Bu sotuasoyanı ortaya çıxarıb analiz etmək lazımdı. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
deniz aslanli
2014-01-26
salam hekim,menim 17 yasim var insituta hazirlasiram ana ata menimcun her seraiti yaradir oxumagim ucun ancaq men derslere vaxt tapa bilmirem,nece vaxt tapa bilmirem yeniki kitab oxuyub dersle mesgul olmagi cox isteyirem ancaq biraz texminen 20 deqe dersle mesgul olan kimi halsizlasiram yuxum gelir,demek olar ki gunun cox hissesini yatiram yatanda ozumu dunyada en sansli insan sayiram,yuxu xesteliyine tutulmusam ele bil ki,hetta insanlarlada vaxt kecirmirem anamla atamla munasibetde olmuram heckimle danismaq istemirem,herkes mene cox uzaq gorunur isteyirem ki onlarla cox vaxt kecirim alinmir ele bil nese meni onlardan uzaqlasdirir tek onlar yox dostlerim tanislar herkes mene darixdirici suni gelir herkesin mene yalan danisdigini dusunurem,hele daha cox seyler olur ancaq bele yaza bilmirem,xahis edirem mene komek edesiniz burdaki muracietleri oxuyuram ve gruremki meslehetler verirsiniz herkese,heqiqeten men cox eziyyet cekirem bu halimnana mene komek edin oxumaq ailemle cox vaxt kecirmek isteyirem ancaq caresizem
Cavab: Salam Allah köməyiniz olsun. Tövsiyəm bu müddətdə əyani psixoloji dəstək alasınız. Bu Sizə imtahana qədər motivasiyanızı üst səviyyədə saxlamağa, ailə ilə normal münasibət qurmağa imkan yaradacaq.Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Adınız 
Sualınız 
1234567891011121314151617181920
2122232425262728293031323334353637383940
4142434445464748495051525354555657585960
6162636465666768697071727374757677787980
81828384858687888990919293949596979899100
101102103104105106107108109110111112113114115116117118119120
121122123124125126127128129130131132133134135136137138139140
141142143144145146147148149150151152153154155156157158159160
161162163164165166167168169170171172173174175176177178179180
181182183184185186187188189190191192193194195196197198199200
201202203204205206207208209210211212213214215216217218219220
221222223224225226227228229230231232233234235236237238239240
241242243244245246247248249250251252253254255256257258259260
261262263264265266267268269270271272273274275276277278279280
281282283284285286287288289290291292293294295296297298299300
301302303304305306307308309310311312313314315316317318319320
321322323324325326327328329330331332333334335336337338339340
341342343344345346347348349350351352353354355356357358359360
361362363364365366367368369370371372373374375376377378379380
381382383384385386387388389390391392393394395396397398399400
401402403404405406407408409410411412413414415416417418419420
421422423424425426427428429430431432433434435436437438439440

LOGİN

 Email
 Parol
Qeydiyyat