Sual Cavab

Aydan
2016-01-09
men cox esebiyem. eseblesende agliyiram. eseblesende nece ozumu ele ala bilerem?
Cavab: Salam,Aydan xanım. Çalışın,həmin anda emosional davranmayasınız.Proseslərə qarşı yanaşmanızı dəyişin.www.pcc.az
gunay
2016-01-09
salam.menim problemim menim aqlamaqimla baqlidi.duzdu her insan aqliyir amma men oz ozume aqliyiram menim aqlamaqimda icimden bir his kecir ve men bu hissin ne olduqnu bilmirem amma men aqlamasam icimdeki o hiss kecmir bu neden ireli gelir
Cavab: Salam,Günay xanım.Bu halı araşdırmaq üçün əyani psixoloji yardım daha faydalı olardı.www.pcc.az
nermin
2016-01-08
Salam elnur bey menim 21 yasim var iki ildi aileliyem bir evladim var heerseye gore Cox eseblesirem.ozumle mubarize apariram AMA bacarmiram birde harda siralama NE gorsem basdayiram saymaga komek etsez Cox sevinerdim
Cavab: Salam,Nərmin xanım.Saymaqla bağlı qeyd etdiyiniz durum obsessiv-kompulsiv pozuntu olaraq adlandırılır.Obsessiya-iradədən asılı olmadan,xarakterə zidd (ego-distonik) qovula bilməyən,təkrarlanan düşüncələr; Kompulsiya isə əksər hallarda obsessiv düşüncəni neytrallaşdırmaq üçün edilən təkrari hərəkətlərdir.Yaranmasında bioloji, psixodinamik və bihevioral model iştirak edir.Terapiyasında əsasən psixoterapiya aparılır,lakin göstəriş olarsa medikamentoz müalicə də aparıla bilər.www.pcc.az
sevinc
2016-01-08
salam menim 21 yasim var 6 ildir guzguye baxmaqdan cekinirem psixoloqlar mene care tapa bilmirler men qorxuram bu nedendir
Cavab: Salam,Sevinc xanım.Problem fərqli səbəblərdən qaynaqlana bilər.İlk əvvəl bu məqamlar araşdırılmalı,daha sonra korreksiya işləri aparılmalıdır.www.pcc.az
Ləman
2016-01-08
salam.mən 11 ildi ailəliyəm.yoldaşımın qısqanclığı məni həyatdan bezdirib.çox dözülməz dərəcədədir.heç bir sözle razılaşmır,heç nəyə inanmır.mümkünsə çıxış yolu göstərin
Cavab: Salam,Ləman xanım.Yaxşı olardı ki,əyani psixoloji yardım almaqla narahatlığı aradan qaldırmağa çalışasınız.www.pcc.az
mehriban
2016-01-07
salam,men semtirleyirem,xususen de axasamlar.sanki dayanmadan firlanib,birden hereket etmeye baslayirsan.buna gore bezen basimi bele yuxari qaldirib baxa bilmirem.men hekime getmeliyem?hansi hekime?
Cavab: Salam,Mehriban xanım.Bu hal beyincikdə baş verən disfunksiya ilə bağlıdır.Həkimə müraciət etməyiniz daha məqsədəuyğun olardı.www.pcc.az
Leyla
2016-01-05
Salam.Xahiş edirəm mənə heç kimin demediyi bir meslehet verəsiniz.Mən 1 ay bundan qabaq işdən çıxmışam.Daha doğrusu çıxarılmışam. O işə qəbul olmaq üçün mən ox əziyyət çəkmişdim. İşlədiyim 1 il müddətində də çox zəhmət çəkdim. Lakin buna baxmayaraq mənim çəkdiyim zəhmətə düzgün dəyər vermədilər.Mənim yerimə tanidiğim bir başqa qızı gətirdilər. Mən atıq 1 aydır ki özümə gələ bilmirəm.Ağlamaq hirs ruh düşgünlüyü yaşayıram. Fikrimi dağıda bilmirəm. Heç bir işlə məşğul olmaq istəmirəm. İş orasıdadır ki,nələr etməli olduğumu yaxşi başa düçürəm.Amma həyata keçirə bilmirəm. Ona görə sizdən xahişim mənə ele bir şey deyin ki,məni bu vəziyyətdən ayıltsın.
Cavab: Salam,Leyla xanım.Yaşadığınız uğursuzluq özgüvən əksikliyi yaratdığı üçün hazırda gərgin durumdasınız.Lakin çalışın,diqqətinizi həmin istiqamətdən yayındırasınız,yeni hədəflər yaradın və bu istiqamətdə fəaliyyətə başlayın.Potensialınızın fərqinə varın.www.pcc.az
servinaz
2016-01-05
Salam.men ozume cox qapaniğam hamiyla unsiyyet qura bilmirem.hamini qırıram.sözümü aydin yada vapşe deye bilmirem.ne edim cox xaiw komek edin.
Cavab: Salam.Problemin nə zamandan yarandığı və nədən qaynaqlandığına diqqət yetirin. İlk öncə narahatlıq dəqiqləşdirilməli,daha sonra korreksiya işləri aparılmalıdır.Bunun üçün əyani psixoloji yardım daha məqsədəuyğun olardı.www.pcc.az
Maya
2016-01-05
salam olum qorxusunu nece def etmek olar?...nedense mene ele gelirki durdug yerde hecneden olecem .Cox sagolun
Cavab: Salam,Maya xanım.Ölüm qorxudu əsasən generalizə olunmuş təşviş pozuntusundan qaynaqlana bilər.Problemin fonunda narahatlıq, bir yerdə qərar tutmamaq, diqqət və motivasiyada pozulma, konsentrasiya pozulması, həyəcan, əsəbilik kimi psixoloji;taxikardiya,epiqastral nahiyədə ağrı,vegetativ reaksiyalar kimi somatik əlamətlərlə müşahidə olunur.Terapiyasında əsasən psixoterapiya aparılır.Təyinata uyğun medikamentoz terapiya da tətbiq oluna bilər.www.pcc.az
Lamiə Ələkbərova
2016-01-04
Salam. Xahiş edirəm axıra qədər oxuyun. Mənim anamın son bir neçə aydır ki problemləri var. Əvvəllər tez tez üşütmələri olurdu.Iki ay əvvəl tez tez olmağa başladı və bir ay sonra ürək bulantıları oldu. Ürəyi bulanmağa başladığı an başlıyır qışqırmağa qəribə hərəkətlər eliyir. Dəli kimi. Həkimlərə getdi. Orqanları sağlam çıxdı. Bir həkim dedi ki klemaks dövrünnəndi. Mən belə olduğunu düşünmürəm. Çünki klimaksın bütün əlamətləri yoxdur. Başqa bir həkim nevrozluğa doğru getdiyini dedi. Bununla da razı deyiləm. Çünki nevrozlar haqqında oxumuşam. Hər insan əsəb keçirir. Bu o demək deyil ki hamı nevrozdu. Hər həkim öz ixtisasına uyğun bir problem dedi və dərmanlar yazdı. Tez tez ürəyi sıxılır bu vaxt qışqır bağır salır. Mən artıq qorxmağa başlamışam. Əvvəlcə psixoloji olduğunu düşündüm. Çünki çox adamla birlikdə olanda, başı qarışanda özünü yaxşı hiss edir. Tək qalanda bir şeylər olur sanki. Keçən dəfə evdə tək idi. Mən gəldim. Qucağlıyıb ağlamağa başladı. Hərdən səhərlər qəribə səslər çıxarır. Elə bil heç biomədiyim dildə danışır. Mən artıq işin içində cinlərin və ya ruhların olduğunu düşünəcək qədər gərilmişəm. Xahiş edirəm mənə kömək edin, bir məsləhət verin. Təşəkkürlər.
Cavab: Salam,Lamiyə xanım.Klimaks dövründə qadınlar həssas dönəmdə olduğu üçün həmçinin ciddi fizioloji dəyişiklik baş verdiyi üçün psixoz xarakterli müəyyən əlamətlər ortaya çıxır. Bu dönəmdə qadınlarda müəyyən görüntülər ola bilər, səslər eşidilə bilər və isterik tutmalar keçirə bilərlər. Çünki hormonal disbalans səbəbindən baş verən bu hallar qeyri-ixtiyari olur və xarakterin xüsusiyyətləri daha qabarıq şəkildə müşahidə olunur.Yaxşı olardı ki,əyani psixoloji yardım almaqla problemi aradan qaldırmağa çalışasınız.Əks təqdirdə korreksiya olunmayan əlamətlər irəli dövrlərdə daha da kəskinləşə bilər.www.pcc.az
Aygun verdiyeva
2016-01-03
Salam hekim.menim sulaim sadece maraq ucundun.menim yoldasim hersen eline defrer qelem kecende baslayiq reqem yazmaga..deyirki he 30a qeder yazacam ve baslayir yazmaga.arasinda vergul qoya qoya tek tek reqemlerin hamisini yazmaga..sizce bu onun hansi xarakterinden xeber verir
Cavab: Salam,Aygün xanım.Qeyd etdiyiniz durum obsessiv-kompulsiv olaraq dəyərləndirilə bilər.Obsessiya-iradədən asılı olmadan,xarakterə zidd (ego-distonik) qovula bilməyən,təkrarlanan düşüncələr; Kompulsiya isə əksər hallarda obsessiv düşüncəni neytrallaşdırmaq üçün edilən təkrari hərəkətlərdir.Yaranmasında bioloji, psixodinamik və bihevioral model iştirak edir.Terapiyasında əsasən psixoterapiya aparılır,lakin göstəriş olarsa medikamentoz müalicə də aparıla bilər.www.pcc.az
Sema
2016-01-03
Salam.men 2 ildir ki cox qorxulu heqqinden artiq realdan secilmeyen ürküdücü yuxular görürəm psixoloqa 1ay getdim kecen il ama onada daniwa bilmirdim ureyimdekileri o deyirki daniw her seyi seni sıxan nedir cox apalisan ozune ama men sixintimi ona deye bilmirdim..cox əziyyət cekirem oz fikirlerimle yuxularkmla..her gece bir yuxunu gorurem 2ildir ki birinin dalimca geldiyini gorurem her defe qaciram ama artig hemin kolgenin get gede birine benzedirem kecen il sadece qara balaca bir sey idi her ay cox cirkinlesir uzunu gormurem ama dəhşətdi meni cox incidir bir defe onunla daniwmaga cesaret tapmisam dediki sen həmişə qacirsan mennen əziyyət cekirsen basa duw mennen qaca bilmezsen her defe yuxunun axirinda uz uze dayaniriq men cox qorxuram ondan baxa bilmirem hec ne elemeir ama cox incidir bedenimi duwuncelirimi qarisdirir ..psixoloqum deyir ki o senin qorxularındi bilmirem hər nedir ama men realdan secilmeyen yuxular görürəm hec kəs anlamır meni.. men tam ureyimdekini deye bilmirem oz yawadigim hosslerimi dile gətirə bilmirəm..belkede sizde anlamadiniz meni..ama bu yuxu mene əziyyət verir..bütün gunu gözümün önündədi yadima duwen kimi cox qorxuram..ellerim ayaqlarım esir.. özümə inana bilmirəm o qədərde qorxulu olmadığını ozume bawa sala bilmirəm ..komek edin
Cavab: Salam,Səma xanım.Bu durumda əyani psixoloji yardım problemin araşdırılması və korreksiya istiqamətində daha məqsədəuyğun olardı.www.pcc.az
sevinc
2016-01-03
Adim sevinc 32yasim var. Iki aydi ezab cekirem. Beynimde pis fikirlerler dolanir. Xeberlere Baxandan kiminse olumun esidende Cox pis oluram. Ele bilirem mende Indi olecem.xais edirem mene komek edin.rasiyada yasayiram psixoloq yaninda olmusam komeyi yoxdur. Bogaz nahiyesinde sixintilar olur ozumu ezgin hiss edirem. Urey doyuntum yuxari olur. Bu neyle elaqedardi men neyleye bilerem. Xais edirem bir meslehet verin.
Cavab: Salam,Sevinc xanım.Generalizə olunmuş təşviş pozuntusu olaraq adlandırıla bilər.Problemin fonunda narahatlıq, bir yerdə qərar tutmamaq, diqqət və motivasiyada pozulma, konsentrasiya pozulması, həyəcan, əsəbilik kimi psixoloji;taxikardiya,epiqastral nahiyədə ağrı,vegetativ reaksiyalar kimi somatik əlamətlərlə müşahidə olunur.Terapiyasında əsasən psixoterapiya aparılır.Təyinata uyğun medikamentoz terapiya da tətbiq oluna bilər.www.pcc.az
nermin
2016-01-03
salam menim qardasimin 25yasi var evlidi evde ne deyiriyse hecneyi elemir eseblesir onuncun bize xayis edirem komeklik eliyerdizde
Cavab: Salam,Nərmin xanım.Problemin nədən qaynaqlandığı ilk öncə araşdırılmalı,daha sonra korreksiya işləri aparılmalıdır.Bunun üçün yaxşı olardı ki,əyani psixoloji yardım alasınız.www.pcc.az
nermin
2016-01-02
salam elnur bey axshaminiz xeyir olsun menim adim nermindi 3 il olacaq aileliyem chox esebiyem hersheyi evvelceden pis olacagini fikirleshirem dushunende ayaqlarim esir ureyim chirpinir ozume rahatliq tapa bilmirem ovladim olmur ona gorede chox stress kechirirem mene meslehet verseydiniz sevinerdim
Cavab: Salam,Nərmin xanım.Qeyd etdiyiniz durum təşvişli-nevrotik pozuntu olaraq dəyərləndirilir.Təşvişli-nevrotik pozuntu (nevroz) narahatlıq, bir yerdə qərar tutmamaq, diqqət və motivasiyada pozulma, konsentrasiya pozulması, həyəcan, əsəbilik kimi psixoloji;taxikardiya,epiqastral nahiyədə ağrı,vegetativ reaksiyalar kimi somatik əlamətlərlə müşahidə olunur.Terapiyasında əsasən psixoterapiya aparılır.Təyinata uyğun medikamentoz terapiya da tətbiq oluna bilər.www.pcc.az
Lale
2016-01-02
Salam ilk sualim 1-aydi aile qurmusam herweye tez eseb edirem tez-tez kusurem getmeyine gelmeyine nece edim bunlar aradan qalxsin ozume ziyan edir
Cavab: Salam,Lalə xanım.Bildirdiyiniz kimi yeni ailə qurduğunuz üçün adaptasiya problemləri yaşayırsınız. Çalışın,bu dönəmdə qarşı tərəfə anlayışla yanaşın.www.pcc.az
Cavid
2016-01-02
Salam men sikayetim odur ki men 11 ci sinifde oxuyuram uniye hazirlasiram 9 ci sinifden ozim haciqabulun kendinde yasayiram sirvana 2 ildirki gedirem mende bu ilden tenhaliq hissi yaranib kiraye qaldigim eve axsam gedende bedenimde usutme yaranir ele bilki meni oldurecekler Onu da deyimki cox esebiyem men ne edim
Cavab: Salam,Cavid bəy.Yaxşı olardı ki,əyani psixoloji yardım almaqla problemi aradan qaldırasınız.www.pcc.az
sona
2015-12-31
Salam xanim menim 20 yasim var isleyirem . Ailede problemler isde problemler her sey problem olur mene bezen ancaq her kesi kobuddamaq kecir icimnen yada yalniz qalmaq isden gelennen sonra otagima qapaniram . Cox vax ancaq musiqi demek olar musiqi sayesinde guclu qaliram kiminlede sevgili oluramsa ugursuzluq olur bu dahada meni ozume qapayir . Eseblesende harda geldi qisqiriram meselen dunen avtobusda gedende adi bir sey esebime toxundu ve az qala oglani orda suruyum duzdu bu xos hall deyil amaa 3 esebi birden yasayirdim adi seyler bele esebime isleyir . Aptekden persen dermanini aldim deyirler mualice alim amaa istemirem alimm duzu ama uje pis pis seyler aglima gelir intihar bele herden dusunurem duzdu olmeye cesaretik catmaz intihar edim amaa yenede dusunmesi bele qorxuncdu . Xaiw edirem mene bir care deyin
Cavab: Salam,Sona xanım.Bu situasiyada psixoloji dəstək almanız situasiyanın stabilləşməsinə şərait yaradar.www.pcc.az
Gunel
2015-12-30
salam hekim . menim ANAMIN 63 yawi var weker xestesidi . 30.12.2015 ci ilde wekerini yoxladanda 389 du dediler . ona yazilan dermanlardan bawqa nece mualice olhna biler ANAM . xahiw edirem yazin . cox esebidi hemde . ANAMSIZ yawaya bilmerem . evvelceden tewekkur .
Cavab: Salam,Günel xanım.Bununla bağlı həkim-endokrinoloqa müraciət etməyiniz daha doğru olardı.www.pcc.az
camaledin
2015-12-30
salam həkim adım camaləddindi mənim oğlum gecə yarısı yatdığı yerde nədense qefil ayilib qisqrir saxlaya bilmiriy yenə məni görende ureylənir buraz ata qoyma gelir ata öldjr deyir bilmiruy nəedey sakit yatmis beyinə buqeder qisqirmaq nədeməydj çox qorxuram
Cavab: Salam,CƏmaləddin bəy.Yaxşı olardı ki,bu durumda əyani psixoloji yardım alasınız.www.pcc.az
vaqif
2015-12-30
menim usaqliqdan usaq oynatmaqla yada usaq sevmeyle aram olmuyub.indide oz usaqlarimi seve bilmirem yeni yad bir usaq kimidir
Cavab: Salam,Vaqif bəy. Bu hal müxtəlif səbəblərdən qaynaqlana bilər.Bu səbəbdən də ilk öncə araşdırılmalıdır.Yaxşı olardı ki,əyani psixoloji yardım almaqla problemin həlli istiqamətində konkret addımlar atasınız.www.pcc.az
FUAD
2015-12-29
Salam Həkim,Mən boş-boş şeylərə görə əsəbləşirəm,aqresivləşirəm, boş-boş şeylərə görə fikir edirəm,pissimistəm, qapını bağlayanda 5 dəfə yoxlayıram bağlanıb,yoxsa bağlanmıb,bu əlamətlərə görə mənə nə diaqnoz qoya bilərsiniz ?
Cavab: Salam,Fuad bəy.Qeyd etdiyiniz durum obsessiv-kompulsiv olaraq dəyərləndirilə bilər.Obsessiya-iradədən asılı olmadan,xarakterə zidd (ego-distonik) qovula bilməyən,təkrarlanan düşüncələr; Kompulsiya isə əksər hallarda obsessiv düşüncəni neytrallaşdırmaq üçün edilən təkrari hərəkətlərdir.Yaranmasında bioloji, psixodinamik və bihevioral model iştirak edir.Terapiyasında əsasən psixoterapiya aparılır,lakin göstəriş olarsa medikamentoz müalicə də aparıla bilər.www.pcc.az
xelil
2015-12-27
salam hekim men bir nece ildir her seye eseblesirem her bir adi soze reaksiya verirem eseblesen zaman mende göz qirpma və qeyri ixtiyari sesler tikler cixardiram xahis edirem mene yol edin
Cavab: Salam,Xəlil bəy.Qeyd etdiyiniz durum stress mənşəli olduğu üçün əyani psixoloji yardım daha faydalı olardı.www.pcc.az
Ulfet
2015-12-26
Salam mende bir wey var geceler yata bilmirem vox gec yatiram pirablemlerşöi gelecek heyatimi indiden duwunurem beynim yorulur gunun 24satin demek olar ki 19saatin esebi oluram ne edim mesl
Cavab: Salam,Ülfət bəy.Gərginliyi aradan qaldırmaq üçün əyani psixoloji yardım daha məqsədəuyğundur.www.pcc.az
Emin N
2015-12-20
salam.mende kompleksler dehset coxdu.nece azad ola bilerem komplekslerden
Cavab: Salam,Emin bəy.Bu halda əyani psixoloji yardım daha faydalı olardı.www.pcc.az
Yasemen
2015-12-20
Salam mən problemlərdən qurtla bilmirəm hər şeyi özümə dərd eliyirəm, ürəyimə salıram.bundan necə qurtula bilərəm kömək edin (((
Cavab: Salam,Yasəmən xanım.Yaxşı olardı ki,əyani psixoloji yardım almaqla problemin həlli istiqamətində konkret addımlar atasınız.www.pcc.az
Adınız 
Sualınız 
1234567891011121314151617181920
2122232425262728293031323334353637383940
4142434445464748495051525354555657585960
6162636465666768697071727374757677787980
81828384858687888990919293949596979899100
101102103104105106107108109110111112113114115116117118119120
121122123124125126127128129130131132133134135136137138139140
141142143144145146147148149150151152153154155156157158159160
161162163164165166167168169170171172173174175176177178179180
181182183184185186187188189190191192193194195196197198199200
201202203204205206207208209210211212213214215216217218219220
221222223224225226227228229230231232233234235236237238239240
241242243244245246247248249250251252253254255256257258259260
261262263264265266267268269270271272273274275276277278279280
281282283284285286287288289290291292293294295296297298299300
301302303304305306307308309310311312313314315316317318319320
321322323324325326327328329330331332333334335336337338339340
341342343344345346347348349350351352353354355356357358359360
361362363364365366367368369370371372373374375376377378379380
381382383384385386387388389390391392393394395396397398399400
401402403404405406407408409410411412413414415416417418419420
421422423424425426427428429430431432433434435436437438439440

LOGİN

 Email
 Parol
Qeydiyyat