Sual Cavab

Gulnar
2013-02-16
Salam mende her seye qarsi hedsiz stress ve qorxu olur her sozden asli olmayaraq eseblesirem deyilen sozu sakit qarsilaya bilmirem o soz mende qiciq yaradir hara gediremse mene heyacan gelir adi bir telefon zenginden bele ve qapi doyulende dehset heyacan yaranir men neylemeliyem xais edirem bir meslehet verin
Cavab: Salam Gulnar xanım.Siz də panik atak simptomlarına bənzər reaksiyalar var. Bunun müalicəsi mütəxəssislə ola bilər. Həyatınızda son zamanlar nələr olub? Özünüzü analiz edərək nə üçün əsəbi olduğunuzu aydınlaşdırmağa çalışın.Həyatınızdaki hadisələr istədiyiniz kimi gedir? Bunları aydınlaşdırmaq lazımdır.PCC psixoloqu Mələk Kərimova
Afa Aliyeva
2013-02-13
Salam.Bele bir saytın olmasına çox sevindim. Men sizin merkezde olmuşam.Sizin hekimleriniz demek olar ki meni yeniden heyata qaytardılar. Çox sağ olun.Lakin bir problemim var. Çox qısqancam. Buna göre ailede problemler yaradıram.Sizin meslehetinize ehtiyacım var. Evvelceden size minnetdarlığımı bildirirem.
Cavab: Salam Afa xanım. Qısqanclıq üçün əsaslı səbəbləriniz,yaxud yaşadığınız hər hansı bir hadisə varmı? Bunu aydınlaşdırın.Siz sizə dəyər verən və dəyər verdiyiniz insanları özünüzdən uzaqlaşdırmamağa çalışın.Həyat nə özünüz üçün,nə də ətrafınızdakılar üçün çətin olmamalıdır.PCC psixoloqu Mələk Kərimova
Poppy
2013-02-13
Salam psixoloqlar.necesiz? men sizin testlere daxil oluram ama acilmir:( bu neden ola biler? komek ederdizde
Cavab: Salam.Bəlkə sistem xatası yaranıb.Təkrar yoxlayın.PCC psixoloqu Mələk Kərimova
Chimnaz
2013-02-13
Salam. Uşagın hal-hazırda 3,3 yashı var. Ozü serbest danışmır. 2,5 yaşından psixloqla meşgul olur. Psixoloq və loqopetlə az olsa söz deyir. Amma evdə məşğul olanda isə demir. Bir sözlə tənbəldir. Necə etmeək olar ki tənbəı olmaın? Təşəkkür!
Cavab: Salam.Uşağınıza daha çox vaxt ayırın.Ona çoxlu nağıl danışın,uşaq musiqilərinə bərabər qulaq asın.Onunla çox ünsiyyət qurmanız onun danışığına yaxşı təsir göstərəcək.Psixoloq Mələk Kərimova
Sebahet
2013-02-12
salam menim 2 balam var oqlumun 4 yawi var hele normal daniwmir,uwaqlarim 1 aydir xestediler soyuqdeyme cixmir canlarindan,artiq sebrim,ve gucum yoxdu,herden sadece evden cixib qacmaq isteyirem.butun esebelrm pozulub yoldawimla bele normal daniwa bilmirem her weye eseblewir,dalawiram,mene komek edin ne olar deyin men ne edim.nece bu indiki halimi deyiwim,ne edim yeniden evvelkitek rahat yawayim,qabaqcadan twk edirem.
Cavab: Salam.Oğlunuzun 4 yaşında danışmaması müəyyən problemlə bağlı ola bilər.Mütləq mütəxəssisə müraciət edin.O ki qaldı xəstələnmələrinə bir ana kimi sizi başa düşmək olar.Səbirli olun.Bu vəziyyət həmişə belə davam etməyəcək.Yoldaşınızla iş bölgüsü apararaq arada fərqli işlərlə məşqul olun.Açıq havada olmaq əsəblərinizə kömək edə bilər.Psixoloq Mələk Kərimova
jale
2013-02-12
salam oglum 2,7 yasindadi, ozune guveni bir az asagidi, 1az hereketli kicik usaqlardan bele cekinir, evde cox yox ama fealdi, tersdi, bagca muellimesinin dediyine gore usaqlarla yaxsidi, sakit oynayir, mense isterdim ki ozunu mudafie etmeyi bacarsin, kimse vuranda, iteleyende cvb qaytara bilsin, ozunu mudafie ede bilsin
Cavab: Hörmətli Jale xanım.Uşağınızın öz güvəni aşağıdır. Ona özünü müdafiə kimi başqalarını vurmağı təklif etməkdənsə,onun gördüyü bacardığı işləri ona verin.Hər yaxşı elədiyi hərəkəti təqdir edin.Onun nə qədər yaxşı olduğunu ona hiss etdirin. Onun bacarıqlı olduğu sahələri onunla birlikdə kəşf edin.O zaman o özünə güvənməyi öyrənəcək.Psixoloq Mələk Kərimova
İlhamə
2013-02-12
Salam. Belə bir şərait yaratdığınız üçün təşəkkür edirəm. Ərim mənə xəyanət edir. Nə edim bilmirəm. Ailəm dağılmaq ərəfəsindədir. Mənə kömək edin.
Cavab: Salam İlhamə xanım Xoş sözlərinizə görə təşəkkür edirik. Öncə diqqət etmək lazımdı həyat yoldaşınız evliliyin neçənci ilindən sonra xəyanət etməyə başladı. Adətən bu tip hallar hamiləlik dönəmində, işləri pis gedəndə, qadında hansısa narahatçılıq olanda baş verir. Bunlara aydınlıq gətirmək lazımdı. Ondan sonra konkret çıxış yolu haqqında fikir söyləmək olar. PCC-nin psixoluqu Elnur Rüstəmov
Sadiq
2013-02-12
Salam. Öncə sualımızı cavablandıracağınız üçün təşəkkür edirəm. Sualım belədi. Panik atak nədi və bunun müalicəsi var. Varsa hara müraciət edə bilərəm? Çox saq olun
Cavab: Salam.Saytımızda Panik Atakla əlaqədar məqaləni oxumanız məsləhətdir.Təbii ki,mütəxəssisin köməyi olmadan düzəlməsi çox çətindir.Psixoloq Mələk Kərimova
Gunel
2013-02-09
Salam,sayt ucun teshekkurler! Men telebeyem,4cu kurs. Cox tez depressiyaya dushurem ve bele desek ozume gelmeyim de cox zaman alir. 2ci imtahandan ashagi netice olduguna gore ozume guveni itirdim,ve novbeti imtahanlar de hec de yaxshi kecmedi. Valideynlerimin bele alinmagina pis oldugunu gormek mende daha da stress yaradir. Onlarin istediyi kimi bir ovlad olmadigimi ve olmayacagimi dushunurem ve gizli aglayiram tez tez. Aprelde teqdim etmeli oldugum bir elmi ishim var,ama dushunurem ki men hec neyi bacarmiram bu da ugursuz alinacag. Ozumun gucsuz oldugumu dushunurem. Bele desek hetta ne haqda dushunduyumu de bilmirem.
Cavab: Hörmətli Günel xanım!Sizin sanki ağır yük altında əzildiyinizi hiss edirəm.Zamanınızı və eksik tərəflə rinizi analiz edib bir plan qurun.Gördüyünüz işlər sizin seçiminizdir.Bunu faciə halına gətirməkdən çox necə həll edə bilərəm ? deyə düşünmünizdə fayda var.Lazım gələrsə psixoloqa müraciət edin.Psixoloq Mələk Kərimova
Kamil
2013-02-08
Salam. Sizləri salamlayıram. Sualım isə bundan ibarətdir. Mən qaynanamla problem yaşayıram. Ailəmizə çox müdaxilələr edir. Hətta boşanma dərəcəsinə gəlib çıxıb. Onunla necə davranım?
Cavab: Salam.Qaynananızla çətinliklərinizin müdaxiləyə görə olduğunu qeyd edirsiniz.Yaxşı olar ki,yoldaşınızla bu narahatçılığınızı bölüşəsiniz.O bu cəhətdən sizə kömək edə bilər.Qaynananızla da uyğun bir dillə söhbət aparmanızda fayda var.Psixoloq Melek Kerimova
Samire
2013-02-08
Salam. Öncə bizlərə belə bir imkan yaratdığınız üçün bütün kollektivinizə təşəkkür edirəm. Keçək suala. Mənim həyat yoldaşımla problemim var. Qorzuram ailəm dağılar nə edim? Qeyd edim ki, bir uşaqım var. Saq olun
Cavab: Salam Samirə xanım,əvvəla probleminizin nə olduğu aydın deyil.Hər kiçik çətinliyə görə ailə dağıtmaq təbii ki düzgün deyil.Amma mütəxəssislə görüşmənizdə fayda var.Psixoloq Mələk Kərimova
Mehriban
2013-02-08
Salam Mərkəzinizdə olmuşam.Doğrudan da sizin mütəxəssisləri çox bəyənirəm.Sizə bir sualım var. Qaynanamla yaşamaq çox çətindir. Amma bilirəm ki, başqa çıxış yolu yoxdur.Neyləyim? Ərimdən də soyumuşam. Amma uşaqlarım var. Özüm də işləmirəm.
Cavab: Salam.Doğrudan da çox çətinlik yaşadığınız və eyni zamanda çox anlayışlı olduğunuz yazınızdan hiss olunur. Sizin təhsiliniz var?Təhsiliniz olmasa belə sevərək məşqul olduğunuz işlər yəqin ki var. Özünüzü müəyyən sahədə inkişaf etdirməyə çalışın.Həyat mübarizədir və mübarizə insanı möhkəmləndirir.Mərkəzimizə müraciət edin.Psixoloq Mələk Kərimova
Vaqif
2013-02-07
Salam. Belə bir sayt düzəltdiyiniz üçün saq olun. Sizin Mərkəziniz harada yerləşir? Mümkünsə ünvan və əlaqə telefonu verərdiniz. Öncədən minnətdaram
Cavab: Diqqətinizə görə minnətdarıq. Mərkəz Bakı şəhəri C.Cabbarlı 44 Caspian Plaza 3-cü mərtəbədə yerləşir. Əlaqə telefonumuz 012 480-36-29; 012 480-40-16; 055 257-27-00 PCC-nin Psixoloqu Mələk Kərimova
Leyla
2013-02-07
salam...psixoloqun qebulu neceye olur???birde mualuce kursu nece gun cekir?????
Cavab: Salam.Probleminizdən asılı olaraq mütəxəssis sizinlə neçə dəfə görüşəcəyinə qərar verir. 012 480-36-29 yaxud da 055 257-27-00 telefon nömrələri ilə əlaqə saxlayın Sizə ətraflı məlumat verəcəklər. PCC-nin psixoloqu Mələk Kərimova
Salam
2013-02-06
Salam men ozume guven hissini itirmisem heyatimda kecmisde olan sexsden sonra ozume guvenim demek olarki sifira beraberdir o meni o qeder sindirirdiki menevi olaraq artiq her kesden qorxuram kimese sans vermeye bele cekinirem inamsizliq var mende her kese qarsi bunun ucun ne ede bilerem bilmirem
Cavab: Salam. Siz bir şəxsiyyət olaraq özünüzdə qüvvə tapmağa çalışın.Nələri yaxşı etdiyinizi fikirləşin,yaxın 10 ildə özünüzü harada görmək istəyirsiniz?Sizə bənzər bir insan bir daha doğulmayacaq və bu həyat bir daha sizə verilməyəcək. PCC-nin Psixoloqu Mələk Kərimova
Adınız 
Sualınız 
1234567891011121314151617181920
2122232425262728293031323334353637383940
4142434445464748495051525354555657585960
6162636465666768697071727374757677787980
81828384858687888990919293949596979899100
101102103104105106107108109110111112113114115116117118119120
121122123124125126127128129130131132133134135136137138139140
141142143144145146147148149150151152153154155156157158159160
161162163164165166167168169170171172173174175176177178179180
181182183184185186187188189190191192193194195196197198199200
201202203204205206207208209210211212213214215216217218219220
221222223224225226227228229230231232233234235236237238239240
241242243244245246247248249250251252253254255256257258259260
261262263264265266267268269270271272273274275276277278279280
281282283284285286287288289290291292293294295296297298299300
301302303304305306307308309310311312313314315316317318319320
321322323324325326327328329330331332333334335336337338339340
341342343344345346347348349350351352353354355356357358359360
361362363364365366367368369370371372373374375376377378379380
381382383384385386387388389390391392393394395396397398399400
401402403404405406407408409410411412413414415416417418419420
421422423424425426427428429430431432433434435436437438439440

LOGİN

 Email
 Parol
Qeydiyyat