Amil2016-05-10 Salam doktor. Men cox guclu heyacan hisleri kecirirem adam icine cixa bilmirem, avtobusla metroya mine bilmirem, hardasa bir yerde insanlarin topazini gorende esasda orada tecili yardim ve ya polis masini durubsa guclu qorxu ve heyacan hisleri keciriremhettda ozumnen getmek hisleri de yaranir. O anlarda aqlimnan cox pis fikirler kecir. Qonaq gede bilmirem, xesteye deymeye gede bilmirem xestexanaya gede bilmirem, hekim olan sexsle sohbet etmeye qorxuram. Cavab:
Salam Amil bəy. Keçmiş olsun. Sadaladığınız hal panik atak ola bilər. Əgər bu vəziyyət artıq özündən getmə kimi hallarla müşahidə olunursa, mütləq şəkildə mütəmadi olaraq psixoloqa müraciət etmək lazımdır. Panik atak keçirən şəxslər çox vaxt özlərini tək, çarəsiz, köməksiz hiss edərlər. Sanki ona bir şey olsa yardıma gələcək heç kəsin olmadığına inanmaq kimi.
zulfiye2016-05-10 salam hekim. hekim men esebi biriyem teessfufki bu beledi bunu ozumde bilirem ama bunun ohdesinden gele bilmirem. cox sebirsiz cox aqressiv ve cox esebi insanam. neyise duz anlamaiw partlayiram ve eseblerimi idare ede ilmirem tez ozumden cixiram bunlarin qarwisini almaq ucun ne etmeliyem onu hec bilmirem mene komek etmenizi cox isterdim Cavab:
Salam Zülfiyyə xanım. Əgər daxilən biz çox vaxt baş verən haqsızlıq kimi cansıxıcı hadisələrə fikrimizi bildirməyib susmuşuqsa, zamanla bütün bunlar özünü bu kimi hallarda biruzə verməyə başlayır. Məsələn, nəyisə düz anlamadan əsəbləşmək kimi. Əgər hələ deyiləni tam anlamamışıqsa, o zaman nəyə əsəbləşirik? Deməli çox öncədən bağlanmayan hesablar var. Bizim davamız bu günümüzlə deyil baş vermiş olanlarladır. Çalışın onlar üzərində çalışasınız. Dəstəyə ehtiyac hiss etdiyiniz psixoloq dəstəyi də ala bilərsiniz. Əsas odur ki, özümüzdəki bu vəziyyətin səbəbini bilək.
Aysel2016-05-09 Salam, texminen 1 il yaeim muddetde munasibetim olan sevgilim mennen ayrildi, her shey cox gozel idi, cox sevirdi meni, hetta aramizdaki yas ferqine baxmayaraq cox sevirdi cox ciddi idi,mennen yasdsa kicik idi. Bir nece aydirki mennen soyumaga basladi, sorusanda iae sebebini bilmirem deyirdi. Bezen de ailem istemir dedi. Halbuki hemise ailesine demeye qorxdugunu deyirdi, meni itirmwkden qorxurdu. Ama ne oldu birdenbire anlamiram. Basqa birine goredirmi sorusanda da sene hecvaxt xeyanet etmemisem deyir. Hevesim yoxdu dedi. Nece defe ara ara ozum zeng eleyirdim belke ne ise deyisen bir sey olar deye, belke tesirlener deye ama yox, daha da qirici cavablar verirdi. Sizce men neynemeliyem,sebeb ne ola biler. Cavab:
Salam Aysel xanım. Üzülməyin, əgər nəsə dəyişər deyə yaxın olub axtarmısınız və qarşılığında qırıcı cavablar almısınızsa, o zaman bunun əksini edin. Axtarmayın. O sizinlə soyuq danışdığının fərqindədir. Verəcəyiniz reaksiyanın da fərqindədir. Və gözlədiyi reaksiyadan kənar reaksiya vermədiyiniz üçün onda "hər şey düşündüyüm kimi gedir" inancı yaradırsınız. Ancaq soyuq davranan birinə qarşı bir az görməzdən gəlmək onu ayılda bilər "niyə vecinə deyil?" sualı yarada bilər. Ona görə qısacası özünüzün dəyərini bilin. Siz münasibət yaşayarkən təktərəfli yaşamırdınız, ortada itki varsa deməli hər iki tərəf yaşayır bunu. Sizin üzüldüyünüz qədər üzülməlidir, yaxud üzüldüyü, rahat olduğu qədər üzülüb rahat olmalısınız. Çox artığı sizə ziyan olar. Uğurlar
nermin2016-05-09 Salam,biz iki baci hazirlawiriq med mektebine,yeni oxuyuruq hazirlawiriq,mellimlerde razidirlar.ama biz cox caliwsaqda netice alinmir bizde ne edek? nolar komek edinde xaiwww Diqqetinize gore tewekkurler Cavab:
Salam Nərmin xanım. Nəticəniz imtahan ərəfsində alınmırsa, deməli stress keçiririk. Çalışın imtahan zalına daxil olarkən, orada tək, dəstəksiz olduğunuzu unudasınız. Çox vaxt hazırlıqlarda müəllimin yanında olmaq bizə güvən verir. Nəyisə ondan soruşmadan testləri yaxşı həll edə bilirik, ancaq imtahan zamanı bu arxayınçılığımızı, dəstəyimizi itiririk deyə əvəzində stress qazanırıq. Müəllimlərin təriflədiyi qədər varıqsa, niyə də imtahan uğursuz olsun. Düşünməyin, müsbət köklənin. Hər ikinizə də uğurlar
Emin2016-05-08 Birincisi bu mesaji size yazarken ne hissler kecirdiyim bir men bilirem birde Allah heqiqeten cox utaniram. Indi ise meseleni size deyim sizde mene komek edin yoxsa ya fikirlewmekden deli olacam ya ureyim partlayib olecem. Demeli bele menim sevgilim var ir birimizi heddinden cox sevirik o mensiz mende onnsuz olurem her iki terefin aileside bizim birlikde olmaqimiza razidi amma bir problem var ki o qizin heyatinda menden qabaq bir oqlan olub ve cemi 2 defe el-ele tutublar bunu ozume sigisdira bilmirem buna gore qalmisam qizin aileside men elcimi gondermesem qizi basqa oqlana verirler. Onu basqasinin yaninda fikirlewende deli oluram daha dogrusu ozumu onsuz fikirlewende olmek istiyirem amma onun yaninda olanda da ancaq onun kohne sevgilis haqda fikirlewirem onun elinden tutanda onlarin el-ele olmaqlara gozumun onunde canlanir olmek istiyirem. ona gore qururumla bacarmiram Amma onsuz olurem bilmirem neyniyem Cavab:
Salam Emin bəy. Allah xoşbəxt etsin. Nəzərinizə çatdıraq ki, məsələ tam olaraq qızın əlindən kiminsə tutması deyil, məsələ sizin özünüz barəsində düşüncənizdir. Özgüvənsizlik kimi hallar buna səbəb ola bilər. Birmənalı olaraq mütəxəssis yardımı alaraq bunu aradan qaldırmalısınız. Çünki yaşadığınız vəziyyət çox öncədən qürurunuzla bağlı qırılmanın harada olmasını aydınlaşdırmaqla aradan qalxa bilər. Bu gün bu əl-ələ tutmaq məsələsi olmasaydı biz başqa şey mütləq yenə tapacaqdıq. Yaxud bu məsələni bu gün necəsə həll etmiş olsaq belə sabah başqa bir şeydə özünü mütləq bir daha biruzə verəcək. Çünki kök bizim özümüzdədir.
Zülfiyye2016-05-07 Salam Elnur bey. Men önceden size yazmışdım. Menim 16 yaşım var. Elnur bey men gece yatmağa gedende şkafımın qapısını möhkem-möhkem örtürem. Bir azca açıq qalsa, narahat oluram, yata bilmirem. Gece yatmağa gedende yorğanımı üstüme çalışıram ki, düz ve seliqeli örtüm. Çalışıram ki, eyri qalmasın, qırışı olmasın. Elnur bey lifte tek minmekden, cücülerden qorxuram. Stulda eyleşende çalışıram ki, stul düz dayansın. Kitab ve s. oxuyanda bir sözü defelerle tekrar-tekrar oxuyuram. Meselen, fikirleşirem ki, " Yox düz olmadı. Men burda "n" herfi yerine "m" dedim." ve s. Önceden diqqetiniz ve deyerli meslehetleriniz üçün teşekkür edirem. Cavab:
Salam Zülfiyyə xanım. Bu obsessiyadır. Bunu aşmaq üçün psixoloqa müraciət edib müəyyən metodlu terapiya üsullarından keçməlisiniz
ramin2016-05-03 salam xaiw edirem suallma cavab veresiz evvelceden cox sagplun ... menim 28 yawlm var atam rehmete gedib anam var bir yerde yawaylram anamla subayam evlenmek haqda dywynmyrem ve xaiw edirem evlenmeyin meslehetdi sozyny mene demeyesiz .. anam gozel xanlmdl axl niye men herdefe metbexde onu gorende ehtiraslm artlr ?.. bu neden ireli gelir ? Cavab:
Salam Ramin bəy. Bu anaya bağlılığın pataloji halıdır. Mütləq şəkildə siz psixoloq dəstəyi almalısınız. Bunun daxilində bir çox problemlər ola bilər və bir çox problemlər yarada bilər.
Gulay2016-05-02 Salam hekim menim 23 yawim var 6 aydı aılelıyem sevmedıyım bırıyle aıle qurmuwam, aıle qurmamıwdan qabaq menım sevdıyım bırı varıydı cox sevırdık bır bırımızı ındı aılelı olsamda yene bır bırımızden el ceke bılmırık, onla sevgılı oldugum muddetde hecneden ayrıldıq ve men ona acıq ederek ozumj bedbext etdım ere geldım, defelerce dedı getme qulaq asmadım ındı cox pesmanam, erımı teze evlenende bıraz ısteyım varıydı hormetımde sonra yavaw yavaw yox oldu artıq sevmırem onu cox nıfret edırem bır evde yad ınsanlar kımıyık onun sesı gelende menım esebım pozulur uzunu gormek ıstemırem cox bedbextem. bunun ustunden 3 aylıq hamıleyem uwagı aldırmaq ısteyırem ama qalmıwamkı ne edım caresızem mecburam hec bır ana ıstemez bu vezıyete duwsun ama menım arzularım mehv oldu bu heyatı secerek. Ne edım bılmırem eynı evde yawaya bılmırem o ınsanla dunya bawıma yıxılır uzum gulmur qalmıwam ortada xaıw edırem meslehet verın mene ama zamanda kecse duzelen deyıl cunkı menım fıkrım sevdıyım oglanın yanında oda menı duwunur ne edek bız. Cavab:
Salam Gülay xanım. Hər sevgililər aralarında baş verən böyük yaxud kiçik nəyəsə görə ayrılma qərarı alarlar. Ancaq heç biri başqa biri ilə evlənəcək qədər kinlənməz. Deməli siz ayrıldığınız zaman dərindən onunla xoşbəxt ola bilməməyi ağlınızdan keçirmisiniz. Buna siz o zaman hirsli idim adı da verə bilərsiniz, ancaq düşünsək ki, hər hirsli insanın edəcəyi bir şey deyil bir daha dediyimə gəlmiş olarıq. Sadəcə hazırda onunla münasibətin davam etməsi imkan vermir ki, siz öz həyatınıza yönlənəsiniz. Baxin özünüz də qeyd etdiniz ki, başda o insana qarşı istəyiniz vardı, indi isə nifrət edirsiniz. Deməli səbəb sizsiniz sizin hazırkı yanaşmanız səhvdir. Bədbəxt olduğunuzu deyirsiniz, ancaq ailəli qadınlar yoldaşları tərəfindən xəyanətə uğrayıb üstəlik şiddət gördükləri zaman özlərini bədbəxt adlandırarlar. O qədər özünüzü yanıldırsınız ki, övladınıza qıymaq belə ağlınızdan keçir. Yaxşı o zaman kim sizə qarantiya edir ki, siz sevdiyiniz dediyiniz şəxslə ailə qurduğunuz zaman ailəniz indiki kimi olacaq? Düşünə bilirsiniz hazırda sahib olduğunuz ailədən tamam fərqli səs-küy davanın olduğu ailə? Niyə yerimiz yaxşı olduğu zaman daha dahalara aldanıb, mənim istəklərim adını veririk? Bundan 1 il öncə sizə desələr ki, siz yoldaşınıza xəyanət edən bir qadın olacaqsınız inanardınızmı? Xeyr. Bunu deyən insana təhqirlər belə edərdiniz bəlkə də. Ancaq çox öncədən sevdiyiniz biri ilə hazırda danışmaq sizə normal gəldiyi üçün yoldaşınıza xəyanət etdiyiniz tamamilə arxa planda qalıb. Yaxşı olardı ki, bağlılıqlarınızdan qurtulasınız. Çünki hazırda olduğunuz vəziyyət sizin bağlılığınızdır. Övladınızı isə dünyaya sağ-salamat gətirəsiniz. Yolunuz açıq olsun
Zülfiyye2016-05-01 Salam Elnur bey. Menim 16 yaşım var. Men ellerimi çoxlu-çoxlu ve tez-tez sabunla yuyuram. Bu meni yox, amma ailemi narahat edir. Men tez-tez narahat oluram. Bu hal her gün ve günün müxtelif vaxtlarında baş verir. Sıxılıram, tıncıxıram yeni narahat oluram. Sebesiz yere ağlayıram. Sebebsiz yere sevinirem. Öz-özüme danışıram. Qeribe-qeribe şeyler fikirleşirem. Önceden diqqetiniz ve deyerli meslehetleriniz üçün teşekkür edirem. Cavab:
Salam Zülfiyyə xanım. Qeyd etdiyiniz hal təmizlik obsessiyasıdır. Bu vəziyyət artıq həyatınızda sizə çətinlik yaratmağa başlayıbsa, yaxşı olardı ki, əyani olaraq mütəxəssis qəbulunda olasınız. Bu zaman bunu aşmaq daha asan olacaqdır.
leyla2016-05-01 SALAM INDIDEN TWK BILDIRRIREM CVBLAN GORE MEN BIROGLANA VURULMUWAM SADECE BILMIREM BU KECICI BIRDUYGUDU Y YOX YAWIMDA AZ DEYL 23 YASIM VAR SADECE BLMIREM NEYNIYIM ACILSAM DUZ CIXAR YA YOX ADIMA GRE Cavab:
Salam Leyla xanım. Siz bu vəziyyətin nəyini psixoloji narahatlıqla dəyərləndirirsiniz? Ortada yaşanmağı istəyən bir duyğu varsa, onu da yaşayın. Ancaq araya hesab-kitab qatmadan. Tələsmədən, səbr edərək yaşayın. Uğurlar.
A.Əlixan2016-04-30 Salam. Mən böyük məsuliyyət altına girmişəm. Bu məsuliyət həm çox böyükdü, həm də bu mənim həyat məqsədimdi. Lakin bu məqsədimə görə qarşıma həyatda bir çox çətinliklər çıxacaq. Məqsədim üçün bir çox şeylərdən vaz keçməliyəm. Mənə sadəcə səbr lazımdı. Səbr etməyin qaydası barədə tövsiyə istiyərdim sizdən. Təşəkkürlər. Cavab:
Salam Əlixan bəy. Bu məsuliyyət altına girməzdən əvvəl bunu nəyə görə istədiyinizi bilirdinizsə, düşünürəm ki, bu barədə dəqiqliyimizi xatırlasaq ortada səbrsizlik edəcək bir vəziyyət qalmaz. Bu işdə sizə uğurlar
isgender2016-04-29 salam hekim.sualima cavab versez cox sevinerem.11ci sinifde oxuyuram.ders elacisiyam.amma son vaxtlar derse maragim itib.sanki havada ucuram.muellimlere qulaq asmaq istemirem.xahis edirem mene komek edin.men ne edim? Cavab:
Salam İsgəndər bəy. 11-ci sinif olmağınız və qəbula gedərək az bir vaxtın qalması ola bilsin hövsələsizlik yaradır. Bir yandan həyəcan edirik, ancaq digər yandan da ürəyimiz daralır ki, bu tez bir zaman da baş versin və canımız qurtarsın. Ona görə də müəllimləri dinləmə həvəsi azalır. Bunu nəzərinizdə saxlayaraq dərslərinizə konsantre olun. Yaxşı olardı ki, gün ərzində heç olmasa 15 dəqiqə özünüzə ayıraraq nə etmək istədiyinizi düşünün və bunu etmək üçün can atmayın nə qədər müddət sonra edə biləcəyinizi hesablayın. O zaman başa düşəcəksiniz ki, bu hazırda olduğunuz vəziyyət müvəqqətidir. Ancaq müvəqqəti də qalması üçün işimiz müəllimləri dinləməkdən keçir. Və əsası heç bir şeyi məcburiyyət kimi görməyin. Müəllimi dinləməyi, testləri etməyi. Daha əsası gün saymağı kənara qoyun. Sizə böyük uğurlar
ok2016-04-29 salam Cavab:
Salam
Almaz xanim2016-04-28 Mənim nəvəm (qizdir) 11-ci sinifdə oxuyur. Abiturentdir. Çalışqandir,5 müəllimə gedir. Müəllimləri raziliq edirlər. Amma imtahanlarda stress keçirir və uğurlu nəticə göstərə bilmir. Ona necə kömək etmək olar? Cavab:
Salam Almaz xanım. İmatahana az qalan bir müddətdə bu kimi stresslərin yaşanması nə qədər normal sayılsa da, fəsadı gözlənilməz nəticələr ola bilir. Onun yuxu rejiminə diqqət edin. Bu günə kimi ona dəstək üçün dediyiniz sözlərdən imtina edin. Məsələn, "ürəyini sıxma, səndən önəmli deyil, həyəcan etmə, biz yanındayıq" və s kimi sözlər dolayı yolla ona nədən həyəcan etməməyi xatırladır. Bu zaman yenə başa dönmüş oluruq. Bunlara riayət etdikdən sonra görsək ki, hələ də artmağa doğru gedirik, yaxşı olardı ki, imtahandan minimum 1 ay öncədən mütəxəssis qəbulunda olsun.
Gulbenuz 2016/4/272016-04-28 Salam hekim evveller hek neden irgenmirdim indi ise her şeyden irgenirem gergin is fasile az senetim derzi idi isimi atdim amma eseblerime hakim ola bilmirem tez tez el sabunla yuyuram MENE bir meslehet evvelgeden tesekkur edirem Cavab:
Salam Gülbənüz xanım. Qeyd etdiyiniz bu hal təmizlik obsessiyası sayılır. Yazılı şəkildə məsləhətdən daha çox mütəmadi psixoloq qəbulunda olmalısınız. Şəxsi psixoloqunuzla bərabər bunu aşa bilərsiniz
abdullayev2016-04-28 salam Cavab:
salam
agca2016-04-28 Salam men bu sayta yeni daxil oldum menim problemim ailededi heyat yoldasim mene xeyanet edir men de xeyaneti sevmediyimcun hec vaxt yola getmirik hetta o menim qisqancligimdam bezib ,amma men onu cox isdeyirem il yarimdirki eyni insanla aldadir meni defelerle bu barede sohbet acilanda mene aciq danismagini isdeyirem bilmirem amma mene danisidiqlari yalan olmasindan spelenirem herden mene basqa basqa sozler danisir menimde fikirlerim qarisir rahatliq tapa bilmirem deyir her sey yaxsi olacaq bir az sebr ele amma men sebr ede bilmirem deli kimi olmusam men qizin ozunu de taniyiram cox pisem mene komek edin sehere cixiram ele bilirem ki butun qizlar odu fikirlerim meni cox yorur gece gunduz dusunurem sakitlesecem deyirem onunla savasmayacam deyirem amma elimde deyil o eve gelen kimi onunla dalasiram ele bilirem hara getse onunladi uc ovladimiz var ailemin dagilmagini isdemirem ozunude her seyden cox sevirem mene komek edin cox xahis edirem Cavab:
Salam Ağca xanım. Yoldaşınız sizə nəyə görə səbrli olmağı deyir? Yəni etmək istədiyi nədir? Yaxşısı budur ki, oturun onunla söhbət edin. Bu günə kimi dalaşmaq sizi nəyinsə həllinə aparmayıb. Düşünün kim deyinməyə davam edən biriylə barışmağa nəyisə yoluna qoymağa can atar? Baxmayaraq ki, deyinməyə səbəb onun etdikləridir ancaq o indi bunu dərk etməyə bilər. Odur ki, sakitləşin və onunla söhbət edin. Sakitcə soruşun bu vəziyyətin nə zaman sonlanacağını, özünün də ondan canını qurtarmaq istəyib istəmədiyini. Daha sonrasında isə çalışın gün ərzində ona zəngləriniz çoxdursa, azaldın və uşaqlarla vaxt keçirin. Çölə çıxdığınız zaman sadəcə özünüzü düşünün. Əgər siz çöldə hər qadına o qadın imiş kimi baxırsınızsa, bir başqa xəyanət görən qadın da sizi gördüyü zaman elə baxa bilər. Ancaq halbuki, bu heç ədalətli deyil. Ona görə də bu kimi şeylərlə özünüzü yormayın. Yormaq sizə nəyisə verməyəcək. Heç nədən qorumayacaq. Toparlanın və soyuqqanlı yanaşın. Ən çoxu sakit söhbətə vaxt ayırın. Və cavab gözləməyin konkretlik göstərməyin. Verdiyi cavablara neytral yanaşın. Reaksiyalarınızı gizlədin. Bu zaman o bir az düşünməli olacaqdır
Gunay2016-04-27 Salam.bizim qohumumuz var ne danisir ne yeyir ne yatir ancaq sakit durur.hekime getmir ancaq aparillar.1hefte olar ki bele olub.bu neden olar.cox sag olun indiden. Cavab:
Salam Günay xanım. Qohumunuzun neçə yaşı var, nə qədər müddətdir bu hal müşahidə olunur? (Cavablandırdığınız zaman xatırlamağımız üçün narahatlığını bir daha qeyd etməyi unutmayın.) Sualınız üçün təşəkkürlər
kerimzade mehemmed2016-04-27 salam mene kimse el vuranda eseblesirem bu neden ola biler Cavab:
Salam Məhəmməd müəllim. Ola bilsin ki, siz fikirli olursunuz yaxud özünüzə aid düşüncələriniz var və kimsənin sizə toxunması sizi bu fikirdən ayıltdığı üçün qıcıqlanırsınız. Bu yaş həddindən asılıdır. Yaşınız 23-dən azdırsa normal hal sayıla bilər, sadəcə çalışın toxunmaya sizi öz dünyanızdan ayıran qıcıq kimi yanaşmayasınız. Heç kəsin sizinlə işi yoxdur, nə də qəsdi-qərəzliyi. Daha çox sevgicanlı olun. İnsanlarla ünsiyyəti sevin. Uğurlar
sehriz2016-04-14 salam men 20 yasim var bir insandan tez soyuyuram evlenmeye qerar vermishem lakin ondan soyumaqdan qorxuram evlendikden sonra eger ele olsa o da mende bedbext olacayiq biri ile danisha bilmirem 1 hefdeden sora ondan soyuyram ve sonra ureimde sebebsiz eseb ve kin yaranir ona qarshi ne ede bilerem nedi menim derdim Cavab:
Salam Sehriz xanım. Biri ilə evlənmə qərarı vermişiksə, deməli bu insanın bizim üçün digərlərindən fərqi var. O zaman soyumaq qorxusu haradan yaranır? Qeyd etmisiz ki, bir insandan yəni hamıdan soyuyursunuz. Bəs hamıylamı evlənmə qərarı verirsiniz? Təbii ki, xeyr. Verdiyiniz qərarlara yönəlin, nəinki bu günə kimi digər insanlara qarşı hiss etdiklərinizlə. Allah xoşbəxt etsin. Uğurlar
Sevil2016-04-13 Salam. Menim 14 yasim var. Hami mene pis xasiyyetli deyir,ancaq ozuvu fikirlesirsen deyirler. Amma men eslinde icimde ele deyilem. Hec kimede icimdeki seyi basa sala bilmirem. Eger kimise cox istiyiremse, men onu uze vura bilmirem. Hec kim meni basa dusmur... Twklar Cavab:
Salam Sevil xanım. Hər kəs sizə çox söz deyəcək, ancaq biz hər kəsin dediyi insan olacayıqsa, o zaman dərdimiz nə idi? Əsas odur biz necə olduğumuzdan əmin olaq və olduğumuz kimi göründüyümüzdən. Uğurlar
ayka2016-04-12 salam hekim. hekim menim sevdiyim biri var. yeni qarşılıqıdı htda o daha cox sevir meni ve dediyine görə məni itirməkdən qorxur. ilk aylarda 7 aydi tanişıq ve 5 ay icinde cox normal gedirdik yeni daima yazirdi tez tez maraqlanirdi demek olarki her deq yazirdi ama bu axir iki ayi tam ferqlidi yeni az az yazir soruşanda ise deyirki mnei başa düş işim coxdu. deyirki ozünde bilirsenki işim olşayanda sene yaziram ama indi sen meni anlamalisan . ama biz gun boyu sadece seher mesaji birde men ya o harasa gedende deyikir bu qedr bizim gun boyu yazişmamiz bundan ibaretdir men bunu onun ozune dedim ondan sonra o mnee bir ya iki saatdan bir yazirki necesen neynirsen ele bu qeder yazie cixir. mene ise ele gelirki o bunu mecbur kimi men dediyim ucun edir ama mne istemiremki men dediyim ucun yox ozunun içinden gelsin bunlari elemek.yeni sizce men duz fikirleşirem yeni o bunlari men dediyim ucun edir ?? bu fikirler meni rahat qoymur.mene meslehet verin xaiş edirem sizden Cavab:
Salam xanım. Əvvəla münasibət haqqında düşüncələrimiz səhvdir. Münasibətin yaxşı olub olmaması mesaj və zəng sayından asılı olmamalıdır. Əgər biz münasibəti bunlarla dəyərləndiririksə, ortada üzərində danışılacaq münasibət yoxdur deməkdir. Çünki limitsiz sayda bir insan gün ərzində digər birindən mesaj ala bilər. Belə çıxır biz bir neçə şəxslə münasibətdəyikmi? Mesajı zəngi hamı edə bilər. Çalışın bu münasibəti başqa nələrləsə dəyərdirin, ancaq ilk öncə münasibət üçün nələrsə etmək lazımdır. Eyni zamanda gün ərzində zənglərinizi mesajlarınızı çalışın azaldasınız. Başqa məşğuliyyətlər tapıb bir az da onlara zaman ayırmağa çalışın. Və son olaraq heç bir zaman münasibəti ilk günki ilə müqayisə etməyin. Uğurlar
Günel2016-04-12 Salam.Mən insanlarla yola gedə bilmirəm.Həmişə sərt danışıram özümnən asılı deyil.aqressiv pessimist biriyəm .əsasən də ikiüzlü insanlara tab gətirə bilmirəm.xaiş edirəm mənə bu barədə məsləhət verərsiniz.... Cavab:
Salam Günel xanım. Əvvəla onu qeyd edim ki, ikiüzlü insanlara bu dünyada heç kim tab gətirmir, heç kim onları sevmir. Ancaq nədənsə bu bizə daha çox qıcıq verir. Səbəb isə müxtəlif ola bilər. Birisinin ikiüzlü olması bizə nələri hiss etdirir? Məsələn, qarşımızdakı şəxs ikiüzlülük edir hansı ki, biz bunu sevmirik, o zaman orada nə işimiz var? Uzaqlaşın oradan, o şəxsdən. Ancaq nədənsə şikayət edib düzəlməsini, o insanların bir daha bunu etməməsini gözləyirik. Bunu etməyin, siz əgər bir şeyi sevmirsinizsə, ona qıcıq verməyiniz şərti deyil, uzaqlaşmağınız kifayətdir. Uzaqlaşıb özünüzə uyğun çevrənizi tapmalısınız, hansı ki, qeyd etdiniz ki, siz insanlara kobud davranırsınız.Bu sərt davranışlarımızın fərqindəyiksə, hətta şikaytçiyiksə, o zaman bunu etməyə bizi nə məcbur edir? Təbii ki heç nə və heç kəs. O zaman bunu dayandırmamaq üçün heç bir səbəbimiz də yoxdur. İnsanları gözünüzdə eyniləşdirməyin. Hər kəs sizin üçün ayrı məna kəsb etməlidir. Filankəsin bizim üçün hansı rolda olduğunu aydınlaşdırmalıyıq. Bəlkə aralarından sərt danışılmağa həqiqətən dəyəcək biri çıxacaq özünüzə haqq verəcəksiniz? Yaxud da elə biri olacaq ki, bu hərəkətimizə stop deməli olacayıq. Əgər hər şeyin fərqindəsinizsə, siz düzəlməyə doğru artıq ilk addımı atmısınız. Çalışın ardını gətirin. Uğurlar sizə.
aysu chess2016-04-12 Salam Menim 15 yawim var.. men ozumu cox tek,gücsüz hiss edirem.Bilmirem nie..Meselen en yaxin dostum yoxdu, etrafimdaki padruqalarima baxanda onlarin en yaxin dostlarinin oldugunu gorurem..Bu mene pis tesir edir nie menim de en yaxin dostum yoxdu.Eslinde bir sinif yoldawim var.Onnan dost idim elebilirdim yaxiniqda.Ama ele deyilmiwik.nergiz addi sinif yoldawim var .o yaxin bildiyim qiz onnan en yaxindi..Yeni beledi.Birdeki ozume heç vaxt inanmiram..Tek hiss eliyirem ozumu.Duzdu Allah var hemiwe yanimda.Ama nebilim elebilirem heckim mennen yaxinliq elemey istemir.menim yaxinim olmuyacaq bele bilirem Cavab:
Salam Aysu xanım. Çox maraqlıdır biz rəfiqə və yaxın dostu nə ilə fərqləndiririk? Tutaq ki, yaxın dost hər sirrini dediyimiz biridir, bəs rəfiqə nə işə yarayır? Buna görə bədbin olmayın. Dostu yaxın uzaq deyə dəyəcələrə, müqayisələrə bölməyin. Bu kimi hesablar tutduğumuz zaman onlara konsantrasiya ola bilmirik. Halbuki, onların söhbəti ilə həmsöhbət olsaq, onlar kimi nəsə maraqlı bir şeylərdən bəhs etsək, istədiyimiz hər cürə münasibəti yarada bilərik. Mənfi düşünməyin, onsuz da bu heç nə vermir insana. Müsbət köklənin. Uğurlar
ceyhune2016-04-12 salam,men cox qorxuram 15 yasim var 9-cu sinifdeyem,kimyaci olmaq isdeyirem.reptetr yanina da gedirem,savadim da yaxsidir (hami ele deyir) ancaq men cox qorxuram,mes: kecen defe 11-de oxuyan bir qiz geldi sinagini yoxlatdirmaga,hamisi duz cixdi.muellime onu terifledi cox savadli qizdi..hami tebii ki,isteyer onun kimi olsun ama men onu gorenden sonra daha da umidsiz oldum ki "men ne gundeyem?"dostlarim deyir sen hele 9-da oxursan,sen de ele olacaqsan filan,ama menim icden yeyen qorxu meni cox narahat edir,birden uni-ye girmedim,bu arada mende diqqetsizlik var ve bezen ele olur ki,birden-bire her seyi unuduram,cox sade meseleni ede bilmirem,sanki birden donuram,unuduram her seyi..birden imtahanda da ele oldu,onda ne olacaq?hami mene guvenir ve haminin guvenini sindirmis olacam... Cavab:
Salam Ceyhunə xanım. Əgər biz artıq 9-cu sinifdən bu kimi hesabatlar etməyə başlayıb, məsuliyyətimizi dərk ediriksə, sizi təbrik edirik. Ancaq madam ki, təbrikə layiq hərəkətdir o zaman niyə bu bizə narahatlıq yaradır deyiriksə, bilin ki, səhvi yaşıdlarınız olmayan insanlarla özünüzü müqayisə etməyinizdir. Siz hələ 9-cü sinifsiniz, 11-ci sinif əlbəttə ki, yüksək yazacaq. Səbəb? Çünki o 11-di neçə il oxuyub bütün kitabları bitirib o artıq hər şeyi bilir ona görə də yazdıqları düz çıxır. Ki bu da normal haldır. Əgər biz dərs oxumuruq oxuyan görəndə stress ediriksə, o başqa, ancaq biri də var hər kəs bizə güvənir, biz oxuyuruq, ancaq özümüzdən böyüklərlə müqayisə edib bütün bunlara xətt çəkirik. Birdən kəsilərəm deyə bir şey yoxdur. Heç nə birdən olmur. Hər şey üçün insan indidən yatırım edir. Siz çalışın yaxşı yatırımlar edəsiniz. Sizə uğurlar.
Xeyale sheki2016-04-12 Salam Elnur bey.aprelin ikisi olen shehidlerden sonra depresiyadi bilmirem.stresdi bilmirem ama olumden qorxu hissi yaranib mende.evde hec bir is gormek.istemirem.olum gozumun qabagindan getmir.nece gundu cox ezyet cekirem.xais edirem mene komek eliyin.sag olun Cavab:
Salam Xəyalə xanım. Bu vəziyyət hər birimizi sarsıdıb. Bəziləri bunu çölə vurub, üsyan edib, bəziləri isə ürəyində çəkib. Bu vəziyyət sizə də təsir etmiş ola bilər və siz "baxdıqca pis oluram" deyib özünüzü bundan yayındırmaq istəmiş də ola bilərsiniz. Ancaq bunu etməyin. Qaçmayın. Ortada qaçılası bir şey yoxdur. Yaşanılması lazım olan bir şey var. Bunu öz üzərimizə köçürüb, ölmək bu qədər asan ola bilməz də deməyin. Qoşulun insanlara xəbərləri oxuyun, daxilinizə atmayın, yaşayın bu vəziyyəti. Siz qaçmaqla bu günün işini sabaha qoyurmuşsunuz kimi olursunuz. İş görmək istəmirsinizsə, görməyin. Ancaq nə qədər müddət etmək istəmədiyinizi bilin. Bir az toparlandıqdan sonra qayıdın hər şeyə. Ancaq özünüzü məcbur etsəniz ki, iş görməliyəm, görmürəm, buna macalım yoxdur o zaman daxilən özünüzü tələsdirdiyiniz üçün rahatlıq verməyəcəksiniz. Yaxşısı budur, oturun və istədiyiniz qədər düşünün, toparlanın daha sonra isə ayağa qalxın
|