anonim2016-04-12 salam hekim menim 28 yawim var,anam dunyasini 20 yawim olanda deyiwdi onnan sonra eseblerim yawamaga hevesim qalmayib sonra aile qurdum 1 qizim oldu,ancaq yoldawim tehqir edir sozumuz cep gelen kimi deyir cix get,mende bilmirem ne edim 5ildi ki herweye dozurem ancaq getdikce her wey dahada cetinlewir qelbim cox qiriqdi,bilirem ki her weyi tekde bacararam ancaq yenede teklikden cox qorxuram ozumu zeyif hiss edirem,bu sohbetleride heckime deyenmirem cunki here oz xeyrini gudur dogru meslehet verenim yoxdu,bunuda deyimki 2ci aile heyatimdi yoldawimin ise qanunu mennen bawqa cox arvad alib bowanib,meni aldadib alandada mennde cox boyukdu evvelceden tewekkur. Cavab:
Salam xanım. Qızınızı Allah saxlasın. İlk həyat yoldaşınızla münasibət necə başladı necə bitdi? İkinci yoldaşınızı necə tanıdınız? Böyük olduğunu qeyd etmisiniz, bu sizə nə kimi fəsadlar yaradır? Təklikdən qorxmağınıza səbəb nə zaman ətrafınızdakı insanların sizdən imtina edəcəklərini bilməməklə bağlı ola bilər. Əlimizdə konkret tarix olmadığı üçün daim bu kimi narahatlıq bizim yaxamızı buraxmaz
semaye2016-04-11 Salam.menim 19yawim var telebeyem men qrupda umumi heyyatda kiminse uzune dura bilmirem.yox deye bilmirem mene bunun ucun komeklik edin xahiw Cavab:
Salam Səmayə xanım. Tam olaraq nəyi nəzərdə tutduğunuz bir az qaranlıq qaldı, ancaq "yox deyə bilməmək" kimi narahatçılıq tez-tez rast gəlinən vəziyyətdir. Hər kəsi məmnun etmə kimi düşüncələrimiz varsa və bunun əksini etməkdən çəkiniriksə, bu böyük ehtimalla özümüz barəsində konkret bir fikrimizin olmaması ilə əlaqəlidir. Yəni biz bir şeyə niyə yox deyəcəyimizi bilmirik. Əslində istəmirik, ancaq yox da deyə bilmirik, deməli həm də niyə istədiyimizi bilmirik. Ona görə də kim olduğumuzla bağlı konkret bir fikrimiz olmalıdır. Özünüz barəsində geniş mətn yazın. Sonra isə onu oxuyub analiz etməyə çalışın.
Metanet2016-04-11 salam men 8aydi ki aileliyem 6ayliqahamileyem heyat yoldasim mene deyer vermir cox fikirlesirem ve cox aglayiram ozumu tenha ve yalqiz hiss edirem men ne edim fikirlesmekden yorulmusam mene bir komek edin Cavab:
Salam Mətanət xanım. Yoldaşınızı doğru tanıdığınıza əmin olun. Məsələn, biz ondan fərqli olaraq dəyər verməyi başqa şeylərdə görə bilərik. Yəni gedib yoldaşınızdan soruşsaq ki, yoldaşına niyə dəyər vermirsən? dəyər verdiyini deyəcəkdir. Ancaq nədənsə biz bunu ya hiss etmirik, ya da əksini deyirik. Xəyallar və gözləntilərinizi çox uzaqlıqda deyil də, yoldaşınıza əsasən qursanız məsələnin əslində o qədər də qəliz olmadığını görərsiniz. Və hamiləlik dövründə həssaslığın yüksək səviyyəyə qalxa biləcəyini də plan ardına qoymayın. Nəzərə alın. Sağ-salamat başa vurasınız.
aywen2016-04-11 salam menim yoldawimin xasiyyeti posdi men onunla dil tapib yola gede bilmirik men cox qisqancam eve gelen kimi tez telefonunu yoxlayiram .bizim evde aoz sohbet cox olur o meni hetda eseblewib doyur ama biz hec yola gede bilmirik bizim 2 uwaqimiz var burini 7 yawi birininde 2yawi var yoldawim mene deyirki uwaq birez boyusun seni bowayacam mende istemirem ailem dagilsin men nece edimki onu qisqanmayim ailemde yalniz soz sohbetler buna gore yaranir Cavab:
Salam Ayşən xanım. Nə gözəl ki, biz bütün bunlara nəyin səbəb olduğunun fərqindəyik. Nəyə əsasən, nə yaşadıqdan sonra yoldaşınızın telefonunu yoxladığınızı bilmirik, ancaq siz bir şeyi nəzərə almalısınız ki, o telefon yoxlanıldı yoxlanılmadı əgər ortada bir xəyanət varsa telefon yoxlanışına görə aradan itməyəcək. Sadəcə aşkara çıxacaq. Hansı ki, bunun aşkara çıxması da heç nəyi həll etməyəcək. Biz həyatında başqa birilərinin olmağından niyə görə qorxuruq? Onu itirərik deyə elə deyilmi? Və bu səbəbə görə etdiyimiz davranış da bizi onu itirməyə doğru aparır. İtirməyək deyə etdiyimiz şey bizi qorxduğumuzdan qorumur əksinə ona doğru aparırsa, deməli artıq bizə nəticə verməyən davranışlardan uzaq durmalıyıq. Və münasibətinizdə çalışın empatiya qurasınız. Düşünün hər dəfə işdən yorğun-arğın evə gəlirsiniz, yoldaşınız sizin telefonunuzu yoxlayır. Yəqin ki, bir müddət sonra xəyanət etməsəniz belə xəyanət etmək sizin üçün adi hala çevriləcək ki, "onsuz da etdim etmədim hər gün telefonumu edirmişəm kimi yoxlayır" düşüncəsində olacaqsınız.
Efsane2016-04-10 Salam melim menim 21 yasim var cetinik oduki hec neye ve hec kime inanmiram komek ede bilersiz Cavab:
Salam Əfsanə xanım. Bu güvənsizliyinizin səbəbini konkret bir şeylə bağlaya bilmirsinizsə, dəstək almağınız şərtdir ki, öncə onun səbəbi tapılsın və onun üzərində ona uyğun işlənilsin.
ilahə2016-04-10 Salam Narınc xanım belə bir sualım var oglum 4 yaşı var 1həftə qoydum baxcaya mənə cox baglıdı xəstələndi sətəlcəm oldu 2 həftədi evdədi bilmirəm yol uyum baxcaya ya evdə qalsın sürətli xəstələnir mən qorxuram?həm də2dəqqədən bir deir ana mən səni cox iistirəm sanki ağlında ois fikirlər var deirəm məndə səni istirəm deir ana səni cox cox lap cox istirəm nə atasını nə nənəsinə nə babasına heckimə yaxınlaşmır ancag ana cox baglıdı ye mənə cox nə edim bilmirəm Cavab:
Salam İlahə xanım. Allah saxlasın. Oğlan uşağının anaya bağlılığı edip kompleksinin olduğunu göstərir. Böyük ehtimalla o ilk dəfə sizdən bu qədər müddər aralı qalıb və sizi itirəcəyi düşüncəsi yaranıb. Bu sanki sevdiyimiz insanın bizi artıq sevmədiyini düşünməyə bənzəyir. Onu anlamağa çalışın. İstədiyini verərək izahatlar edin. Alınmadı, əlavə dəstək alın.
Aydan2016-04-07 salam. men oz ozume daniwmagi sevirem . tek qalmaq beynimdeki fikirleri atmaq ucun tek otururam . aglamaga cox bagliyam . nifreti sevmirem, amma, mene ne ise edseler pis cavab verirem . xaiw edirem meni yeniden heyata qaytarmaq , heyata maraq oyatmaq ucun komek edin... Cavab:
Salam Aydan xanım. Neçə yaşınız olduğunu və bu vəziyyətin nə qədər müddət davam etdiyini bilmirik, ancaq bu kimi hallar insanın özünə qapanıq olması ilə bağlıdır. Məsələn, qeyd etmisiniz ki, başınızdakı fikirləri atmaq üçün təkliyi seçirsiniz. Maraqlıdır tək qaldığımız zaman o fikirləri atmaq üçün nə edirik. Bir şeyi oturub düşünmək onu özümüzdən atmaq, uzaqlaşdırmaqdan daha çox onu özümüzə daha yaxın etməyə səbəb ola bilər.Çalışın həmin fikirləri bu qədər qoruyub özünüzdə saxlamayın. Ola bilsin ki, danışdığınız zaman insanları bezdirəcəyini düşünürsünüz, yaxud da heç kəsin sizi anlamayacağını. Halbuki, biz bunu sınamasaq bu qədər əmin ola bilmərik. Təkliyə qaçmaqdan bu qədər şikayətçiyiksə,təkliyə getmə səbəbimiz nə ola bilər? Bəlkə kimsə sizi buna məcbur edir? Sözsüz ki, heç kəs.
PERVIZ HASANOV2016-04-07 Salam aleykum,men universetde oxuyuram menim qurup yoldasim var qizdi men onu hec sevmezdim zehlem gedirdi bidefe ne oldusa danisdiq mende vaxtim bele kecdi sanki onu sevdim amma menim tipim deyidi sonra meb bundan ayrildim ve her defe onu qurupda gorebde eseblesirem ureyim sixilir.Ele menim bir basqa dostum mene hemin qurupdan xeyanet etdi.onla artiq dost deyilik hec salam da vermir elaqeni kesib.Amma men onu gorende ureyim agriyir esblesirem beynimde onu soyurem amma yardima mohtac olsa o deqe komej edirem .Bu insanlari gorende ureyim agriyir eseblesirem men nece edim bu problemden cixim axi her gun onlari gorurem?cox sagolun tesekuurler Cavab:
Salam Pərviz bəy. Dediklərinizdən belə başa düşmək olar ki, problem ətrafdakı insanlardan daha çox bizdədir. Biz ya onlarla ünsiyyətdəyik, ya da tamamilə ayrı yəni düşmən. Böyük ehtimalla çətinliyimiz bunun ortasını tapmaqdadır. Əgər bu hər zaman bu belə davam edirsə, dəstək almağınız şərtdir. Çünki hazırda əlaqəni onlarla kəsmişik deyə onları görəndə əsəb keçiririk, sabah iş həyatında isə başqa birilərini görəndə əsəb keçirəcəyik. Hansı ki, ondan əvvəlkilər yada düşməyəcək. Ömrümüzün axırına kimi belə edə bilmərik elə deyilmi?
elnure2016-04-07 salam hekim menim 20 yawinda qardawim var butun gunu eve oturur telefon elinden duwmur hefdenin 5 gunu daniwmir adamla arada daniwir cox vaxt susur ele tez tez deyir menim axirim ne olacak wikayetlenir heyatinan Cavab:
Salam Elnurə xanım. Əgər onun özü də bundan şikayət edirsə, özü bizə müraciət etsin. Yaşı elə də çox az deyil, qoyun özü özünü ifadə etsin. Sizə ifadə edərək yenidən əvvəlki hala qayıdaraq çarəni sizin axtaracağınızdan əmindir. Buna görə də çox danışmağa ehtiyac duymur, çünki siz davranışlarından onu anlayıb hərəkətə keçirsiniz.
Emilia2016-04-06 Salam hekim,menim 18 yawim var, menim psixoloq komeyine cox ehtiyacim var ona gore sizin komeyinizden istifade elemek istedim. hekim bilirsiz neceyem meni kim gorse hec kimin aglina gelmezki men psixoloq komeyine ehtiyac duyuram yeni xaricden hami meni normal hetda bezileri ciddi biri bezilerine gore mehriban biriyem ama eslinde daxilmide hemiwe qariwiqdi yeni yaxwi geden bir weyi bir nece gunden sonra ancaq menfi fkirlewirem ,yeni nese oldu tez qerar veirem ve telesdiyime gorede sehv edirem bu menim munasibetimede cox tesir edir ve hemin adam bunalra baxmayaraq mene dozur hetda mene deyibki menim kimi birini sevdiyine gore ffexr edir yeni onun kimi menden dostlarimda RAZIDI ama mene hecde rahat olmur bu duzgun qerara gelmek. fikrimi tam ifade ede bilmirem deyende de yanliw anlayirlar meni, yeni b=nece deim size xaricden cox guclu , hemiwe yaxwi fikirlewn biri kimi gorunurem hamiya musbet enerje verirem ama ozum daxildem icim icimi yeyir hetda cox menasiz bir seye gore cox kicik bir weye gore beynimi yoruram tez eseblewirem xaiw edirem mene komek edin bunu bir size demiwem hele bu yawima kimi umud varam sizde mene komek ede bilersiz eyer size bawa sala bildimse yeni sozlerele ancaq bu qeder ifade ede bilirem fikrimi Cavab:
Salam Emilia xanım. Əgər çevrənizdəki insanlar sizə qarşı normal rəftar edirlərsə və qarşılığında biz bu vəziyyətiksə, o zaman o insanları bir-bir itirdiyinizi yaxud sizə qarşı anlayışlı olmadıqlarını düşünün. Yəqin ki, bu tərzimizlə onları itirdiyimizin fərqinə varsaq, bir az dəyişməyə daha can atarıq. Ona görə də hələ ki, onlar sizdən üz döndərməmiş özümüzü bir az daha bunun dərinliyinə aparmadan toparlanaq.
sevka_812016-04-06 salam.Men ve mensiz arasindaki ferq nedir? ilk novbede tskler Cavab:
Salam xanım. Mən nədir yaxud kimdir, Mənsiz kimdir? Bir az ətraflı yazardınız
eliw2016-04-05 salam her vaxtiniz xeyr olsun inwallah.men cox esebi olmuwam hekim uc aydi canimdan cox sevdiyim insani ATAMI itirmiwem.geceler sanki meni ewidir deye daniwaram.sanki atam daniwiglarimi ewidir deye daniwib yatiram.seher gelecey deye yatiram.ama gelmir buda meni cox uzur.cox darixaram atam ucun.uzden ozmu cox guclu gosterrirem ama daxilen ureyimle cox daniwiram sora ureyim sancir.BU yaxinlarda atamin qebri ustune gedende qebri qazmag atami gormey kimi fikirler kecir aglimdan.her gun atam gelecey deye seherin acilmagini sebrsizliyle gozleyirem.kimse allah rehmet elesin deyende eseblewirem atam olmeyib deyirem.yanimda ata adi cekilende cox pis oluram. Cavab:
Salam xanım. Allah səbr versin. Birini itirdiyimiz zaman məyusluq hissi ilə bərabər ağlımızdan o insanı bir daha görməyəcəyimiz, onunla bir daha danışa bilməyəcəyimiz kimi imkansız və mümkün olmayan düşüncələr keçir. Ətrafdakı insanların isə buna çox asanlıqla inandıqlarını düşünərik. Belə düşündüyümüz üçün yas tutmaqdan imtina etməklə bərabər ətrafdakılara o insanın ölmədiyini sübut etməyə, izah etməyə can qoyarıq. Halbuki, nə onlar rəhmətə gedib dedilər deyə atanız ölməyib, nə də siz ölməyib dediyiniz üçün atanız geri qayıdan deyil. Ortada günahkar yoxdur, yaşanması lazım olan vəziyyət var. Siz yas müddətinə istəmədən də olsa girmisiniz. Özünüzə bunu yaşamağınıza icazə verin.
Sevinc2016-04-05 Hekim Salam sualimi cavablandirdiginiza gore size tesekkur edirem. Amma bu hal mende durdugum yerede olur. Heyecan kecirirem istilik soyuqluq gelir bedenime. Ele olanda oleceyimi fikirlesirem. Bu nevrozun mu elametleri Di. Mene bas agrilari verir Basimda gicelenmede olur. Esas sol nafiyemdedi. Bunun bir cixis yolu yoxdumu. Ve mu hal ne vaxta kimi gede biler menim kimi xestelerde Cavab:
Bir daha salam Sevinc xanım. Əgər bu vəziyyət durduğumuz yerdə baş verib hətta bioloji olaraq bizə təsir etməyə başlayıbsa, sizin dəstək almağınız daha da lazımlı hala gəlib çıxır. Müddət və gedişat isə tamamilə sizdən sizin terapiyaya inancınızdan asılıdır. Uğurlar
Sevinc2016-04-05 Hekim Salam.hekim men bes ay bundan once stress kecirdim hetta yataga dusdum. Bes aydi mualice olunuram hec bir reaksiya vermir. Basimda pis fikirler dolanir xeberlere baxa bilmirem kiminse olumunu esidende ozumu pis his eleyirem.sol qolda yanmalar keyimeler olur ureyim partlamaga gelir ele bilirem ki meni hec kim basa dusmur. 32yasim var uc evlad anasiyam. Sol kureyde sine ustunde yanmalar sixintilar olur. Verir sol sifetime burnuma bogazda teng nefeslik. Ureyim gulmeyir. Ne qeder eleyirem Cixa bilmirem halsiz oluram. Heyecanlaniram butun bedenimden ele bilirem kulek esir. Evveller urey diyuntum teziyim olardi mualiceden sonra onlar kecib. Mene bir meslehet verin xais edirem. Vetenden kenarda oldugum ucun Elim catmir yoxsa yaniniza memuniyyetle gelerdim. Herden bu hal meni buraxir rahat yatiram. Herden pislesir. Hec bir is gormek istemirem. Cavab:
Salam Sevinc xanım, Allah şəfa versin. Əgər artıq yataqdan qalxmağı bacarmışıqsa, deməli yolun yarısını artıq qət etmişik. O ki, qaldı televizorda xəbərlər, ölümlər eşitdiyimiz zaman mənfi hisslər keçirməyimizə böyük ehtimalla siz köçürmə edirsiniz. Adətən insan yaşadıqlarını həyatında baş verən hər şeyi köçürərək yenə həmin şeylərin olacağından narahat olur, ancaq görünür biz hətta başqaların yaşadıqları mənfi hadisələri də özümüzə köçürürük. Ancaq düşünün siz bunu eşidirsiniz və bu narahatlıqları yaşayırsınız və tez kanalı dəyişərək ondan uzaqlaşırsınız. Məsələ isə kanalda o xəbərin getməsi deyil, yəni biz ona baxsaq da baxmasaq da dünyada hər saniyə bir şeylər baş verir. Pislər olduğu kimi minlərlə yaxşı hadisələr baş verir. İndi biz bunların hansına önəm veririk? Pisəmi? Yaxşıyamı? Qeyd etdiklərinizdən bəllidir ki, bird aha çox pisə yer veririk. Bəs indiyə kimi heçmi müsbət yaxud yaxşı nələrsə yaşamadıq? Niyə onları qorumaq yerinə bunun əksi olanları belə bərk-bərk özümüzdə tutub saxlayırıq. Kürəyinizdəki yanmalar isə hamısı bunun əlamətləridir. Uzun-uzadı bunları saymaq yerinə qısacası mən xoş olmayan bir şey yaşayıram və bundan qurtula bilərəm demək lazımdır. Əgər biz dayanıb geniş-geniş bu bu bu kimi şeylər yaşayıram desək bunların ardı heç vaxt kəsilməz. Çalışın qaçmayın, çünki bizim pis nəsə eşidib tez ondan qaçmağımız, eyni şeyi yaşayacam deyə qorxmağımız bizi ondan siğortalamaz. Olacağı varsa olacaq, bunlar bizi qoruma vasitəsi ola bilməz. Qaldı ki, çevrəmizin bizi başa düşmədiyini düşünmək, əgər biz özümüz də özümüzü başa düşmürüksə, deməli ortada başa düşüləcək konkret nəsə yoxdur. Əsas odur ki, çevrəmiz deyə biləcəyimiz insanlar var. Onlar çevrəmizdir, çevrəmizdədirlər daha dəqiq desək yanımızdadırlar! İndi isə gümrah olmağın vaxtıdır! Sizə uğurlar!
lale2016-04-03 Nece vaxtır yoldaşımla düzgün münasibet dialoq qura bilmirem gah tezden durur gerginem esebiyem normal danışıq getmir ancaq şikayetlenir evde her bir şeyi haxır olur ancaq deyinmeye her defe bir şey tapır ne edim biımirem cox aqır xasiyyeti var bir uşaqımız var ve uşaqımıza qarşı mülayim mene ise tersinedi sebeb ne ola biler?yorulmuşam Cavab:
Salam Lalə xanım. Bu vəziyyətin ilk haçandan yarandığını xatırlamağa çalışın. Məsələn, siz bir şey qeyd etdiniz ki, uşaqla yaxşıdır mənimlə pis. Belə halda böyük ehtimalla ağlınıza gəlir ki, onun sizinlə nəsə bir problemi ola bilər. Və buradan yola çıxaraq "axı nə etmişəm?" sualını əsas götürərək onu daha da sıxıb cavab almağa çalışarıq. Ümumiyyətlə isə müqayisə etməyin. Filankəslə yaxşı davranır mənimlə pis deməyin. Filankəsin ona necə davrandığına baxmağa çalışın. Dəyişikliyi özünüzdə axtarın, yaxud özünüzdə dəyişiklik edin. Səhər oyandığı zaman ünsiyyət qurmursa Sabahın xeyir deyərək söhbəti irəli aparmadan onu işə yola salın. Gün ərzində çoxlu zənglər edirsinizsə, mesajlar yazırsınızsa, bunu azaldın. Yaxud niyə gedib bir dəfə də olsun zəng etmirsən deyirsinizsə, deməyin. Bu kimi dəyişiklikləri edərək həm özünüzü, həm də onu rahat buraxın. Unutmayın ikinizin ortaq cəhəti var: övladınız. Allah övladınızı saxlasın. Sizə isə xoşbəxtlik arzulayırıq.
Gunel2016-04-03 Salam Elnur bey. Men ikinci aike heyati qurmuwam.Birinci yoldawimnan bir ovladim var. Ikinci heyat qurannan sonra cox pewman oldum aile qurdugum insanla yola getmirem dalawir cox.esebidi ancaq ozunu fkirlewir.Amma mende cox sixiliram ovladima gore ayrilmaq isteyirem anam imkan vermir ne edeceyimi bilmirem Cavab:
Salam Günel xanım. Suala görə təşəkkür edirik. Birinci yoldaşınızdan ayrılmağa səbəb nədir bilmirik, ancaq çox vaxt biz bunu istəmədiyimiz halda boşanma olanda, yaxud başqa dillə desək boşanmağı istəmiş olsaq belə həmişə buna hazır ola bilmirik və artıq məhkəməyə ərizə verildiyindən hər şey axarı ilə baş tutur, vaz keçmək üçün gec olur. Və boşanma gerçəkləşir. Biz başa düşürük ki, artıq yenidən başlamaq lazımdır yenidən ailə həyatı qururuq, ancaq nədənsə bu dəfə ürəyimizcə olmur. Sizin dediyiniz kimi söz-söhbət çox olur. Səbəb isə bizim hazırkı evliliyimizi keçmişdəki ilə müqayisə etmək, yaxud gözümüzün hələ də arxada qalması ola bilər.Ümumiyyətlə etməyiniz lazım olan bu kimi fikirlər varsa bunlardan azad olmaq, düşünməmək və ona qarşı sevgi dolu olmaqdır. Məsələn, onunla problem ancaq söz-söhbətinizin olmasıdır. O nə sizə, nə övladınıza əl qaldırmır. Nə də sizi təhqir etmir. Sadəcə siz yola getmirsiniz. Çalışın ortaq dil tapasınız. Axı siz yeni başlanğıc etmisiniz, qarşınızdakının da yeni biri tamam fərqli xarakterli biri olduğunu unutmayın. Yenidən boşanmağı kənara qoyaraq onunla tanış olun və anlamağa çalışın.
anonimmm2016-04-02 salam hekim men son vaxtlar ozmu cox tek his edirem sevdiyim insan deyiwip mene qarwi ama boynuna almir deyir hemen adamam sadece pablemlerim var esebiyim ve s bilimirem sebr edip inanin ya yox qalmiwam bele Cavab:
Salam, hər vaxtınız xeyir. Əvvəla onu qeyd edim ki, sevdiyiniz insanın sizə qarşı dəyişməsi demək sizin tək olacağınız mənasına gəlməz. Həyatımızda sevgili adı verdiyimiz şəxslər bizim çox sonradan öz seçimimizlə qazandığımız şəxslərdir. Hansı ki, onlardan əvvəl bizim dostlarımız ən əsası ailəmiz vardı. Heç biri olmasa belə maraqlarımız bizə bəs edirdi. Ancaq nədənsə sevgili olduğu zaman biz hər şeyi ona bağlayırıq ona görə də onun bir an həyatımızdan çıxacağını düşünmək bizə qəbul olunmaz gəlir. Əvvəla bunun olmasından qorxmayın. Münasibətdə anidən belə sabitliklər olur. Səbəb çox şey ola bilər. tez-tez xırda davaların yaşanması, yaxud hər şeyin çox mükəmməl olması belə buna səbəb ola bilər. Biz nə etməliyik? Belə hallarda öncə dayanıb düşünməliyik. Bizim buna səbəb olacaq hansısa səhvimiz yoxdursa və hazır qarşı tərəf bizə bunun bizimlə bağlı olmadığını sadəcə bir az problemləri olduğunu deyirsə,buna riayət edək və onu rahat buraxaq. Ancaq bunu etmirik itirmək qorxusu yaşayırıq. Əgər o ayrılmaq istədiyinə görə belə edirsə, bizim bunu bir az daha sorğulamağımız bunun qarşısını ala bilməyəcək əksinə tezləşdirə bilər. Yəni hazırda buna inanıb inanmamaq bizə nəyisə verməyəcək. Çalışın bu vəziyyəti görməzdən gəlin. Çox da vecsiz olmayın. Sadəcə onu gün ərzində çox axtarıb çox yazırsınızsa bunu azaldın. Ancaq ona qarşı rəftarınızı mənfi etməyin. Eyni mehribanlıqla, şirin dillə sadəcə daha az axtarmaqla. Uğurlar
Nurlana2016-04-02 Salam hekim artig deracada xayiw ediram sualimi cavablandirasiniz manim oglum 4yaw 4ay tamadi helada danwmir hekima apardig qulagi yoxlandi ewidir uzi oldu bawi normaldi rengen cekildi normal emerte olundu bu ay her wey tamizdi bir balaca kisda deyib hekim oda danwmagina mane döyul rassiyada yawiyiram hekim deyir ola bilsin havasini götura bilmir 2ila cekilib gedasidi heman kisda laqapeta ancag baxciya apar uwagnan apwenyada olsun deyir her weyi qanir elinanda bawa salir bilmey isdiyiram uwag 5yawina kimi daniwarmi her weyi tezi cixir bes niya danwmir cox narahatam. Onuda deyim 2uwagimdi qizim vaxtinda danwib bu uwagda hela indiya kimi baxciyagetmiyib butun gunu evd kaputeran iqra oynuyur heki darman iyna yazmiwdi mualice alanan soram bir iki safar mamam baba deyim indida hecna danwmir laqapet deyir ola bilsinki 2dili uwagdi ona göre danwamir ruscag danwdirin. Cavab:
Salam. Hər bir övladınızı Allah saxlasın. Əgər siz evdə həm rusca, həm azərbaycanca danışırsınızsa, çalışın uşaqla bir dildə danışasınız. Və onu kompyuter, telefon kimi texnologiyadan uzaq tutmağa çalşın. Onunla keçirdiyi vaxtı minimuma endirməyə çalışın. Yavaş-yavaş azaldın və ona daha maraqlı kəşflər tapın. Çizgi filmlər izləsin, nağıllar oxuyun. Bir də bir şey daha diqqətinizə çatdırım ki, əgər uşağınız əl-qol hərəkətləri ilə nəsə istəyirsə, tez onu anladığınızı bildirməyin. Bu zaman uşaq özünü ifadə edə bildiyini gördükdə danışmağa tənbəllik edəcək. Əl-qolla, qırıq səslərlə istədiyi bir şeyi sizə bildirəndə anlamadığınızı deyin, bir az sonra anlayaraq həmin istədiyi nədirsə onun izahatını verin. Məsələn əliylə oyuncağını göstərir onu istəyir, əvvəl anlamayın sonra "hə, bu oyuncaq? Onun adı maşındı, denən ana maşını ver başa düşəcəm" belə kiçik ünsiyyət oyunları oynayın. Uğurlar
ziyafet2016-03-30 Salam hekim.geceniz xeyirli olsun.hekim men ariqlamaq isteyirem.ancaq nefsime qalib gele bilmirem.ne qeder ki ariqlamaq isteyirem.esebden darixmaqdan sixilib yemek yeyirem.nece eleyim ki qarsima qoygum meqsedi yerine yetirim.?28yasim var.3usaq anasiyam.mene meskehet vererdiz zehmet olmasa.evvelceden tesekkurumu bildirirem. Cavab:
Salam xanım. Hər vaxtınız xeyir olsun. Öncə insan özünü arıqlamağa tələsdirməməmlidir. Məsələn biz normal həyatımızda yeyib-içirik, ancaq çölə çıxırıq bir paltar görürük əynimizdə pis qalanda həmin an qərar veririk ki, arıqlayacam bunu geyinəcəm, yaxud başqa bir hal hava bir az dəyişir yaz, yay gəlir bir anlıq qərar alırıq ki, arıqlayım yay gəlir. Bütün bu sadalanan iki hala bənzər digər hallarda arıqlamağı bacarmaq qeyri-mümkün ola bilər. Səbəb isə ötüb-küçici nüanslara əsasən bu qərarı almağımızla bağlıdır. Biz mağazadan çıxdığımız an bəyəndiyimiz paltarı da unudarıq, hava yavaş-yavaş isindiyi üçün əynimiz gedərək nazikləşdiyi üçün adaptasiya tapıb kök vəziyyətimizlə palto və kurtkadan qurtularıq. Ancaq düşünsək ki, bütün qışı palto altında gizlənib bir anda onu çıxarırıq tez arıqlama qərarı alırıq. Halbuki bu temp bu qədər sürətli getmədiyindən qərar da qərarlılığını gedərək itirir. Önəm daşımamağa başlayır. Ona görə də əvvəla bu kimi səbəblərdən əlavə nəyə görə arıqlamağı istədiyimizi aydınlaşdırmalıyıq və arıqlamaqla arıqlamamağın bizim üçün nə kimi fərqi olduğunu müəyyən etməliyik. Bunu etdikdən sonra qərarımız daha çox qüvvədə qala biləcəkdir. Uğurlar.
eliw2016-03-30 salam xanim Cavab:
Salam. Buyurun.
Vusale2016-03-30 Heyat yoldasim cox esebidi xirda soz sohbetlere gore tez ozunden cixir ve boyuq munaqise bas verir men ne edim? Artiq bacara bilmirem Cavab:
Salam Vüsalə xanım. Əvvəla sizə xoşbəxtlik arzulayırıq. Əgər yoldaşınız çox sonradan belə olmağa başlayıbsa nəsə onu sıxmış ola bilər. Çox vaxt qadınlar bunu hiss etdiklərində onu rahat buraxmaq yerinə nəyin baş verdiyini israrla öyrənməyə cəhd edirlər. Bu isə kişilərdə qıcıq yarada bilər. Unutmayın kişilərdən qadınlardan fərqli olaraq kiçik problemləri haqqında belə danışmağı sevməzlər onun yerinə sakitlik və rahatlıq axtararlar. Çalışın bu rahatlığı ona evdə verəsiniz ki, o evdən qaçıb rahatlığı başqa yerdə tapmasın. Əsas odur ki, siz heç nə etməmisiniz yəni hazırki vəziyyətə səbəb olacaq bir səhviniz olmayıb. Qalanını zamana buraxın. Bir şeyləri aşkara çıxarmağa bu qədər tələsməyin. Onusz da bu bizə heç nə verməyəcək.
Lamiye2016-03-29 Salam men kecen il universitete qebul oldum lakin muyyen sebebden gede bilmedim.heyatda neye cehd ediremse hecne alinmir olmur eksine olur neyi yaxsi fikirlesiremse pis olur istediyim hersey tersine olur sizce heyat yasamaga deyer? her gunun yeni problemleri olur herseyden elimi uzdum inamimi itirdim ve ne edeceyimi artig bilmirem.Tesekur edirem Cavab:
Salam Lamiyə xanım. Əvvəla universitet kimi çətin imtahandan uğurla keçdiyiniz üçün sizi təbrik edirik. Hər nə qədər siz sonradan təhsilinizi davam etdirə bilməsəniz belə bu sizin uğurunuza kölgə ola bilməz. Müəyyən səbəbə gəldikdə isə o nədir bilmirik, ola bilər ki, bu kiçik bir hadisə olmasına baxmayaraq sizi çox şeydən geri salıb, "Onsuz da alınmayacaq" həvəssizliyi yaratmış olsun.Ancaq məsələyə bu tərəfdən baxıb mənfi tərəfdə qalmaqdansa, məsələyə bu tərəfdən davam etdiyimiz halda müsbət yönə köklənə bilərik. Necə? Məsələn, onsuz da alınmayacaq deyərək itirəcək heç nəyimiz olmadığı düşünərək daha çox risq almaq və bacarmaq. Yəni ən pis nəticə yenə heç nəyin alınmamağa ola bilər ki, zatən biz çox öncədən bunu belə də bilirdik. Bəs birdən alınarsa? Sınayın və nəticəni görün. Uğurlar
Bahar2016-03-29 Salam menim 31 yawim var Her weye kusurem inciyirem Cox qirilqanam Her wey her soz xetrime deyir Qarwimdakina nenfi reaksiya verirem Ozumle bacara bilmirem Cox hessas ve kovreyem Mene bir mesleehet Tewekkurler Cavab:
Salam Bahar xanım. Tez-tez incimək, küsmək bir mənalı olaraq diqqət yaxud qayğı gözləyən insanın edə biləcəyi bir şeydir. Əgər siz ətrafınızdan sevgisizlik hiss edirsinizsə, normal olaraq da incimək kimi davranışlarınız olacaqdır. Əslində isə biz səhvi çox orada edirik ki, hansı ki, çevrəmizdəki insanların bizə olan sevgisini biz onlardan gözlədiyimiz sevginin qədəri ilə müayisə edirik və nəticədə "gözlədiyim qədər deyil" nəticəsinə gəlirik bu bizdə sevgisizlik, tənhalıq yaradır.Əgər çevrənizdə ən az bir insan belə varsa, deməli sevilmə şansımız yüksəkdir. Əsas odur ki, biz özümüzü insanlardan uzaqlaşdırmayaq. Sizə sevgi dolu həyat arzulayırıq. Ömrünüz bahar olsun.
ALMAZ2016-03-29 mene pisxologi cehetden tardim lazimdir admin cavablandirin Cavab:
Salam Almaz xanım. Əlbəttə, buyurun.
gunel2016-03-16 salam menim oglum 2yas 9ayliqdi.o gece yatanda basini carpayiya vurur.bu 5-6 saniye davam edir.men neyneyim?bu psixoloji problem ola biler? Cavab:
Salam Günel xanım. Yaxşı olardı ki, onu uşaq psixoloquna göstərəsiniz.
Efsane2016-03-15 Salam Elnur muellim. Ilk once cerwenbeniz mubarek. Nece gozel bayramlara ailenizle dogmalarinizla birlikde inwallah. Elnur muellim size sualim odur ki,men 4-cu kurs psixologiya telebesiyem.Indi mektebe psixoloq kimi praktikaya gedirem. Lakin menim wagirdim var yeniyetmelik yaw dovrundedi. Hemin wagirdim mene qarwi bawqa hisler besleyir. Men oz wagirdlerime kobud munasibet gostermek istemirem. Indi onun ele yaw dovrudur ki yalniw hereket edib daha pis tesir etmekden qoxuram. Meslehetiniz nedir sizin? Hemin oglan uwagi ile nece davranmaliyam? Coxu insan deyir ki uzaq dur kobudluq et ve s. Amma men muellimem bunu nece edim axi. Onun ozu ile daniwib onun ancaq muellimi oldugumu izah etmeliyem? Amma men onun hisslerini anladigimi demek istemirem ki sonra yeniyetmedi axi utanar ya ne bilim daha pis tesir eder. Xahiw edirem meslehet vererdiniz. Cunki heqiqeten men wagirdim ucun narahat oluram. Cavab:
Salam Əfsanə xanım. Əgər o uşaq tərəfindən sizə sevgiyə aid heç bir söz deyilməyibsə, hələ də arada balans saxlanılıbsa, bunu pozmayın. Haçan ki, uşaq sizə hisslərini açacaq o zaman gülümsəyərək "bütün sinif mənim əzizlərimdi" deyərək xüsusilik yaranmasının qarşısını alın. Cavab olaraq bir az daha davam etsə, çalışın ki, fikir bildirməyəsiniz gülümsəyin sadəcə. Və ona qarşı xüsusi diqqət etməyin. Məsələn, o mənə məni bəyəndiyini deyib bir az məsafə qoyum ki, anlasın kimi xüsusiliklər etməyin. Siz ən birinci öz düşüncənizdən onun sizə qarşı hissi olduğunuzu unudun. Bu zaman xüsusi ehtiyat etməyinizə ehtiyac qalmayacaq. Şagirdlər arasında belə şeylər olur. Buna perenos deyilir. O əslində sizə qarşı heç bir şey hiss etməyib sadəcə sizi ideallaşdırmış da ola bilər.
|