suqra2013-12-11 salam.Psixoloq mene komplekslerden azad olmaq istiqametinde komek ede bilermi?[ceki,gorunuw kimi]digerleri kok de olsalar,cezbedici olmasalar da derd etmirler.cagrilan meclisde mene baxanda sixinti kecirirem.ne edim Cavab:
Salam Suqra xanım.
bununla bağlı Sizə psixoloqla əyani görüşüb problemi həll etməyinizi tövsiyə edərdim. Mərkəzlə əlaqə saxlayın, Sizə psixoloqla görüşmək üçün zaman təyin edərlər. Əlaqə telefonu 012 480-36-29 yaxud da 055 257-27-00 Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Tebriz2013-12-11 1 qizi cox sevrm.meni sevdiyni deyir mene gelirki prostu meni alladir.hisderime toxunur,ona inammaq istirem.nece ede bilerem onu necur taniyim.xaiw elirem yol gostern.. Cavab:
Salam TƏbriz bəy.
Çalışın bu mövzuya o qədər də köklənməyin. Siz ona doğru getdikcə o Sizdən uzaqlaşacaq. Çalışın münasibətdə məsafə saxlayın. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
sevda2013-12-11 salam,men sebebsiz yere cox vaxt keyfsiz oluram,gulmurem danismiram,ekser vaxt qemgin oluram,niye varam neynirem neye lazimam kimi suallar verirem ozume,her sey menasiz gelir mene,hecne maraqli deyil menimcun,ama herden arada bir olur sebebsiz rahat oluram ruhen,ele hiss eliyirem cox bolyuk yuk var ciyinlerimde,rahat olmaq isteyirem,bezirem ozumden,yalandan gulmekden maskalanmaqdan yoruldum,birseyler deyin xais,buaralar psixoloqa getmeyimde alinmir. Cavab:
Salam Sevda xanım
Diqqət edin Sizi narahat edən məqamlar nədi. Sıxıntı daha çox nəyin üzərindədir. Obyektiv analiz apara bilsəniz düşünürəm problemi aradan qaldırmaq çətin olmayacaq. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Aykaa2013-12-11 Men ozume nifret edirem hemde cox.. ailemin istediyi kimi biri ola bilmirem.. ataminnuzune baxmaga bele utaniram.. derslerimi oxuya bilmirem cunku nehlet olsunki biri terefinden aldadildim.. artiq hecne duwune bilmirem.. daxilimde intihar edirem ... o qeder pisemki .. geleceye hec umudnen baxmiram biliremki ali mektebe daxil ola bilmiyecem.. \"o elemez\" dediyim her kes her weyi etdi.. hami yalancidi hamiya ozum qeder nifret edirem.. usdumde coz boyuk yorgunluq var .. onu unutmaq isteyirem ama alinmir heccure ( artiq ne edeceyimi bele bilmirem.. intihar bele etmek fikrine gelirem herden ama anamla atami gozu yawli qoymaq isdemirem.. psixoloqada muraciet ede bilmerem cunku anam getirmez.. xaiw edirem komek edin Cavab:
Salam Ayka xanım
Valideynlərinizdən xahiş edin, Sizi psixoloqla görüşdürsün. Düşünürəm bu faydalı olacaq. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
ismayilova sebine2013-12-11 salam men 1ildiki aileliyem ovladim olmur buna gorede yoldasim evde mubasiyeler edir hec kesle danismir sadece ozune qapanim bunun sebebin nedir mene cixis yolun gorkedin evelceden tesekkurler. Cavab:
Salam Səbinə xanım
Siz yaxşı olardı ki, bununla bağlı həm həkim müayinəsində həmdə psixoloji yardım alasınız. Bu münasibətlərinizin normallaşmasına səbəb olacaq. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
www.pcc.az2013-12-11 salam menim cox boyuk problemim var. heyatimda her zaman ozumu qorudugum bir yalniw hereketi etmiwem. iw burasindadi ki bu hadiseni menden bawqa bir neferde bilir. Istemezdim ki o insan menim haqqimda ele weyler duwunsun bu meni cox utandirir. Xaiw edirem mene komek edin. men o insana eslinde ele birisi olmadigimi neece isbat edim ? Cavab:
Salam
Heç bir şeyi isbat etməyə çalışmayın. Boş verin
Behruz2013-12-11 Hər şeyin müvəqqəti olduğunu düşünərək yaşamaq çox ağırdır. Hər şey çox maraqsızdır. Bu düşüncələri beynimdən necə çıxara bilərəm ? Cavab:
Sualınız cavablandırılıb, Bəhruz bəy.
Behruz2013-12-11 Salam.Mənim 23 yaşım var. Mən bir qızı sevirdim. 1 il idiki içimdə yaşadırdım onu və bu yay birbirimizi sevdiyimizi örgəndik. Qız hələ çox gəncdir ( 16 yaşı var ). Onun barəsində çox xəyallar qururdum. Onunla necə evlənəcəyim və necə yaşayacağımız barəsində çoxlu xəyallar qururdum. Sora oktyabr ayından sora qız buna hazır olmadığını və mənnən yavaş - yavaş soyumağa başladığını hiss etdirdi. Ama əslində özü belə görünmürdü. Hiss edirəmki hələ də mənə qarşı nəsə hissləri qalıb və mən də heç ruhdan düşmürdüm. Hətta mənə ayrılmaq( müvəqqəti ayrılmaq istədiyini deyir. Səbəbi də odurki, məktəbdə yüksək qiymətlər alırdı ama məni sevəndən sora qiyətləri aşağı düşüb. Elə düşünür ki, əgər evlənsə evdar qadın kimi həyatını keçirmək istəmir və ali təhsilli olub hardasa işləmək istəyir) barəsində danışanda belə elə də ruhdan düşməmişdim. Birdən məndə elə hislər oldu ki, ona qarşı mənim heç bir hissim olmayıb heç. Özümə inamsızlıq yarandı. Çox pis depresiya keçirdim. İnanmırdım ki, onu həqiqətəndə sevməmişəm. Ama bir neçə gün keçəndən sora onun üçün çox darıxdığımı hiss elədim və onu çox qısqandığımı hiss etdim. İndi hiss edirəm ki, onu çox sevirəm və onunçün edəcəyim çox şey var. Onu sevməmək düşüncəsi məni çox narahat edir. Lakin hiss edirəm ki onu çox sevirəm. İndi isə başqa hisslərdən əziyyət çəkirəm. Hər şey mənə çox maraqsız gəlir. Elə düşünürəm ki, lap sevdiyimə qovuşsam belə onu sevəcəm ölənə kimi ama bunun bir sonu olacaq. Öləcəyik və hər şey bitəcək. Onunçün gələcəyə doğru irəliləmək artıq mənimçün çox maraqsız olub. Hər şey müvəqqətidir. Yaşım hələ 23 olsa da artıq elə düşünürəm ki, yaşlanıram və illərdən ( ömrümdən) günlər gedir. Bu qalan ömrümü ən yaxınlarımla ( sevdiyim qızla da həmçinin) keçirmək istəyirəm. Ama bu düşüncə beynimdə qaldıqca hər şey o qədər maraqsız olubki. Başqa şeyi düşünə bilmirəm. Bir gün yaşlanacayıq. Bu həyəcanı başqa həyəcanlar əvəz edəcək. Lakin hər şeyin bir sonunun olduğunu düşünərək yaşamaq çox əzab verir mənə Cavab:
Salam Bəhruz bəy.
Qeyd etdikləriniz bir başa sevgi ilə bağlı problem deyil. Problem sadəcə Sizi sevgini bu cür dəyərləndirməyə sövq edir. Siz yaxşı olardı ki, bu aralar psixoloqla görüşüb düşüncələrinizə aydınlıq gətirəsiniz. Bu Sizə gələcəklə bağlı hədəflərinizi bəlli etməyə səbəb olacaq. Mərkəzlə əlaqə saxlayın, Sizə psixoloqla görüşmək üçün zaman təyin edərlər. Əlaqə telefonu 012 480-36-29 yaxud da 055 257-27-00 Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
anonim2013-12-11 salam men prablemimin ne oldugunu bilmirem sef edrem cox sefler edrem heyatmda belke de donuwu olmuyan sefler ama duwunmek isdemrem bu sefleri isdyrem daam edm ama ede de bilmirem duzelde de bilmirem ozumu pis biri kimi gorurem belke de heyatimin artig son gunleridi bilirem bir gun etdyim seflerden bezecem nese edcem ozme ve bunnan qorxmuram heyata baxiw acim deywb cox bnu da dyim ki yawm azdi bagwliyin men bura yazrame men komek isdemrem komeklik halm yoxdu sadce yazdgca rahatlawram kaw burda ele bir seyfe aclardiki dertlewe bilerdik gorurem haminin prablemi var bele bir seyfe acilsa heqiqeten cox wad olardm inanram burda olanlarn da buna ehtyaci var cox sagolun sadece yazmag isdedim twk... Cavab:
Salam Anonim
Dərd varsa dərman da var. Ümidsiz olmayın. Bu həyatda günahsız bəndə yox. Sadəcə hər bir insan günahlarından doğru nəticə çıxarmağı bacarmalıdı. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
m.2013-12-10 Salam.sualim beledir ki,pozitv olmaq ,wen olmaq isteyirem.bacarmiram,sakit tebietliyem,niwanlim da her goruwde bunu deyir daniwib gulmursen,reaksiyan yoxdu,o da ciddidi,amma menim bele olmagimi istemir.Nece edim deyiwim, Cavab:
Salam
Açığı bu xarakterlə bağlı bir problemdi. Aradan qaldırmaq üçün öz psixoanalizinizi keçməyiniz faydalı olardı .Bu Sizə hansı səbəbdən kədərli olduğunuzu müəyyən etməyə imkan verəcək. Mərkəzlə əlaqə saxlayın, Sizə psixoloqla görüşməyə zaman təyin edərlər. əlaqə telefonu 012 480-36-29 yaxud da 055 257-27-00 Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Ayten2013-12-10 salam Elnur bey men niwanlimla dalawmiwdim bir mudet onunla mene lazimsiz bir insan kimi reftar eledim,hetta ona hara getsemde demiyecem dedim ve bu senlik deyil dedim,ne deyirdi mende yaxwi edirem ozum bilerem deyirdim.Sebeb ise o mene soz vermiwdi ve mene erdiyi sozu tutmadi oz dosdu ile getdi meni tek qoydu o hadisenden sonra men onun sevgisine wuphe ledim ve bele hereket eledim ne zeng etmirdim nede onunla mulayim daniwmirdim aciliyirdim her defe.Aradan 3gun kecdi niwanlim bize geldi ve biz demek olarki bir-birimizi vurduq hetta meni bogurdu bele duzu men de onu vururdum ancaq duwundumki bu hadiseden sonra ayrilmaliyam mumkun deyil.Bir saat kecdi menim veziyetim pislewid ve terpene bilmirdim ewidirdim ancaq hereket etmirdim mende olur bu hallar eseblewende,ve gozumu acdim ki niwanlim meni qucaqliyib ve oyanmagimi istiyir hetta unutdu her weyi bariwdiq,menede dediki menim sozum kecekek meni ewitmelisen.Hetta meni vuranda ozude agladikimen de bele deyliydim sende sende qudurmusan mende esebli olmuwam biz artiq 6ildi birlikdeyik 2ildide niwanliyiq.toyumuzda Mart ayinda olmalidir,Sizden cox xaiw edirem yazdiqlarimnan nese anladizsa mene meslehe verin men o insannan ayrilim cunki qorxuram bu hal tekrarlana,yoxsa onun dediklerini ewidim yaxwi olar?Sizce o insanin sevgisine inanim ya bu hadiseden sonra hec sevgi ola bilmez? Cavab:
Salam Aytən xanım
Çox doğru qeyd edirsiniz bunun təkrarlana biləcəyi ilə bağlı. Çalışın əl qaldırma halları olmasın. Və o hadisəni də bir-birinizə xatırlatmayın. Əgər münasibətləriniz normallaşıbsa ayrılmağa lüzum yoxdu.Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
xeyale2013-12-10 salam men nisanlimla cooox pis yola gedirem,uje her weyden bezmisem.ona nese basa salmaqdan yorulmusam,her weyi gozumden getirir,tehqir edir ama ne olur olsun ozunde gunah gormur,uje ayrilmag bele istiyirem. Cavab:
Salam Xəyalə xanım
Yaxşı olardı ki, ayrılmaq yox bir müddət ona soyuq davranmaqla cəza verin. O zaman hərəkət və davranışlarında düzəlişlər edəcək. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Gulya2013-12-10 Xatireleri silmek ucun unutmaq ucun onu unutmaq ucunn ne edim men? cox xaiw edirem suallimi cavablandirasiniz; ( men onu bawqasiyla xowbext gorende doze bilmirem ne edim men ne edim axi nece atim.bu hissi icimden her deqiqe aglima gelir 1 saniye bele yadimdan cixmir gulerken bele onunla yawadiqlarimiz duwur yadima oturub saaylarca aglamaq isteyirem Cavab:
Salam Gulya xanım
Onunla bağlı Sizdə nələr varsa tullayın. Bir müddət çətin olacaq. Ondan sonra indiki qədər narahatçılıq olmayacaq. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Efsane2013-12-10 Salam.bir oğlanla bir birimizi çox sevirik.Amma mən çox qısqancam.Onu çox bezdirirəm o mənə deməsə də bir dəfə o mənə yalan danişib.düzdür yalan danışanda böyük bir şey etmiyib toya getmişdi bu məni çox sasıtdı o hadisədən sonra biz 5 ay ayrıldıq.Amma bacarmadıq barışdıq.İndidə nə qədər edirəm yadımdan çıxmır.Şübhələrim məni öldürür.Ayrılada bilmirəm bağışlayada bilmirəm.Nə edim? Cavab:
Salam Əfsanı xanım
Bir hadisəni bütün hadisələrə ilə eyniləşdirməyin. O demək deyil ki, o hər zaman Sizə yalan deyir. Sadəcə diqqət edin o məqama ki, hansı səbəbdən Sizə yalan danışıb. Yəni niyə doğrunu demədi. Buna cavab tapsanız düşünürəm ona münasibətiniz də tənzimlənəcək. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Ayka2013-12-09 Elnur bey sizin fikrinizce tapilacaq?daha ne qeder gozlem. olcm.Belke men yazim ona.Mesleh.verin Cavab:
Salam Ayka xanım
Bir müddət yazmayın.
Nura2013-12-09 Elnur bey o seriala baxmamaq,menimcun heyatin sonu demek.yuxumda da Macidi gorurem.zehmet olmasa aciqlasaz-eynilewdirme ne anlam verir Cavab:
Salam Nura xanım
Bir müddət çalışın baxmayın, nə qədər çətin olsa da. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Samire2013-12-09 SALAM.Menim problemim baldizimla baglidi.uwaqlarin da yigib 2de bir gelir bize qalsin.her iwe qariwir.uwaqlari da cin balasidilar .rahatligimz pozulur qardawi da deyir bacimdi doz.elac eliyin mene Cavab:
Salam Samirə xanım.
Yoldaşınızı da anlamağa çalışın. Ona dəstək olmağa çalışın. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Gulnar2013-12-09 Salam Elnur bey men sizden meslehet almaq isterdim.Niwanliyam ve niwanlimla co dalawiram.Hetta mene agir sozlerde deyir,mende eseblewdim bunun hec bir zengini acmadim,mene hetta dediki sen kimsenki nebilim ne edirem yaxwi edirem,mende cavabinda buna dedimki sende mene ore hec kimsen,o dediqeden ona ne zeng etmedim nede mesaj yazmadim.Seher ozu zeng edib hetta telefonu acmadim deye de aciqlanmiwdi,sizce men duz edirem onu axtarmiram onunla maraqanmiram ve bu bunu evvl axir anliyar? Cavab:
Salam GÜlnar xanım
Düz edirsiniz. Bir müddət ona cavab verməməklə onu cəzalandırın. O zaman o hərəkət və davranışlarında düzəlişlər edəcək. Ən azından Sizi itirməkdən qorxacaq. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Agabey2013-12-09 Salam menim boyuk problemim var problem demezdim muhitden uzaqlasmaq deyerdim .Menim 17 yasim var bu gune kimi bolmelere verdiyim pul 26 manatdan coxdu varavskoy heyat ve sayre bu kimi islerdeyem demek olarki ayriliram istyrem.Gunum davaynan qannan kecir elebilki icden birsey deyirki get dava ele ancag dava kimese ilismek .6 il qaydasiz doyusle mesqul olmusam pis cixmasin .. cox soyugqanliyam mektebde dava etmediyim insan tapilmaz men nece ayila bilerem yanimda duran menden qorxur serbestliy deyilen sey yoxdu ozmu nece sakitlesdire bilerem\"? Cavab:
Salam Ağabəy.
Sizə psixoloqla görüşüb problemi həll etməyinizi tövsiyə edərdim. Mərkəzlə əlaqə saxlayın, Sizə psixoloqla görüşmək üçün zaman təyin edərlər. Əlaqə telefonu 012 480-36-29 yaxud da 055 257-27-00 Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
xxx2013-12-09 salam doktor,coox isteyerdim mene komek edesiz.biz yoldawimla tamam ayri ayri dunynin insanlariyiq,aramizda5yaw ferqi de var.12ildi bir yerdeyik,3uwagimizda var,aslinde hec neyin ustunde her defe meni tehqir edir.na ise desemde ki bele deyil beledi al qaldirir.bu adam ozunden bawqa hec kimin digru oldugunu qabul etmeyenlerdendir.ne iwlwmeye qoyur.ne serbestliyim var.her weyden meni ozunden asli efib,hec vaxt da bu weylere gore derd de cekmemiwem.ama neticede mani panik atak xastesi etdiler,man cox hessas adamam.cevremdeker meni hec bawa duwmur,meni psixoloqa da qoymaz.ozude bilirem ki asabi adamdi ustune getmirem hec vaxt.ama inaninki mana cox catindi.man oz heyatimi deyil onun heyatini yawayiram.bir nuansida deyim ki ona cox bagliyam,ne qader etsAmde onsuz da qala bilmirem .mana ele gelirki bu da manim an boyuk sehvimdi,cunki her ne edibse deyirem eybi yox susuram,icimde oz ozumle daniwmaqdan bezmiwem.oturub onunla daniwmaq ureyimdekileri demek yoxdu bizde.kiminsa mane komeyine cox ehtiyacim var,meni de psixoloqa qoymur,cox sag olun Cavab:
Salam xanım
Siz içinizdə olan fikirləei uyğun bir zamanda ona bildirin. Keçirdiyiniz stressi, narahatçılığı ona bildirin. Ola bilər ki, o situasiyada dediklərinizə reaksiya verməsin. Ancaq bir müddət sonra onları diqqətə alacaq. Çalışın fikirlərinizi ona bildirin. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
....2013-12-08 Salam.meslehet almaq isteyirem ne qeder duwunsemde alinmir qerar vere bilmirem...menim atam 11ildi yoxdu..indi gelib yani cezacekmesi bitib gelib meni gormek isteyir onun bawqa ovladlarida olub mennen qabaq sadece aile munaqiweisne gore ayriliblar.indi o ovladlarini gorub onlar ise onu qebul etmeyim qocalar evine atiblar meni gormek isteyir.ama men istemirem nie istemediyimi ise bilmirem...yalniz bilirem ki onda ovlada sevgi yoxdu eger onun ovladlari onu qebul etseydi o indi meni istemezdi axtarmazdi belkede.sizce men ne etmeliyem..? Cavab:
Salam
Siz yaxşı olardı ki, gedib atanızla görüşərdiniz. O zaman müəyyən edə bilərsiniz ki, o Sizi hansı səbəbdən görmək istəyir. Belədə günahkarlıq hissi, qeyri müəyyən vəziyyətdə qalmaq Sizə narahatçılıq yarada bilər. Ona görə də yaxşı olardı ki, gedib görüşəsiniz. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Kemale2013-12-08 Elnur bey salam.Yuxaridaki yazini oxudum.Sizin eziyetinize deyer vermeyenlere deymez cavab yazmaga. gergin iwinizden vaxt tapib, bizlere zaman ayirirsiz,teselli verirsiz.Allah sizi arzulariniza qovuwdursun.Allah balanizi qorusun. Cavab:
Minnətdaram Kəmalə xanım. Allah Cümləmizi qorusun. Amin!
Niqush2013-12-08 melumata gore twk. Cavab:
Anlayışınıza görə məndə təşəkkür edirəm. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Paxil2013-12-08 Salam, Elnur bey. Paxilliq hissim cox gucludu, onu nece aradan qaldira bilerem? Bu mumkundu? Cavab:
Salam
Özünüzü dəyərləndirin. O zaman pazıllıq hissiniz də arxada qalacaq.Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Ayka2013-12-08 Salam. Menim sevdiyim oglan var.aramizda mubahise oldu,o meni axtarmadi.Size de yazmishdim,dediz ki sen de zeng vurma,men de siz deyen kimi eledim,1 aydan sora zeng eledi,incimishdim danismadim onla,drs vermek istedim,o da kusdu.ay yarimdi itib.xaiw eliyirem meslehet verin,cooox darixiram.ne edim ,gozleyim? Cavab:
Salam Ayka xanım. Səbirli olun, yenidən tapılar. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Niqush2013-12-07 Verilen cavablari oxuyuram,cox gulmelidi.Psixoloq guyamish sehrbazdi-nedi.Hamiya eyni sozu deyirsiz.yata bilmirsen gel yanima,erin gezir yene gel,qaynanan pisdi gel,bashin xarabdi yixil ol,ole bilmirsen gel psixoloqa.Men 1 defe olmusham psixoloqda,men deyirem hemden heme,o deyir demden deme.uzr istiyirem Elnur bey,ama demeliydim. Cavab:
Salam Nuqish xanım.
Yaxşı edirsiniz, deyirsiniz yox yazırsınız. Sadəcə yazdıqlarınızda qərəz var. Bunu da diqqətinizə çatdırmaq istərdim. Mən heç bir yerdə gəl yanıma deməmişəm. Psixoloqa müraciət et yazmışam. Azərbaycan psixoloq tək mən deyiləm. Bunu da biləsiniz. Psixoloqa sual bölməsi məlumat verici xarakter daşıyır. Sizdə də gözəl bilirsiniz ki, buradan birbaşa konsultasiya etmək qeyri-mümkündü. Bir qədər də diaqnostik xarakter daşıyır. Hər gün demək olar ki, bir saatdan yuxarı zaman sərf edirəm psixoloqa sualları cavablamaq üçün. Nəzərə alın ki, tək burada yox, eyni zamanda www.pcc.az, www.tibb.az, www.ailem.az saytlarında da sualları cavablandırıram. Bunu sevərək edirəm. Düşünürəm kiməsə faydası olacaq. Bəzən həyatda elə situasiyalar olur ki, bir söz belə insan həyatını dəyişməyə kifayət edir. Allaha əmanət olun. Hörmətlə, Elnur Rüstəmov
|