Sual Cavab

aysel
2013-12-07
salam necesiz..men balaca qardasimla hec cur yola gede bilmirem..9cu sinifde oxuyur,,,ona nese oyretmeye neyise basa salmaq mumkun deyil cox agressivdi..sakit onunla danismaq istesem bele qacir..cavab qaytarir derslerini zorla eletdirirem..artig ohdesinden gelmey mumkun deyil ,,hamiya qarsi eledi,,ne etmeliyik men ve valideynlerim??
Cavab: Salam Aysel xanım Yeniyetmə psixologiyasından qaynaqlanır. Çox zaman onlarda aqressiya ailəyə yönəlir. Yaxşı olardı ki, psixoloqla görüşdürün onu. Bu daha faydalı olacaq. Mərkəzlə əlaqə saxlayın, Sizə psixoloqla görüşmək üçün zaman təyin edərlər. Əlaqə telefonu 012 480-36-29 yaxud da 055 257-27-00 Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Nigar
2013-12-07
saLam .... men 2 ildir sevgiliyem.. duzu oa meni sevir,mend eonu.amma o 2 isde isleyir mewqe gedir yeni kisa konkret avar oglan deyil is ev. mene vaxti cox olmur men onu basa duse bilmirem men ne edim coooox qisqancam.
Cavab: Salam Nigar xanım Anlayış göstərin. Düşünürəm Sizin yəni qorulacaq ailənin xoşbəxtliyi üçün çalışır. Sizdə ona mənəvi dəstək olmağa çalışın. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
gunel
2013-12-07
salam 1 sual vermek isdiyirem.menim heyat yoldawim mene xeyanet edir.bizim soz sohbet uzundu.duzdu mene meni sevdiyini deyir.ve hereketlerindede subut eliyir sevdiyini.amaki xeyanetinnende el cekmir.indi bilmirem ne edimki mene elediyi bu herekete gore utansin?nece eliyim?
Cavab: Salam Günel xanım Bir müddət onunla soyuq davranın. Bəlkə etdiklərinin fərqinə vardı. Çox zaman insan fərqində olmadıqda hərəkətlərində dəyişiklik edə bilmir. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Anonim
2013-12-07
Salam.cox boyuk sarsintilar yasamisam bunun tesirinden cixa bilmirem.her deqiqe aldadildigimi yeni yalanlarla uzleseceyimi dusunurem.ozume qapanmisam etrafimda hec ne mende maraq oyatmir.eyni seyi dusunub dururam.sevdiyim insana guveni itirmisem.ne qeder de meni sevdiyini soylese de inamim qalmayib.heyatimdan silib yeni bir sehife acmaq istesem de bacarmiram.her atdigim adimda menden ne qeder uzaq yad oldugunu gorururem bununla bele ayrila bilmirem.sanki heyatim ondan asilidi.bu da meni eseblesdirir.veziyyetden hec cur cixis yolu tapa bilmirem.xahis edirem meslehet verin
Cavab: Salam Anonim. Belə hallar daha çox psixoloji narahatlıq kimi dəyərləndirilir. Emosional yorğunluq da ola bilər. Siz yaxşı olardı ki, bununla bağlı psixoloqla əyani görüşüb problemi həll edərdiniz. Yəni hədəflər qoyub ona doğru getsəniz həyatınız da mənalı olacaq.Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
nermin
2013-12-07
salam doktor!komeyinize cox ehtiyacim var.yoldasimla 4 ildki evliyik ilk 3ilde yaxsiydiq duzdu hemise dalasardiq ama hemisede tez barisardiq cunki kusulu qala bilmezdi menden ama indi 10 gun danismadim onunla onun hec vecinede olmadi(( yoldasim cox az danisan sual versen cavabblayan biridi cemiyet icinde qonaq getdiyimizde danismaz hemise ozun cemiyetden kenar aparandi ama son 1 ilde o umumiyetle deyisib biz yeni eve kocduk deye maddi cehetden sixintiya dusdukoda axsamlari taksiliye basladi evvel 3de 4de eve gelerdi ama sonra umumiyetle gelmedi axsamlari seher nahara gelir yeyir sonra yene ise gedir yeni hec menle maraqlandigida yoxdu onunla demek olarki hergun davadayiq deyir sebr et veziyet duzelsin sonra gelecem evde senin yaninda olacam ama o tekce gelmemeyiyle deyil umumiyetle menle hec 1 saatda qalmir evde hec ele bil darixmir sevmir uzr isteyirem cinsi elaqede bele olmaga isteyi yoxdur men her gece aglayiram tek basina ama ona buda tesir etmir lutfen mene yol gosterinki men nece edimki onu deyisdirib evvelki kimi edim onuda deyimki men baximliyam hardasa formadayam yeni ozume baxanam ama bu hecneyi deyismir mene basqa yol gosterin cox cetindi mene
Cavab: Salam Nermin xanım Kişilər adətən stress situasiyada problemi həll etməyə köklənirlər. Ona görə də kənar şeylərə daha az diqqət göstərirlər. Çalışın bunu özünüzə götürməyin. Ona bir qədər zaman tanıyın. Əgər dəyişməsə o zaman rahat bir vaxt problemi onun diqqətinə çatdırın. Soyuqluğun yarada iləcəyi fəsadları onun diqqətinə çatdırın. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
anonim
2013-12-07
tez tez strestde oluram.ve cox tenbelem.sevgi saridan da hec bexdim getirmir.mene bele gelir ki men ancaq iwlemek karyera qurmaq ucun yaranmiwam((((neyleyim men?
Cavab: Salam Anonim. Bir qədər dincəlin. Və çalışın işə çox köklənməyəsiniz. Əgər karyerada uğurlu insansınızsa o zaman ailədə də uğurlu ola bilərsiniz. Sadəcə buna inanmağınız gərəkir. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Nura
2013-12-07
Salam.Mende bele bir xestelik yaranib.Fox tv-de sertiala baxiram.Macid rolunda birine vurulmusham.onun sevdiyi qizdan da zehlem gedir.O serialda opushende men heyecanlaniram.Onu cox sevirem.Ushaqlari tez yatirdib otururam tv qarshisinda.gozumde ondan bashqa hec kim yoxdu.deli oluram onuncun.\'Fatih harbiye\'
Cavab: Salam Nura xanım.Çalışın bir müddət o seriala baxmayın. Sadəcə eyniləşdirmə aparıbsınız və düşüncəniz də o istiqamətə yönəlib. Ona görə də bir müddət baxmasınız diqqətiniz ailəyə yönələcək. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Mila
2013-12-07
SALAM Elnur bey.Men erimin hereketlerine onsuz da goz yumuram.Amma ozumu alcalmish hiss edirem.hetta bezen o qizlarin yerinde olmaq istiyirem.ne edim?
Cavab: Salam Mila xanım Söhbət ailədən gedir. Ona görə də bəzən güzəştə getmək lazım gəlir. Bunu təhqir kimi qəbul etməyin və özünüzü də dediyiniz insanlarla nüqayisə etməyin. Onların da isti yuvaya ehtiyacı var. nlarda istəyərdilər ki, zamanında ailələrini qruyub saxlasınlar. Ona görə də diqqətli olun. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
anonim
2013-12-07
salam usagin indi 3,5 yasi var,birde evin tek usagidi
Cavab: Salam Anonim Allah saxlasın balanızı. Siz yaxşı olardı ki, sualı www.narinc.az saytında mütəxəssislərə ünvanlayasınız. O Sayt sırf uşaq saytıdır.
MILA
2013-12-06
SIZE BIR SUALIM VAR.Erim mene her zaman sevdiyini soyleyir,ozu de haminin yaninda.bashqa qadinlarla da gorushur,hami da bilir.arxamca da mene gulurler ki, eri bunu gic yerine qoyub.Indi men bele bir alcaga,ne deyim,neyleyim?meslehet verin,Elnur bey.
Cavab: Salam Mila xanım Bu həyat yoldaşınızın xarakteri ilə bağlı bir problemdi. Kənardan gülə bilərlər, ancaq düşünmürəm o özü Sizə gülsün. Sadəcə o hərəkətlərindən əl çəkə bilmir. Bunun üçün zaman lazımdı. Çalışın münasibətləri korlamayın. Yoldaşınızla bununla bağlı danışın, keçirdiyiniz hissləri onun diqqətinə çatdırın. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
anonim
2013-12-06
salam.men size usaq psixologiyasi ile sual unvanlamaq isterdim.bir aile qaynanali evde yasayirdi ve usaq dogulandan nenesine cox oyresib indi onlar ayrica eve kocubler ve usaq yeni evde nenesinden otru cox darixir, siz onun anasina ailesine bu darixmani aradan goturmek ucun ne etmeleri haqqinda meslehet veresiz, yeni nenesigilin evine tez-tez getmelidirler ya gec gec usagin yeni evine oyresmesine gore ,ana usaqla evde nece reftar etmelidirki usaq darixmasinv epsixologiyasina pis tesir etmesin..ALLAH razi olsun
Cavab: Salam Anonim Uşaqğın neçə yaşı var. Bilmək olarmı? Birdə evdə neçə uşaq var?
salam
2013-12-06
Narahat etdimse bagislayin sualim var bizim 1 qohum qiz var size mene qarsi olan hereketlerinden deyim mene ele gelir o meni sevir amma deye bilmir bunu daha deqiq siz anlaya bilersiz men esgerlikde olanda 19 yasim var idi qizin 12i mene mektublar yazir halehval tuturdu ve yazdigi kagizlarin kenarinda urek sekilleri cekirdi men ehemiyet vermirdim zaman kecdi indi menim 26 yasim onun 19 yasi var o bize emim gilden qohum catir emim gile gelir menle rastlasanda hal ehval tutur men salam verib kecirem ele dayanib hara gedirsen telesirsen? deyir ele danismaq istiyir danisa danisa saclarini duzeldir meni gorende ele bil esme tutur onu ozunu itirir kecen defe emim gile kecirdim o cay icirdi meni goren kimi cayi dagitdi... ne bilim,? yaxsi qizdi men ishlemeye bagli oldugumdan menim ucun sevgi 2ci derecededir sadece bilmek isteyirem ki eger meni sevirse men yaxinlasim?? sorusum? sadece evim yoxdur hele ozul atmisam deyim ki gozle meni? evi tikim nece edim? bilmirem belke mene gore uzulurse yaxinlasim ona bu uzuntusune son qoyum komeyinize ehtiyacim var onceden tesekkur
Cavab: Salam Qeyd etdiyiniz məqam qarşı tərəfin Sizə qarşı biganə olmadığının göstəricisi kimi qəbul edilə bilər. Siz yaxşı olardı ki, ona yaxınlaşıb münasibətə aydınlıq gətirəsiniz. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Gizli
2013-12-06
Salam hekim men artq bilmirem neyleyim cox malicelerde almisam amma nese komeyni gormemisem men ozu ozume dansram beynim dozmur tab getire bilmirem herden ele anlar olurki ozumu tanya bilmirem ....Sizin qebulunuza dusmek isterdim nece duse bilerem hemde mumkunse 1 seyansn qiymeti ne qederdi cunku belidiki madi druma gore..
Cavab: Salam Gizli Məkəzlə əlaqə saxlayın, Sizə ətraflı məlumat verəcəklər. Əlaqə telefonu 012 480-36-29 yaxud da 055 257-27-00 Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Ali Nerimanov
2013-12-05
salam Elnur bey xahiş edirem ki mene komek edesiz men nese sosial cemiyete yaxşi qarisa bilmirem ele bil heyatdan bezmişem axir vaxtlarda nese ozumde irelleyiş hiss eledim calişdim heyata ayri bir gozlə baxdim ve bu illerde menim qarşima bir qiz cixdi onu cox sevdim sonradan bezi insanlarin tesirinden qizla aramiz bir az pozuldu indi biz bir-birimizden araliyiq ancaq bir birimizi helede sevirik men nece edim ki butun bu problemler oz hellini tapsin???
Cavab: Salam Ali müəllim Çalışın iradə ortaya qoyun. Əgər bunu bacara bilsəniz problemi həll etmiş olarsınız. Bu bir psixoloji baryerdi. İmkan verməyin ki, əvvəlki vəziyyətə qayıdasınız. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Nigar
2013-12-05
Salam Elnur bey size sualim yuxularla baglidi.Deye bilersiz ki men yuxu yozan deyilem.Men tez-tez yuxuda Ziyaretgah(Diri baba,Seyx Eyyub ziy.),Mehemmed peygemberin qebri ve.s.Hemiwede bele yuxular gorende arzu deyirem.Xahiw edirem sualimi cavablandirasiz..
Cavab: Salam Nigar xanım Bu bəli arzularla bağlı ola bilər. Şüuraltı Sizi narahat edir. çalışın bu haqda fikirlərinizi yaxın adamlarla paylaşın, beləliklə yuxularınız da normallaşacaq. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Salam
2013-12-05
Salam menim ozumu son zamanlar cox tenha hiss edirem hetda ele bir hedde catmiwam ki,ozumu oldurmek isteyirem
Cavab: Salam Yaxşı olardı ki, intihar yox psixoloji müayinə olunasınız. Bu Sizə problemin nədən ibarət olduğunu və aradan qaldırmaq üçün nələri etmək lazım olduğunu müəyyənləşdirməyə imkan verəcək. Mərkəzlə əlaqə saxlayın, Sizə müayinə üçün zaman təyin edərlər. Əlaqə telefonu 012 480-36-29 yaxud da 055 257-27-00 Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
aysel
2013-12-04
salam men yaddasimla bagli cox problem yasayiram,,ikinci cumleni deyende artig birincini unutmus oluram,,ayin tarixini heftenin gunlerini xatirlamaq ucun kalendardan istifade edirem son gunlerde,,dunen ne etdiklerimi xatirlamag ucun uzun uzun dusunmeli oluram, bunun sebebi ve mualicesi nece ola biler? evvelceden tesekkurler
Cavab: Salam Ayesel xanım Səbəb müxtəlif ola bilər. Müəyyənləşdirmək üçün ilkin müayinə vacibdi. Mərkəzlə əlaqə saxlayın, müayinə üçün zaman təyin edərlər. Əlaqə telefonu 012 480-36-29 yaxud da 055 257-27-00 Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Leyla
2013-12-03
Salam xahiww edirem sualimi cavablandirasiniz menim beynim cox qariwiqdi en yaxin dostumun sevgilisini sevirdim tesufler olsun .. mende onun en yaxin dostunun sevgilisi idim( ama sen deme oda meni sevirmiw belece gunlerimiz kecdi 1ay.. sonra ayrilaq dedi seni cox sevirem ama sen dostuna xeyaney ede bilmezsen ve mende bunu en yaxin dostuma ede bilmerem dedi som defe goruwduk ve ayrildiq .. usdunden 2 gun kecmedi padruqama yazirki seni heqiqeten cox sevirem and icirde... ama men istiyirem ki o meni sevsin onun ucun cox darixmiwam ama ona deye bilmirem sizce men ne edim?? ((
Cavab: Salam Leyla xanım Çalışın uzaqlaşın o insandan. O özü nə istəyir hələ bilmir. Bu səbəbdən də gələcək münasibətlərinizdə də ciddi problemlər yaşana bilər. Uzaqlaşın. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Leyla
2013-12-03
Salam Elnur bey...men xalamoglunu cox sevirem oda meni sevir ama evlenmek ucun imkani yoxdu meni ozunen uzaqlasdirir cox pis davranir mennen amma sebeb sadece maddi cetinlikdir..men bilmirem onnan nece reftar edim o qeder qirici olurki sanki mene nifret edir...
Cavab: Salam Leyla xanım Bir müddət uzaq dayanın özü Sizə yaxınlaşmağa cəhd edəcək. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Leyla
2013-12-02
salam Elnur bey.6 aydir nisanliyam ama nisanlima hele de oyrese bilmirem.O meni dunyalar qeder sevir ama men onu seve bilmirem.Onu sadece cox isteyirem ama nisanlimi sevmek o meni seven kimi semek isteyirem.Men insanlara cox gec oyresen biriyem.Nisanlimla danismayanda ondan otru darixiram ama goruse gedende ele bil mene nese olur mene ele gelir ondan otru darixan men deyilem.O elimden tutanda hec ne hiss etmirem buna gore ozume cox eseblesirem men niye beleyem..bu suali ozume cox verirem cvb tapa bilmirem.Onu da qeyd edim ki onun mene qarsi munasibeti cox yaxsidir ama men onu qiymetlendire bilmrem.Xahis edirem mene meslehet verin.
Cavab: Salam Leyla xanım Bir müddət özünüzü məcbur edin, onunla bərabər zaman keçirin. Onun yaxşı cəhətləri Sizin münasibətlərinizin tez zamanda yaxşılaşmasına təsir göstərəcək. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Nurlana
2013-12-02
salam...men bilmirem mene ne olub hec bir yerim agrimir sadece olaraq halsiz oluram ureyimden aglamaq kecir agliyiram soruwurlar niye agliyirsan cavab vere bilmeirem cunki bilmirem niye agladigimi..xahw bir meslehet vererdiniz...Indiden tewekkurler
Cavab: Salam Nurlana xanım Bu depressiyadan ola bilər. Saytda depressiya testindən keçib bunu müəyyən edə bilərsiniz. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
gunes
2013-12-02
salam Elnur bey.men sizden komek isdiyirem xais edirem mene biraz komek edesiniz.men 3ildirki aileliyem usagimiz yoxdur amma meni bundan cox yoldasimin xasiyyeti narahat edir.men onu aniyanda o ele bir insan deyildi amma ge gede gruremki kobud soyus soyen ne bilim nece deyim bilmirem tek mene qarsi yox isder anasina isder atasina qardasina hamiya qarsi asanliqla kobudlasa bilen bir insan olur belkede ele imis sadece men bilmirmisem amma ariq yoruluram onu nece idare edim bilmirem.menim valideyinlerim hemise ona qarsi mehriban olublar aamda hemise onu oglu kimi gorubler amma o birsey olmamis kobud dnisir bir sozle ona qarsi olunanlari tez iirir biraz duz soz deyende onu qebulemr eksine bilirki sehvdi amma yenede ozunu sindirmaq isdemir.birden olur yaxsi birdende ele bilki basi xarab olur deyisir olur deli bir soznen bu adm duz soz esimeye dozmur mende yorulurm hemise onun elediyi sehvleri duz kimi qebul ede bilmeremki men nece edim ki bu insan duzelsin coldeki nsanlar onun mulayim xos oldugunu dusunur amma bir defe kobudlugunu gorende ozleride mene haqq verir.mene komek edin xais edirem
Cavab: Salam Günəş xanım Ola bilər ki, övladın olmamağı ona pis təsir edir. Bu səbəbdən də aqressiv olur. Belə olarsa dəstək olmağa çalışın. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Salam.size sualim beledir.daha evvelde yazdim ama cavabi tesufki gelmedi.Meni bir oglan heqiqeten sevir onu sevgisine adim kimi eminem.men onunla daniwiram goruwurem iwler ciddiliye dogru gedir.ama menim ona qarwi hec bir hissim yoxdu belkede var azda olsa
2013-12-02
Salam.size sualim beledir.daha evvelde yazdim ama cavabi tesufki gelmedi.Meni bir oglan heqiqeten sevir onu sevgisine adim kimi eminem.men onunla daniwiram goruwurem iwler ciddiliye dogru gedir.ama menim ona qarwi hec bir hissim yoxdu belkede var azda olsa 2013-12-02
Cavab: Salam Açığı ona qarşı hislərinizin olub - olmamasını Sizdən səhih başqa kimsə bilə bilməz. Çalışın qarşı tərəfin xarakterində müsbət tərəfləri qabardın. Bu Sizdə ona qarşı müsbət hislərin yaranmasına səbəb olacaq. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Aygun
2013-12-02
cox sagolun Elnur bey sualimi cavablandirdiz,niwanlimla hele tam bariwmamiwiq ancaq kusulu olsaqda hec vaxt mene gul almazdi bu dfe gul aldi geldi,duzdu mene vermedi divana qoydu mende goturdum,telefonumu sindir deyirdi hecne etmedi.Iwe getmek adiyla evden cixmiwdi iwe getmemiwdi bze geldi daniwmadan demek olarki 9saat oturdu,sadece gedende qucaqladai getti.Ancaq yenede klip meselesine yenede qalib hele bilinmir,bilmirem nece razi salim onu,daniwmagi sevmir.Cox xaiw edirem cavablandirardiz
Cavab: Salam Aygün xanım Bu məsələni çalışın hələ ki qabartmayın. Artıq münasibətləriniz qaydaya düşüb. Çalışın bunu davam etdirin. Münasibətləriniz yaxşı olduqca qeyd etdiyiniz məsələ də həll olacaq. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
xedice
2013-12-02
salam elnur bey.size oz tesekurumu bildirirem deyerli meslehetleriniz ucun.yoldasimla barisdim mene deyirki qizdan ayrilmisam.meni inandirmagi bacardi.hercendi inanmirdim ancaqki meni inandirdi soz verdiki birdaha sene xeyanet etmeyecem.men onla nece davranim ki,o mene xeyanet etmesin? coox sagolun ailemin dagilmamasi ucun mene deyerli meslehetlerinizi verdiz.
Cavab: Çox sevindim Xədicə xanım. Təbrik edirəm. Sanki yenidən ailə qorubsunuz kimi davranın. Onun səhvlərini yadına salmayın. Allaha əmanət olun
Zara
2013-12-01
Salam.men sizden meslehet almaq isteyirem.Heyatimda mueyyen cetinliklere gore psixi terapiya gordum.bir muddet duzeldim ancaq yeniden eyni hal aldi duzelenden sonra ise sevdiyim oqlanla meni onun dostu qiz tanis etmisdi.Sonra qisqancliq krizine girdim o qiza gore sebeblerim de var idi cox dalasdiq o meni sevir eminem ama dostu mene bele deyir onun yaninda basqa cur danisir.Indi nece muddetdi danismiriq bununla yanasi ailevi problemlerim de var.Aldiqim psixi terapiya mene tesir etmir cox icine qapaniq biriyem eseblerim ise sovsem pozulub.men kime muraciet edim. nece edim ki bu vezyetden cixim basqa birsey dusune bilmirem ancaq eseb kecirdirem eyni seyi dusunub.hara muraciet edim komek almaq ucun.
Cavab: Salam Yenidən psixoloji konsultasiya alamağınızı tövsiyə edərdim. Düşünürəm paralel dərman müdaxiləsi də aparılsa faydalı olardı. Mərkəzlə əlaqə saxlayın, Sizə psixoloqla görüşmək üçün zaman təyin edərlər. Əlaqə telefonu 012 480-36-29 yaxud da 055 257-27-00 Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Adınız 
Sualınız 
1234567891011121314151617181920
2122232425262728293031323334353637383940
4142434445464748495051525354555657585960
6162636465666768697071727374757677787980
81828384858687888990919293949596979899100
101102103104105106107108109110111112113114115116117118119120
121122123124125126127128129130131132133134135136137138139140
141142143144145146147148149150151152153154155156157158159160
161162163164165166167168169170171172173174175176177178179180
181182183184185186187188189190191192193194195196197198199200
201202203204205206207208209210211212213214215216217218219220
221222223224225226227228229230231232233234235236237238239240
241242243244245246247248249250251252253254255256257258259260
261262263264265266267268269270271272273274275276277278279280
281282283284285286287288289290291292293294295296297298299300
301302303304305306307308309310311312313314315316317318319320
321322323324325326327328329330331332333334335336337338339340
341342343344345346347348349350351352353354355356357358359360
361362363364365366367368369370371372373374375376377378379380
381382383384385386387388389390391392393394395396397398399400
401402403404405406407408409410411412413414415416417418419420
421422423424425426427428429430431432433434435436437438439440
441442443444445446447448449450451452453454455456457458459460
461462463464465466467468469470471472473

LOGİN

 Email
 Parol
Qeydiyyat