Sual Cavab

nuray mehdili
2013-11-06
salam.men 3 ildirki aileliyem.yoldsim cox qisqanc adamdi.buna gore de defelerle evimizde soz sohbet olub amma onu da deyimki mende qisqanc adamam.bir nece muddetdirki yoldasimin kimlese danisdigindan subhelendim ve onu gudurdum duzunu deyim suhbelerimde ele de ynilmirdim otaqda girirdim elefon qulaginda meni goren kimi cekirdi qulaginda ve ya ne bilim gizli zengler gelirdi menim yanimda acmidi amma colde cvab verirdi.axirinci defe ona gizli nomreden zeng geldi daliycan bir nomreden zeng geldi nece gizli nomre adboy verdise o nomrede ele adboy verdi yoldasima apardim dediki bir kisi adi dedi ki onun nomresidi amma hiss etdimki ozunu itirdi.bu nomreni goturdum yigdim bir qiz cavab verdi yoldasima bildirmedimki nomreni goturmusem amma yalannan dedimki zeng gelende acdim bir qiz idi bu menne dalasdi.mende o cixib gedenden sora o qiza zeng eledim az cox men ozumde insan psixalogiyasindan basim cixir qizdan adini sorusdum o deqiqe dedi ne bilim qiz dedi men bu nomreni sehven yigmisam amma men onu nece defe bagli nomreden yigdim acdi amma bilirikki normada sehv dusduyunu dusunen insan bir nece defe zeng gelse acmaz amma o acirdi men sesimi cixartmasamda men adboy vermyence qulaq asirdi.dedim siz kimsiz neyse yoldasim mene zeng elediki sen ona niye zeng elemisen bele ele mende dedimki bes sen deyirdin bu kisi nomresidi.cox uztmiyim indi yoldasim cixib gedib mennen dalasdi bosanmaq isdeyir.amma bu bizim evimizde birinci dava deyir o hemise bir sey olmamis esir cosur mene agzina geleni deyir mende nese deyende deyir xosun gelmir get atavin evine sizden sualim sizce bu normal bir insanin reaksiyasidirmi.herseyden oteri bosanmaq isdemesi menim agzimi acmaga qoymur dalasirki men soz demiyim.mene meslehet verin xais edirem
Cavab: Salam Nuray xanım. Əlbəttə ki, qeyd etdiyiniz hal normal deyil. Yoldaşınızla söhbət edin. Bu halın ailənizin dağılmasına səbəb olacağını ona bildirin. Eyni zamanda heç bir xanımın gələcəkdə onun bu hərəkətinə anlayış göstərməyəcəyini də qeyd edin. Düşünürəm söhbətiniz normal məcrada getsə qarşı tərəf etdiklərindən vaz keçəcək. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Ülviyyə Əhmədova
2013-11-05
Salam.Çox ciddi problemim var.Həyat yoldaşım beş ildən artıqdır ki,futbolla bağlı mərc oyunlarına,topaza çox böyük məbləğdə pullar qoyur və daim də uduzur.Çox yaxşı maaşı olmasına baxmayaraq,borclarının ucbatınnan çox çətinliklə dolanırıq.Yəni həkimə belə getmək imkanımız yoxdur.Çox xahiş edirəm,mənə kömək edin.Məsləhət verin ki,onu bu işdən necə uzaqlaşdıra bilərəm?Əvvəlcədən təşəkkür edirəm.
Cavab: Salam Ülviyyə xanım Yoldaşınızla danışın ona psixoloq və psixiatr müayinəsi lazımdı. Problem Oyunmaniyası adlanır. Asılılıq yaradır. Buda bir problemlərə yol açır. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
gulnaz
2013-11-05
salam hekim sizin deyerli vaxtinizi aldigim ucun uzr istiyirrem men sevmediyim bir insanla 8 ay bundan evvel qacdim ere gedenden sonra awiq oldum gunler kecdikce daha da cox sevdim amma o mene 1 kelme bele seni sevirem demedi bugun ise dedi ki sevmedigim biriyle yawaya bilmerem dedi bowanaq ayrilaq dedi men depresiyaya duwdum pis haldayam xaiw edirem komek edin nolar
Cavab: Salam GÜlnaz xanım Evliliyin ilkin mərhələsində bu kimi hallar olur. Çalışın onunla söhbət edin. Ayrılmağa tələsməyin. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Sema
2013-11-05
salam men sosial sebeklerden birnde bir oglanla tanis olmusam her seyimi ona dansdm cunki depresiv vezyetdeydm cox sxlrdm yaxnlarmla danismaq istemrdm her dfe onunla derdlesrdm sonra bir birmize yaxin olduq hedden artg birbirimizi sevdk onu gormemisem evvel inanmrdm o meni sever ciddi olar ancag mene ailesnin sekillerne qdr gonderb inanrm ciddidi ama menimle gorusmek istemr cunki dusunur ki menim adima soz cixar gelmir deyirki birden gelecekde ayrildig ya men xaice gedesi oldum ya meni basqa qizla evlendrse ailem senin adina soz cixar sen meni sevme deyir mene qoy men tekce seni sevim eyirki 1 ile inistuta gir sonra gorusek bilmirem ne edim menmle ola ola ayrlig dusunur diye deli oluram cox qisqancam o da qisqancdi ama men onnan ayrilsam bilirem her sey cox pis olacag yeniden depresiyaya dusecem hec neyi isdemrem artg men hec neye maragim yoxdu tekce bir az qaygi bir az sevgi isdiyrem xais eliyirem komek eliyin ne ede bilerem???
Cavab: Salam Səma xanım Münasibətdə bir müddət məsafə saxlayın. Bu qarşı tərəfin Sizə olan hislərini müəyyən etməyə imkan verəcək. Diqqətinizə özünü inkişaf etdirməyə yönləndirin. O zaman yenidən depressiyaya düşmək ehtimalı da az olacaq. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Leyla Dadasova
2013-11-05
Salam hekim, men usaq vaxti bronxial astma xestesi olmusam lakin sonralar bu xestelik menden cekilib gedim. Indi 24 yasim var hardasa bir ay olarki qeribe xesteliye tutulmusam sanki oksigenim catmir her deqiqe nelerse yadima dusur men boguluram hiss edirem bu astmatik bogulma deyil sanki nefes alma qaydami itirmisem. Bu hal mende 1 aydi ki her gun davam edir heyecanda olur, ozumu normal insanlar kimi hiss edirem birden gelir yadima dusur hemen deqiqede boguluramcox qorxuram buna gore, bilmirem bu verdisdir ya heqiqeten xestelikdir
Cavab: Salam Leyla xanım Problem psixolojidi. Psixoloqla əyani görüşüb problemi aradan qaldıra bilərsiniz. Mərkəzlə əlaqə saxlayın, Sizə psixoloqla görüşmək üçün zaman təyin edərlər. Əlaqə telefonu 012 480-36-29 yaxud da 055 257-27-00 Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
fatime 1
2013-11-05
salam men bura sual yazmaq istiyirem amma alinmir nece ede bilerem yaza bilim
Cavab: Salam Fatimə xanım. Qeydiyyatdan keçib sualınızı ünvanlaya bilərsiniz. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Leyla
2013-11-04
Salam hekim men uşaq vaxtı astma xesteliyinden eziyyet cekmişem, lakin bu xestelik menden sanki cekilib gedib. indi 24 yasim var ama bu xestelik qorxusu yaranib mende yadima tez tez saliram ondada boguluram tengenefes oluram sanki verdis etmisem. cox eziyyet verir men ne edim?
Cavab: Salam Leyla xanım. Allah şəfa versin. Qeyd etdiyiniz hal psixoloji problemdi. Sizə psixoloqla görüşüb problemi həll etməyi tövsiyə edərdim. Mərkəzlə əlaqə saxlayın, Sizə psixoloqla görüşmək üçün zaman təyin edərlər. Əlaqə telefonu 012 480-36-29 yaxud da 055 257-27-00 Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
komek edin
2013-11-04
salam hekim,tecili sizin meslehitine ehtiyacim var yoxsa deli olacam. 27 yasim var,bu yasda heyatimdan bezmisem,2 ildi aileliyem.ovladim olmur,qaynanamin xasiyyeti pisdi,esebden usagim da olmur.yoldasim da qorxur anasindan dinmir cox vaxt.heyatdan kusdururler,nolar komek edin,esebden bedenim esir,ureyimde agrilar var.
Cavab: Salam Çalışın qaynana ilə münasibəti yaxşılaşdırın. Onun müsbət tərəflərini qabardın. Şübhəsiz ki, olmamış olmaz. Çünki, münasibətlərin qeyd etdiyiniz formada davam etməsi, ailənin gələcəkdə dağılmasına səbəb ola bilər. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
lara
2013-11-03
salam doktor men de sizinle bir problemi bolusmek isterdim evvel bura yazmisdim deyesen qebul olunmayib men bir oglani sevirem oda menim sevir amma bu isin alinmagi bir az cetin meseledi hem de menim emim qizi maraq ucun fala baxib ve mene de baxdirib ve oyrenib ki biz evlenmeyeceyik ve o sozden sora ozume gele bilmemisem butun umudlerim qirilib heyata maraqim azalib dostlarim deyir ki eger falda ele cixibsa ayril bu isi uzatma amma men bilmirem ne edim cox cetin veziyyetde qalmisam ne olar mene komek edin bir meslehet verin evvelceden tesekur cavabinizi gozleyirem
Cavab: Salam Lara Sualınız artıq cavablandırılıb. Uğurlar
aygun
2013-11-03
salam.men son zamanlar hec kimle yola getmiem,hami ile davalasir,etrafimdakilari acilayiram.sanki her sey maene qiciq gelir.erafimda hec dostum qalmayib.men ne edim mene yardim edin
Cavab: Salam Aygün xanım Sizə psixoloqla əyani görüşüb probleminizi həll etməyi tövsiyə edərdim. ÇÜnki, diqqət yetirmək lazım olan çoxlu məqamlar var. Mərkəzlə əlaqə saxlayın, Sizə psixoloqla görüşmək üçün zaman təyin edərlər. Əlaqə telefonu 012 480-36-29 yaxud da 055 257-27-00 Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Gunel
2013-11-02
salam hekim.Sizden bele komek isteyirem,men ele duwunurem ki niwanlimin mene qarwi maraqi azalib.Ele olur cox gozel olur her wey esasende goruwende,ele de olurki hec butun gun zeng etmir mene,buda meni incidir.Nece edimki mende onunla maraqlanmiyim hiss etsinki men uzaqlawiram onun bu hereketinnen?Mende ona qarwi diqqetsiz olsam hiss etse yaginki duzeler,duz duwunurem?Cox xaiw mene bir cvb yazardiz
Cavab: Salam Günel xanım. Doğru düşünürsünüz. Sadəcə bir məqamı da nəzərə alın, sevgi zaman keçdikcə qoyumur, şəklini dəyişir. Qarşı tərəf gələcəkdə ailəni saxlamaq üçün daha çox çalışmalıdı. Bu da əvvəlki kimi zaman ayırmağı mümkünsüz edir. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
ayka
2013-11-02
salam hekim menim size bir sualim var imtahan qabagi ne etmeliyem?
Cavab: Salam Ayka. İmtahandan öncə dincəlmək, doğmalarla zaman keçirmək, valideynlərin xeyir-duasını almaq, açıq havada zaman keçirmək faydalı olardı. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Fidan
2013-11-01
Elnur muellim salam menim yoldawimla problemim var inanin uje psix olmuwam bu meselede yoldawim bir qadinla beraberdi pis cixmasin qiziwib meni getirib atib anamgile deyir uwag xestedi anan uwaga yaxwi baxir qoy sagaltsin deyirem bes hacan gelib apaparirsan bizi evimize deyir qalmisan daa anangilde doktor bele aile saxlamag olar?men uje bilmirem ne edim meni isteyib alib mecbur evlenmeyib
Cavab: Salam Fidan xanım Evə getməyiniz məqsədəuyğundu. Onu gözləmədən bu addımı atın. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
lara
2013-11-01
salam men sizinle bir problemi bolusmek isteyirdim menim bir sevdiyim oglan var o da meni sevir amma menim bir qohumum var o maraq ucun fala baxim ve mene de baxdirib ve oyrenib ki sevdiyim oglanla evlenmeyecem ve bunu esiden den sora ozume gelmemisem ve bilmirem ne edim mene komek edin evvelceden tesekur
Cavab: Salam Lara xanım Psixologiyada qeyd etdiyiniz situasiya proqramlama adlanır. Yəni falçı onu deməklə dolayısı ilə Sizi "proqramlayıb". Çalışın bu kimi fikirlərdən uzaq dayanıb, diqqətinizi sevdiyiniz insana yönləndirəsiniz. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
fatime 1
2013-11-01
salam hekim men birinci defedi size yaziram menim sizin meslehetinize cox ehtiyacim var men 3 il qabaq gece mohkem qorxmusdum o gunen heyacan istres indi olecem diye qorxuram ozume qapaniram aqliyiram her seyden qorxuram yaxsi sey bele mene heyacan verir hec kesden danismaq istemirem cox esebi olmusam evladim aqliyandada qorxuram ele bilirem mene nese olacax men rusiyada yasiyiram pisixiyatira getmisem mene fevarin ve atarax yazmisdi 3 ay qebul etdim az komek oldu sonra yene eyni veziyet xahis edirem mene komek edin ora gelmeyim mumkun deyil saq olun
Cavab: Salam Fatimə xanım Dərman müalicəsini davam etdirin. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Umidsizem
2013-11-01
salam menim Cox.boyuk bir sirrim var onu Allah-da bilir.menim Dayim Daha dogrusu nifret etdiyim iyrendiyim adam mene 3ildiki yaxin elaqe qurmaq iseyir,men ondan cox qorxuram ondan iyrenirem Allaha tapwirmiwam onu.mene cekdirdiyi stresler meni ne gune qoydu.Mene Komek edin demirem bu sirri sizle paylawiramki belke birazda olsa ureyim sakit olar.ondan cox qorxuram.menim indi16yawim var bu sirri 13yawimdan gizledirem.menim yawda qizida var menebawqa.gozle baxir.Ozumden cox utaniram guzguye bele baxanda ozume nifret edirem.Her weyden umidim kesilib.Onu Alaha Tapwirmiwam Inwallah mneim cekdiyim bu ezab onunda canin yandirsin
Cavab: Salam YAxşı olardı ki, bunu uyğun bir vaxtda ilkin olaraq ananızla paylaşardınız. O Sizə nə etmək lazım olduğunu izah edəcək. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
salam
2013-11-01
xahis edirem mene komek edin,men nisanliyam hemde sevib nisanlanmisiq 7 il istedi meni nisanlim sonunda mende ona he dedim ailelerimizde razi oldu nisanlandiq.her sey yaxsidi amma men qisqancam.sosial sebekesinn qisqaniram qizlar yazir mende eseb oluram o menden gizletmir amma menim icimde subhe var needeceyimi bilmirem bezen ozu de deyir cox bezdirme ne ne amma alinmir men icimde qururam basdiyram soz sohbet olur.ozumde bezmisem amma alinmir meni cox sevdiyini deyir bir yerde oluruq cox vaxt amma menim subhem bitmir ki bitmir men ne edim ozumden uzaqlasdirim bunlari?
Cavab: Salam Şübhəsiz ki, bu cür tyanaşma nünasibətdə tədqir edirlmir. Eyni bir şeyi Siz edəcəyiniz təqdirdə qarşı tərəf necə reaksiya verəcək, bunu onun diqqətinə çatdırın. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
leyla
2013-11-01
Salam menim 34 yashim var 14 yashli qizima gore narahatam o ozune qapanir shen qiz deyil muellimeleri niye bu qeder sakitdir deye shikayet edirler.O butun gun ders oxusada neticeler urek acan deyil.Sanki bashqa alemdedir.Geyimine sac duzumune mudaxile etmek onu derslerine mudaxile etmekden cox uzur.Men ona nece komek edim.Ewelceden teshekkur edirem.
Cavab: Salam Leyla xanım Bu yeniyetməliklə bağlı bir problemdi. Əgər Sizi narahat edən məqam varsa, yeniyetmə psixoloqu ilə görüşüb ətraflı məlumat ala bilərsiniz. Yaxşı olardı ki, övladınız yeniyetmə psixoloqu ilə görüşsün. Bu onun dərslərinə diqqətini cəmləməyə, evdəkilərlə münasibətinə, eləcədə Sizin onunla davranışınıza müsbət təsirini göstərəcək. Mərkəzlə əlaqə saxlayın, Sizə yeniyetmələrlə çalışan psixoloqla görüşmək üçün zaman təyin edərlər. Əlaqə telefonu 012 480-36-29 yaxud da 055 257-27-00 Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Yunis
2013-10-31
Salam Dr. Menim 23 yashim var ozumde evliyem 3 yashinda oglum var. oktyabirin 26 27-si 2013-cu il tarixinde mende bele bir shey bash verdi. Evde chox hirslenirem Ushaq nese bir shey eliyende ushaga qishqirirlar hirslenirem umumiyyetle qishqiriq olanda hirslenirem. Texmini il yarimdir ki bu beledir. Ancaq ele oldu bu hirs reski uze vurdu. Ele bilki men ozumden asili olmayaraq hirsleniremm ozumu tuta bilmirdim ele bilki ne vaxtsa neyese hirslenmishem o beynimde bulanniq formada firlanir ozumu yerimde tuta bilmirdim yerimde duranda hirs gelirdi mene yata bilmirdim Ureyim berk vururdu ancaq az vururdu deqiqede 52 56 defe axsham 2-3 de yatirdim 2,3 saatdan sonra ayilirdim ayilan kimi hirs gelirdi mene. Biraz qorxduq. Getdik butun analizleri verdik. Ureyimi Exo Kardiagrama, Stress test, qanin analizi, hamisi temiz chixdi. Axirda dediler nervidi Nevropalotoqa getdik. Onada bunlari danishdim. Hekim mene bu dermenleri yazdi. 2ay qebulemek SONAPAKS 25mq seher yemekden sonra ve AMINOBUT 250mq. Axsham yemekden sonra. Hal hazirda bunlari qebul edirem Birinci defe bunlari qebul edende bashim firlanirdi ureyim berkden doyunurdu. Sonra Hekimime zeng eledim sorushdum haq hesam beledir. Eger beldirse dermanlarin yarisini qebul ele. Onu sorushmaq isteyirem ki bu dermanlar mene komek olacaq yoxsa yox. Duzdur hiss eliyiremki nervilerim dayanib biraz ancaq bu dermanlari qebul eleyende ureyim berkden vurur yani udar kimi. Sol doshumun 3 barmaq yuxarisinda ele bilki kimse bir barmagini qoyub ora. Hal hazirda chox is gore bilmirem. Agir goturende ureyim udar kimi vurmaga bashlayir bir anliq nefesim agirlashir ozumde 4,5 ildir ki ASTMA BRONXIT xestesiyem Seretide qebul edirem. Bir de bir shey sorushum chox uzr isteyirem icdiyim bu dermanlar cinsi zeyifliye spermin keyfiyyetinin asagi dushmesine teshir gostermezki? Xahish edirem sualima cavab gonderesiz.
Cavab: Salam Yunis bəy. Düşünürəm Sizə dərmanla paralel olaraq psixoloji konsultasiya da vacibdi. Bu problemin həllində mühüm fayda verə bilər. Dərman bir müddət cinsi aktivliyə təsir göstərə bilər. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Maga
2013-10-31
Salamm....panik atak(panik pozgunluq)wizofreniyaya cevrile biler ve yaxudda deliliye yol acar?...panik atakli xestenin men deli olacam ve ozunde bawqa xestelikler axtarmasi normaldi?
Cavab: Salam Vaxtıda müalicə alsanız keçib gedər. Qeyd etdiyiniz hallar da yaranmayacaq. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Nigar
2013-10-31
Salam menim 18 yasim var nece ildi sevgi barede eziyyet cekirem.Nece defe intihara cehd gostermisem.Bir muddet kecir her sey duzelir men hec onu yada salmiram.Bu zaman ya qarsima cixir ya ondan bir xeber esidirem ya da zeng edir.Butun heyatim yene alt ust olur.Aglamaqdan ureyim dayanir.Indi hal-hazirda urek agrilarindan eziyyet cekirem.Nece unudum?neyleyim?meslehet verin xahiw edirem...
Cavab: Salam Nigar xanım Diqqətinizi bir müddət kəönar şeylərə yönləndirməlisiniz. Bu tədris də ola bilər, ev işlərində faydalı olmaq, işləmək də. Bunlardan birini edə bilsəniz qarşı tərəfi unutmaq problem olmayacaq. Çox zaman bu kimi bağlılıqlar "Boşluq"dan yaranır. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
aysu haqverdiyeva
2013-10-30
slm men cox qiaqancam yoldasimi cox qisqaniram bilirem o meni cox sevir ama men yenede qiaqaniram
Cavab: Salam Aysu xanım Bu psixoloji travma nəticəsində yaranan bir hal kimi dəyərləndirilə bilər. Psixoloji yardım bunu aradan qaldırmağa faydalı olacaq. Gələcəkdə münasibətlərinizin korlanmaması üçün bu yardımdan istifadə etməyinizi tövsiyə edərdim. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Hikmet
2013-10-30
Salam.Sizdən çox ciddi bir məsələdə yardım gözləyirəm.Belə ki, pis bir vərdişlə ( istimna) ilə məşğul oluram.Hal hazırda yeniyetmələrin 90% bu pis vərdişə aludə olublar.Hətta elə düşünürlər ki, bu yaxşı bir vərdişdir.Mən bunun haram olduğunu və ağır fəsadlara yol açdığını bilirəm.Lakin heç cür bu işi tərgidə bilmirəm.Bəlkə sizə adi gələ bilər.Amma mənim nə dərəcədə ağır bir halda olduğumu bilmirsiz.Dərslərimdə çox uğulu idim.Lakin bu işi vərdiş edəndən dərslərimdə uğursuzam.Çox gərginəm .hər dəfə mübarizə aparıram alınmır...Son zamanlar çox əsəbi olmuşam.Mən necə bu işdən qurtulub sağlam bir həyat yaşaya bilərəm???Bəlkə sizə adi gələ bilər amma bu cəmiyyətimizdə sürətlə yayılan bir pis vərdişdir.Xahiş edirəm yardım edin...
Cavab: Salam Hikmət bəy Ğncə cəsarət edib belə bir sualı verdiyiniz üçün təşəkkür edirəm. Qeyd etdiyiniz kimi bu kimi vərdişlər yeniyetmələrdə olur. Hətta orta yaşlı insanlarda belə. Sadəcə bu yeniyetməni işindən uzaqlaşdıra diqqət dağınıqlığına səbəb olur. Eyni zamanda "günahkarlıq hissi"ni onlarda formalaşdırır. Buna aradan qaldırmaq üçün dərslərə birmənalı şəkildə konsentrə olmaq, digər bir tərəfdən DİNlə məşğul olmaq tənzimləyə bilər. Sizə bunu tövsiyə edərdim. Uğurlar Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Aisen
2013-10-30
Salam men ozumden yasca cox boyuk insanlara yeni qarsi terefe meyl edirem bunun sebebini ozumde bilmirem......Fikirlesiremki bu hansisa psixoloji tesirden ireli gele biler...Bes sizin fikrinizce bu psixoloji durumla elaqeder ola biler?????
Cavab: Salam Ayşən xanım Bu psixoloji travma ilə bağlı bir problemdi. Psixoloqla əyani görüşüb bunu həll edə bilərsiniz. Kökündə ailə daxili münasibətlər dayanır. Uğurlar.
xedice
2013-10-30
salam.cox sagolun deyerli meslehetlerinize gore.evde qaynanam,baldizim olur.onlarin yaninda hec cure imkan tapib sohbet ede bilmirem.butun gunu evde olur.yoldasima isdediyim diqqeti ayira bilmirem.
Cavab: Salam Xədicə xanım ÇAlışın zaman tapın. Mümkün deyil düşüncəsini özünüzdən uzaqlaşdırın.Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Ayka
2013-10-29
salam hekim men sevdiyimle dalasmisam telfonu gec acanda yaxud cavab vermiyende meni cox sixirki sen hara getmisdin. Yeni nomre aldim onu sinamaqcun refiqeme verdimki danishsin refiqeme sert cavab verdi ve mesajlardada sonra men didimki menim nomremdi ama cox soyux danishdi menle ve davay sagol didi mende soz diyende adboy verdi imkan vermediki sozumu diyem sonrada zeng etdim adboy etdi nede mesajima cavab yazmir 1 gunduki zeng etmir mende zeng etmirem ozumu alcalmish hiss ederem zeng etsem men nece edim xaish mene meslehet verin
Cavab: Salam Ayka xanım Çalışın Siz zəng etməyin. Bir müddət sonra özü əlaqə saxlayacaq. O zaman Siz ona hansı istiqamətdə küsdüyünüzü bildirərsiniz. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov www.pcc.az
Adınız 
Sualınız 
1234567891011121314151617181920
2122232425262728293031323334353637383940
4142434445464748495051525354555657585960
6162636465666768697071727374757677787980
81828384858687888990919293949596979899100
101102103104105106107108109110111112113114115116117118119120
121122123124125126127128129130131132133134135136137138139140
141142143144145146147148149150151152153154155156157158159160
161162163164165166167168169170171172173174175176177178179180
181182183184185186187188189190191192193194195196197198199200
201202203204205206207208209210211212213214215216217218219220
221222223224225226227228229230231232233234235236237238239240
241242243244245246247248249250251252253254255256257258259260
261262263264265266267268269270271272273274275276277278279280
281282283284285286287288289290291292293294295296297298299300
301302303304305306307308309310311312313314315316317318319320
321322323324325326327328329330331332333334335336337338339340
341342343344345346347348349350351352353354355356357358359360
361362363364365366367368369370371372373374375376377378379380
381382383384385386387388389390391392393394395396397398399400
401402403404405406407408409410411412413414415416417418419420
421422423424425426427428429430431432433434435436437438439440
441442443444445446447448449450451452453454455456457458459460
461462463464465466467468469470471472473

LOGİN

 Email
 Parol
Qeydiyyat